MəNİm elmdə İlk addimlarim



Yüklə 0,86 Mb.
tarix07.11.2018
ölçüsü0,86 Mb.
#79070

Fizika fakültəsi “MƏNİM ELMDƏ İLK ADDIMLARIM”

tələbə elmi konfransı

12 may 2016-cı il tarixdə BDU Fizika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə fakültənin bakalavr pilləsində təhsil alan tələbələrin “MƏNİM ELMDƏ İLK ADDIMLARIM” adında I elmi konfransı keçirilmişdir. Konfransı giriş sözü ilə BDU-nun rektoru akademik A.Məhərrəmov açmışdır. O, BDU-nun və Fizika fakültəsinin tarixindən, belə konfransın keçirilməsinin əhəmiyyətindən, gələcəkdə yaxşı alim kimi formlşmaq üçün bakalavr səviyyəsində elmi tədqiqatla məşğul olmağın vacibliyindən danışmış, konfrans iştirakçılarına uğurlar arzulamışdır. Fizika fakültəsinin dekanı prof M.Ramazanov qeyd etmişdir ki, Fizika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşəbbüsü və fakültə Elmi Şurasının 14.04.2016-cı il tarixli 03/2016 saylı qərarı ilə belə bir konfransın keçirilməsi qərara alınmış, bu məqsədlə təşkilat komitəsi yaradılmışdır. Elmi tədqiqata marağı olan tələbələr tərəfindən müvafiq materiallar təşkilat komitəsinə təqdim olunmuş və onlar kitab şəklində çap olunmuşdur. Prof. M.Ə.Ramazanov konfransın işinin aparılması ilə bağlı əvvəlcə 2 tələbənin plenar məruzə ilə çıxış edəcəyini, sonra konfransın işinin bölmələrdə davam etdiriləcəyini qeyd etmişdir.

Sonra plenar məruzələrlə “Qrin funksiyası və müasir fizika” mövzusunda III kurs Fzing03 qrupun tələbəsi Sara Rəhimzadə və “AgGaxİn1-xSe2 qeyri-xətti kristalda faza sinxronizmi üçün Selmeyer tənliyindən sındırma əmsallarının hesablanması” mövzusunda II kurs Fz71 qrupun tələbəsi Günel Şahverdiyeva çıxış etmişlər. Məruzəçilər konfrans iştirakçılarının suallarını cavablandırmışlar.



Sonra konfrans öz işini bölmələrdə davam etdirmişdir.






Yüklə 0,86 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə