Əlyazması hüququnda m a h m u d L u t ü r k a y r ə Ş a d ə T



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə5/22
tarix14.09.2018
ölçüsü0,64 Mb.
#68241
1   2   3   4   5   6   7   8   9   ...   22

13 

 

 



Borclu – müəssisə 

 

 

 

Müəssisə - investor 

İstiqrazlar üzrə öhdəliklər 

  30000 

Pul vəsaitləri 

 

 

300000 



Pul vəsaitləri 

 

 



  300000 

İstiqrazlara investisiyalar 300000 

İstiqrazlar ödənildikdən sonra onların hüquqi fəaliyyəti dayandırılır. 

Müəssisə  tərəfindən  fond  bazarında  yerləşdirilən  uzunmüddətli  borclar  üzrə 

faizlərin  elan  olunan  və  bazar  stavkaların  yuxarıda  araşdırdığımız  bərabərliyi 

xüsusi hal olsa da nadir hal deyildir. Əksər hallarda isə uzunmüddətli borclar üzrə 

faizlərin elan olunan və bazar stavkaları arasında xeyli fərqlərə təsadüf olunur. 

Əgər elan olunan stavka bazar stavkasında yüksəkdirsə, onda istiqraz mükafatla 

satılır.  Əvvəlki  misaldan  istifadə  edək  lakin  bu  dəfə  faizin  bazar  stavkası  elan 

olunan  stavkadan  10  %  aşağıdır.  Borc  yerləşdirildikdə  isə  həmin  göstərici  8  % 

olmuşdur: 

30000 x (PVI, 10 %, 7) + 30000 x (PVI, 10 %, 8, 7) = 30000 x 0,58349 + 

30000 x 5,20637 + 4,868419 = 331288 manat 

Qeyd  etmək  istəyirik  ki,  borcların  bazar  qiymətləri  müəyyənləşdirilən  zaman 

ona faizlər elan olunan stavkalar üzrə hesablanılır. Borcun qüvvədə olduğu müddət 

ərzində  faizlərin  ödənilməsinə  çəkilən  xərclərin  ümumi  məbləği  müəyyən 

hesablamaların  köməyilə  tapılır.  Borcların  bazar  qiyməti  nominal  dəyərdən  çox 

olduqda  faizlərin  ödənilməsinə  çəkilən  ümumi  xərclər  mükafatın  kəmiyyətinə 

çəkilən  faizlərin  nominal  məbləğindən  aşağı  olur.  Başqa  sözlə,  borclu  təşkilatın 

faizlərin ödənilməsinə çəkdiyi xərclər ödənilən faizlərin məbləğindən aşağıdır. 

Borcların nominal dəyəri 

 

 



 

 

 



 

300000 


Faizlərin ümumi məbləği   

 

 



 

 

 



210000 

Borc üzrə mövcud vəsaitlərin ödənilən məbləği 

 

 

510000 



Borcun bazar qiyməti  

 

 



 

 

 



 

3312238 


Borcun qüvvədə olduğu müddətdə 

faizlərin ödənilməsinə çəkilən ümumi xərclər   

 

 

178762 



 


14 

 

Borclar  mükafatlı  qaydada  yerləşdirildikdə  borclu  və  kreditor  təşkilatlarda 



jurnal qeydləri aşağıdakı şəkildə təsvir etmək mümkündür: 

Borclu – müəssisə 

 

 

Müəssisə - investor 

Pul vəsaitləri 

 

 

  331238 



İstiqrazlara investisiyalar 331238 

İstiqrazlar üzrə öhdəliklər   

  300000 

İstiqraz mükafatı   

     

   31238 



Pul vəsaitləri 

 

 



331238 

31238  min  manat  məbləğində  mükafat  xüsusi,  əlavə  qiymətləndirmə  hesabına 

köçürülür.  Onun  kəmiyyəti  həcmində  borclar  üzrə  ümumi  məbləğ  artırılır. 

Beləliklə, borclu müəssisə özünün mühasibat yazılışlarında borcların həm  nominal 

dəyərini, həm də onun satışı ilə əlaqədar mükafatın məbləğini qeydə alır. 

 

1.3 Qısamüddətli öhdəliklərin mahiyyəti və uçotu 

 

Qısamüddətli  öhdəliklər  dedikdə,  onların  ləğv  edilməsi  üçün  istifadə  olunan 

resurslar  (cari  aktivlər)  başa  düşülür.  Cari  öhdəliklərin  daha  xarakterik  növlərinə 

kreditor  borcları,  qısamüddətli  veksellər  ödəniləsi  dividendlər,  avanslar  və  geri 

qaytarılan depizitlər, qabaqcadan  ödənilən  qazanılmamış  gəlirlər,  vergi ödənişləri, 

şərti ödənişlər, tələb olunanadək kreditor borcları və s. aiddir. 

Cari  öhdəliklərin  ödənilməsi  elə  resurslardan  istifadəni  tələb  edir  ki,  belə 

öhdəliklər  olmadıqda,  həmin  resurslardan  müəssisənin  gündəlik  ehtiyacları  üçün 

istifadə  oluna  bilsin.  Cari  öhdəliklər  daha  bir  fərqləndirici  xüsusiyyətləri  ondadır 

ki, onlar pul vəsaiti formasında tədavül olunur və yaxud müəssisənin fəaliyyətində 

bir  mərhələ  ərzində  istifadə  olunur.  Müəssisənin  fəaliyyətinə  normal  mərhələsi 

dedikdə,  orta  aralıq  vaxt  başa  düşülür.  Pul  vəsaitlərinin  malların  və  xidmətlərin 

əldə olunmasına sərf edilən andan  həmin  xidmət və  malların pula çevrilən anadək 

olan  dövr  orta  aralıq  dövr  kimi  xarakterizə  olunur.  Qeyd  etdiyimiz  mərhələ 

aşağıdakı fazaları özündə birləşdirir: 

a)  pul vəsaitlərinin mal-material ehtiyatlarının satın alınmasına sərfi; 

b)  mal-material ehtiyatlarının hazır məhsul əldə etmək üçün yenidən emalı; 

c)  məhsulların kreditə satılması (debitor borcu hesabı açmaq yolu ilə); 




15 

 

d)  malalan təşkilatların debitor borclarının ödənilməsi. 



Cari öhdəliklərin ödənilməsi üçün cari aktivlərin istifadə olunduğu üçün ömür 

müddəti də eynidir. 

Kreditor  borcların  və  yaxud  ödəniləsi  hesablar  və  ödəniləsi  ticarət  hesabları 

müəssisənin  fəaliyyət  müddətində  mallara  və  xidmətlərə  görə  hesablaşmaların 

forması  kimi  başa  düşülür.  Beləliklə,  borcun  bu  növü  müəssisənin  əsasını 

faəliyyətinə  xidmət  göstərən  ticarət  əməliyyatlarının  həyata  keçirilməsi  üçün 

istifadə  olunur.  Kreditor  borclarının  ödənmə  müddəti  malalan  və  malsatanlar 

arasında bağlanılan kontraktda göstərilir. 

Qısamüddətli  veksellər  də  kreditor  borcları  kimi  eyni  məqsədlər  üçün  tətbiq 

olunur.  Belə  veksellər  müəssisənin  əsas  fəaliyyətində  istifadə  olunmayan  malları 

və  xidmətlərin  dəyərini  ödəməyə  xidmət  edir.  Cari  uçot  dövründə  ödənilməsi 

uzunmüddətli öhdəliklər və qısamüddətli veksellərə aiddir. 

Kontraktda  nəzərdə  tutulan  şərtlərdən  asılı  olaraq  öhdəliyin  bu  növü 

müəssisənin  bu  və  ya  digər  aktivləri  ilə  həm  təmin  edilə,  həm  də  edilməyə  bilər. 

Vekselin  təminatı  dedikdə,  borclu  –  müəssisənin  əmlakının  həbsi  başa  düşülür. 

Veksellər  yerləşdirilən  zamanı  onun  təminatı  kimi  hansı  aktivlərdən  istifadə 

olunması  razılaşdırılır.  Cari  veksellər  üzrə  müəssisədə  qısamüddətli  öhdəliklər 

olduqda,  onun  təminatı  üçün  hansı  aktivlərdən  istifadə  olunacağı  konkret  şəkildə 

göstərilməlidir. 

Kreditorun  tələbi  üzrə  ödəniləsi  öhdəliklər  cari  qaydada  aşağıdakı  iki  halda 

əks etdirilə bilər: 

1. 


Kreditorun tələbi üzrə öhədliklər bir il ərzində ödənilmədisə, onda balans 

hesabatı tarixindən və yaxud müəssisənin əməliyyatı mərhələsi ərzində; 

2. 

Uzunmüddətli öhdəliklərin ödənilməsi zəruri olan mövqelərdə. 



Hesablanılan  öhdəliklər  özündə  əməkdaşların  əmək  haqqını,  hesablanılan, 

lakin  hələlik  ödənməyən  kredit  faizlərini  birləşdirilir.  Hesablanılan  öhdəliklər 

düzəliş yazılışları əsasında hesablara uçot dövrünün arxasında köçürülür. Məsələn, 

hesabat  dövrünün  axırında  əks  olunmamış  və  ödənilməmiş  əmək  haqqı  istehsal 

xərcləri  uçota  alınan  hesabların  debetinə  və  əmək  haqqı  üzrə  borc  hesabını 



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə