Əlyazması hüququnda


  Dəyişikliklərin strukturu və modelləri



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə16/24
tarix06.02.2018
ölçüsü0,6 Mb.
#26735
1   ...   12   13   14   15   16   17   18   19   ...   24

50 

 

2.2  Dəyişikliklərin strukturu və modelləri

Struktur  dəyişiklikləri  sayəsində  həyata  keçirilən  iqtisadi  siyasət,  hər  şeydən  əvvəl 

sahələrarası və sahədaxili dəyişikliklərə təsir edən tədbirlərin məcmusu deməkdir.  

      Fikrimizcə,  iqtisadiyyatın  strukturu  ictimai  istehsal  prosesinin  müəyyən 

tarazlığını  təmin  edən  ümumiqtisadi,  sahəvi,  regional  proporsiyaların  məcmusunu 

ifadə edir.  

  Bazar  iqtisadiyyatına  keçidin  xarakteri,  məzmunu,  onun  sosial  nəticələri  hər  bir 

ölkənin  sosial-iqtisadi  inkişafından,  islahatların  səmərəlilik  dərəcəsindən  və  dövlətin 

iqtisadiyyatda  struktur  dəyişikliklərinə  təsirinin  intensivlik  və  səmərəli  himayəçilik 

siyasətindən asılı olaraq formalaşır. 

Planlı  iqtisadiyyatdan  bazar  iqtisadiyyatına  keçidin  təcrübəsi  göstərir  ki,  struktur 

dəyişikliklərinin  iki  qütb  modeli  mövcuddur.  Onlardan  birincisi-Çin  üçün 

xarakterikdir  :  istehsal,  investisiya  və  ixracın  həcmi  artır;  mütərəqqi  texnologiya  ilə 

təchiz  edilmiş  müasir  müəssisələr  yaranır;  xaricdən  iri  kapital  qoyuluşu  axınları  baş 

verir; əhalinin real gəlirlərinin səviyyəsi qalxır. İkinci model üçün mənfi dəyişikliklər 

xarakterikdir ki, burada istehsalın böhranı xüsusilə böyük əhəmiyyət kəsb edir

11



  Bunlarla  yanaşı,dəyişikliklərin  strukturu  üzrə    dörd  əsas  modeli  də  fərqləndirmək 

olar : 


  Birinci  model    ənənəvi    olaraq  kontinental  və  ya  alman  modeli  adlanır.  Bu  model 

Almaniyadan  başqa  ,Avstriyada,Belçikada,Niderlandda  qismən  də  Fransada  tətbiq 

olunur.Kontinental model üçün büdcə vasitəsi ilə ÜDM-in təkrar bölgüsünün yüksək 

həcmi  (50%),işverənlərin  hesabına  sığorta  fondlarının  formalaşması,inkişaf  etmiş 

sosial tərəfdaşlıq sitemi,yüksək mə.ğulluğa meylilik səciyyəvidir. 

 İkinci-ingilis –sakson  modelidir və Böyük Britaniya, Irlandiya və Kanadada istifadə 

olunur.  O,ÜDM-in  büdcə  vasitəsilə  bölgüsünün  daha  aşağı  səviyyəsini  (40%-dən 

az),dövlətin  məşğulluq  siyasətinin  passiv  səciyyəli  olmasını  ,sosial  xidmətlərin 

                                                             

11

 H.Allahverdiyev və b. Milliiqtisadiyyatın dövlət tənzimlənməsinin elementləri. Səh.123-126 




51 

 

göstərilməsində xüsusi ictimai şirkət və təşkilatların xüsusi çəkisinin yüksək olmasını 



nəzərdə tutur. 

   Üçüncü  model-Aralıq  dənizi  modelidir  və  Cənubi  Avropa  ölkələrində 

(Yunanıstan,Ispaniya  və  İtaliya)  həyata  keçirilir.Büdcə  vasitəsi  ilə  bölünən  ÜDM-in 

səviyyəsi  burada  xeyli  fərqlidir(Yunanıstan  və  İtaliyada    60%-ə  qədər,Ispaniyada 

40%-ə qədər).Sosial siyasət əsasən sosial müdafiəsi zəif olan vətəndaşlara ünvanlanır 

və ümumi səciyyə daşımır. 

  Dördüncü 

model-Skandinav 

modeli 

İsveçdə,Danimarkada,Norveçdə 



və 

Finlandiyada  tətbiq  olunur.Skandinav  modelində  fəal  sosial  siyasət  ,büdcə  vasitəsilə   

təkrar  bölünən    milli  sərvətin  həcminin  böyük  olması  (ÜDM-in  50-60%-i  ),sosial 

həmrəylik ideyasının həyata keçirilməsi və sosial siyasətin fəal qabaqlayıcı xarakteri 

xasdır. 

Struktur  dəyişiklikləri  modellərini  xarakterizə  edən  amillər  sırasında,  birinci-onların 

mahiyyətini  şərtləndirən  institutsional  islahatlar,  ikincisi-islah  texnologiyaları 

fərqləndirilir. 

    Planlı  iqtisadiyyatdan  bazar  iqtisadiyyatına  keçid  zamanı  iki  prinsipial  yanaşma  –

təkamül yolu və “şok terapiyası” mövcuddur. Təkamül yolu strategiyası dərin ictimai 

dəyişikliklərlə əlaqədar risklərdən qaçmaq və ölkədə siyasi həmrəyliyi təmin etməyin 

zəruriliyinə  əsaslanır.  Belə  strategiyanın  həyata  keçirilməsi  təsərrüfatın  əsas 

parametrlərini-qiymət,  tələb  və  gəlirlərin  səviyyəsini  stabil  vəziyyətdə  saxlamağa 

imkan  verir.  Bu  müəssisələrə  yeni  şəraitə  uyğunlaşmağa,  dövlətə  isə-əsas  diqqəti 

islahatlara yönəltməyə kömək edir. 

    “Şok  terapiyası”  yolu  ilə  ilk  öncə  Şərqi  Avropa  ölkələri  getmişlər.  Bu  yolun 

seçilməsinin  mahiyyəti  bazar  iqtisadiyyatına  keçid  müddətini  minimallaşdırmaqla 

yanaşı, eyni zamanda onun siyasi dönməzliyinə nail olmaq cəhdi bəzən keçid böhranı 

adlanan  dərin  ümumtəsərrüfat  böhranına  səbəb  olan  iqtisadiyyatda  kəskin  qeyri-

sabitliyə səbəb olur. 




52 

 

      Son dövrlər isə  dəyişikliklərin strukturu üzrə Azərbaycan milli inkişaf modelinin 



formalaşması  ilə  bağlı  müzakirələr  də  başlanmışdır.  Azərbaycanın  irsən  keçmiş 

iqtisadi  vəziyyəti  ondan  ibarət  idi  ki,  o  uzun  müddət  kommunist  imperiyası  -  SSRİ-

nin  tərkibində  olduqdan  sonra  iqtisadi  və  siyasi  müstəqillik  əldə  etmişdir.  Lakin 

suverenlik əldə etdikdən sonra Azərbaycan öz iqtisadi və sosial-siyasi problemləri ilə 

qarşı-qarşıya  durmuşdur.  Ölkə  demək  olar  ki,  sıfırdan  başlayaraq  öz  dövlət 

quruluşunu  yaratmalı,  özünün  iqtisadi  və  sosial  siyasətini  işləyib  hazırlamalı 

olmuşdur.  Azərbaycanın  iqtisadi  və  sosial  inkişafının  perspektiv  istiqamətlərinin 

əsasını  məhz  bu  gün  aparılan  bazar  iqtisadiyyatının  təşəkkülünü  təmin  edən  və 

idarəetmə fəaliyyətini təkmilləşdirən idarəetmə strukturunun təkmilləşdirilməsi təşkil 

edir. 


    Müasir Azərbaycan Respublikasında strukur dəyişiklikləri işləməyən müəssisələrin 

yenidən  qurulması,  bazar  tələbatına  uyğun  səmərəli  istehsal  siyasəti  yeritməklə  yeni 

iş  yerlərinin  açılması,  əmək  haqqının  artımı  və  rəqabət  mühiti  yaratmaqla 

təşəbbüskarlığı  təmin  edən  sosial  nəticələrin  dinamikasıdır.  Struktur  islahatlar 

Azərbaycan  iqtisadiyyatının  strateji  məhsulları,  onun  iqtisadi  potensialının  iqtisadi 

dövriyyəyə  cəlb  edilməsi  üçün  və  sahələrarası  nisbətlərin  və  neft  sektoru  ilə  yanaşı 

kənd  təsərrüfatının,  sosial  infrastrukturun  və  emal  sənayesinin  səmərəli 

əlaqələndirilməsi  üçün  böyük  əhəmiyyət  kəsb  edir  və  son  illərdə  iqtisadi  artımın 

dinamik  artımı,  investisiya  axının  stimullaşdırılmasına  şərait  yaradılması, 

inflyasiyanın  sabitləşməsi,  ixracat  yönlü  istehsal  potensialının  formalaşdırılması  və 

ardıcıl  sosial  siyasətin  aparılması  şəraiti  struktur  dəyişmələrinin  əlverişli  mühitini 

yaradır.  Ali  məqsədin  seçilməsi  ölkə  iqtisadiyyatının  sahə,  ərazi,  təsərrüfat 

quruluşunun  məhz  həmin  məqsədə  çatma  yolunu  qiymətləndirməklə  və  həmin 

tədbirlərin  imkanlarını  nəzərə  almaqla  əsaslandırılması  struktur  dəyişikliklərinin 

metodoloji  əsasını  təşkil  edir  və  struktur  dəyişiklikləri  dinamizmi,  ixtisaslaşma  və 

kompleksləşmə,  əməyə  qənaət  və  məsrəflər,  effekt  modeli  baxımından 

qiymətləndirilir. 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə