Əlyazması hüququnda



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə23/24
tarix06.02.2018
ölçüsü0,6 Mb.
#26735
1   ...   16   17   18   19   20   21   22   23   24

71 

 

“kupon  özəlləşdirilməsi”,  Litvada  “sürətli  özəlləşdirmə”,  Monqolustan  və 



Rumıniyada  “vətəndaş  proqramları”,  Polşada  “kütləvi  özəlləşdirmə”,  Rusiyada 

“vauçer  özəlləşdirməsi”  adı  ilə  tarixə  düşdü.  Azərbaycanda  isə  bu  proqram  “çek 

özəlləşdirməsi”  adlandırıldı.  Ümumilikdə  kütləvi  özəlləşdirmə  proqramları  adı  ilə 

qruplaşdırılan belə proqramlar bir-birindən aşağıdakı əlamət sıraları üzrə fərqləndirilə 

bilər:  

a) proqramın məqsədinə görə,  

b) onun reallaşdırılması üsulları və miqyasına görə,  

c) reallaşdırma tempinə görə,  

ç) proqramların daxili uyğunluğuna görə və  

d) proqramların reallaşdırılması ilə əlaqədar risklərə görə. 

 Kütləvi özəlləşdirmə proqramları özündə bir neçə ümumi məqsədləri birləşdirə bilər: 

siyasi  məqsədlər  (iqtisadi  transformasiya  prosesinə  əhalinin  geniş  kütləsinin  cəlbi), 

sosial  məqsədlər  (səhmlərin  bölgüsünün  ədalətli  forması),  sistemli  məqsədlər 

(iqtisadiyyata  bazar  prinsiplərinin  tətbiqi),  səmərəliliyin  yüksəldilməsi  məqsədləri 

(idarəetmənin və istehsalın modernləşdirilməsi). Çexiya-Slovakiyada həyata keçirilən 

özəlləşdirmə  proqramları  qarşısına  sistemli  və  siyasi,  Rusiyada  birinci  növbədə 

siyasi,  sonra  isə  sistemli,  Polşada  səmərəliliyin  yüksəldilməsi  və  sosial  ədalətin 

təmini,  Qırğızıstanda  sistem  dəyişiklikləri  məqsədlərini  qoymuşdur.  Azərbaycanda 

özəlləşdirmə proqramlarının məqsədləri Rusiya ilə üst-üstə düşür.  

 Kütləvi  özəlləşdirmə  proqramları  müxtəlif  ölkələr  üzrə  özünəməxsus  miqyaslara  və 

idarəetmə  dərəcələrinə  malik  olub

16

.  Digər  proqramlarla  müqayisədə  Rusiyada 



özəlləşdirmə  proqramının  əhatə  dairəsi  daha  geniş  olaraq,  özündə  Rusiyanın  bütün 

əhalisini  və  dövlət  müəssisələrinin  80  faizini  birləşdirib.  Polşa  modeli  ondan  xeyli 

dərəcədə  fərqlənərək  daha  məhdud  dairədə  reallaşdırılmış  və  dövlətin  əsas 

fondlarının  11  faizindən  bir  qədər  çoxunu  əhatə  edib.  Bu  proqramın  həyata 

                                                             

16

 Səmədzadə Ş. Sahibkarlığın əsasları. Səh.96-98 




72 

 

keçirilməsində  Polşa  vətəndaşlarının  69  faizi  iştirakçı  olub.  Bu  proqramların 



ortasında isə Çexiyada özəlləşdirmə modeli dayanır ki, o da dövlət fondlarının 25 və 

ölkə  əhalisinin  56  faizini  əhatə  edib.  Azərbaycanda  müvafiq  surətdə  dövlət 

mülkiyyətinin 75,7  faizinin  özəlləşdirilməsi  nəzərdə tutulub ki, bu  məqsədlə ölkənin 

bütün  vətəndaşlarına  çeklər  paylansa  da,  I  özəlləşdirmə  proqramının  nəticəsi  olaraq 

əhalinin heç bir faizi də səhmdara çevrilə bilməyib. 

 Hər  bir  kütləvi  özəlləşdirmə  proqramlarında  fəaliyyət  ardıcıllığına  görə  müəyyən 

özünəməxsus xüsusiyyətlər meydana çıxsa da, onların təbii olaraq ardıcıl fəaliyyətini 

üç  mərhələyə  qruplaşdırmaq  mümkündür.  Belə  təsnifat  proqramların  daxili 

uyğunluğu əsasında aparılır. Belə ki, bütün proqramlar üzrə birinci mərhələdə vauçer, 

çek,  kupon  və  ya  səhm  hüququ  barədə  şəhadətnamə  paylanmaqla  dövlət 

müəssisələrinin  səhmlərinə  süni  tələbat  yaradılır.  İkinci  mərhələdə  özəlləşdirilən 

müəssisələrlə  vauçer  sahibləri  arasında  vasitəçilik  funksiyasını  yerinə  yetirən 

investisiya 

fondları 

formalaşdırılır. 

Üçüncü 


mərhələdə 

müəssisələrin 

səhmləşdirilməsi,  dəyərin  qiymətləndirilməsi  və  kiçik  emissiya  prospektlərinin 

buraxılış yolu ilə onların təklifi həyata keçirilir. 

    Bütün digər postsovet dövlətlərində olduğu kimi, suverenliyini bərpa edərək sistem 

dəyişiklikləri  yolu  tutmuş  müstəqil  Azərbaycan  Respublikasında  özəlləşdirmənin 

mənşəyi,  mahiyyəti  və  praktikası,  bir  tərəfdən,  Azərbaycan  iqtisadiyyatının  bir  çox 

onilliklər  ərzində  keçmiş  ittifaqın  vahid  xalq  təsərrüfat  kompleksinin  tərkibində 

mərkəzləşdirilmiş  planlı  təsərrüfatın  qanunauyğunluqları  əsasında  inkişafın 

xüsusiyətlərindən  doğmuş  amillərlə,  digər  tərəfdən,  dünya  təsərrüfatında  və 

siyasətində  cərəyan  edən  qlobal  xarakterli  proseslərin  güclü  təsiri  və  təyziqi  altında 

formalaşmış amillərlə şərtlənmişdir: 

Dövlət  əmlakının  özəlləşdirilməsinin  həyata  keçirilməsi  üçün  aşağıdakı  məsələlərin 

həlli təmin edilmişdir: 

a).Bazar sistemində iqtisadi münasibətləri tənzimləyən qanunlar və normativ aktların 

hazırlanması və qəbul edilmişdir; 




73 

 

b).Bütün  müəssisələrin,  xüsusilə  də  keçid  dövrünün  və  böhranın  yaratdığı 



çətinliklərlə  əlaqədar  fəaliyyəti  tam  və  ya  qismən  dondurulmuş  meəssisələrin 

işləməsini,  yenidən  qurulmasını,  fiziki  və  və  mənəvi  cəhətdən  köhnəlmiş  istehsal 

güclərinin modernləşdirilməsini təmin etməklə özəlləşdirməyə hazırlamaq; 

c)Özəlləşdirmə  prosesinin  həyata  keçirilməsini  təmin  etməyə  yardımçı  olan 

institutların  (bank,  maliyyə,  fond  birjaları,  qiymətli  kağışlar  bazarı,  fondlar  və  s.) 

yaradılması, fond bazarında və investisiya prosesində bütün hüquqi və fiziki şəxslərin 

sərbəst iştirakı; 

  d).İnvestisiya  layihələrinin  dövlət  tərəfindən  dəstəklənməsi  və  milli  iqtisadiyyata 

daxili  və  xarici  sərmayənin  cəlb  edilməsi  üçün  stimullaşdırıcı  tədbirlərin  həyata 

keçirilməsi; 

e)Özəlləşdirmədə iştirak etmək üçün ölkə əhalisinə ilkin bərabər şəraitin yaradılması; 

   f)Xüsusi  mülkiyyətçilərin  hüquqlarının  mühafizəsi  sahəsində  kompleks  tədbirlərin 

həyata keçirilməsi. 

90-cı  illərin  əvvəllərində  mülkiyyət,  dövlətsizləşdirmə  haqqında  bir  sıra 

qanunvericilik  aktları  və  sənədlər  qəbul  edilmişdirsə  də,  bu  hüquqi  aktlar  mürəkkəb 

və  uzunmüddətli  özəlləşdirmə  prosesinin  həyata  keçirilməsi  üçün  kifayət  etmirdi. 

1992-ci  ilin  əvvəllərində  Bakı  şəhər  İcra  Hakimiyyəti  aparatının  strukturunda 

“özəlləşdirmə və bələdiyyə mülkiyyəti” idarəsi yaradılmışdır.bu struktur bölmə Bakı 

şəhərində  bələdiyyə  mülkiyyəti  haqqında  informasiya  bazasının  yaradılmasının 

əsasını 


qoymuş 

və 


bələdiyyə 

mülkiyyətinin 

dövlətsizləşdirilməsi 

və 


özəlləşdirilməsinə dair sənədlər paketi hazırlamışdır. 

    Deyilənlər  nəzərə  alınaraq  1992-ci  ildə  dövlət  əmlakını  idarə  etmək  və 

özəlləşdirmə prosesinin həyata keçirilməsini təmin etmək məqsədilə Əmlak Məsələri 

üzrə Dövlət Komitəsi yaradılmışdır.  

1993-cü  ilin  yanvar ayının 7-də “Azərbaycan Respublikasında Dövlət  mülkiyyətinin 

özəlləşdirilməsi  haqqında”  Azərbaycan  Respublikasının  qanunu  qüvvəyə  minmiş  və 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə