Enerji resurslarinin nəQLİNDƏ azərbaycan tüRKİYƏ ƏMƏkdaşLIĞI: “nabukko”dan “CƏnub qaz



Yüklə 247,45 Kb.
Pdf görüntüsü
səhifə1/6
tarix23.09.2018
ölçüsü247,45 Kb.
#70329
  1   2   3   4   5   6


ENERJİ RESURSLARININ NƏQLİNDƏ AZƏRBAYCAN-

TÜRKİYƏ ƏMƏKDAŞLIĞI: “NABUKKO”DAN “CƏNUB QAZ 

DƏHLİZİ”NƏ

ƏRƏSTUN MEHDİYEV



Enerji Kaynaklarının Naklinde Azerbaycan-Türkiye İşbirliği: 



“Nabucco”dan “Güney Gaz Koridoru”na

ÖZ

Azerbaycan Cumhuriyeti uluslararası enerji projelerinin gerçekleşmesinde Tür-

kiye ile ilk dönemden itibaren iş birliği yapıyor. Türk şirketleri BOTAŞ ve TPAO 

Azerbaycan’ın petrol ve gaz projelerine katılıyor.

Azerbaycan,  “Şahdeniz”  gaz  sahasından  doğalgaz  üretiminin  başlatılması  ve 

Bakü-Tiflis-Erzurum  boru  hattının  işletilmesinden  sonra, Avrupa  ülkeleri  için  yeni 

bir mavi yakıt kaynağı olarak görülmeye başlandı. 2009 yılının başında Ukrayna ve 

Rusya  arasında  oluşmuş  doğal  gaz  krizi,  “Nabucco”  boru  hattı  projesinin  önemini 

daha da güçlendirdi. Bununla birlikte, gaz kaynakları hacminin yetersizliği ve Batılı 

ülkelerin  finansman  konularındaki  tereddütsüzlüğü  projenin  uygulanma  sürecini 

engellemiştir. Bu koşullar altında 2012 yılında Azerbaycan ve Türkiye, TANAP’ın 

(Trans Anadolu boru hattı) inşası için bir girişim başlattı. Dahası, bir yıl sonra bu 

projeye Güney İtalya’ya giden bir gazyolu TAP (Trans Adriyatik boru hattı) üzerinde 

devam ettirme kararı alındı. Böylece “Şahdeniz-2”, Güney Kafkasya doğal gaz boru 

hattı, TANAP  ve TAP  gibi  projeleri  içeren  “Güney  gaz  koridoru”  oluşturuldu.  Bu 

koridor, doğal gaz ithalat naklinin çeşitliliği ve Avrupa enerji güvenliği sigortasında 

stratejik bir çözüm olarak görülüyordu. Bu projenin uygulanmasında başlıca kaynak 

olan Azerbaycan ve Türkiye’nin önemli bir rol oynadığını belirtmek gerekir. Dahası, 

bir enerji kaynağı olan Azerbaycan ve transit ülke olan Türkiye, “Güney gaz koridoru” 

projesinin gerçekleştirilmesinde büyük katkıda bulunmaktadır.



Anahtar  Kelimeler:  Enerji  Kaynakları,  “Nabucco”,  “Güney  Gaz  Koridoru”, 

Trans Anadolu Boru Hattı, Trans Adriyatik Boru Hattı.

Atatürk Araştırma Merkezi Dergisi:

AAM Derg., 2018 ; 34 (1) : 97 : 241-264

Makalenin Geliş ve Kabul Tarihleri : 10.01.2017 - 06.12.2017

Tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi, 



mehdiyevarastun@yahoo.com

 

Doç. Dr., Azerbaycan Cumhurbaşkanlığının sorumlu görevlisi, AZERBAYCAN, mehdiyevarastun@



yahoo.com


242

ƏRƏSTUN MEHDİYEV

Bahar - 2018

AZERBAIjAN-  TURKEY  COOpERATION  IN  THE 

ENERGY  RESOURCES  TRANSpORTATION:  FROM 

“NABUCCO” TO “SOUTHERN GAS CORRIDOR”

ABSTRACT

From  the  initial  period, Azerbaijan  Republic  closely  cooperates  with  Turkey 

in the realization of international energy projects. Turkish companies BOTASH and 

TPAO participate in oil and gas projects of Azerbaijan.

After the launch of natural gas production from the gas field “Shahdeniz” and 

operation of Baku-Tbilisi-Erzurum pipeline, Azerbaijan started to be considered as 

a new source of blue fuel for European countries. The beginning of 2009, gas crisis 

that  took  place  between  Ukraine  and  Russia  further  strengthened  the  relevance  of 

the  pipeline  project  “Nabucco”.  However,  the  lack  of  gas  resources  volume  and 

Western countries hesitation in financing issues impeded the implementation process 

of the project. In 2012 under these circumstances, Azerbaijan and Turkey launched 

an initiative to the construction of TANAP (Trans-Anatolian pipeline). Moreover, a 

year later it was decided to proceed this project on a gas route TAP (Trans-Adriatic 

pipeline) to Southern Italy. Thus, “Southern gas corridor” was formed which included 

the  following  projects  like  “Shahdeniz-2”,  South  Caucasus  gas  pipeline,  TANAP 

and TAP. This corridor was considered as a strategic solution in the diversification 

of  gas  import  routes  and  European  energy  security  insurance.  It  should  be  noted 

that Azerbaijan and Turkey play a crucial role in the implementation of this project 

carrying out a significant part of funding. Moreover, Azerbaijan as a source of energy 

provision and Turkey as a transit country make essential contribution to the realization 

of “Southern gas corridor” project.

Keywords:  The  Energy  Resources,  Nabucco,  Southern  Gas  Corridor,  Trans-

Anatolian Pipeline, Trans-Adriatic Pipeline.




243

ENERJİ RESURSLARININ NƏQLİNDƏ AZƏRBAYCAN-TÜRKİYƏ ƏMƏKDAŞLIĞI: 

“NABUKKO”DAN “CƏNUB QAZ DƏHLİZİ”NƏ

Sayı: 97


GİRİŞ

Azərbaycan Respublikası beynəlxalq enerji layihələrinin gerçəkləşməsində 

Türkiyə ilə ilk dövrdən sıx əməkdaşlıq edir. Neft-qaz strategiyasının əsasını 

qoymuş “Əsrin müqaviləsi”ndə

1

 və “Şahdəniz” qaz yatağı üzrə sazişdə



2

 dost 


ölkənin  TPAO  şirkəti

3

  iştirak  payına  malikdir.  Türkiyə  ərazisindən  keçən 



Bakı-Tbilisi-Ceyhan  əsas  ixrac  neft  boru  kəmərinin  və  Cənubi  Qafqaz  qaz 

boru kəmərinin (Bakı-Tbilisi-Ərzurum) inşasında bu ölkənin “Botaş” şirkəti

4

 

mühüm rol oynamışdır. Hazırda hər iki boru xəttinin istismar əməliyyatlarına 



rəhbərlik edən şirkətlərin səhmdarları sırasında yenə də Türkiyənin TPAO və 

“Botaş” şirkətləri təmsil olunurlar.

 

Məhz Bakı-Tbilisi-Ərzurum marşrutu üzrə region ölkələrinə qaz ixracına 



başlaması Azərbaycanın daha geniş Avropa bazarlarına çıxışı üçün əlverişli 

zəmin  yaratdı.Ölkənin  zəngin  qaz  potensialı  gələcəkdə  ixracın  həcmini 

1994-cü il sentyabrın 20-də Bakıdakı “Gülüstan” sarayında öz müstəsna əhəmiyyətinə 



görə “Əsrin müqaviləsi” adını almış müqavilə  bağlandı. Dənizin dərinliyində yerləşən 

“Azəri”, “Çıraq”, “Günəşli”  yataqlarının işlənilməsi və məhsulun pay bölgüsü haqqın-

da 400 səhifəlik bu müqavilə 4 dildə tərtib edilmişdir. “Əsrin müqaviləsi”ndə 7 ölkədən 

(Azərbaycan,  ABŞ,  Böyük  Britaniya,  Rusiya,  Türkiyə,  Norveç,  Səudiyyə  Ərəbistanı) 

11 şirkət (Amoko, bp, MakDermott, Yunokal, SOCAR, LUKoyl, Statoyl, Türkiyə pet-

rolları,  Penzoyl,  Remko,  Delta)  iştirak  edirdi.  Bu  müqavilə  sonradan  19  ölkəni  təmsil 

edən  41  neft  şirkəti  ilə  daha  35  sazişin  imzalanmasına  yol  açdı.  “Əsrin  müqaviləsi” 

imzalanandan  sonra  onun  iştirakçıları  işçi  strukturlar  –  Rəhbər  Komitə,  Azərbaycan 

Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) və Məsləhət Şurası yaratdılar. Həmin strukturlar 

hüquqi  səlahiyyət  qazandıqdan,  yəni  1994-cü  il  dekabrın  2-də Azərbaycan  Prezidenti 

xüsusi Fərman imzalayandan sonra fəaliyyətə başladılar. 1994-cü il dekabrın 12-də Milli 

Məclis “Əsrin müqaviləsi”ni ratifikasiya etdi. “Əsrin müqaviləsi” tarixə Heydər Əliyevin 

Prezident hakimiyyəti siyasətində baza prioritetini – neft strategiyasını müəyyən etmiş ilk 

iri iqtisadi sənəd kimi düşmüşdür. (

http://www.president.az/azerbaijan/contract

).



4  iyun  1996-cı  il  tarixində  Azərbaycan  Respublikası  Dövlət  Neft  Şirkəti  və  Layihə 

İştirakçıları olan BP, Lukoil, NİCO, Statoil, TPAO, TOTAL şirkətləri arasında dünyanın 

ən  iri  qaz  və  qaz-kondensat  yataqlarından  olan  və  Xəzərin  Azərbaycan  sektorunda 

yerləşən “Şahdəniz” perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü 

haqqında Saziş imzalanmışdır .

(

http://azerbaijan.az/portal/StatePower/Committee/committeeConcern_01_a.html



).

TPAO  150  Milyon  TL  sermaye  ile  12 Aralık  1954’te  kuruldu(



http://www.tpao.gov.tr/

tp5/?tp=m&id=93

)



Boru Kəmərləri ilə Neft Daşıma A.Ş. (



Boru Hatları İle Petrol Taşıma A.Ş. - Botaş) Türkiyə 

Respublikası ilə İraq Respublikası hökumətləri arasında 27.08.1973 tarixində imzalanan 

Xam Neft Boru Kəməri Sazişi çərçivəsində İraq xam neftinin İsgəndərun körfəzinə daşın-

masını həyata keçirmək üzrə, 7/7871 saylı qərara əsasən 15.08.1974 tarixində qurulmuş-

dur (

http://www.botas.gov.tr/)



.


Yüklə 247,45 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə