Əlyazması hüququnda Hüseynova Nərmin Hətəm qızı (magistrantin a. S. A.) «kommersiya fəALİYYƏTİNDƏ LİZİNQİn rolu və İNKİŞaf perspektiVLƏRİ»


§ 1.3. Lizinq müqaviləsinin mahiyyəti, bağlanılması və icrasının təşkili



Yüklə 0,59 Mb.
səhifə3/5
tarix01.04.2018
ölçüsü0,59 Mb.
#35665
1   2   3   4   5
§ 1.3. Lizinq müqaviləsinin mahiyyəti, bağlanılması və icrasının təşkili

qaydaları
İstənilən lizinq əməliyyatı, bir qayda olaraq, lizinq haqqında müqavilə ilə rəsmiləşdirilir. Lizinqin formasından asılı olaraq, müqavilələr müxtəlif variantlarda rəsmiləşdirilir: “Satınalma hüququ ilə avadanlığın lizinqi üzrə müqavilə” və ya “Lizinqə satılan əmlakın alqı-satqısı üzrə müqavilə” kimi. Bir qayda olaraq, müqavilənin əsas bölmələri kimi aşağıdakılardan istifadə olunur: I. Lizinqin şərtləri; II. İcarə haqqının məbləği; III. Avadanlığın göndərilməsi; IV. Lizinq verən və lizinq alanın hüquq və öhdəlikləri; V. Müqavilənin fəaliyyətinə son qoyulması; VI. Müqavilənin dayandırılmasından sonrakı fəaliyyət; VII. Avadanlığın geri qaytarılması ilə bağlı öhdəliklər; VIII. Tərəflərin hüquqi ünvanları və bank rekvizitləri [1].

Lizinq fəaliyyətinin dünya təcrübəsi lizinq əməliyyatlarını bir-birindən prinsipal şəkildə fərqlənən iki növə ayırır: özünü natamam ödəyən lizinq (NÖL) və özünü tam ödəyən lizinq (TÖL) və ya maliyyə lizinqi.

Birinci növə icarədarın icarəyə verilən əmlakla bağlı bütün xərcləri bir icarə müddəti ərzində özünü tam ödəmir. Bu zaman mühüm cəhət ondan ibarətdir ki, icarəverən bütün xərcləri bir icarədardan daxil olan vəsaitlər hesabına amortizasiyalaşdırmağı düşünmür. Lizinq müqaviləsinin bu operativ formasından istifadə olunması zamanı icarə müddətləri əmlakın köhnəlmə müddətini əhatə etmir, əmlakın korlanması və ya itirilməsi riski isə əsas etibarı ilə icarəverənin üzərinə düşür və bir qayda olaraq, icarə müddəti bitdikdən sonra əmlak icarəverənə qaytarılır, o isə əmlakı təkrarən icarəyə verə və ya sata bilər.

Operativ lizinqin bu formasından istifadə edilməsi zamanı icarəverən icarəyə götürəni əvvəlcədən xəbərdar etmək şərtilə lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququna malikdir. Özünü natamam ödəyən lizinq zamanı icarə ödənişlərinin dərəcələri adətən özünü tam ödəyən lizinqə nisbətən yüksək olur. Özünü natamam ödəyən lizinq üzrə müqavilənin rəsmiləşdirilməsi zamanı əlavə şərtlərdə icarədar üçün əmlaka qulluq göstərilməsi, onun təmiri və texniki xidmət göstərilməsi də nəzərdə tutula bilər, bu xidmətlərin dəyəri adətən icarə haqqının məbləğinə daxil edilir və onun dərəcəsini artırır.

Bir qayda olaraq, NÖL zamanı icarə haqqının daha yüksək dərəcəsi lizinq alan üçün adətən uyğun olur, çünki o, özünü əmlaka sahib olma ilə bağlı, yəni onun sınması, xarab olması, mənəvi aşnması və başqa səbəblərlə əlaqədar istənilən risk növündən kənarlaşdıra bilir.

Azərbaycan bazarında bu növ lizinq müqaviləsinin lizinq xidmətləri əksər hallarda texniki vasitələrin və ya geniş istehlak mallarının kirayəsi məntəqələrində həyata keçirilir.

Son illər özünü tam ödəyən lizinq müqavilələrinin rəsmiləşdirilməsi getdikcə genişlənməyə başlamışdır. Onların xüsusiyyəti ondan ibarətdir ki, nə icarədar, nə də icarəverən lizinq müqaviləsinin icra edilməsi zamanı, bu və ya digər tərəfin müqavilə şərtlərini kobud şəkildə pozması halları istisna olmaqla, müqavilənin fəaliyyətini vaxtından əvvəl ləğv etmək hüququna malik deyildir.

Lizinq müqaviləsinin sxemi şəkil 1.5.-də göstərilmişdir.

Xüsusi olaraq, nəzərdən keçirilmişdir ki, kirayə müqaviləsi üzrə icarəyə verilmiş əmlakın əsaslı və cari təmiri icarəverənin öhdəliyinə düşür.



Şəkil 1.5. Lizinq müqaviləsinin nümunəvi sxemi
Kirayə müqaviləsi üzrə əldə edilmiş əmlakın başqa şəxsə subicarəyə verilməsinə, bu əmlakın təmənnasız istifadəyə verilməsinə, icarə hüquqlarının girov qoyulmasına və onların mülki əmanət olaraq təsərrüfat yoldaşlığına daxil edilməsinə və ya başqa hüquqi şəxslərə verilməsinə yol verilmir.

Heyəti ilə birlikdə nəqliyyat vasitələrinin icarəsi üzrə müqavilə əsasında icarəverən icarədara heyəti ilə birlikdə nəqliyyat vasitələrini müəyyən haqq müqabilində müvəqqəti istifadə üçün təqdim edir və öz vəsaiti ilə ona əmlakın idarə edilməsi və onun texniki istismarı üzrə xidmətlər göstərir. Bu zaman daşınmaz əmlaka hava və dəniz gəmiləri, daxili üzmə üçün nəzərdə tutulan gəmilər, habelə icarəyə verməzdən öncə dövlət qeydiyyatından keçməli və reyestrə daxil edilməli olan kosmik obyektlər aiddir.

Bir çox aviakompaniyaları müqavilə və ya kontraktlar əsasında heyəti ilə birlikdə xarici ölkələrə hava gəmilərini icarəyə verir və tez-tez təyyarə və vertolyotları Rusiyanın hava gəmiləri reyestrindən çıxararaq onları xarici ölkələrin reyestrlərinə daxil edirlər. İcarəyə götürülmüş təyyarə və vertolyotların müqavilə müddəti bitdikdən sonra qalıq dəyərini ödəyərək satın alınması kifayət qədər tez-tez müşahidə ounur.

Maliyyə icarəsi və ya lizinq müqaviləsinə görə icarəverən icarədar tərəfindən göstərilən əmlakı onun müəyyən etdiyi satıcıdan öz mülkiyyətinə keçirərək satın almalı və həmin əmlakı müvəqqəti sahiblik və sahibkarlıq məqsədləri üzrə istifadə üçün müəyyən haqq müqabilində icarədara təqdim etməlidir. Maliyyə icarəsi üzrə həmçinin o da nəzərdə tutulur ki, satıcının tapılması və əldə olunacaq avadanlığın seçilməsi icarəverən tərəfindən də həyata keçirilə bilər.

Maliyyə icarəsi zamanı lizinq müqaviləsi predmeti kimi, torpaq sahələri və başqa təbii obyektlərdən başqa, sahibkarlıq fəaliyyəti üçün istifadə olunan istənilən əşyalar çıxış edə bilər.

İcarəverən icarədar üçün lizinq müqaviləsinin predmeti kimi çıxış edən əmlakı əldə edərkən nəzərdə tuta bilər ki, o, satıcı tərəfindən icarədara, sonuncunun tapılması əvəzinə verilir.

Bu və ya digər səbəbə görə əmlak müqavilədə göstərilmiş müddətə icarədara verilmədikdə, icarədar müqaviləni ləğv etmək və itkilərin əvəzini almaq hüqununa malikdir.

İstənilən lizinq müqaviləsi adətən lizinq verənin gələcək lizinq alandan ona avadanlığın və ya başqa əmlakın lizinq şərtilə icarəyə verilməsi üzrə ərizəsi ilə başlanır. Ərizə özünə mütləq qaydada əmlakın adını, onun arzu olunan parametrlərini, texniki və iqtisadi xarakteristikalarını, habelə potensial malgöndərənin (təshizatçının) yerləşdiyi yeri və mümkün olduqda onun rekvizitlərini daxil etməlidir. Lizinq müqaviləsinin həyata keçirilməsi üzrə təşəbbüs çox vaxt lizinq alan tərəfindən qaldırılır. Lizinq kompaniyası, öz növbəsində, sifarişlər portfelinin formalaşdırılması məqsədilə marketinq səylərini öz fəaliyyətinin reklam kampaniyasına və lizinq xidmət formasının aşkar üstünlüklərinə, avadanlıqların, nəqliyyatın perspektiv növləri, onun qiymətləri, (təchizatçıları) ləri haqqında informasiyaların toplanmasına, eləcə də həm ölkə daxilində, həm də onun sərhədlərindən kənarda lizinq xidmətləri bazarının konyunkturunun təhlilinə istiqamətləndirir.

Ərizələrlə eyni vaxtda lizinq alan lizinq verənə ərizə ilə birlikdə, özünə təsisat sənədlərinin notarial qaydada təsdiqlənmiş surətlərini, son il və ya rüb üçün mühasibat balansını, lizinq müqaviləsinin iqtisadi əsaslandırılması və effektivliyinin təhlilini (əməliyyatların biznes-planı) və müqavilə üzrə zəmanəti daxil edən standart sənədlər dəstini təqdim edir. Lazım oldqda, lizinq verən əlavə informasiya vermək və tələb etmək hüququna da malikdir.

İlkin sənədləri təqdim etdikdən sonra lizinq verən lizinq layihəsinin hərtərəfli yoxlanılması və ekspertizasını həyata keçirir. Bəzən bu məsuliyyətli iş müstəqil ekspertlərə həvalə olunur. Bu zaman lizinq müqaviləsinin müddətləri, lizinq ödənişlərinin ödənilməsinin mümkün variantları, onların dövriliyi, avansın ölçüsü və əmlakın qalıq dəyəri yekun olaraq müəyyən olunur.



Lizinq müqaviləsinə qoyulan tələblər.

Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən edilmiş haqla, müəyyən müddətə və digər şərtlərlə o, cümlədən lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan isə bunun müqabilində müəyyənləşdirilmiş dövr ərzində muzd ödəməlidir. Bu müqavilənin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir). Müqaviləyə görə lizinq alana müqavilə müddəti qutardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya bu hüquq verilə bilər. Bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə başa çatmasın. Axırınci qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafıq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır. Lizinqin formaları Mülki Məcəllə ilə tənzimlənən əsas formalarına daxili və beynəlxalq lizinq aiddir. Lizinq müqaviləsi yazılı formada aparılır.

Lizinq müqaviləsində aşağıdakılar göstərilməlidir:

1. Lizinqin forması;

2. Lizinq obyektinin dəqiq təsviri;

3. Lizinq obyekti üzrə verilən hüquqların həcmi;

4. Lizinq obyektinin verilmə yeri və qaydası;

5. Lizinq müqaviləsinin müddəti;

6. Lizinq obyektinin balans uçotunun qaydası;

7. Lizinq obyektinin saxlanması və təmiri qaydası;

8. Lizinq müqaviləsi əsasında lizinq verənin göstərəcəyi əlavə xidmətlərin siyahısı;

9. Lizinq ödənişinin ümumi məbləği və lizinq verənin mükafatının məbləği;

10. Hesablaşma qaydasını əks etdirən lizinq ödənişlərinin qrafiki. Lizinq ınüqaviləsi vaxtından əvvəl icra edildikdə lizinq öhdəliklərinin hesablanması qaydası.

11. Risklərdən sığorta edilməsi vəzifəsi;

12. Tərəflər arasında hesablaşma və lizinq obyektinin geri götürülməsi proseduru hökmən qeyd olunmalıdır;

13. Lizinq müqaviləsində lizinq alanın müqavilənin şərtlərini saxlamaq və ya dəyişməklə lizinq müqaviləsinin müddətini uzatmaq hüququ nəzərdə tutula bilər;

14. Lizinq müqaviləsinin imzalanması.

Lizinq müqaviləsinin bağlanması və icrası qaydaları

Lizinq müqaviləsi onun fəaliyyət müddətindən asılı olmäyaraq yazılı formada bağlanmalıdır.

Lizinq müqaviləsinin adında onun forması, tipi və növü müəyyən edilir.

Lizinq müqaviləsinə əsasən, tərəflərin digər lizinq subyektləri ilə qarşılıqlı öhdəlikləri əsas və köməkçi müqavilələrin bağlanması yolu ilə əmələ gəlir.

Əsas müqavilələrə alqı-satqı müqaviləsi aiddir. Köməkçi ınüqavilələrə pul vəsaitlərinin cəlb olunması müqaviləsi, girov müqaviləsi, zəmanət müqaviləsi, zamin durmaq müqaviləsi və s. aiddir.

Lizinq müqaviləsi aşağıdakı əhəmiyyətli müddəalan ozündə əks etdirməlidir:

♦ lizinq predmetinin dəqiq izahı;

♦ verilən mülkiyyət hüququnun həcmi;

♦ lizinq predmetinin verildiyi yerin adı və verilmə qaydaları;

♦ lizinq müqaviləsinin fəaliyyət müddəti;

♦ lizinq predmetinin balans uçot qaydaları;

♦ lizinq predmetinin saxlanması və təmiri qaydaları;

♦ kompleks lizinq müqaviləsi əsasında lizinq verən tərəfindən təqdim olunan əlavə xidmətlərin siyahısı;

♦ lizinq müqaviləsinin ümumi məbləği və lizinq verənin mükafatlandırılma həcmi;

♦ hesablaşma qaydaları (ödəniş qrafıki);

♦ lizinq verənin və ya lizinq alanın lizinq müqaviləsi ilə bağh olan risklərdən lizinq predmetinin sığortalaması öhdəlikləri.

Lizinq müqaviləsi əsasında lizinq verənin öhdəlikləri bunlardır:

♦ maliyyə lizinqi həyata keçirildiyi halda, müəyyən satıcıdan (malgöndərəndən, təchizatçıdan) öz mülkiyyətinə müəyyən əmlakı əldə etmək və onu və ya əvvəllər əldə edilmiş əmlakı müəyyən haqq ilə, müəyyən müddətə və müəyyən şərtlərlə lizinq predmeti qismində lizinq alana vermək;

♦ lizinq müqaviləsinin məzmunundan irəli gələn digər öhdəlikləri yerinə yetirmək.

Lizinq müqaviləsinə əsasən lizinq alanın öhdəlikləri bunlardır:

♦ lizinq predmetini müqavilədə nəzərdə tutulmuş qaydada qəbul etmək;

♦ lizinq verənə onun investisiya xərclərini ödəmək və ona mükafat vermək;

♦ lizinq müqaviləsinin fəaliyyət müddəti başa çatdıqdan sonra lizinq predmetini qaytarmaq və ya alqı-satqı müqaviləsi əsasında lizinq predmetini öz mülkiyyətinə əldə etmək;

♦ lizinq müqaviləsinin məzmunundan irəli gələn digər öhdəlikləri yerinə yetirmək.

Lizinq müqaviləsində tərəflərin mübahisəsiz və aşkar öhdəliklərin pozulması hesab etdikləri və lizinq müqaviləsi fəaliyyətinin və əmlak hesablaşmalarının dayandırılmasına aparan hallar, həmçinin lizinq predmetinin geri qaytarılması proseduru razılaşdırılmalıdır. Öhdəliklərin pozulması kimi bu cür hallara lizinq predmetinin təyinatına görə istifadə olunmaması; lizinq predmetinin işlək, saz vəziyyətdə saxlanmaması (bu onun istehlak xassələrinin korlanmasına səbəb olur); lizinq predmetindən istifadənin ödəniş müddətlərinin (iki dəfədən artıq) pozulması.

Lizinq müqaviləsi lizinq alanın müqavilə şərtlərinin qalması və ya dəyişdirilməsi şərti ilə lizinq müddətinin uzadılması hüququnu nəzərdə tuta bilər.

Lizinq verən lizinq alana lizinq predmeti olan əmlakı lizinq müqaviləsinin şərtlərinə və mövcud əmlakın təyinatına müvafıq vəziyyətdə təqdim etməyə borcludur.

Lizinq predmeti lizinqə ona aid bütün ləvazimatlarla və bütün sənədlərlə (texniki pasport və s.) birlikdə verilməlidir.

Lizinq predmetinə zəmanət xidməti alqı-satqı müqaviləsində nəzərdə tutulduğu halda satıcı (malgöndərən, təchizatçı) tərəfindən həyata keçirilə bilər.

Lizinq alan lizinq predmetinə texniki xidməti, onun orta və cari təmirini öz hesabına həyata keçirməlidir.

Lizinq predmeti olan əmlakın əsaslı təmiri lizinq verən tərəfindən həyata keçirilir.

Lizinq müqaviləsinin müddəti başa çatdıqda lizinq alan lizinq predmetini aldığı vəziyyətdə lizinq verənə qaytarmalıdır (normal aşınma və ya lizinq müqaviləsində razılaşdırılmış aşınma nəzərə alınmaqla).

Əgər lizinq alan lizinq predmetini qaytarmayıbsa və ya vaxtından gec qaytarıbsa, onda lizinq alan gecikmə müddəti iıçün ödəniş verilməsini tələb etmək hüququna malikdir. Əgər bu ödəniş lizinq verənə dəyən ziyanı ödəmirsə, onda o dəyən ziyanın ödənilməsini tələb edə bilər. Əgər lizinq predmetinin lizinq verənə vaxtında qaytarılmadığı üçün lizinq müqaviləsində cərimə nəzərdə tutulubsa, lizinq alandan dəymiş ziyan cərimədən əlavə olaraq tam məbləğdə tutula bilər.

Lizinq alan tərəfindən lizinq predmetinə əlavə edilmiş ləvazimatlar onun mülkiyyəti hesab olunur.

Əgər lizinq alan lizinq verənin yazılı formada razılığı ilə öz xüsusi vəsaitləri hesabına lizinq predmetinə ziyan gətirməyən təzələmə işləri aparıbsa, bu halda lizinq alanın lizinq müqaviləsi başa çatdıqdan sonra bu işlərin dəyərinin ödənilməsini tələb etmək hüququ vardır.

Əgər lizinq alan lizinq verənin yazılı formada razılığı olmadan öz xüsusi vəsaitləri hesabına lizinq predmetinə ziyan gətirməyən təzələmə işləri aparıbsa, bu halda lizinq alanın lizinq müqaviləsi başa çatdıqdan sonra bu işlərin dəyərinin ödənilməsini tələb etmək hüququ yoxdur.

Maliyyə lizinqi zamanı lizinq müqaviləsinin müddəti başa çatana kimi lizinq predmetinə mülkiyyət hüququ bütün lizinq ödənişlərinin ödənilməsi şərti ilə lizinq alana keçir.

Operativ lizinqin həyata keçirilməsi zamanı lizinq predmetinə mülkiyyət hüququnun lizinq alana keçməsi alqı-satqı müqaviləsi əsasında mümkündür.

Lizinq predmeti alıcı (malgöndərən, təchizatçı) tərəfindən təqdim olunan andan lizinq müqaviləsinin müddəti başa çatan ana kimi itki (məhv olma), xəsarət və ya ziyandəymə risklərindən sığorta oluna bilər.

Sahibkarlıq (maliyyə) risklərinin sığortalanması lizinq müqaviləsinin lərəflərinin razılığı əsasında həyata keçirilir və mütləq deyildir.

Lizinq predmetinin bütün növ əmlak ziyanlarından, həmçinin onun məhvi, itkisi, korlanması, mənimsənilməsi, vaxtından əvvəl sınması, onun montajı və ya istismarı zamanı buraxılmış səhvlə bağlı olan risklərdən və digər əmlak risklərindən qorunması üzrə məsuliyyəti lizinq predmetini fakliki qəbul etdiyi andan lizinq alan daşıyır (əgər lizinq müqaviləsində digər bir hal nəzərdə tutulmayıbsa).

Alıcının (malgöndərənin, təchizatçının) səbatsızlığı və ya məsuliyyətsizliyinə görə riski, lizinq müqaviləsinin həmin satıcını (malgöndərəni, təchizatçını) seçmiş tərəf daşıyır.

Lizinq müqaviləsinə görə lizinq predmetinin bu predmetindən istifadə məqsədlərinə uyğun gəlməməsi riski üzrə məsuliyyəti lizinq predmetini seçən tərəf daşıyır.

Lizinq sövdəbşməsində yerli iştirakçılar arasındakı mübahisələr respublika qanunvericiliyində nəzərdə tutulmuş qaydada həll olunur.

Beynəlxalq lizinq sövdələşmələrinin iştirakçıları arasındakı mübahisələr razılaşdırılmış qaydada tətbiq olunan qanunvericiliyə uyğun həll olunur. Bir qayda olaraq, hər hansı lizinq predmeti üzrə mübahisə yarandığı anda həmin əmlak hansı ölkənin ərazisində yerləşirsə, o ölkənin qanunları əsasında da həll olunur.

Lizinq alanın günahı üzündən lizinq predmetinin itirilməsi vəo ya lizinq predmetinin öz funksiyalarını itirməsi lizinqalaını lizinq müqaviləsinə görə üzərinə götürdüyü maliyyə öhdəliklərindən azad etmir.

II FƏSİL. BEYNƏLXALQ LİZİNQİN KOMMERSİYA FƏALİYYƏTİNDƏ

YERİ VƏ ROLU. AZƏRBAYCANDA LİZİNQİN İNKİŞAF

PERSPEKTİVLƏRİ
§ 2.1. Beynəlxalq icarə əməliyyatlarının xüsusiyyətləri. Beynəlxalq lizinqin

müasir vəziyyəti

Beynəlxalq icarə əməliyyatlarının durmadan genişlənməsi və ticarətin bu formasının birbaşa satınalma qarşısındakı üstünlüklərindən irəli gələn kompleks səbəblərlə şərtlənir. Cari icarə əməliyyatları ilə maliyyələşdirilən lizinq sazişləri arasındakı fərqləri nəzərə alaraq bu əməliyyatların xüsusiyyətlərinin və ayrılıqda hər birinin əhəmiyyətini nəzərdən keçirmək daha məqsədəuyğun olardı.

Cari icarə əməliyyatları şəraitində onun mühüm üstünlüyü istehlakçı firmalara, xüsusən də kiçik və orta firmalar kömək göstərməkdən, elmi-texniki tərəqqinin sürətli inkişafı şəraitində avadanlığın hədsiz dərəcədə tez köhnəlməsindən özünü sığorta etməkdən ibarətdir.

Cari icarə istehlakçı firma üçün əlverişlidir. Belə ki, ilkin haqqın ödənilməsi bir qayda olaraq avadanlığın işə salınması anından sonra təmin edilir. Bu hal icarə edənə imkan verir ki, icarə verənin ilkin haqqını avadanlığın istifadəsindən əldə etdiyi mənfəət hesabına ödəsin. Cari icarə avadanlığı mövsümi yaxud qısamüddətli artdığı şəraitdə daha əlverişli olur.

Maliyyələşdirilən icarədə lizinq alan bank krediti formasında maliyyələşdirmə formasına nisbətən müəyyən üstünlüklərə malik olur. Bu üstünlüklərə nəzər yetirək:

1) Lizinq alana onun icarə etdiyi avadanlığın dəyərinin tam maliyyələşdirilməsi imkanı verir. Halbuki, kreditlər həmin avadanlığın ancaq 80-85%-ni ödəyə bilir. Ödəniş məbləği ciddi surətdə müqavilədə təsbit etdirilir ki, bu da gələcək məhsul üzrə xərcləri öncədən müəyyənləşdirilməsinə imkan verir.

2) Lizinq ödənişlərinin faizlə ifadə olunan ilkin haqqı bank kreditləri tariflərinə nisbətən aşağıdır.

3) İnflyasiya və pulların ucuzlaşması şəraitində sabit tariflərə əsaslana lizinq ödənişlərinin təmin edilməsi lizinq alan üçün daha əlverişlidir.

4) Maliyyələşdirilən icarə kiçik və orta şirkətlər (firmalar) da daxil olmaqla bütün şirkətlər üçün əlverişlidir.

5) Maliyyələşdirilən icarədə amortizasiya ayırmalarını lizinq sahibi ödəyir; icarə ödəncləri “ümumi məsrəflər” adlanan məsrəflərə əlavə edilir. Bu məsrəflər vergiqoyma üçün ayrılan məbləğdən hesablanır.

6) Lizinq alan lizinq predmetinin satılma, yəni pula çevrilə bilməsi qabiliyyətini özündə saxlayır; ona adi kalkulyasiya təqdim edilir ki, bu da kalkulyasiya ödənişlərini 3 ayda, yaxud da 6 ay müddətinə təmin edilməsinə əsaslanır.

Lizinq üzrə qarşılıqlı fəaliyyətin ən effektiv formalarından biri, icarəverənin ölkəsinin sərhədlərini keçən əmtəələrin icarəyə veriməsini əks etdirən beynəlxalq lizinq əməliyyatlarıdır.

Beynəlxalq lizinq əməliyyatının həyata keçirilməsi zamanı icarəverən icarə predmetlərini öz ölkəsi daxilində milli firmadan alır və onları xarici icarədara təqdim edir. Bu tip əməliyyat ixrac icarə müqaviləsi hesab olunur.

İcarəverənin icarə predmetlərini xarici firmadan aldığı və onları milli icarədara təqdim etdiyi icarə əməliyyatı isə idxal icarə müqaviləsi adlanır.

Beynəlxalq icarə əməliyyatlarına həmçinin yerləşdikləri ölkə ərazisindəki yerli firmalarla müqavilələr bağlayan transmilli korporasiyaların və transmilli bankların xarici qız müəssisələrinin icarə əməliyyatları da aid edilir.

Hər bir ölkənin lizinq qanunvericiliyinin özünəməxsus xüsusiyyətləri vardır. Məsələn, Avstriyada vergi hüququna uyğun olaraq, icarə müddəti avadanlığın ümumi istismar müddətinin 90%-ni, yəni icarə predmetinin icarəverənin mühasibat hesabatından silinməsi müddətini keçməməlidir. Lizinq müqaviləsinin fəaliyyət müddətinin aşağı həddi icarə predmetinin xidmət müddətinin 40%-idir.

ABŞ-ın təcrübəsi göstərir ki, icarədar avadanlığı öz mülkiyyətinə o zaman keçirə bilər ki, həmin predmetin xidmət müddəti 2 ildən az və bazar qiymətli ilə qiymətləndirilən qalıq dəyəri predmetin ilkin qiymətinin 15%-indən az olmasın. Bu zaman icarəverənin xüsusi yazılı icazəsi olmadan avadanlığı subicarəyə vermək, rəqiblərə və digər maraqlı şəxslərə lizinqə götürdüyü avadanlığın konstruktiv və istismar xüsusiyyətləri ilə tanış olmağa icazə vermək icarədara qadağandır. Bir qayda olaraq, icarənin fəaliyyət müddəti ərzində icarədar lizinqə aldığı avadanlığın iflas və ya başqa qanun pozuntuları zamanı həbsə alınması və ya onun girov götürülməsinin qarşısını almaq üçün ona mülkiyyətçi firmanın adını göstərən xüsusi yarlıq vurur.

28 may, 1988-ci ildə Ottavada (Kanada) beynəlxalq lizinq müqaviləsinin bütün iştirakçılarının hüquqi münasibətlərini tənzimləyən vahid normaların təyin edilməsinə və oların reallaşdırılması üçün mövcud hüquqi maneələri aradan qaldırmağa imkan yaradan beynəlxalq maliyyə lizinqi haqqında Konvensiya qəbul olundu.

Konvensiyada iki müqavilənin (alqı-satqı və lizinq) qırılmaz bağlılığı göstərilirdi. Azərbaycan qanunvericiliyinə görə lizinq müqaviləsinin hüquqi rəsmiləşdirilməsi beynəlxalq maliyyə lizinqi haqqında Konvensiyanın tələbləri ilə tam üst-üstə düşür.

Beynəlxalq lizinq müqavilələrinin rəsmiləşdirilməsi təcrübəsində iki və daha çox ölkədə vergi faydalarından istifadə edən “dabl dip” tipli sublizinq müqavilələri məşhurdur. Məsələn, 1980-cı illərdə belə lizinq müqaviləsi üzrə ABŞ üçün Böyük Britaniyadan təyyarələr alınmışdı. Bu müqavilənin effektivliyi onunla şərtləşirdi ki, Böyük Britaniyada - əgər lizinq verən mülkiyyət hüququna malikdirsə, ABŞ-da – əgər lizinq verən sahiblik hüququna malikdirsə, vergi güzəştlərindən əldə edilən faydalar daha böyükdür. Bu xüsusiyyətləri nəzərə alaraq, lizinq kompaniyası təyyarələri Böyük Britaniyadan almış (mülkiyyət hüququ), onları Amerika lizinq kompa­ni­ya­sına lizinqə vermiş (sahiblik hüququ), o da öz növbəsində təyyarələri sublizinq müqavilələri formasında yerli aviokompaniyalara təqdim etmişdi.

Tez-tez lizinq kompaniyaları vergi məqsədilə öz filiallarını güzəştli vergilər olan yerlərdə, xüsusilə ofşor zonalarda açırlar.

Beynəlxalq lizinq icarəsindən bazarda avtonəqliyyat sahəsində istifadə olunur. Nümunə kimi, VOLVO, DAF, İVEKO və b. konsernlərin lizinq üzrə əməliyyatları çıxış edə bilər.

Belə ki, DAF kompaniyası yalnız namizəd tərəfindən təyin olunmuş nümunədə ərizənin verilməsindən, partiyanın diqqətlə seçilməsindən və lizinq əməliyyatının Hollandiyanın kreditlərin sığortalanması üzrə kompaniyası ilə razılaşdırılmasından sonra avtonəqliyyat üzrə lizinq həyata keçirir. Əgər avtomobil konsernin özü tərəfindən həyata keçirilən avtonəqliyyat lizinqi üzrə əməliyyatlar əlavə maliyyə təminatı tələb etmirlərsə, onda bu lizinq müqaviləsi kifayət qədər sürətlə reallaşdırılır. Avtonəqliyyat lizinqi, bir qayda olaraq, icarəyə götürülən texnikanın dəyərinin 30%-inə qədər avans ödənişi kombinasiyası ilə həyata keçirilir.

Lakin lizinq üzrə qarşılıqlı fəaliyyət təcrübəsində maliyyə təminatı məsələsi tez-tez çox kəskin şəkildə ortaya çıxır.

Pul vəsaitlərinin kəskin qıtlığı situasiyasında, əgər Azərbaycanın borclu müəssisəsi Azərbaycan bankının hər hansı müxbir bankla təsdiqlənmiş zəmanətini verməyə qadirdirsə, bu məsələ həll oluna bilər. Bu məsələnin həlli zamanı Azərbaycan bankları tez-tez zəmanətin təmin edilməsi şəklində borcalan müəssisə üçün zaminlik edən öz qız müəssisələrinin xidmətlərinə müraciət edirlər. İstənilən halda ortaya beynəlxalq lizinq mübadiləsinin reallaşdırılmasının məqsədəuyğunluğu və hər şeydən əvvəl əməliyyatın iqtisadi effektivliyinin qiymətləndirilməsi haqqında təbii məsələ çıxır. Beynəlxalq lizinq əməliyyatlarının strukturu şəkil 2.1.-də təqdim edilmişdir.

Şəkil 2.1. Beynəlxalq lizinq əməliyyatlarının strukturu
İcarə üzrə qarşılıqlı fəaliyyət təcrübəsi, bir qayda olaraq, daxili lizinq əməliyyatları ilə müqayisədə beynəlxalq lizinq üzrə əməliyyatların daha yüksək effektiv olmasını təsdiq edir. Əgər avans ödənişindən istifadə edilirsə və əgər zəmanət məbləğinin hesablanması zamanı ikiqat vergiyə cəlb olunmanın aradan qaldırılması haqqında razılıq nəzərə alınırsa, beynəlxalq əməliyyatların effektivliyi adətən əhəmiyyətli dərəcədə yüksək olur. Vergi orqanları sübut etməlidirlər ki, xarici lizinq kompaniyasının vergiyə cəlb olunan gəlirinə avadanlıqların dəyərinin ödənilməsi məbləğini daxil etmək olmaz. Ancaq hər bir konkret halda vergi orqanlarının mütəxəssisləri ilə məsləhətləşmək lazımdır.

Lizinqdən istifadə olunmasının əsas üstünlükləri aşağıdakılardır:

- Əmlak formasında investisiyalaşdırma pul kreditindən fərqli olaraq pulların geri qaytarılmaması riskini azaldır, belə ki, əksər hallarda lizinq verən icarəyə verdiyi əmlak üzərində mülkiyyət hüququnu öz əlində saxlayır.

- Lizinq 100%-lik kreditləşdirməni nəzərdə tutur və ödənişlərin dərhal başlanmasını tələb etmir ki, bu da icarədara böyük maliyyə xərcləri olmadan istehsal fondlarını yeniləməyə və bahalı avadanlıqlar əldə etməyə imkan verir. Adi kreditdən istifadə zamanı müəssisə alış dəyərinin bir hissəsini şəxsi vəsaitləri ilə ödəməlidir.

- Lizinq müqaviləsi ssudanın əldə edilməsinə nisbətən daha dərin formaya malikdir, çünki hər iki tərəfə ödənişlərin qarşılıqlı faydalı formasından istifadə etməyə imkan yaradır – ödəniş dərəcləri fiksə olunmuş və üzən ola bilərlər.

- Lizinq alan üçün avadanlığın mənəvi və fiziki köhnəlməsi riski azalır, çünki o, əmlakı şəxsi mülkiyyətə keçirilmək üçün deyil, müvəqqəti istifadə üçün əldə edilir.

- Lizinq əmlakı lizinq alanın balansında göstərilmr ki, bu da onun aktivlərini artırmır və əmlak üzrə vergidən azad edir;

- Lizinq ödənişləri lizinq alanın istehsal xərclərinə aid edilir və müvafiq olaraq da vergiyə cəlb olunan mənfəəti azaldır.

- Avadanlıq istehsalçısı məhsulun satışının təşkili və bazarın yeni seqmentlərinin mənimsənilməsi üzrə əlavə imkanlar əldə edilir.

Beynəlxalq icarə əməliyyatlarının mahiyyəti, beynəlxalq icarənin növləri.

Beynəlxalq icarə əməliyyatları məmulatların digər ölkələrin firmalarına (şirkətlərinə) icarəyə verilməsini nəzərdə tutur. İcarə əməliyyatlarının məzmunu məmulatın bir ölkədəki icarəyə verənin digər ölkədəki icarəyə götürən müştərisinə müəyyən vaxt ərzində istifadə etməsi üçün müəyyən muzd alınmasından ibarətdir.

Bu növ alış-veriş əməliyyatı müvafiq müqavilə əsasında həyata keçirilir. Dəzgaha, avadanlığa və s. bu kimi mallara ehtiyacı olan müştəri – icarəyə götürən ya onu bilavasitə icarəyə verənin anbarından alır, ya da icarəyə götürənin hesabına özü seçdiyi istehsal müəssisəsindən götürür. Alqı-satqı müqaviləsindən fərqli olaraq icarə əməliyyatında icarə verdiyi mala öz mülkiyyətçilik hüququnu itirmir, əksinə, özündə saxlayır.

Öz firmasından yaxud öz ölkəsindən digər milli firmasından satın alıb xarici ölkənin icarəyə götürəninə verilən əməliyyata ixracat icarə əməliyyatı deyilir. Əgər malı icarəyə verən xarici firmadan əldə edib öz vətənindəki icarəyə götürən müştəriyə verirsə, bu növ əməliyyat idxalat icarə əməliyyatı adlanır.

Beləliklə, beynəlxalq icarə əməliyyatının xarakterik cəhəti ondan ibarətdir ki, burada ya icarəyə verən və icarəyə götürən, ya icarəyə götürən və icarə predmetinin istehsalçısı müxtəlif ölkələrdə olmaqla iştirak edirlər. Bəzi hallarda belə də ola bilər ki, beynəlxalq icarə əməliyyatlarının üç iştirakçısının üçü də müxtəlif ölkələrə məxsus olsunlar. Beynəlxalq icarə əməliyyatında eyni zamanda transmilli korporasiyanın xarici törəmə şirkətlərinin icarə əməliyyatları da aid edilir.

Beynəlxalq icarə əməliyyatının predmeti kimi aşağıdakılar nəzərdə tutulur:

- istehlak təyinatlı mallar, avtomobillər, avtofurqonlar, soyuducular, televizorlar və s.;

- kontor (idarə) və poliqrafik avadanlıq, perforasiya və çeşidləyici maşınlar, rabitə vasitələri;

- hesablama texnikası və informasiyaların işlənilməsi vasitələri, elektron hesablama maşınları, kompüter proqramları (iri EHM üçün onun istismarı idarəetmənin əsas formasıdır);

- nəqliyyat vasitələri (yük maşınları, təyyarələr, vertolyotlar, gəmilər, konteynerlər, xüsusi vaqonlar);

- qaldırıcı–nəqliyyat və yol-tikinti avadanlığı, yük vuran maşınlar, tikinti maşınları, qaldırıcı kranlar, müxtəlif mexanizmlər;

- ümumi istehsal təyinatlı avadanlıq: standart və unikal (nadir) sənaye avadanlığı, dəzgahqayırma avadanlığı, elektrik və energetika, maşınqayırma, habelə yüngül sənaye üçün avadanlıq;

- daimi avadanlıq, komplekt müəssisələr avadanlığı və s.

Beynəlxalq icarənin növləri.

Müddətindən yaxud beynəlxalq təcrübədə sürəkliliyindən (davamından) asılı olaraq icarənin 3 növü fərqləndirilir:

a) uzunmüddətli icarə - 3-5 ilə, avadanlığın bəzi növləri isə 15-20 il müddətinədək icarəyə verilir. Beynəlxalq təcrübədə bu “lizinq” adını almışdır.

b) ortamüddətli icarə - 1 ildən 3 ilədək. Bu isə “xayrinq” adını almışdır.

c) qısamüddətli icarə - bir neçə saatdan, gündən, aydan bir ilədək müddətə verilən icarədir. Qısamüddətli icarə bir çox ölkələrdə “rentinq”, Yaponiyada “çerter” adını almışdır.

Beynəlxalq ticarətdə ən çox yayılan icarə əməliyyatı “lizinq” əməliyyatıdır. Onun həcmi də icarəyə verilən malların dairəsi də daim artır.

Həyata keçirilməsi metodlarından asılı olaraq beynəlxalq lizinq əməliyyatları, onların məzmunu 2 növə ayrılır: maliyyələşdirilən icarə (lizinq) və cari icarə (lizinq).

Maliyyələşdirilən icarə (maliyyələşdirilən lizinq) o deməkdir ki, icarəyə verən sifətində çıxış edən lizinq firması tərpənməz və daşınan əmlakın, xüsusən avadanlığın tam dəyərini ödəyir. İcarə edən bu avadanlıqdan, ümumilə əmlakdan icarəyə verən firma (lizinq sahibi) ilə bağladığı müqavilə əsasında icarəyə götürüb istifadə edir. Bu, uzunmüddətli icarədir.

Bununla bağlı lizinq müqaviləsi müddətinin aşağı həddi icarə predmetinin - avadanlığın xidmətetmə (köhnəlmə) müddətinin 40%-i qədər təşkil edir. Lizinq müqaviləsinin vaxtı bitdikdə icarə edənin razılığı ilə lizinq müqaviləsinin vaxtını uzatmaq mümkündür.

İcarəyə götürən icarə etdiyi avadanlıqdan, lizinq firması ilə bağladığı lizinq müqaviləsi əsasında bir qayda olaraq uzun müddət ərzində, daha doğrusu, həmin avadanlıq aşılanıb sıradan çıxmasına az qaldığı anadək istifadə edir. Məsələn, Avstriyada vergi hüquqları əsasnaməsinə uyğun olaraq icarə müddəti avadanlığın xidmətetmə müddəti yəni tam aşınmasınadək olan müddətin 90%-i qədər müəyyən edilmişdir. Lizinq müqaviləsinin qüvvədə olma müddətinin aşağı həddi isə icarə predmetinin xidmətetmə müddətinin 40%-ni təşkil edir. Lizinq müqaviləsinin müddəti bitdikdə icarə edənə aşağıdakı hallarda ixtiyar verilir: müqavilənin vaxtını artırsın; yəni lizinq müqaviləsi bağlasın; icarə etdiyi avadanlığı yenidən, ancaq qalıq dəyərilə satın alsın. Əslində maliyyələşdirilən icarə lizinq firması tərəfindən istehlakçı firmanın, yəni icarəyə götürən firmanın uzunmüddətli kreditləşməsi forması kimi çıxış edir. O, yəni icarəyə götürən icarə ödənişlərini verməklə avadanlığın dəyərini və icarəyə verənin xidmətlərini ödəyir.

Maliyyələşdirmə texnikası belədir: müştəri- icarəçi istədiyi avadanlığın tipini, keyfiyyət xarakteristikasını, avadanlığın iş rejimini, şərtlərini özü müəyyən edir və həmin malı alacağı barədə lizinq firmasının vasitəsilə həmin malın istehlakçısının nəzərinə çatdırır. Sonra firma icarəçi lizinq firmaya müraciət edir və rəsmi müraciətinə öz firmasının maliyyə vəziyyəti, habelə tələb etdiyi avadanlıq barədə hesab-ödəniş sənədləri əlavə edir.

Əgər lizinq firması müsbət nəticəyə gəlib yararlı qərar qəbul edirsə, bu halda o da bunu məktub vasitəsilə icarə götürənin nəzərinə çatdırır. Həmin məktuba lizinq müqaviləsinin şərtləri də əlavə edilir.

Lizinq firması eyni zamanda həmin anda avadanlığı göndərənə öz niyyətini bildirir ki icarə edənin sifariş verdiyi avadanlığın dəyərini ödəyəcəkdir. Öz növbəsində firma- icarəçi lizinq firmasına cavab göndərərək müqavilə üzrə öhdəçiliklərini yerinə yetirəcəyi barədə məlumat verir. Məlumatı alan lizinq firması bütün müvafiq sənədlər toplusunu malgöndərənə, təchizatçıya göndərir. Avadanlığı hazırlayan firma (istehsal) sənədləri alanadək onu dərhal nəql edərək firma-icarəçinin ünvanına yola salır. Göndərdikdən sonra firma–malgöndərən, təchizatçı və firma-icarəçi malın təhvil–təslim protokolunu imzalayıb bir nüxsəsini də lizinq firmasına göndərirlər. Bu əsasda lizinq firma avadanlığın dəyərini firma istehsalçıya ödəyir.

Bir qayda olaraq icarəçinin icarəyə götürdüyü avadanlığı, maşını dəzgahı və s. təkmilləşdirmək və onlara bir yenilik vermək imkanı yoxdur.



Cari icarə. Bu növ icarə əvvəlcədən firma- istehsalçıdan əldə etdiyi malı müqavilə əsasında müəyyən müddətə icarəyə verilməsini nəzərdə tutur. Ödəniş haqqı ya müqavilədə təsbit edilmiş məbləğə, yaxud da icarə qiymətləri cədvəlləri (preyskurantı) ilə müəyyənləşdirilir.

Cari icarədə məqsəd icarəyə götürənin həmin mala olan tələbatını müvəqqəti ödəmək, yaxud da konkret sazişləri yerinə yetirmək üçün standart sənaye avadanlığından (dəzgah, mühərrik) cari dövrdə istifadə etməkdir. Cari lizinq əməliyyatları üzrə icarə müqaviləsinin müddəti 2 ildən 10 ilədəkdir.

Cari lizinqdə icarə tarifləri maliyyələşdirilən lizinqdən bir qədər yüksək olur. Çünki icarədar öz üzərinə aşağıdakı kimi bir sıra risklər götürür: ticarət avadanlığın köhnəlməsi, rentabelliyin aşağı düşməsi və s.

Beynəlxalq lizinq praktikasında maliyyələşdirilən və cari lizinqlərin şərtlərinin uzlaşdırılması əməliyyatları geniş yayılmışdır. Bu ilk növbədə sənaye–təyinatlı nəqliyyat vasitələrinə və iri yoltikinti və kənd təsərrüfatı texnikasına aiddir.



Beynəlxalq icarə müqavilələrinin əsas şərtləri.

Maliyyələşdirilən lizinq sazişi. Maliyyələşdirilən lizinq razılaşmaları aşaöıdakı sənədlər üzrə rəsmiyyətləşdirilir:



  1. lizinq sahibi ilə lizinq alan arasında bağlanılan lizinq müqaviləsi (kontraktı);

  2. malgöndərən, təchizatçı ilə bağlanılan alqı-satqı kontraktı, yaxud malgöndərmənin ümumi şərtlərini nəzərdə tutan və lizinq sahibi tərəfindən firma malgöndərənə, təchizatçıya yönəldilən naryad (tapşırıq);

  3. avadanlığın faktiki göndərilməsinə şəhadətlik (təsbit edən protokol).

Bu protokolda eyni zamanda göndərilən avadnlığın qurulması və istismara verilməsi də əks etdirilir. Protokola lizinq əməliyyatında iştirak edən bütün tərəflər imza atırlar.

Müqavilənin əsas şərtlərinə gəldikdə isə bu şərtlər aşağıdakılar kimi xarakterizə olunur:



1. Lizinq müqaviləsinin obyekti və tərəfləri. Lizinq müqaviləsi icarə əməliyyatı maliyyələşdirilərkən bağlanılır. Bəzi hallarda lizinq alanın özü istifadəçi sifətində çıxış edə bilər. Bu halda o kontraktda “lizinq alan” tərəf kimi adlanır. Əgər o icarə obyektini subicraçıya yaxud özünün qız şirkətinə ötürürsə bu halda o müqavilədə bütün öhdəlikləri öz üzərinə götürən “firma–istifadəçi” kimi adlanır. Lizinq müqaviləsində firma malgöndərənin, təchizatçının adı və lizinq obyektinin həmin malgöndərən, təchizatçı tərəfindən lizinq-alıcının müəssisəsində hökmən qurulacağı müddəti də göstərilir.

2. Lizinqin fəaliyyət müddəti. Lizinqin fəaliyyət müddəti onun müqavilə obyektinin quraşdırılıb işə salındığı vaxtdan qüvvəyə minir. Müqavilə hər iki tərəf üçün təəhüdüdlü (məcburi) olur. Müqavilənin müddətinin bitməsinə bir ay qalmış lizinq sahibi lizinq alana lizinq obyektinin əlavə istifadə olunması şərtləri barədə danışıqlar aparılmasını təklif edə bilər. Lizinq kontrakrının vaxtı bitmək üzrə olduqda lizinq alan aşağıda göstərilən səlahiyyətlərə malikdir: əvvəlki müqavilənin, yaxud yeni şərtlər əlavə etməklə müqavilənin müddətini uzatmaq; yeni şərtlər əsasında təkrarən müqavilə bağlamaq; müqavilə obyektinin öncədən şərtləşdirilmiş qiymətə, yaxud qalıq dəyərinə almaq.

3. Lizinq müqaviləsi üzrə tərəflərin hüquq və vəzifələri. Lizinq sahibinin əsas vəzifələri bunlardır:

- öncədən lizinq alan və malgöndərən, təchizatçı arasında ticarət və texniki şərtlər barədə razılaşmalar əsasında firma–malgöndərənlə alqı-satqı müqaviləsi bağlanması;

- öncədən razılaşdırılmış şərtlərə uyğun saziş obyektinin malgöndərənə göndərilməsi.

Lizinq sahibi lizinq sazişi obyektinin mülkiyyətçisidir. O, malgöndərənin malın göndərilməsi üçün hazır olduğu barədə xəbərdarlıq etdikdən sonra həmin obyekti (malı) yoxlamaq hüququna malikdir. Obyekt işə salınanadək isə o, təhvil–təslim protokoluna imza atmağa borcludur.

Əgər yoxlama zamanı nöqsanlar aşkar olunarsa, lizinq sahibi malgöndərənə həmin nöqsanların aradan götürülməsi tapşırığını verir. Əks tədbirdə, lizinq sahibi müqavilə pozacağını bildirir.

Lizinq alanın vəzifələri. Bu vəzifələr aşağıdakılardan ibarətdir:

- saziş obyektini qəbul edərkən lizinq sahibi malgöndərənə qarşı bütün hüquqlarını öz üzərinə götürür və onun bununla bağlı hər cür zərərdən məhkəmə iradlarından azad edir;

- lizinq obyektini qəbul edir, qəbulun bütün zəruri, texniki və hüquqi şərtlərini təmin edir, öz hesabına quraşdırmanı və işəsalmanı həyata keçirir;

- malgöndərmənin komplektliyini (dəstini), avadanlığın saz işləməsini və qeydə alınmış istehsal nəticələrinə nail olunmasını protokola təsbit edir;

- çatışmazlıqlar aşkar edilərkən onların siyahısının təhvil–təslim protokolunda göstərilməsinə və lizinq sahibinə göndərilməsinə göz qoyur;

- lizinq obyektinin qeyri–normal işləməsi ucbatından onun qəbulundan imtina etməsi lazım gəldikdə lizinq alan yazılı formada lzinq sahibinə çatışmazlıqları göstərməklə xəbərdarlıq edir;

- əgər lizinq alan bunları etməsə iki aydan sonra qəbul baş tutmuş hesab olunmur.



4. Lizinq ödənişləri. Lizinq ödənişləri satış obyektini istehsalda istifadə edilməsi üçün pulla təminatını nəzərdə tutur. Geniş mənada bu ödənişlər ayrı–ayrı sazişlərin bağlanması əsasını təşkil edir.

Lizinq ödənişi tərəfindən razılaşmalarından asılı müxtəlif səpkidə ola bilər. Təcrübədə aşağıdakılara daha tez–tez rast gəlinir.



Müqavilədə təsbit olunmuş lizinq ödənişinin ümumi məbləği.

Buna tərəflər öncədən müəyyən edirlər. Ödəniş üçün qrafik tərtib olunur. Qrafikə əsasən birinci ödəniş malın qəbul edildiyi gün verilir. Sonra isə dövraşırı ödənilir. Tariflər (alış qiymətləri) dəyişildikdə tərəflərin razılığı ilə lizinq müqaviləsinə də dəyişiklik edilir.



Avansla (depozit etməklə) ödəniş.

Adətən lizinq alan lizinq firmasına alış dəyərinin 15-20%-i məbləğində öncədən avans verir və yaxud bankda onun hesabına depozit edir. Qalan 80-85%-i isə qəbul protokolu imzalandıqdan sonra 3-5 il ərzində kvartallar üzrə ödənilir.



Minimum (ən az) lizinq ödənişi.

Bu ödəniş icarənin bütün müddəti ərzində dövraşırı verilir. Əgər lizinq alan malın istifadə etmə müddətini uzadacaqsa, birinci müddətin ödənişinin üzərinə axırıncı müddətin uzadılmış hissəsinin ödənişi gəlinir. Bu halda icarə edən həmin obyekti onun ilkin qiymətindən bir qədər ucuz qiymətə ala bilər.



Qeyri–müəyyən icarə haqqı.

Bu ödəniş təsbit edilmiş məbləğə deyil, müəyyən əsaslarda, məsələn, satış həcmindən obyekyin istifadə olunmuş məbləğindən faizlə, qiymət indeksləri, borc vəsaitlərinin bazar tarifləri vasitəsilə ödənilir.



Lizinq ödənişlərinin müəyyən edilməsi üsulları.

Bu üsullar müqavilələrdə göstərilir. Ödəniş birdəfəlik və dövraşırı ola bilər. Birdəfəlik ödəniş adətən təhvil–təslim protokolu imzalandıqdan sonra ödənilir və sazişin maliyyələşdirilməsi ancaq mal göndərənin alqı-satqı müqaviləsinin yerinə yetirdiyi dövrü nəzərdə tutur. Dövraşırı ödəniş isə müxtəlif formalarda olur: icarə müddəti ərzində bərabər məbləğlə, ödənişin vaxtaşırı artırılması qaydasıyla və əksinə və s. Müqavilədə bunlar da öz əksini tapmalıdır.



Lizinq müqavilələrinin ləğv edilməsi qaydası.

Bir qayda olaraq, lizinq kontraktlarında onların pozulması barədə müəyyən müddət qoyulur. Bu müddət bitdikdən sonra tərəflər onun vaxtının uzadılması yaxud ləğv edilməsi haqda razılaşmaya gələ bilər.

Malın göndərilməsi üçün naryad. Bu naryad lizinq sahibinin lizinq alandan sifariş qəbul etməsi barədə maldöndərənə (istehsalçıya) xəbərdarlıq sənədidir. Naryadın üz səhifəsində tərəflərin adı, lizinq kontraktının sıra sayı, lizinq alanın adıalış qiyməti və malgöndərmə şərtləri göstərilir. Bundan əlavə malgöndərən lizinq sahibinə aşağıdakıların göndərilməsini göstərməlidir: naryadın ona çatmasının təsdiqini, lizinq obyekti lizinq alana göndərildikdən sonra iki nüsxədə hesab, lizinq alan tərəfindən imzalanmış təhvil–təslim protokolu, malın qəbulu, prospekt, texniki sənədlər və zəmanətverici talon. Naryadda həmçinin lizinq sahibi ilə malgöndərən arasında tərtib olunmuş protokolun ümumi şərtləri göstərilir. Malgöndərən firma lizinq alan qarşısında məsuliyyət daşıyır və lizinq sahibi ilə lizinq alanın qanuni iddialarına əməl edir.

Qəbuletmə protokolu.

Bu sənəd lizinq alan tərəfindən qəbul edilən malın (avadanlığın) yararlı olmasını və qüsursuz işləməsi şəhadətlik edir. Odur ki, lizinq alan protokolda göstərilənlərə əsaslanaraq lizinq sazişi obyektini qəbul etməyə hazır olduğunu bildirir. Lizinq alan təhvil-təslim protokolunda aşkar etdiyi çatışmayan cəhədləri göstərə bilər. Çatışmazlıqların maddi və mənəvi zərərlə bağlı deyilsə, lizinq alan lizinq haqqının hökmən ödəniləcəyi və öhdəliyə təsiri olmayacağını bildirir. Bu halda malgöndərən də təhvil- təslim protokolunda həmin çatışmazlıqların tezliklə aradan qaldırılacağını qeyd edir. Nəticədə təhvil təslim protokolu lizinq alan tərəfindən rəsmiləşdirilir və lizinq sahibi, lizinq alan və malgöndərən tərəfindən imzalanır.



Cari icarə müqaviləsinin əsas şərtləri.

Cari icarənin məzmunu ondan ibarətdir ki, tərəflərdən biri - icarəyə verən öhdəçilik götürür ki, o əmlakın (avadanlığın) müvəqqəti istifadəsi üçün onu digər təfərin ixtiyarın averir, digər tərəf icarəyə isə müqavilənin qüvvədə olduğu dövr ərzində istifadə haqqını ödəyir.

Bu tipli icarə müqaviləsinin işlənib hazırlanması ilə bir qayda olraq şirkər idarədar birliyi, yaxud firma məşğul olur. Icarə müqaviləsinin əsas şərtləri aşağıdakılardan ibarətdir:

1) Müqavilənin tərəfləri. Bunlar icarəyə verən və icarəyə götürənlərdir.

2) Müqavilənin predmeti. Bu, ya fərdi nişanələrinə, yaxud da texniki sənədləri ilə (malın, avadanlığın) müəyyənləşdirilir.

3) Müqavilənin fəaliyyət müddəti. Bu icarənin növündən asılıdır. Qısa müddətli icarə- bu ən azı 1 gündür. Orta və uzunmüddətli icarə dövrü müqavilə əsasında müəyyənləşdirilir. Təkrar icarə müqaviləsi isə 5 il müddətinə bağlanılır. Icarə müddəti bitmiş avadanlıq icarə edən tərəfindən satın alına bilər.

4) Ödəniş şərtləri. Burada icarə haqqının forması və miqdarı nəzərdə tutulur. Icarə haqqı ya müqavilənin fəaliyyətdə olduğu bütün müddətə sabit tarif kimi, ya da müqavilə müddətinin uzunluğundan asılı olaraq mütərəqqi aşağıenmə tarifi formasında müəyyənləşdirilir.Əgər avadanlıq (tikinti) onun operatoru ilə birlikdə verilirsə, bu halda operatorun əmək haqqı da icarə haqqına daxil edilir.

5) Tərəflərin hüquq və vəzifələri. Icarəyə verən tərəf borcludur ki, malı və ya avadanlığı saz halda versin və onu istifadə edəni şərtlənmiş vaxt ərzində öyrətsin (təlimatlandırsın). Iş prosesində avadanlıqda nasazlıq baş verdikdə onu icarəyə verən aradan qaldırmalı, lazım gəldikdə ehtiyat hissəsi də verməlidir. Icarəyə götürən isə avadanlığı icarəyə verənin təlimatına əsasən istismar edəcəkdir. O, eyni zamanda borcludur ki, avadanlığın istismarı gedişində aşkar olunan defektlər, nasazlıq haqqında icarəyə verən tərəfə vaxtında xəbərdarlıq etsin.

Avadanlığı icarəyə verənin yazılı icazəsi olmadan icarə edən onu digər subicarə edənə verməsi qəti qadağandır. Əgər icarəyə götürən üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirmədikdə və yaxud icarə haqqını ödəmədikdə icarəyə verən müqaviləni vaxtından əvvəl ləğv edir və tələb edir ki, icarə predmetini geri qaytarsın.



Xarici ölkələrin lizinq qanunvericiliyi.

Qərbi Avropa ölkələrində lizinqin vəziyyəti Avropa Birliyinin lizinq şirkətləri assosiasiyaları Federasiyasının «Leaseurope» illik hesabatında işıqlandırılır. Lizinqə götürülən avadanlığın ən çox həcmi Almaniyanın, Böyük Britaniyanın və Fransının payına düşür. Avadanlığın strukturuna gəldikdə isə, daha çox xüsusi çəkiyə avtomobillər (38,7%), maşınlar və sənaye avadanlıqları (24,4%), kompüterlər və ofis avadanlıqları (13,9%), nəqliyyat vasitələri (13,8%) malikdirlər.

İngilis-sakson (İngiltərə və ABŞ) hüquq sisteminin xarakterik xüsusiyyətlərindən olan faktlardan biri odur ki, istənilən hər bir müqavilə (kontrakt) bir tərkib hissəsi kimi nəzərdə tutulan şərtlərə - ingilis-amerikan spesifik hüquq institutuna - daxildirlər və bunlardan məhkəmələr tərəfindən tərəflərin iradələrinin həll olunması zamanı istifadə olunur (əgər kontraktda digər məsələlər nəzərdə tutlmamışdırsa). Bu baxımdan lizinq müqaviləsi istisna təşkil etmir. İngiltərənin Malların və xidmətlərin göndərilməsi haqqında 1982-ci il qanununda kirayə müqaviləsinə, bir tərkib hissəsi kimi daxil edilən nəzərdə tutulan şərtlər sadalanmışdır. Lizinq müqaviləsi heç zaman alqı-satqı müqaviləsinə çevrilə bilməz, oraya heç vaxt alış üçün opsion daxil edilmir ki, bununla da lizinq müqaviləsi ilə alqı-satqı müqaviləsi arasında fərq saxlanılır. Lizinq müqaviləsi İngiltərədə çox zaman spesifik icarə adlandırılır (məhz spesifik, çünki İngiltərədə lizinq müqaviləsi adi icarə müqaviləsinin müxtəlif növlərindən biri sayılmır).

Nəzərdə tutulan şərtlərə aşağıdakılar aid olunurlar:

1.   əmlakı istifadəyə verən şəxsin istifadə hüququnu asılı saxlama müddəti ərzində о biri şəxsə verməsi haqqında şərt;

2.   istifadəçi tərəfindən əmlakdan bütün müqavilə müddəti ərzində «rahat» istifadə etməsi şərti;

3.   müqavilənin predmeti olan əmlakın lazımi keyfiyyət tələblərinə cavab verməsi haqqında şərt;

4.   əmlakın müəyyən xüsusi məqsədlər üçün istifadəyə yararlı olması haqqında şərt (əgər istifadəçi bu barədə danışıqlar zamanı digər tərəfi qabaqcadan məlumatlandırıbsa).



ABŞ-da lizinq şirkətlərinin çox böyük bir hissəsi iri avadanlıq istehsalşıları tərəfindən yaradılmışlar. Lizinq şirkətlərinin digər hissəsi iri kommersiya bankları tərəfindən təşkil olunmuşdur. Bu şirkətlərin fəaliyyət dairəsi regional bankın təsirinin yayıldığı rayon ilə üst-üstə düşür. Xarakterik hal ondan ibarətdir ki, Amerika qanunvericiliyi kommersiya banklarına müəyyən maliyyə xidmətlərini göstərməyi qadağan eləyir. Buna görə də lizinq şirkətləri banklardan ayrı fəaliyyət göstərirlər. Bundan başqa, Amerikanın ən iri sığorta şirkətləri lizinq kimi fəaliyyət sahəsindən yan keçmirlər. ABŞ-ın vergi qanunvericiliyi elədir ki, özəl şəxslərə öz gəlirlərini avadanlığın alınmasına yönəldilməsi və onların sonradan lizinqə verilməsi daha əlverişlidir.

Çin Xalq Respublikası. 1979-cu ildə beynəlxalq müştərək müəssisələrin fəaliyyətinə icazə verən qanun qəbul olunmuşdur.

Sövdələşmələrin əsas hissəsi müddəti 1 ildən 5 ilədək olan maliyyə lizinqinin payına düşür, lizinqin orta müddəti 2-3 il təşkil edir. İsitifadəçilər avadanlığın qısa müddətli lizinqinə daha çox üstünlük verirlər, bu da faizlər üzrə ödənişləri minimuma endirməyə imkan verir. Adətən ödənişlər kvartalda bir dəfə və yaxud daha gec həyata keçirilir. Kontraktın müddəti bitdikdən sonra istifadəçi avadanlığı qalıq qiyməti ilə ala bilər. Kontraktlar, adətən, bankların zəmanəti ilə dəstəklənirlər.

ÇXR-in fabrik və zavodlarının çox bir hissəsi köhnəlmişdir və belə hesab olunur ki, maliyyə lizinqi yaxşı perspektivlərə malikdir.

Cənubi Koreyada lizinqə dəstək verilməsi haqqında qanun qəbul olunduqdan sonra bağlanılmış müqavilələrin həcmi iki dəfə artmışdır.  

Cəmisi C.Koreyada 14 lizinq subyekti fəaliyyət göstərir: bunlardan 8-i ixtisaslaşmış, 6-sı ticarət banklarıdır.

Bu ölkənin qanunvericiliyi lizinq şirkətinin yaradılması şərtlərini, onun fəaliyyət sahəsini, lizinqə verilən avadanlığın tipini nizamlayır. Əgər avadanlığın istismar müddəti 5 ildən çox deyildirsə, lizinq müqaviləsinin müddəti avadanlığın istismar müddətinin 70 %-dən az olmamalıdır. Əgər avadanlığın istismar müddəti 5 ildən çoxdursa, lizinq müqaviləsinin müddəti avadanlığın istismar müddətinin 60 %-dən az olmamalıdır. Alış hüququ vacib şərtlərdən sayılmır, lakin istifadəçiyə güzəştə getmə kimi verilə bilər.

Cənubu Koreya hökumətinin iqtisadi vəzifələrindən biri kiçik və orta müəssisələrin fəaliyyətinin həvəsləndirilməsidir. Buna görə də, belə direktiv göstəriş vardır ki, ixtisaslaşdırılmış lizinq şirkətləri lizinq əməliyyatlarının həcminin 35 %-dən az olmayan hissəsini kiçik və orta müəssisələrə ayırmalıdırlar.



Almaniya. Almaniyada hazırda çoxlu sayda lizinq şirkətləri vardır, onların 57-si alman lizinq assosiasiyasına daxildir. Lizinq sövdələşmələrinin vergiyə cəlb olunması qaydaları federal maliyyə nazirinin 19.04.1975-ci il və 22.12.1975-ci il tarixli məktublarında əks etdirilmişdir. Müəyyən olunmuş lizinq normaları ilə bağlanılmış lizinq kontraktları bir sıra vergi güzəştlərindən istifadə etməyə imkan yaradır.

Lizinq sahəsində aparıcı şirkətlərdən - “Mittfinans GmbH” və “Gefa-Lizing GmbH” göstərmək olar. “Mittfinans GmbH” 1962-ci ildə təsis olunub. Almaniyada ilk lizinq şirkəti olan bu firmanın nizamnamə kapitalı 1 milyon AFR markası olmuşdu. Hazırda onun 6 törəmə şirkəti vardır.

“Gefa-Lizing GmbH” “Gefa” qrupu tərəfindən 1968-ci ildə yaradılmışdır. Özünün fəaliyyət göstərdiyi müddət ərzində firma öz müştərilərinə 3 milyard AFR markası dəyərində avadanlığı lizinqə vermişdir.

Avstriya. Аvstriyada icarənin orta müddəti lizinqin predmetinin iqtisadi cəhətdən məqsədəuyğun xidmət müddətinə uyğun olaraq 2 ildən 15 ilədək təşkil edir. Alış və yaxud uzadılma üçün opsiona yol verilmir, kontraktın vaxtının qutarmasından sonra icarəçi lizinqin predmetinin icarəsinə dair yeni müqavilə bağlaya bilər (yerdə qalan istismar müddətinə) və yaxud alış üzrə danışıqlara başlaya bilər.

Almaniyada olduğu kimi, Аvstriyada da lizinqin inkişafı üçün əsas kirayə haqqında qanundur. Avstriyada lizinq artıq 25 ildir ki, inkişaf edir. Lizinqə hətta uğaq bağçalarını və məktəbləri də verirlər. 1984-cü il qanununa əsasən vergi güzəştlərindən istifadə olunması üçün lizinq üzrə müqavilə müddətinin avadanlıqdan ümumi istifadənin 40% - 90%-dən çox olmaması lazımdır və lizinq obyekti müstəqil vahid olmalıdır.

Aparıcı lizinq firmalardan biri “Rayfayzen lizinq” şirkətidir və onun kapitalında “Donau banka” iştirak edir.

İtaliya. İtaliyada ilk lizinq şirkəti 1963-cü ildə yaranmışdır. Hazırda İtaliya lizinq assosiasiyasında 50 şirkət vardır.

Ən iri italyan (şirkəti) lizinq qrupu “Lokafit” lizinqə işçi alətlərini, yerqazan maşınları, ofislər üçün avadanlığl, kompüterləri, daşınmaz əmlakı, nəqliyyat (avtomobillər, təyyarələr, gəmilər və s.) verirlər.

Təsisçilərdən biri də “Bank Nasional de Lavoro”dır. Bu qrup, Almaniyada, Fransada, ABŞ-da, İspaniyada, Çində müştərək firmalar yaratmış, Macarıstan və bir sıra keçmiş Yuqoslaviya ölkələri ilə əməliyyatları həyata keçirir.

  Beləliklə, göründüyü kimi, lizinq,   dünyada kreditləşdirmənin ən yayılmış formalarından biridir.   

Lizinq çox qısa bir müddət ərzində investisiya fəaliyyətinin əsas və rahat alətlərindən birinə çevrilmişdir, baxmayaraq ki, ABŞ və Almaniya kimi aparıcı kapitalist ölkələrində lizinq münasibətlərini nizamlayan xüsusi qanunlar və qanunvericilik aktları yoxdur.

Hazırda inkişaf etmiş ölkələrdə investisiyaların 25-30%-i lizinq əməliyyatlarının payına düşür. Yeni məhsulların təxminən 80%-i lizinqə götürülmüş avadanlıqda istehsal olunur.

Müasir dünya lizinq bazarı əsas iqtisadi mərkəzlərdə - ABŞ, Qərbi Avropada, Yaponiyada cəmləşmişdir. Beynəlxalq lizinq xidmətləri bazarı ən dinamik inkişafda olan bazarlardandır.

Məsələn, ABŞ-da lizinq əməliyyatlarının investisiyaların ümumi həcmində xüsusi çəkisi 35%-dən çoxdur. Yaponiyada, öz növbəsində, lizinq əməliyyatlarının illik artımı 25%-40% təşkil edir.

Qərbi Avropa ölkələrində lizinq investisiyalarını İrlandiya (ümumi həcmin 46%-i) və İngiltərə (35.8%), Şərqi Azropa ölkələrində isə - Çexiya həyata keçirirlər.

Hər bir halda əməliyyatların miqyası belədir ki, məsələn, Avropanın investisiyasının 15%-dən çoxu Avropa Birliyinin “Avrolizinq”inə daxil olan оlizinq şirkətləri tərəfindən maliyyələşdirilir. Bu təşkilatın məlumatlarına əsasən onun tərkibində 1200-dən çox lizinq şirkəti vardır.

 Avropanın lizinq bazarında aparıcı rolu Böyük BritaniyaŞ Almaniya, Fransa, İtaliya oynayır. Bu ölkələrin lizinq əməliyyatlarının həcmi Avropanın daşınan əmlak bazarında payı 73% , daşinmaz əmlak bazarında isə - 80% təşkil edir.

Daşınan əmlak bazarında lizinqin əsas obyektləri avtomobillər (37,2%); maşınlar, avadanlıq, qurğular (23,9%); yol nəqliyyatı vasitələri  (15,4%); kompüterlər və təşkilat texnikası (11,8%); təyyarələr, gəmilər, yük və dəmir yol nəqliyyatı (5,6%), sair obyektlər (6,1%) təşkil edirlər.

Şərti işarələr:    

1-maşınlar, sənaye avadanlığı;

2- kompüterlər və təşkilat texnikası;

3-yol-nəqliyyat vasitələri;

4-avtomobillər;

5- təyyarələr, gəmilər, yük və dəmir yol nəqliyyatı;

6-sairlər.

 Avropada daşınan əmlakın əsas istehlakçıları (lizinq alanlar) xalq təsərrüfatının aşağıdakı sahələrinə məxsusdur: özəl istehsal sahələri – 47,6%; sənətkarlıq, sənaye, tikinti sənayesi – 34,7%; özəl istehlakçı -7,6%; ictimai xidmət müəssisələrinə - 3,7%; kənd təsərrüfatı, meşəçilik, balıqçılıq - 2,6%; sairlər - 3,8% [10].

  Daşınan əmlaka kontraktlar əsasən 5 ilədək – 74,5%; 2 ildək- 11,0%, 10 ildək – 9,4% və 10 ildən yuxarı – 5,1%, bağlanılır [15].

         Beləliklə, dünya lizinq bazarının əlli ildən çox inkişafının təhlili göstərir ki, lizinqin təşkilinin dörd əsas variantları mövcuddur:

bank strukturlarlında yaradılan lizinq xidmətləri;

banklar tərəfindən yaradılan universal lizinq şirkətləri;

maşın və avadanlığın iri istehsalçıları tərəfindən yaradılan ixtisaslaşmış və öz məhsulunun bir hissəsnini lizinqə verən lizinq şirkətləri;

texnikanın göndərilməsi və ona xidmət göstərilməsi ilə ixtisaslaşan iri firmalar tərəfindən yaradılan lizinq şirkətləri.


§ 2.2. Azərbaycanda lizinqin müasir vəziyyəti və inkişaf perspektivləri
   İqtisadiyyata investisiya qoyuluşunun müxtəlif yolları var. Bunlar arasında son 35-40 ildə ən inkişaf etmiş modellərdən biri lizinqdir. Məlumatlara görə, dünyanın inkişaf etmiş ölkələrində iqtisadiyyata investisiya qoyuluşunun 25-30%-i lizinq vasitəsilə həyata keçirilir.

   Lizinq bazarının dünyada kifayət qədər inkişaf etməsinə baxmayaraq, Azərbaycanda bu sahədə vəziyyət o qədər də ürəkaçan deyil. 2011-ci ildə Azərbaycanda ümumi investisiya qoyuluşu 21,66 milyard dollar olduğu halda lizinq yolu ilə qoyulan sərmayənin həcmi 150 milyon dollar olub. Yəni, ümumi investisiya qoyuluşunda lizinq əmaliyyatları cəmi 0,7 % təşkil edib.

   2010-cu ildə lizinq əmaliyyatları 170 milyon dollar idi. Həmin ildə 17,6 milyard dollar sərmayə qoyulmuşdu ki, burada lizinqin payı 0,96 % olub.

   İnkişaf etmiş ölkələrdə lizinqin ümumi investisiya qoyuluşunda payının 30 % və bir qədər də artıq olduğunu nəzərə alsaq, məlum olur ki, Azərbaycanda lizin bazarını bir neçə milyard dollara qədər artırmaq olar. İlkin mərhələdə isə bunun 800 milyon - 1 milyard dollara çatdırılmasının mümkün olduğu bildirilir.

   Bu gün ölkəmizdə 30-a yaxın şirkət öz məhsullarını lizinqlə təqdim edir. Bunlar arasında ən güclüsü "Aqrolizinq" ASC sayılır. "Aqrolizinq" ASC dövlət şirkətidir. Bu qurum dövlət başçısının "Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" sərəncamı əsasında 2004-cü ildə yaradılıb. Prezidentin müvafiq sərəncamları ilə cəmiyyətin ənənəvi lizinq xidmətlərindən başqa fəaliyyət dairəsi ildən-ilə genişləndirilib. "Aqrolizinq" ASC-yə mineral gübrələrin, pestisidlərin, texnoloji avadanlıqların, tinglərin, buğda toxumlarının, cins damazlıq heyvanların gətirilib istehsalçılara çatdırılması və kənd təsərrüfatı aqro-texniki işlərin görülməsi kimi əlavə funksiyalar da həvalə edilib. Təsdiqlənməmiş məlumatlara əsasən şirkət yaradıldığı tarixdən indiyədək 300 milyon manatdan artıq dəyərdə lizinq əmaliyyatları həyata keçirb. Son 3 ildə həril orta hesabla şirkət 40 milyon manat həcmində lizinq xidməti təklif edib. Bu da lizinq bazarının 25 %i həcmində iş deməkdir.

   Mütəxəssislər Azərbaycanda lizinq xidmətlərinin, şirkətlərinin inkişaf etməməsini qanunvericilik bazasının təkmil olmaması, lizinq əməliyyatlarının əlavə dəyər vergisinin tətbiq edilməsi və ümumi maarifsizliklə əlaqələndirirlər.

   1994-cü ildə "Lizinq xidməti haqqında" qanun qəbul edilib. Lakin bu qanun mövcud münasibətləri tam tənzimləyə bilmədiyindən lizinq əməliyyatları Mülki və Vergi məcəllələrinin əsas normativ aktları ilə tənzimlənir.

   Əsas çətinlik yaradan cəhət ƏDV-nin tətbiqidir. Lizinq əməliyyatlarında bank kreditlərindən fərqli olaraq alınan avadanlığın dəyərinə ƏDV əlavə edilir və onun maya dəyəri artır. Eyni bir avadanlıq lizinq yolu ilə tərkak satıldıqda da ƏDV tətbiq olunur. Bu vəziyyət bank krediti ilə avadanlıq alınmasının lizinq yolu ilə avadanlıq alınmasına nisbətən daha ucuz başa gəlməsinə imkan verir. Buna görə də Azərbaycanda bank kreditləri ilə avadanlıq və digər əşyaların alınması daha sərfəlidir.

   Bazar iştirakçılarının fikrincə, lizinq fəaliyyətinə vergi qoyuluşu problemləri öz təcili həllini və sistemləşdirilməsini tələb edir, çünki indiki vəziyyət lizinq sövdələşməsinin bahalaşmasına və onun bank krediti ilə müqayisədə cəlbedici olmamasına gətirib çıxarır.

   Ümumiyyətlə, qeyd etmək lazımdır ki, inflyasiyanın yüksək templərində, qeyri-stabil vergi qanunvericiliyi, lizinq əməliyyatlarını tənzimləyə biləcək normativ aktların yoxluğu zamanı lizinq əməliyyatlarının həyata keçirilməsi riskli olur.

   Öncə də qeyd etdik ki, lizinq əmaliyyatları çox əhəmiyyətli bir investisiya qaynağıdır. Bu əməliyyatlar həm malını satan, həm lizinqə vermək üçün mal alan, həm də malın son istifadəçisinin maraqlarını tam təmin edir. Lizinq bazarının inkişaf etməməsinin əsas səbəblərindən biri kimi məhz bu fəaliyyət növü ilə bağlı lazımı təsəvvürün olmaması göstərilir.

   Lizinq dedikdə daha çox icarə başa düşülür. Amma bu, bizim bildiyimiz ənənəvi icarə forması deyil. Ənənəvi icarə əmlakın başqa şəxsin, yəni icarəçinin müvəqqəti sahibliyinə və istifadəsinə verilməsidir. İcarə zamanı icarəçi əmlakdan istifadə etməklə yanaşı ondan bəhrə götürmək hüququna malikdir. İcarə münasibətləri ikitərəfli xarakter daşıyır.

   Lizinq isə əmlakın başqa şəxsin (lizinq alanın) müvəqqəti sahibliyinə və istifadəsinə verilməsidir. Lizinq üçtərəfli münasibətdir. Lizinqin əsas xüsusiyyətlərindən biri ondan ibarətdir ki, lizinq verən əmlakı lizinqə vermək üçün onu mülkiyyət hüququ əsasında əldə etməli və ya hazırlamalıdır. Əgər lizinqə verilən əmlak artıq lizinq verənin mülkiyyətindədirsə, əmələ gələn hüquq münasibəti icarə (kirayə) kimi qiymətləndiriləcəkdir. Lizinqin xüsusiyyətlərindən biri də lizinq alanın alqı-satqı müqaviləsi üzrə tələblərin birbaşa əmlakın satıcısına qarşı irəli sürülməsi hüququna malik olmasıdır.

   Buna görə də xarici ölkələrin təcrübəsində lizinq yolu ilə avadanlıq, müxtəlif əmtəələrin alınması, hətta bank kreditlərindən də daha münasib sayılır.

   Belə bir müqayisə aparaq: yeni müəssisə yaradan sahibkar müxtəlif texniki vasitələr almalıdır. Pulu var, amma onu texniki vasitələrin alınmasına xərcləsə, digər məqsədlər üçün pul qalmayacaq. Bu halda sahibkar banka üz tutmalıdır. Bank onun istədiyi pulu verə bilər. Lakin müəyyən şərtlərin ödənilməsini tələb edir. Bank ilk növbədə girov təminatı istəyir. Digər tərəfdən, riskləri nəzərə alaraq yüksək % tətbiq edir və vəsaitin qısa müddətə (1-3 ilə) qaytarılmasını istəyir. Bankdan kredit almaq istəyən sahibkar üçün bu şərtlər münasibdirmi? Əlbəttə ki, yox. Çünki sahibkarın girov təminatı yoxdur. İkincisi, qısa müddətə qaytarılacaq vəsaitə görə müəssisə hər ay daha artıq pul ödəməlidir. Belə olduqda sahibkarın ixtiyarında təkrar sərmayə qoyuluşu üçün vəsait qalmır və s.

   Təcrübə göstərir ki, bu vəziyyətdə sahibkar üçün ən əlverişlisi icarədir. Lizinq isə icarə formaları arasında ən optimalıdır. Səbəbləri çox sadədir. Lizinqlə texniki avadanlıq və digər vasitələr alınan zaman girov istənilmir. Çünki avadanlıq alınmır, icarəyə götürülür. Aylıq ödəniş kredit üzrə borclanmaya nisbətən çox az olur. Nəhayət, lizinq müqaviləsi bir qayda olaraq 3 ildən uzun müddətə bağlanır.

   Deməli, lizinq yolu ilə avadanlıq əldə etməklə sahibkar bir tərəfdən əlində olan pulunu digər məsələlər üçün istifadə edə bilir, ikinci tərəfədən aylıq xərci çox olmadığından kapitallaşması və buradan qaynaqlanaraq gəliri artır. Lizinq müqaviləsinin müddəti bitdikdən sonra sahibkar icarə əsasında istifadə etdiyi avadanlığı tərəflərin razılığı əsasında kiçik vəsait ödəməklə tam sahibinə çevrilir. Qeyd edək ki, lizinq müqaviləsinin obyekti rolunda istehsal zamanı məhv olmayan istənilən növ maddi sərvətlər çıxış edə bilər. İcarəyə götürülmüş obyektin təbiətinə görə daşınmaz və daşınan obyektin lizinqi fərqləndirilir.

   Ümumiləşdirsək, lizinq əməliyyatlarının tətbiqi istehsalatın müasirləşdirilməsi və kiçik sahibkarlığın inkişafı yolunda böyük imkandır. Kiçik və orta sahibkarlığın qabiliyyəti aşağı olduğuna, onlar likvid girovun təklif edilməsi imkanına malik olmadıqlarına görə həmin müəssisələrin maliyyələşdirilməsində lizinq şirkətləri mühüm rol oynayırlar.

   Bundan başqa, lizinq maliyyə bazarında rəqabətin artmasına xidmət edir. Dövriyyə vəsaitlərinin maliyyələşdirilməsindən aşağı riskli olan lizinq bank kreditindən daha ucuz maliyyələşdirmə üsuludur və onunla birbaşa rəqabət təşkil edir. İnkişaf etməkdə olan ölkələrdə lizinq bank kreditləşməsinin alternativi olaraq müəssisələrə həm lizinqdən, həm də bank kreditindən istifadə ediləməsinə və təmin edilmiş borcun məbləğinin aşmamasına imkan yaradır. Lizinq ümumiyyətlə, iqtisadiyyata kapital qoyuluşlarının həcmini artırır. Lizinq avadanlığın satış həcmlərinin artmasına xidmət edir. Lizinq yerli və xarici mal verənlərə yeni alıcı sayının artması mexanizmini təklif edir.

   Lizinq biznesi sahibkarl fəaliyyətinin xüsusi sferası kimi fəaliyyət göstərir. Əgər lizinqdən geniş surətdə istifadə olunarsa, o istehsalın texniki təchizatının, Azərbaycan iqtisadiyyatının yenidən təşkilinin və bazarın yüksək keyfiyyətli mallarla doldurulmasının güclü impulsu kimi çıxış edə bilər. Lizinq sövdələşmələrinin effektivliyi özünü investisiya prosesinin aktivləşdirilməsində lizinq alan müəssisənin maliyyə durumunun yaxşılaşmasında, xırda və orta biznesin rəqabət qabiliyyətliliyinin artırılmasında göstərir.

   Lizinq xidmətinin bir investisiya mexanizmi kimi inkişafı nəticəsində banklar və sığorta şirlətləri də lizinq münasibətlərinə qatılırlar. Bankların lizinq xidmətləri bazarına daxil olmaları 2 amillə bağlıdır: lizinq kapital tutumlu biznes növüdür, banklar isə pul resurslarının əsas sahibləri sayılırlar, lizinq xidmətləri öz iqtisadi təbiətləriə görə bank kreditləşdirilməsi ilə sıx bağlıdır və axırıncının özünəməxsus alternativdir.

Azərbaycanda lizinqin inkişaf perspektivləri.

    Özündə bank krediti, icarə, investisiya elementlərini cəmləşdirən münasibətlər kompleksi olan lizinq sahibkarlığın inkişafına dəstək verən  əsas maliyyə alətlərindəndir. İnkişaf etmiş ölkələrdə əsas vəsaitlər fondunun yenilənməsində uzunmüddətli maliyyələşmə olan lizinqdən geniş istifadə edilir. Bəz Azərbaycanda bu sahədə vəziyyət necədir? Respublikamızda Azərbaycan Lizinq Şirkətləri Assosiasiyası (ALŞA) fəaliyyət göstərir.

 Tarixi arayış

Ölkəmizdə  lizinqin tarixini və inkişafını iki mərhələyə ayırmaq olar. Respublikamızda lizinq  haqqında ilk qanun 1994-cü ildə qəbul edilmişdir (bu, MDB məkanında  lizinq haqqında ilk qanun idi).  Lakin Azərbaycanda lizinqin inkişafı, əsasən, 2003-cü ildən başlayır. 2003-cü ildən 2008-ci ilə qədər lizinq şirkətlərinin portfelində hər il ən azı iki dəfə artım müşahidə edilirdi. Lakin 2008-ci ildən bəzi imtiyazlar dayandırıldığına görə, Azərbaycanın lizinq bazarındakı artım nisbətən azaldı. Məsələn, 2008-ci ildə lizinq bazarının portfel həcmi  200 milyon ABŞ dollarına çatmışdısa,  2010-2011-ci illərdə bu rəqəm 150 milyon dollardan artıq olmamışdır.



Maliyyələşmə mənbələri

Ölkəmizdə lizinq şirkətləri həm yerli bankların, həm də xarici kapitalın iştirakı ilə yaradılır. Son iki ildə, əsasən, xarici maliyyə kapitalının iştirakı ilə lizinq şirkətləri yaradılıb. Xarici kapital həm ucuzdur, həm də uzunmüddətlidir. Lakin lizinq şirkətləri kapitallaşma problemləri ilə üzləşirlər. Onların kapital səviyyələri xaricdən maliyyə vəsaiti cəlb etməyə imkan vermir.

 Maliyyə böhranı və lizinq

Dünya maliyyə böhranının Azərbaycan iqtisadiyyatına təsirsiz ötdüyündən lizinq bazarına da elə bir ciddi təsir göstərməmişdir. Yəni bəzi lizinq şirkətlərinin portfelində azalma müşahidə edilsə də, bu müddətdə bağlanan və ya iflasa uğrayan lizinq şirkətləri olmamışdır. Sadəcə, bir çox lizinq şirkətləri  hər hansı layihənin icrasına ehtiyatla yanaşmışlar, bəzi şirkətlər isə ümumiyyətlə, böhran bitənə qədər maliyyələşmə aparmamışlar.



Əlverişli sahələr

Azərbaycanda lizinqin bir çox sahələrdə inkişaf perspektivi var. Məsələn, kənd təsərrüfatı məhsullarının saxlanması məqsədilə soyuducu avadanlıqların, saxlanma anbarlarının, o cümlədən kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün istilik avadanlıqlarının, telekommunikasiya sahəsində bahalı avadanlıqların uzun müddətə maliyyələşməsi sahəsində lizinq sərfəli ola bilər. Hazırda Azərbaycanda lizinq daha çox tikinti və kənd təsərrüfatı sektorunun payına düşür. 

 Rəqabət mühiti

Bu gün lizinq şirkətləri üçün perspektivli sahələrdən biri də kənd təsərrüfatıdır. Lakin respublikada fəaliyyət göstərən lizinq şirkətləri «Aqrolizinq» şirkəti  ilə rəqabətə girə bilmədiyindən, bu sahə onların fəaliyyət dairəsindən kənarda qalır və ya cüzi bir həcm təşkil edir.  Məlumdur ki, Aqrolizinq şirkət bu gün xeyli imtiyazlara malikdir, dövlət büdcəsindən güzəştli maliyyələşmə əldə edir və cüzi faizlərlə və ya faizsiz texniki avadanlıqları kənd təsərrüfatında işləyən sahibkarlara lizinqə verir. Lakin digər lizinq şirkətləri Aqrolizinqə verilmiş imtiyazlardan və güzəştli maliyyə vəsaitlərindən kənarda qalır.

Bununla yanaşı, lizinq şirkətləri geniş maliyyə resurslarına malik banklarla rəqabətə girə bilmirlər və bu da lizinq sektorunun zəifləməsinə və lizinq portfelinin aşağı düşməsinə gətirib çıxarır.

Azərbaycanda sürətlə inkişaf edən bir çox sahələrdə lizinqdən istifadə edilməsi məqsədəuyğun olardı. Belə ki, telekommunikasiya, informasiya texnologiyaları, tikinti, nəqliyyat, infrastruktur layihələrində, kənd təsərrüfatı, emal sənayesi, yüngül sənaye və digər inkişafda olan sahələrdə lizinqdən geniş istifadə edilə bilər ki, bu da respublikada lizinq sektorunun inkişafına güclü təkan vermiş olardı.

Bu gün Azərbaycanın lizinq  potensialından hələ tam istifadə olumur. Məsələn, inkişaf etməkdə olan  ölkələrdə  ÜDM-in ən azından 2,4%-ni, inkişaf etmiş ölkələrdə isə 5%-ni lizinq sektorunun payı  təşkil etdiyi halda, bu göstərici  Azərbaycanda  0,4%-dir.

Qanunçuluq

Respublikamızda lizinq münasibətlərinin formalaşması «Lizinq xidməti haqqında» Azərbaycan Respublikasının Qanunu [1] və Azərbaycan Respublikasının «Mülki Məcəlləsi» ilə tənzimlənir. Mülki Məcəllənin 747-751-ci maddələri lizinqu münasibətlərə həsr olunmuşdur [2]. Azərbaycanda lizinqin inkişafı üçün, ilk növbədə, vahid qanuna ehtiyac var. Qanunvericiliyin məhdud olması səbəbindən hazırda lizinq şirkətləri operativ lizinq xidməti göstərə bilmirlər. Halbuki dünyada operativ maliyyə lizinqindən daha çox istifadə olunur. Lizinq haqqında hazırkı vergi qanunvericiliyi lizinqə verilən əmlakın 18% bahalaşmasına səbəb olur. Lizinq alan ƏDV-ni əvəzləşdirə bilmədiyi və 18% itirdiyi üçün, təbii ki, kreditlə bağlı banklara müraciət edir.  Digər bir məqam əvvəllər 2 əmsalla tətbiq olunan sürətli amortizasiyanın ləğv edilməsi ilə əlaqədardır. Halbuki sürətli amortizasiya lizinq sektorunda əsas vəsaitlərin yenilənməsi üçün olduqca vacibdir. Buna görə lizinq haqqında vergi qanunvericiliyinin təkmilləşdirilməsinə ehtiyac duyulur.

     Azərbaycanın Lizinq Şirkətləri Assosiasiyası

  ALŞA Azərbaycanda lizinq sektorunun lobbiçiliyindən, lizinq şirkətlərinin maraqlarını təmsil etməklə dövlətlə lizinq sektorunun əlaqələndiricisi funksiyasını yerinə yetirir. Bazarın bütün aktiv iştirakçıları ALŞA-nın üzvləridir. Hazırda ALŞA-da lizinq sahəsini, qanunvericiliyi, maliyyə sektorunu yaxşı bilən  mütəxəssislər toplaşmışdır. Beynəlxalq səviyyədə ALŞA Rusiya, Türkiyə, Belarus, Avropa ölkələrinin lizinq assosiasiyaları ilə əməkdaşlıq edir.  Artıq MDB məkanında lizinq assosiasiyalarının vahid qurum şəklində  birləşməsi nəzərdə tutulur və hazırda  bu qurumun nizamnaməsi və digər hüquqi sənədləri müzakirə olunur və bu il fəaliyyətə başlaması planlaşdırılır. 



Azərbaycanda fəaliyyət göstərən əsas lizinq firmaları və şirkətləri aşağıdakılardan ibarətdirlər:

Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə