Əlyazması hüququnda



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə18/24
tarix06.02.2018
ölçüsü0,6 Mb.
#26735
1   ...   14   15   16   17   18   19   20   21   ...   24

56 

 

sektoruna  aid  tikilən  sənaye  müəssisələri  və  istifadəyə  verilən  sənaye  istehsal 



müəssisələrinin  80  %-dən  çoxu  Abşerondan  kənar  iqtisadi  rayonların  payına 

düşmüşdür.  İkincisi  ,  kiçik  və  orta  müəssisələrin  tikilməsi  və  ölkə  ərazisinə 

səpələnməsi  prosesinin  baş  verməsidir.Üçüncüsü  qeyri  neft  sektoruna  aid  sənaye 

müəssisələrinin  strukturunda  mütərəqqi  sənaye  sahələrinə  aid  yeni  müəssisələrin 

xüsusi  çəkisi  artır  və  mütərəqqi  sənaye  sahələri  bütvlükdə  sənayeyə  nisbətən  daha 

sürətlə inkişaf etmişdir.Dördüncü, energetika sənayenin çox mühüm sahəsidir.Müasir 

dövrdə  bu  sahə  iqtisadiyyatın  müasirləşməsi  və  inkişafının  hərəkətverici 

qüvvəsidir.Son  dövrlərdə  bir  sıra  SES  və  İES-lər  istifadəyə  verilmişdir.Bunlarla 

yanaşı əvvəllər tikilmiş elektrik stansiyalarında yenidənqurma ,modernləşmə və əsaslı 

təmir aparmaqla əlavə  istehsal  gücləri də  işə salınmışdır.Ümumiyyətlə  2004-2011-ci 

illərdə  11  yeni  elektrik  stansiyası  tikilmişdir.Bunlarla  bərabər  bərpa  olunan  digər 

enerji növlərindən (külək,günəş və.s) istifadə etmək vacibdir.Bərpa olunan və  

Cədvəl  2.1.Sənaye  sektoru  üzrə  əsas  makroiqtisadi  göstəricilər  (2009-2013-cü  illər 

üzrə) 


 

2009 


2010 

2011 


2012 

2013 


Əlavə 

dəyər,cari 

qiymətlərlə,milyon 

manat 


17476 

21942 


28011 

27073 


26701 

Ümumi  mənfəət,cari 

qiymətlərlə,  milyon 

manat 


16316 

20743 


26476 

25319 


24980 

Xalis 


mənfəət,cari 

qiymətlərlə,milyon 

manat 

15660 


20008 

25277 


24990 

24153 


Muzdlu işçilərin orta  192,3 

181,8 


176,7 

181,0 


197,2 


57 

 

illik sayı ,min nəfər 



Orta 

aylıq 


əmək 

haqqı,manat 

412,4 

451,8 


518,6 

590,1 


630,8 

Əsas  fondlar  (ilin 

axırına),milyon 

manat 


34789 

37165 


41952 

46769 


53529 

Əsas 


kapitala 

investisiyalar,milyon 

manat 

3225 


4276 

5370 


6040 

7500 


Mənbə:Azərbaycanın statistik göstəriciləri əsas makro iqtisadi göstəricilər 

www.azstat.org

 

alternativ  enerji  mənbələrinin  yaradılması  Azərbaycanda  energetika  sənayesinin 



inkişafının prioritet istiqaməti kimi qiymətləndirilir

12

 



Cədvəl 2.1 –dən göründüyü kimi sənayenin ayrı-ayrı göstəricilərində də artım qeydə 

alınmışdır.Burada  2009-2013-cü  illər  üzrə  göstəriciləri      müqayisə  etdikdə  sənayedə  

5,8 faiz artımın olduğu görünmüşdür. 2014-cü ildə isə sənayedə 6,6 faiz artım qeydə 

alınmışdır.Eyni zamanda 29,8mln manat həcmində məhsul istehsal olunmuşdur. 

Azərbaycan  iqtisadiyyatında    kənd  təsərrüfatı  neft  və  tikinti  sahələrindən  sonra 

üçüncü  ən  iri  sahə  olmaqla  iş  yerləri  ilə  təminatda  ən  böyük  pay  sahibidir(2006-cı 

ildə kənd təsərrüfatında bütün məşğul əhalinin 39,1%-i, neft sektorunda isə cəmi 1%-

i işləyirdi). Eyni zamanda bu sahə həm də kənd yerlərində yoxsulluğun azaldılmasına 

əsaslı  təsir  edən  sahədir.1995-ci  ildən  uğurla  həyata  keçirilən  aqrar  islahatlar 

nəticəsində  ölkə  iqtisadiyyatında  bazar  münasibətlərinin  yenidən  qurulmasına,torpaq 

və  əmlakdan  səmərəli  istifadə  edilməsi,  aqrar  bölmənin  sahə  strukturunun 

                                                             

12

 Nuriyev Ə. Azərbaycanda İqtisadi inkişaf və moderniləşmə siyasətinin konseptial əsasları.səh. 132-133 




58 

 

təkmilləşdirilməsi,sahibkarlığın  formalaşmasına,kəndin  simasının  dəyişdirilməsinə 



ciddi  təsir  göstərmişdir.  Kənd  təsərrüfatının  sosial  və  sahəvi  tərkibində  əsaslı 

dəyişikliklər baş vermişdir.İri təsərrüfat formlarının əvəzində müxtəlif mənsubiyyətli 

çoxsaylı  təsərrüfat  subyektləri  yaradılmış,geniş  miqyaslı  özəlləşdirmə  siyasətinə 

uyğun  olaraq  ,kənd  təsərrüfatına  yararlı  torpaq  sahələri,mal-qara,istehsal  və  qeyri- 

istehsal obyektləri,kənd təsərrüfatı texnikası  üzərində dövlət  mülkiyyət  forması  fərdi 

(şəxsi)  mülkiyyətlə  əvəz  edilmişdir.Üzümçülük  və  şərabçılıq  sahəsində  fəaliyyət 

göstərən müəssisələrdə istehsalın artırılmasını stimullaşdırmaq məqsədi ilə əkin üçün 

ölkəyə gətirilən üzüm tinglərinin idxalının gömrük rüsumundan azad edilməsi barədə 

təkliflər 

hazırlanaraq 

Nazirlər 

Kabinetinin 

qərarı 

ilə 


təsdiq 

edilmişdir.Həmçinin,ölkədə  baramaçılığı  inkişaf  etdirmək  və  tut  ipək  qurdlarını 

lazımi həcmdə yem bazası ilə təmin etmək üçün respublikaya gətirilən tut tinglərinin 

idxal  gömrük  rüsumlarından  azad  edilməsi  barədə  təkliflər  hazırlanaraq  təsdiq 

edilmişdir. 

  Qeyri-neft sektorunun inkişafı ilk növbədə aqrar sektorun dinamik inkişafından 

asılıdır. Son illərdə çevik və işlək mexanizmlər əsasında gerçəkləşdirilən islahatlar 

nəticəsində respublikada aqrar-sənaye kompleksini inkişaf etdirmək, ərzaq təminatını 

yaxşılaşdırmaq  üçün  ilk  növbədə  qanunvericilik  bazası  təkmilləşdirilmiş,  fermerlərə 

yanacağın, motor yağının və gübrənin alınmasına çəkilən xərclərin 50 faizinin dövlət 

tərəfindən  ödənilməsi,  taxıl  əkinlərinə  görə  subsidiyaların  verilməsi  təmin  edilmiş, 

texniki  təminatın  yaxşılaşdırılması  üçün  «Aqrolizinq»  Açıq  Səhmdar  Cəmiyyəti 

yaradılmış,  istehsalçılara  lizinq  yolu  ilə  güzəştli  şərtlər  əsasında  texnikanın  və 

gübrələrin  verilməsinə  başlanılmışdır.Dünya  Bankının  “Kənd  təsərrüfatının  inkişafı 

və  kredit  layihəsi”  icrası  çərçivəsində  “icraçı  kredit  agentliyinin”  dəstəyi  ilə 

regionlarda  kredit  ittifaqları  fəaliyyətə  başlamış,layihə  çərçivəsində  borc  alanlar 

qrupuna  və  kredit  ittifaqına  kredit  verilməsinə  başlanılmışdır.Bu  layihə  çərçivəsində 

kredit  ittifaqına  23,2  mln  manat,  borc  alanlar  qrupuna  28,6  mln  manat  kredit 

verilmişdir. 



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə