Əlyazması hüququnda m a h m u d L u t ü r k a y r ə Ş a d ə T



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə4/22
tarix14.09.2018
ölçüsü0,64 Mb.
#68241
1   2   3   4   5   6   7   8   9   ...   22

10 

 

b)  istiqrazların  fəaliyyət  müddəti  başa  çatdıqdan  sonra  çatan  ödəniş  müddəti 



(bu müddəti borclu kreditora istiqrazların nominal dəyərini ödəməlidir); 

c)  faiz stavkalarının elan olunması; 

d)  faizlərin ödənilməsi tarixi; 

e)  istiqrazların buraxıldığı rəsmi tarix. 

Uzunmüddətli  öhdəliklərin  bazar  dəyərlərini  dəqiq  qiymətləndirmək  üçün 

istiqrazda göstərilməyə və fond bazarında təşəkkül tapan bəzi mühüm  məlumatları 

da  bilmək  lazımdır.  Bir  sıra  səbəblər  üzündən  istiqrazlar  rəsmi  tarixdən  daha  gec 

buraxıla  bilər.  Belə  bir  halda  buraxılan  istiqrazları  qeydiyyata  alınmasının  rəsmi 

prosedurasının gecikdirilməsi ilə əlaqədardır. Borcların yerləşdirilməsinin çətinliyi 

və ləngidilməsi şirkətin iqtisadi vəziyyətindəki ciddi dəyişikliklərlə də əlaqədar ola 

bilər.  Bazarda  faiz  stavkaların  aşağı  düşməsi  ilə  əlaqədardır.  Şirkət  düşüncəli 

surətdə istiqrazların satışını ləngitməsi hallarına da təcrübədə təsadüf olunur. 

Sonuncu  amil  şirkətdən  asılı  olmayan,  lakin  istiqrazların  bazar  dəyərinə  təsir 

edən  ən  mühüm  amillərdəndir.  İstiqrazların  elan  olunan  və  bazar  faizlərinin 

stavkaları  bərabər  olduqda  istiqrazlar  fond  bazarında  nominal  dəyəri  ilə  satılır. 

Eyni  zamanda  ümumiqtisadi  vəziyyətin  təsiri  altında  faizin  bazar  stavkasının 

hərəkəti  elan  olunan  stavkadan  kənarlaşmaya  gətirib  çıxarır.  Buna  baxmayaraq 

bütün  müəssisələr  elan  olunan  stavkanı  bazar  stavkasını  maksimum  yaxınlaşmağa 

cəhd  göstərirlər.  Müəssisənin  faizinin  bazar  stavkasının  və  istiqrazlarının  və 

istiqrazların  bazar  dəyərinin  dəyişilməsi  biri-birinə  əks  asılılıqdır.  Əgər  bazar 

stavkası  elan  olunandan  yüksəkdirsə,  onda  istiqrazların  bazar  dəyəri  onların 

nominal dəyərindən aşağı düşür. 

Beləliklə,  əgər  faizin  bazar  stavkası  elan  stavkanı  üstələyərsə,  onda  istiqrazlar 

güzəştlə satılır. 

İstiqrazların  güzəştlə  və  yaxud  mükafatla  satılması  istiqrazların  keyfiyyətini 

sübut etmir. Sadəcə olaraq onların bazar qiymətlərinə düzəlişi həyata keçirir. 

Faktik olaraq istiqraz əldə olunan zaman onu saxlayan nəğd pul vəsaitlərinin iki 

tipini satın alır: a) borcun əsas hissəsini; b) faiz qaydasında ödənilən məbləği. Əgər 




11 

 

istiqrazın  nominal  dəyəri  onların  dəyərini  üstələyərsə,  onda  istiqraz  mükafatla, 



əksinə olduqda isə güzəştlə satılır. 

Tutalım  ki,  müəssisə  fond  bazarında  nominal  dəyəri  400000  manat  olan 

istiqrazı  illik  10  %  stavka  ilə  10  il  müddətinə  yerləşdirir  (ödəniş  hər  ilin  dekabr 

ayının  31-də  hesablanılır).  Eyni  dərəcədə  risklə  istiqrazlar  üzrə  bazarda  mövcud 

olan  stavka  illik  15  %-dir.  Bu  rəqəmləri  istinad  edərək  istiqrazın  bazar  qiymətini 

müəyyənləşdirək: 

Əsas borcun cari dəyəri: 

400000 x (PYI, 15 %, 10) = 400000 x 0,4942370 

98873,88 

 

Ödənişin cari dəyəri: 



400000 x (PYI, 15 %, 10) = 400000 x 6,14457  

245783,4 

 

İstiqrazın bazar qiyməti 



 

 

 



 

344656,52 

Borcun nominal dəyərinə görə 

edilən güzəşt   

 

 

 



 

 

55343,44 



Qeyd  etdiyimiz  kimi  misalda  istiqraz  borcunun  indiki  dəyəri  və  yaxud  bazar 

qiyməti  onun  nominal  dəyərindən  aşağı  olmuşdur.  Buna  görə  də  həmin  borc  üzrə 

gəlirlərin  səviyyəsini  gəlirlərin  bazar  səviyyəsini  gəlirlərin  bazar  səviyyəsinə 

tarazlaşdırmaq üçün borc güzəştlə satılmalıdır. 

 

1.2 Uzunmüddətli borcların uçotu 

 

Uzunmüddətli 

borcların 

yerləşdirilməsinin 

və 

onlara 


faizlərin 

hesablanılmasının  qeydiyyata  alınması  üçün  müəssisələrdə  qaydaya  görə 

uzunmüddətli  borcların  sosial  jurnalı  və  yaxud  istiqraz  jurnalı  tərtib  olunur. 

Uzunmüddətli  borcların  beynəlxalq  mühasibat  uçotunda  əks  etdirilməsi  cari 

dəyərlə həyata keçirilir. 



12 

 

Sadə hallarda faizin elan olunan stavkası bazar qiymətinə bərabər tutulur. Belə 



hallarda borcların onların emitentində (borclu) və borcu alanda (investor və yaxud 

kreditor) jurnallarında əks etdirilməsi aşağıdakı qaydada aparılır. 

Tutalım ki, borclu  müəssisə  investor  müəssisədə 2010-ci  il  yanvar ayının 1-də 

buraxılan  bütün  istiqrazların  satmışdır.  Borcun  məbləği  300000  manat  təşkil  edir. 

Elan  olunan  faiz  stavkası  10  %  təşkil  etmiş  və  bazar  dəyərinə  bərabərdir.  Borcun 

ödənmə  müddəti  2015-cı  ilin  dekabr  ayının  31-nə  nəzərdə  tutulub.  Faizlərin 

ödənməsinin dövriliyi bir il (hər ilin dekabr ayı) ayının 31-i təşkil etmişdir. 

Qeyd etdiyimiz kimi borcun cari dəyəri əsas borcun və ona görə faizin dəyərinə 

bərabərdir. Belə olduğu şəraitdə faiz stavkası onun nominal dəyərinə bərabər olur: 

30000 x (PVI, 10 %, 7) + 30000 x (PVI, 10 %, 7) = 30000 x 0,513158 + 30000 

+ 4,868419 = 300000 manat 

Göstərilən  borc  üzrə  istiqrazların  alqı-satqısı  zamanı  2010-cü  il  yanvar  ayının 

1-də  borclu  müəssisə  və  müəssisə  -  investor  aşağıdakı  jurnal  yazılışları  həyata 

keçirmişlər: 



Borclu – müəssisə 

 

 

Müəssisə – investor 

Pul vəsaitləri 

 

 

 



300000 

İstiqrazlara investisiyalar  

300000 

İstiqrazlar üzrə öhdəliklər 

   

30000 


Pul vəsaitləri 

 

 



 

30000 


 

2010-cü  illər  ərzində  faizlərin  hər  il  ödənilməsi  jurnallarda  aşağıdakı  qaydada 

həyata keçirilir. 

Borclu – müəssisə 

 

 

 

Müəssisə - investor 

Faizlərin ödənilməsinə 

Pul vəsaitləri  

 

 



 

 

30000 



Çəkilən xərclər 

 

           



 

30000 


Pul vəsaitləri 

 

           



 

30000 


Faizlərdən əldə olunan gəlirlər   

 

30000 



Əsas borcu ödənməsi belə qeydə alınır: 


Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə