Əlyazması hüququnda m a h m u d L u t ü r k a y r ə Ş a d ə T



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə8/22
tarix14.09.2018
ölçüsü0,64 Mb.
#68241
1   ...   4   5   6   7   8   9   10   11   ...   22

22 

 

Depozit  sertifikatlarının  tədavülünün  predel  müddəti  1  ildir.  Əmanət 



sertifikatlarının  isə  3  ilə  bərabərdir.  Əgər  onların  ödəmə  müddətinin  vaxtı 

keçmişdirsə, onlar tələb olunanadək sənəd  sayılır. Bank  həmin sənədləri sahibinin 

ilk tələbi əsasında hökmən ödəməyə borcludur. 

Borc  qiymətli  kağızların  ən  mühüm  növlərindən  birisi  veksel  hesab  olunur. 

Vekselin  sahibi  vekseldə  nəzərdə  tutulan  müddət  başa  çatdıqda,  borca  görə  pul 

vəsaitini ödəməyə borcludur. 

Veksellərin başlıca əlamətlərinə aşağıdakılar aiddir: 

1.  Vekseldə  əks  olunan  öhədliklərin  mücərrəd  xarakteri  (vekselin  verilməsi 

üçün  əsas  sayılan  sövdələşmə  vekselin  mətnində  göstərilməlidir;  müvafiq 

surətdə  əsas  sövdələşmələr  haqqında  öhdəliklərin  yerinə  yetirilməməsi 

veksel üzrə öhədliklərin yerinə yetirilməməsinə səbəb ola bilməz); 

2.  Əgər,  veksel  saxta  deyilsə,  onun  öhədliklərin  xarakteri  heç  bir  şübhə 

doğurmur; 

3.  Veksel  üzrə  öhədliklərin  sözsüz  xarakteri  (vekseldə  sadə  dildə  yazılmışdır 

ki,  göstərilən  məbləğ  öz  vaxtında  hökmən  ödənilməlidir,  məbləği  ödəmək 

haqqında hər hansı bir şərt irəli sürməyi heç bir hüquqi əsası yoxdur); 

4.  Bu  sənəd  həmişə  pul  öhədliyidir  (vekselin  nağdsız  qaydada  və  yaxud 

hesablar üzrə yazılışlar formasında buraxılması qeyri-mümkündür); 

5.  Bu həmişə yazılı sənəddir; 

6.  Veksel üzrə borcu olan tərəflər həmrəy məsuliyyət daşıyırlar; 

7.  Bu  sənədin  çox  ciddi  məcburi  rekvizitləri  var  (həmin  rekvizitlərdən  təkcə 

biri çatışmazsa, bu sənəd etibarsız sayılır). 

Veksellər müxətlif əlamətlər üzrə təsnifləşdirilir: 

a)  emitentlər üzrə; 

b)  sövdələşmələrə xidmət göstərilməsi üzrə; 

c)  ödəniş həyata keçirən subyektlər üzrə; 

d)  digər şəxslərə verilməsi imkanları üzrə; 

e)  ödəniş yerləri üzrə; 

f)  təqdim etmə forması üzrə və s. 



23 

 

Emitent  üzrə  dövlət  tərəfindən  buraxılan  xənədarlıq  veksellərini,  banklar, 



korporasiyalar və  maliyyə qrupları tərəfindən buraxılan  vekselləri şəhər və vilayət 

tərəfindən buraxılan bələdiyyə veksellərini biri-birindən fərqləndirmək lazımdır. 

Xidmət  göstərilən  sövdələşmələrə  görə  veksellər  maliyyə  və  əmtəə 

(kommersiya) veksellərinə bölünür. Pul formasında əhalinin ödənişi həyata keçirən 

subyektdən asılı olaraq sadə və köçürmə veksellər biri-birindən fərqlidir. 

Sadə (solo) veksel malalan tərəfindən malsatan təşkilata yazılır. Burada yalnız 

iki şəxs iştirak edir: vekseli verən təşkilat, vekseli alan təşkilat. 

Köçürmə  vekseli  (trassata)  yazılan  sənəddir.  Bu  sənəd  müəyyən  müddətdə 

müəyyən  məbləğdə  pulun  ödənilməsi  üzrə  vekseli  verən  təşkilatın  yazılı  əmridir. 

Köçürmə  vekselində  sadə  vekseldə  olduğu  kimi  iki  deyil  üç  şəxs  iştirak  edir: 

vekseli  verən  (trassant);  ödənişi  ödəyən  təşkilata  köçürən  (trassat);  vekseli 

saxlayan (trassatdan ödənişi almaq hüquqi olan şəxs). 

Xəzinədarlıq  öhdəlikləri  ilə  əlaqədar  əməliyyatların  uçotda  əks  etdirilməsi 

qaydası Respublika Maliyyə Nazirliyinin xüsusi təminatı ilə nizama salınır. Həmin 

təlimata  görə  xəzinadarlıq  öhədliklərinin  mühasibat  uçotu  xəzinədarlıq 

öhdəliklərini  saxlayan  müəssisələrdə  “Xəzinədarlıq  öhədlikləri”  adlı  subhesabda 

aparılır. 

Xəzinədarlıq öhədliklərini tədavül məhdud və qeyri-məhdud formada buraxılır. 

Məhdud  formada  tədavül  zamanı  Maliyyə  Nazirliyi  onların  tədavülü  qaydasını 

müəyyənləşdirir. Məhdudiyyətlərə aiddir: 

a)  kreditor  borclarının  ödənilməsi  məqsədilə  xəzinədarlıq  öhdəliklərinin 

hesablanmasının məcburiliyi; 

b)  xəzinədarlıq  öhədliklərini  yalnız  hüquqi  şəxslərə  verilməsi  hüququnun 

məhdudlaşdırılması; 

c)  yuxarıda  sadalanan  məhdudiyyətlər  nəzərə  alınmaqla  əməliyyatların 

minimum sayı; 

d)  vergidən azad olunmanın uçotu müddətinin məhdudlaşdırılması. 

Xəzinədarlıq öhədliklərinin tədavülü iki mərhələdən ibarətdir: 




24 

 

1.  Xəzinədarlıq  öhədliklərinin  kreditorların  hesabına  köçürülməsi  yolu  ilə 



kreditor 

borclarının 

ödənməsi 

kreditor 

borcların 

ödənilməsinin 

razılaşdırılmış  sayı  depozit  müqavilədə  göstərilir.  Debitor  borcların 

ödənilməsi üzrə bütün hesablaşmalar nominal dəyərilə aparılır. 

2.  Xəzinədarlıq öhədliklərinin kredit almaq üçün girov qoyulması. 

Kreditor  borclarının  ödənilməsinin  müəyyən  sayı  keçdikdən  sonra, 

xəzinədarlıq  öhədlikləri  növbəti  mərhələlərə  daxil  olur.  Bu  mərhələ  qiymətli 

kağızlar bazarıdır. Həmin mərhələdə xəzinədarlıq öhdəliyini saxlayan onu fiziki və 

yaxud  hüquqi  şəxsə  sata,  və  yaxud  qoyuluş  qaydasında  nizamnamə  kapitalında 

birləşdirə  bilər.  Qeyd  olunan  mərhələdə  xəzinədarlıq  öhdəliklərinin  uçotu  onların 

satın alınmasına çəkilən həqiqi xərclərə görə aparılır. 

Təkrar  bazarda  xəzinədarlıq  öhədliklərinin  əməliyyatları  ilə  əlaqədar  əldə 

olunan  gəlirlərin  vergiyə  cəlb  olunması  qaydası  xüsusi  təminat  vasitəsilə 

tənzimlənilir. 

Beləliklə,  xəzinədarlıq  öhədlikləri  ilə  əlaqədar  əməliyyatlar  uçota  alınan 

zaman aşağıdakıları hökmən nəzərə almaq lazımdır: 

1.  Xəzinədarlıq  öhədliklərinin  satışı  ilə  əlaqədar  əməliyyatlar  qiymətli 

kağızlarda olduğu kimi əlavə dəyər vergisinin dövriyyəsinə daxil edilir; 

2.  Xəzinədarlıq  öhdəliklərinin  satışından  gəlirlər  satış  qiyməti  ilə  alış  qiyməti 

arasındakı fərq kimi müəyyənləşdirilir. 

 

 

 

 

 

 

 

 



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə