Əlyazması hüququnda m a h m u d L u t ü r k a y r ə Ş a d ə T



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə7/22
tarix14.09.2018
ölçüsü0,64 Mb.
#68241
1   2   3   4   5   6   7   8   9   10   ...   22

19 

 

Beləliklə, istiqraz aşağıdakı xüsusiyyətlərə malikdir: 



a)  ödənilməsinin son müddəti mövcuddur; 

b)  ona görə faizlər ciddi surətdə qeydə alınmışdır; 

c)  faizlərin ödənilməsində səhmlərə görə üstünlüyünün mövcudluğu. 

İstiqrazların  həm  nominal,  həm  alış,  həm  də  bazar  qiyməti  var.  Nominal 

qiymət  faizlər  hesablanılan  zaman  və  yenidən  hesablanılan  zaman  baza  rolunu 

oynayır:  borcun  vaxtı  keçdikdən  onların  satın  alınması  satınalma  qiymətləri  ilə 

həyata  keçirilir;  istiqrazların  alqı-satqısı  bazar  qiymətlərilə  aparılır.  Ümumiyyətlə, 

istiqrazların  fond  bazarında  qiymətləri  müvafiq  şəraitdən  və  vəziyyətdən  asılı 

olaraq hər an dəyişilə bilər. 

İstiqrazın  bir  sıra  təsnifat  əlamətləri  mövcuddur:  emitentlərin  xarakteri  üzrə; 

sahib  olmaq  üsuluna  görə;  borcun  müddətinə  görə;  gəlirlərin  ödənişin  forması  və 

üsullarına görə və s. 

Emitentlərin 

xarakterinə 

görə 

aşağıdakı 



istiqrazların 

biri-birindən 

fərqləndirirlər: 

a)  dövlət borcları; 

b)  icra hakimiyyətinin borcları; 

c)  yerli və bələdiyyə orqanlarının borcları; 

d)  müəssisələrin borcları. 

İstiqrazlara  sahib  olma  üsuluna  görə  onlar  adlı  və  təqdim  olunan  istiqrazlara 

bölünür. Müddətindən asılı olaraq istiqrazlar üç yerə bölünür: 

1.  Qısamüddətli istiqrazlar; 

2.  Ortamüddətli istiqrazlar 

3.  Uzunmüddətli istiqrazlar 

Gəlirlərin  ödənməsi  formasına  görə  istiqrazlar  aşağıdakılara  bölünür:  kupon 

stavkalı  itiqrazlar; sürüşkən kupon stavkalı istiqrazlar; kupon stavkasız  istiqrazlar; 

gəlirlərin ödənməsi üsuluna görə istiqrazlara bölünür; kupon gəlirlərini ödənməklə 

istiqrazlar; pula ödənilən istiqrazlar; qiymətli kağızlar ödənlilən istiqrazlar və mala 

ödənilən istiqrazlar. 



20 

 

Hazırda Azərbaycan Respublikasında istiqrazların aşağıdakı növlərinə təsadüf 



olunur: 

1)  Dövlət qısamüddətli istiqrazları; 

2)  Borc istiqrazları; 

3)  Dövlət əmanət borclarının istiqrazları; 

4)  Daxili valyuta borclarının istiqrazları. 

Dövlət qısamüddətli istiqrazların buraxılması və tədavülü qaydası Respublika 

Nazirlər  Kabinetinin  və  Respublika  Milli  Bankın  müvafiq  qərarları  ilə 

tənzimlənilir. 

Dövlət  qısamüddətli  istiqrazların  emissiyon  müntəzəm  qaydada  bir  ilədək 

müddətə tədavül buraxılır. Həmin istiqrazların ödənilməsi nağdsız qaydada onların 

sahiblərinə  istiqrazların  nominal  dəyəri  köçürülür.  Qısamüddətli  istiqrazlar  üzrə 

gəlirlər dedikdə, satış qiyməti ilə alış qiyməti arasındakı fərq başa düşülür. 

Borc  istiqrazlarının  buraxılışı  və  tədavülünün  başlıca  şərtləri  Respublika 

Hökumətinin  qərarı  ilə  müəyyənləşdirilir.  Bu  istiqrazların  emitenti  kimi 

Respublika  Milli  Bankı  çıxış  edir.  İstiqrazların  sahibi  respublikanın  həm  hüquqi, 

həm  də  fiziki  şəxslər  ola  bilər.  Daha  konkret  desək,  bu  istiqrazlar  adətən  orta 

müddətli olur. Onların sahibi  istiqrazların  nominal dəyərinə  nisbətən  faiz şəklində 

kupon  gəliri  əldə  etmək  hüququna  malikdir.  Respublika  Milli  Bankı  Respublika 

Maliyyə  Nazirliyi  ilə  razılaşdırmaqla  istiqrazların  hər  bir  aydan  ayrıca  buraxılışı 

üçün  onların  həcmini,  kupon  gəlirlərinin  hesablanılması  qaydasını,  yerləşdirmə 

tarixini,  kupon  gəlirlərinin  ödənməsi  və  verilməsi  qaydasını  tənzimləyir.  Kupon 

gəlirlərinin  kəmiyyəti  kupon  gəlirlərinin  ödənilməsinin  hər  bir  dövrü  üçün  ayrıca 

hesablanılır. 

Azərbaycan  Respublika  dövlət  əmanət  borcları  istiqrazlarının  buraxılışı 

qaydası respublika höküməti və Milli Bankı tərəfindən müəyyənləşdirilir. 

İstiqrazların emitenti Respublika Maliyyə Nazirliyi hesab olunur. 

Belə  istiqrazlar  bir  il  müddətinə  buraxılır.  Hər  bir  istiqrazın  4  kuponu  olur. 

Kupon  dövrü  üç  təqvim  ayını  təşkil  edir  və  buraxılışın  əvvəli  tarixində 

müəyyənləşdirilir. 



21 

 

Kupon  üzrə  faiz  gəliri  hər bir kupon dövrünə emitent tərəfindən hesablanılır. 



Bu  faiz  gəliri  rəsmi  elan  olunan  kupon  stavkalarına  bərabər  olur.  İstiqrazlar 

ödənilən zaman onun sahibinə istiqrazların nominal dəyəri və sonuncu kupon üzrə 

faiz gəlirləri ödənilir. 

Qüvvədə olan qanunvericiliyə uyğun olaraq əmanət borcunun istiqrazları üzrə 

nominal  dəyərinə  nisbətən  faiz  qaydasında  olan  kupon  gəlirləri  müəssisənin 

mənfəətindən vergiyə habelə fiziki şəxslər üzrə vergiyə cəlb olunmurlar. 

İstiqrazlar  tədavül  olunan  zaman  yığılan  kupon  gəlirləri  yaranır.  Kupon 

komplekti  istiqrazların  ayrılmaz  hissəsidir  və  onların,  miqdarı  istiqrazların 

ödənilmə müddətindən asılı olaraq müəyyənləşdirilir. 

Valyuta istiqrazları  üzrə  üç faiz  illik hesablanılır. Adətən  faizlər  ildə bir dəfə 

ödənilir. Bu zaman hökmən kupon təqdim olunmalıdır. 

Nazirlər  Kabinetinin  müvafiq  qərarına  görə  istiqrazlar  üzrə  faizlər  vergiyə 

cəlb oluna bilməz. 

Əmanət  (depozit)  sertifikatları  da  qiymətli  kağızların  bir  növüdür.  Bu 

qiymətli  kağıza  görə  banka  müəyyən  məbləğdə  pul  qoyan  hüquqi  və  yaxud  fiziki 

şəxs  müəyyən  müddət  keçdikdən  sonra  sertifikatda  göstərilən  məbləği  və  faiz 

həmin bankdan  və yaxud onun  filialından ala bilər. Əmanət (depozit) sertifikatları 

təqdim olunan və yaxud adlı ola bilər. 

Sertfikatların fərqləndirici xüsusiyyətləri aşağıdakılardır: 

1.  Onların emitenti kimi yalnız bank çıxış edə bilər; 

2.  Onlar  yalnız  yazılı  formada  buraxılır  (hesablarda  qeydlər  formasında 

nağdsız qaydada buraxılış istisna olunur); 

3.  Mallara  və  xidmətlərə  görə  hesablaşma  və  ödəniş  vasitəsi  kimi  çıxış  edə 

bilməz; 


4.  Öhdəliyin icra olunması yalnız pul formasında mümkündür; 

5.  Onların nominal dəyəri qabaqcadan ödənilmədən istiqrazlar buraxılır; 

6.  Ciddi  formalizm  və  məcburi  rekvizitlərin  doldurulması  (həmin  rekvizitlərin 

birinin belə doldurulması çatışmazsa, sertifikatlar etibarsız sayılır). 




Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə