Əlyazması hüququnda



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə19/24
tarix06.02.2018
ölçüsü0,6 Mb.
#26735
1   ...   16   17   18   19   20   21   22   23   24

59 

 

    Taxıl istehsalının artırılması,heyvandarlığım yem bazasının genişləndirilməsi,şəkər 



qamışı  əkinçiliyinin  əsasının  qoyulması  və  s.üzrə  aqrar  sektorun  strukturlarının 

təkmilləşdirilməsi üçün tədbirlər həyata keçirilir,lakin bütün bunlara böyük vaxt tələb 

olunur.Respublikamızda taxılçılığın  inkişafı  üçün  mövcud olan  geniş  imkanlar  ərzaq 

probleminin    həllinə  böyük  diqqət  verilməsini  tələb  edir.  Respublika  Prezidenti 

taxılçılığın  inkişafını  mühüm  vəzifə  kimi  qarşıya  qoymuşdur.Hazırda  orta 

məhsuldarlıq  27  sentnerdir  ki,bu  d  a  inkişaf  etmiş  ölkələrdəki  məhsuldarlıqdan  çox 

aşağıdır.  Odur  ki,yaxın  illərdə  taxılçılıqda  məhsuldarlığı  40-50  sentnerə  çatdırmaq 

nəzərdə tutulur. 

Keçən  illərdə  olduğu  kimi  kənd  təsərrüfatında  sahibkarlığın  inkişafında  SKMF-in 

kreditləri mühüm rol oynamalıdır. 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  cənablarının  12  Yanvar  2015-

cil  tarixli  sərəncamı  ilə  2015-ci  il  Azərbaycanda  “Kənd  təsərrüfatı  ili”  elan 

olunmuşdur. 

 

 



 

 

Cədvəl 2.2 Kənd təsərrüfatının ümumi məhsulu(faktiki qiymətlərlə) 



İllər 

Cəmi 


Bitkiçilik 

məhsulları 

Heyvandarlıq 

məhsulları 

2005  1844,8  988,2 

856,6 


2006  2115,5  1124,4 

991,1 


2007  2918,6  1726,4 

1192,2 


2008  3505,9  2084,9 

1421,0 


2009  3805,5  2106,0 

1699,5 



60 

 

2010  3877,7  1999,2 



1878,5 

2011  4525,2  2339,8 

2185,4 

2012  4844,6  2458,2 



2368,4 

2013  5244,6  2629,6 

2615,0 

 

Mənbə:Azərbaycanın statistik göstəriciləri www.azstat.org 



Cədvəl 2.2-dən göründüyü kimi kənd təsərrüfatı məhsullarının həcmində və ayrı- ayrı 

növlərinin  xüsusi  çəkisində  artım  qeydə  alınmışdır.  Belə  ki,2013-cü  ildə  2005-ci  ilə 

nisbətən kənd  təsərrüfatında  məhsul  istehsalı 3 dəfə artmışdır.Həmçinin,bitkiçilik  və 

heyvandarlıq  məhsulları  da  müvafiq  olaraq  2,7  və  3,1  dəfə  artmışdır.2014-cü  ildə 

kənd  təsərrüfatında  5225,8  mln  manat  məhsul  istehsal  olunmuşdur  .Bu  isə    2013-cü 

ilə nisbətən 2,6 faiz azalmanın olduğunu göstərir.Azalmanın başlıca səbəbi bitkiçilik 

sahəsində göstəricilərin pisləşməsiylə əlaqədardır. 

 Ölkənin  vergi  siyasəti  ,maliyyə  -istehsal  potensialı  və  dövlət  büdcəsinin  gəlirləri 

arasında  sıx  əlaqə  vardır.  Düzgün  vergi  siyasəti  bir  tərəfdən  dövlət  büdcəsi 

gəlirlərinin  formalaşmasında,ölkənin  maliyyə-iqtisadi  potensialının  artmasında,digər 

tərəfdən vergi ödəyən fiziki və hüquqi şəxslərin iqtisadiyyatın inkişafına maraqlarının 

artmasında,digər  tərəfdən  vergi  ödəyən  fiziki  və  hüquqi  şəxslərin  iqtisadiyyatın 

inkişafına maraqlarının və məsuliyyətinin artmasında mühüm rol oynayır.Dövlətin və 

təsərrüfat  subyektlərinin  mənafe  və  maraqlarının  düzgün  əlaqələndirilməsi  və 

ödənilməsi bütün hallarda vergi siyasətinin əsas məsələsi,onun uğurlu olmasının əsas 

göstəricisidir. Yeridilən düzgün  vergi siyasəti  və  yaradılmış əlverişli şərait,görülmüş 

tədbirlər  özünün  müsbət  nəticələrini  birinci  növbədə  vergi  ödəyicilərinin  sayının  və 

vergi daxilolmalarının miqdarının sürətli artmasında özünü göstərir. Vergi sisteminin 

yaratdığı  əlverişli  şərait  nəticəsində  vergi  ödəyicilərinin    maliyyə  imkanları  daha  da 

artmışdır.2013-cü  ildə  büdcəyə  vergi  daxilomalrının  həcmi  19496,3mln  manata 




61 

 

çatmışdır.2014-cü ildə Azərbaycan Respublikasının dövlət büdcəsinə 7113622,4 mln 



manat vergi və sair  ödənişlər daxil olmuşdur

13



 Azərbaycanın  iqtisadi  sahədə  keçid  dövrünü  uğurla  başa  vurması  elm  və  təhsil 

sferasında  da  adekvat  modernləşməni,  əsaslı  keyfiyyət  dəyişikliklərini  zərurətə 

çevirir. Sürətli  iqtisadi  inkişaf  yolunda  olan  Azərbaycanda  elmin  inkişaf 

təmayüllərinin  ölkənin  müasir  reallıqlarına  nəzərən  müəyyənləşdirilməsi,  bu  sahədə 

mövcud  problemlərin  mərhələlərlə  aradan  qaldırılması,  elmlə  idarəçiliyin  üzvi 

vəhdətinin təmini, bu sahəyə yönəldilən vəsaitlərin rentabelliliyinə nail olunması yeni 

mərhələdə  qarşıda  mühüm  vəzifələr  kimi  durur.  Ölkəmiz  xammalyönümlü 

iqtisadiyyatdan  innovasiyayönümlü  iqtisadiyyata  keçidi  prioritet  istiqamət  kimi  elan 

etmişdir. .«Azərbaycan 2020: İnkişaf strategiyası» hazırlanarkən elmin müasir inkişaf 

istiqamətlərininnəzərə  alınması  son  dərəcə  vacib  hesab  edilir.  Dünya  təcrübəsinə 

diqqət  yetirdikdə,  bu  sahələrin  nəinki  sosial-iqtisadi,  sosial-mədəni  inkişafa  nail 

olunmasında, 

həmçinin, 

cəmiyyətin 

gələcək 

inkişaf 


perspektivlərinin 

müəyyənləşdirilməsi  və  proqnozlaşdırılmasında  mühüm  əhəmiyyəti  bir  daha 

təsdiqlənir.  Bu  baхımdan  Azərbaycan  dövlətinin  iqtisadi  imkanları  artdıqca,  sivil 

dəyərləri,  qabaqcıl  ölkələrin  elmi-teхniki  yeniliklərini,  «nau-hau»  teхnologiyalarını 

dərindən  mənimsəyən  gənc,  kreativ  düşüncəli,  vətənpərvər  kadrların  hazırlanması 

məsələsinə хüsusi diqqət yetirilir.  

Bütün  bunlara  baxmayaraq  hələ  də  Azərbaycanda  elmi  araşdırmalar  və  onların 

praktiki  tətbiqi  arasında  əlaqələrin  pozulması  mövcuddur.Məhz  bunu  aradan 

qaldırmaq üçün aşağıdakı tədbirlərin icrası nəzərdə tutulur: 

a).Elmin dövlət tərəfindən maliyyələşdirilməsinin genişləndirilməsi; 

b).Elmi-texniki  tərəqqinin  kadr  hazırlığının  və  yenidən  hazırlığının  istiqamətlərinin 

müəyyən  edilməsi  üzrə  uzun  müddətli  və  orta  müddətli  proqramlarının  işlənib-

hazırlanması və həyatda keçirilməsi; 

c).Perspektiv layihələrin uzun müddətli güzəştli kreditləşməsinin həyat keçirilməsi; 

                                                             

13

 Dövlət büdcəsinə vergi daxil olmaları haqqında məlumat  www.taxes.gov.az 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə