Əlyazması hüququnda



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə22/24
tarix06.02.2018
ölçüsü0,6 Mb.
#26735
1   ...   16   17   18   19   20   21   22   23   24

68 

 

 Keçid  dövrünü  başa  vuran  Azərbaycanda  yeni  bir  mərhələyə-modernləşmə 



mərhələsinə  daxil  olunmuşdur.Azərbaycanın  dinamik  sosial-iqtisadi  inkişafının 

davamlılığını  təmin  etmək  məqsədilə  yeni  inkişaf  strategiyasının  dəqiq  hədəflər 

əsasında  müəyyən  edilməsi  vacib  məsələrdən  biridir.Prezident  İlham  Əliyevin  də 

bəyan etdiyi kimi məqsəd Azərbaycanda ümumdaxili məhsulun ən azı 2 dəfə artımına 

nail olmaq,respublikanı inkişaf etmiş ölkələr sırasına yüksəltməkdir. 

2.3.Azərbaycanda mülkiyyətin özəlləşməsinin modelləri və mərhələləri.  

Bazar  iqtisadiyyatına  keçidin  əsasını  təşkil  edən  özəlləşdirmə  prosesinin  səmərəli 

idarə  olunması,  özəlləşdirmədən  sonra  dövlət  səhmlərinin  idarə  olunması  və  milli 

koorperativ  idarəetmə  sisteminin  formalaşma  məsələləri  özəlləşdirmənin  ikinci  və  

sonrakı mərhələlərində mühüm əhəmiyyət kəsb edir.  

    Müstəqillik əldə etdikdən sonra Azərbaycan Respublikasında bazar iqtisadiyyatına 

keçmək  məqsədi  ilə  hökumət  tərəfindən  geniş  əhatəli  və  sistemli  iqtisadi  islahatlar 

həyata keçirilməyə başlanıldı. İqtisadi islahatların əsasında mülkiyyət münasibətlərini 

əsaslı  surətdə  dəyişməklə  iqtisadi  sistemin  transformasiyasını  nəzərdə  tutan 

özəlləşdirmə  prosesi  dayanmışdır.  İqtisadiyyatı  yenidən  qurmaq  və  onu  bazar 

iqtisadiyyatı  istiqamətində  formalaşdırmaq  üçün  özəlləşdirməni  həyata  keçirmək  və 

çoxukladlı iqtisadiyyatı yaratmaq konsepsiyası qəbul edilmişdir. 

  Bütövlükdə  Azərbaycanda  özəlləşdirmə  prosesinin  gedişini  5  mərhələyə  bölmək 

olar: 


1-ci mərhələ - 1995-1998-ci illər 

2-ci mərhələ - 1998-2000- ci illər 

3-cü mərhələ  - 2000-2001-ci illər 

4-cü mərhələ  - 2001-2005-ci illər 

5-ci mərhələ-2005-.... 



69 

 

  1995-1998-ci  illəri  əhatə  edən  birinci  mərhələdə  dövlət  müəssisələri,kiçik 



müəssisələrin,mənzil  fondunun  özəlləşdirilməsi  nəzərdə  tutulmuşdur.1998-2000-ci 

illəri  əhatə  edən  ikinci  mərhələdə  orta  və  iri    müəssisələrin  özəlləşdirilməsi 

məqsədəuyğun  hesab  edilmişdir.2000-2001-ci  illəri  əhatə  edən  və  ondan  sonrakı 

mərhələlərdə  isə  dövlət  mülkiyyətində  olan  iri  və  böyük  müəssisələrin 

özəlləşdirilməsi nəzərdə tutulmuşdur. 

  Azərbaycanda  özəlləşdirmənin  ən  səciyyəvi  cəhətlərindən  biri  onun  aparılması 

modelləri  ilə  bağlıdır.  Bir  sıra  ölkələrdə  mülkiyyətin  əhali  arasında  pulsuz 

bölüşdürülməsinə,  yəni,  vauçer  özəlləşdirilməsinə,  bəzi  ölkələrdə  isə  mülkiyyətin 

satılması  üsuluna  üstünlük  verilmişdir.  Azərbaycanda    isə  özəlləşdirmənin  iki 

modelinin  uzlaşdırılması  yolu  seçilib.  Çeklərin  əhaliyə  pulsuz  verilməsi  və  dövlət 

müəssisələrinin  özəlləşdirilməsi-  pullu  hərraclarda  satılması  xüsusiyyətlərini  əks 

etdirir. 

   Azərbaycanda 

özəlləşdirmənin 

xüsusiyyətlərindən 

biri 


də 

onun 


kənd 

təsərrüfatından  başlanmasıdır.  Bu  obyektiv  zərurətdən  irəli  gəlir.  Bir  tərəfdən  bu, 

əhalinin  istehlak  malları  ilə  sənayenin  isə  xammalla  təchiz  olunması  üçün  əlverişli 

şərait  yaradır.  Digər  tərəfdən,  inzibati  amirlik  sisteminin  sosial  strukturunda  bazar 

mexanizminə daha tez uyğunlaşan məhz kənd əhalisinin olmasıdır. Kənd sakinlərinin 

gəlirlərinin  əsas  hissəsi  şəxsi  yardımçı  təsərrüfatlarda  istehsal  edilən  məhsulların 

satışından  əldə edilir.  

   Azərbaycanda  özəlləşdirmənin  xarakterik  cəhətlərindən  biri  də  özəlləşdirmənin 

dünya ölkələrinin üzünə  açıq olmasıdır. Bu iqtisadi islahatların aparılmasında xarici 

investorların  maraqlarını  artırır.  Qanunvericiliyə  görə  xarici  və  fiziki  şəxslərin 

özəlləşdirmədə iştirakı opsionların alınması yolu ilə həyata keçirilir. Bu opsion xarici 

sərmayəçiyə özəlləşdirmədə iştirak etmək üçün bir çek almaq hüququ verir. 

    Respublika vətəndaşlarına özəlləşdirmə prosesində iştirak etmək üçün ilkin bərabər 

imkan  yaratmaq  məqsədilə    özəlləşdirmə  payı  verilmişdir.  Özəlləşdirmə  payı  (çeki) 

respublikanın    hər  bir  vətəndaşına  özəlləşdirilən  dövlət  mülkiyyətindən  əvəzsiz 



70 

 

verilən hissədir. Dövlət mülkiyyətindən əvəzsiz pay əldə etmiş vətəndaşlar çeklərdən 



aşağıdakı istiqamətlərdə istifadə edə bilərlər: 

a)çek hərracları vasitəsilə özəlləşdirmədə iştirak 

b).investisiya fondlarının səhmlərə dəyişmə 

c). müəssisə səhmlərinə birbaşa mübadilə 

   Azərbaycanda  özəlləşdirilmə  modelinin  fərqləndirici  cəhətlərindən  biri  də 

dövriyyəyə  buraxılan  özəlləşdirmə  çeklərinin  nominal  qiymətə  malik  olmasıdır. 

Azərbaycanda 

özəlləşdirmə 

çeklərinin 

dövriyəyə 

buraxılması, 

ölkəmizdə 

özəlləşdirməyə başlamazdan əvvəl  makroiqtisadi sabitliyə  nail olunması  nəticəsində, 

inflyasiya  sərbəst  bazar  prinsipləri  əsasında  alqı-satqı  zamanı  tələblə  təklif  arasında 

nisbətlə  müəyyən  olunur.  Rusiyada  isə  güclənən  inflyasiya  vauçerlərin  real 

qiymətinin  nominal  qiymətinə  nisbətən  kəskin    surətdə  aşağı  düşməsinə    gətirib 

çıxarır. 

Azərbaycanda özəlləşdirmə iki istiqamətdə həyata keçirilmişdir: 

1) kiçik dövlət müəssisələrinin özəlləşdirilməsi 

2) orta və iri dövlət müəssisələrinin özəlləşdirilməsi. 

     Bütün    özəlləşdirilən  müəssisələr  işçilərin    sayına  görə  üç  qrupa  bölünür. 

Azərbaycanda  müəssisələrin  təsnifatı    zamanı  kiçik  müəssisələrə  10-50,  orta 

müəssisələrə  50-300,  iri  müəssisələrə  isə  300-dən  çox  işçisi    olan  müəssisələr  daxil 

edilir. 


  Özəlləşdirmə  “zəfər  yürüşünə”  70-ci  illərdən  başlayaraq,  dünyanın  80-dən  çox 

ölkəsində  sınaqdan  keçirilib.  Böyük  Britaniyada  “tetçerizm”,  Çində  “kənddə 

islahatlar”, Türkiyədə “kamuların islahatı” adlanan böyük özəlləşdirmə prosesi 80-ci 

illərin  sonu-90-cı  illərin  əvvəlində  keçmiş  sosialist  məkanını  əhatə  edən  18  ölkədə 

geniş  vüsət  aldı.  Müxtəlif  ölkələrdə  fərqli  adlar  daşıyan  belə  proqramlar  fərqli 

şəraitlərdə  də  həyata  keçirilməyə  başladı.  Bu  tip  proqramlar  Çexiya  və  Slovakiyada 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə