Əlyazması hüququnda Hüseynova Nərmin Hətəm qızı (magistrantin a. S. A.) «kommersiya fəALİYYƏTİNDƏ LİZİNQİn rolu və İNKİŞaf perspektiVLƏRİ»


§ 1.2. Lizinqin təşkilati-iqtisadi xüsusiyyətləri. Kommersiya fəaliyyətində



Yüklə 0,59 Mb.
səhifə2/5
tarix01.04.2018
ölçüsü0,59 Mb.
#35665
1   2   3   4   5
§ 1.2. Lizinqin təşkilati-iqtisadi xüsusiyyətləri. Kommersiya fəaliyyətində

lizinqin yeri və rolu
Lizinq, iqtisadi mənada material və pul formasında birbaşa investisiyaların köməyilə müəssisənin texniki cəhətdən yenidən silahlanmasını və elmi-texniki tərəqqinin sürətləndirilməsini təmin edən mülkiyyət münasibətləri kompleksidir.

Lizinq – özünə üç növ təşkilati-iqtisadi münasibəti (icarə, investisiya və ticarət) daxil edən sahibkarlıq fəaliyyəti sistemidir. Lizinq münasibətlərinin sosial əhəmiyyəti ondan ibarətdir ki, onlar sahibkarlara istehsal vasitələrindən fəal şəkildə istifadə etməyə imkan yaradır, onların əmək fəallığını və yaradıcılıq imkanlarını stimullaşdırır. Lizinq münasibətləri mexanizmi hüquqi, maliyyə və təşkilati-texniki münasibətlər əsasında qurulur (şəkil 1.1).

Sistemli iqtisadi böhran və bütün növdən olan investisiya resurslarının çatışmaması lizinqdən hazır məhsulun əlavə satış kanalı kimi istifadə olunmasını zəruri və optimal edir.



Şəkil 1.1. Lizinq münasibətləri mexanizmi
Lizinq sövdələşməsi necə həyata keçirilir? Məsələn, istehsalat avadanlığına tələbatı olan sahibkar lizinq müqaviləsi əsasında bu avadanlığı əldə etməyin mümkünlüyü barədə sorğu ilə lizinq fırmasına müraciət edir. Lakin eyni zamanda, lizinq firmasının özü də bazarın xüsusi öyrənilməsi vasitəsi ilə potensial istehlakçını axtarır və onunla əlaqəyə girir. Lizinq firması sorğu aldıqdan sonra lizinq təkliflərinin işlənməsi mərhələsi başlanır. Lizinq firması lazım olan avadanlığın ehtimal olunan istehsalçılarının dairəsini müəyyənləşdirir və lizinq sövdələşməsinin mümkünlüyü barədə onlara sorğu göndərir. Eyni zamanda, firma potensial müştərini (sifarişçini) də, əsasən də onun lizinq ödənişlərini ödəmək qabiliyyətini, zəmanət almaq zərurətini və s. qiymətləndirir.

Təkliflərin işlənməsi mərhələsində lizinq firması riskin qiymətləndirilməsinə xüsusi diqqət yetirir, bu isə lizinq sövdələşməsi zamanı iki əsas anı özündə əks etdirir:

♦ müştərinin qiymətləndirilməsi, yerləşdirilən əmlakla bağlı fəaliyyəti nəzərə almaqla onun lizinq ödənişləriın ödəmək qabiliyyəti;

♦ əmlakın və onun həqiqi əvəz olunması dərəcəsinin qiymətləndirilməsi: əgər əvəz olunma dərəcəsi yüksəkdirsə (standart avadanlıq olub, yeni təyinata asan uyğunlaşır, mənəvi aşınma templəri aşağıdır) - risk böyük deyil, əgər əvəz olunma dərəcəsi aşağıdırsa (spesifik təyinatlı avadanluı olub, «sifarişlə» hazırlanıb, tez köhnələndir) - risk yüksəkdir.

Təkliflərin hazırlanması fazasında, həmçinin, lizinq sövdələşməsi üzrə ödənişlərin ölçüsünü müəyyənləşdirən əsas parametrlər də təhlil olunur: avadanlığın və ya digər əmlakın alış qiyməti, əmlakın alındığı anda əldə edilmiş avans bank faizinin tətbiq edilən dərəcəsi, müqavilə müddətiniıı uzunluğu, ödənişlərin vaxtaşırlığı, ödəniş üsulu.

Təkliflər hazır olduqdan sonra lizinq firması malgöndərənə (təchizatçıya) və istehlakçıya zəruri informasiyanı təqdim edir və əgər şərtlər qəbul ediləndirsə, maraqlı tərəflər lizinq müqaviləsini imzalayırlar.

Təkliflərin hazırlanması mərhələsində (müqavilə bağlanana qədər) istehsalçı və istehlakçı lizinq əməliyyatının gedişatında avadanlığın hazırlanmalı və yerləşdirilməli olan prinsipial xarakteristikalarını razılaşdırırlar.

Müqavilə əsasında lizinq fırması istehsalçıya - malgöndərənə, təchizatçıya müvafiq avadanlığı sifariş edir. İstehsalçı,onunla lizinq fırması arasında müqavilə hesab olunan sifarişə müvafiq olaraq, avadanlığı hazırlayır və quraşdırır. Standart, artıq mövcud avadanlığın olduğu şəraitdə lizinq fırması sadəcə olaraq, zəruri avadanlığın alınması üzrə sifariş verir.

Göndəriş başa çatdıqdan sonra alıcı - istehlakçı, lizinq firması və istehsalçı -malgöndərən, təchizatçı avadanlığın işləmə qabiliyyətini təsdiq edən qəbul aktını imzalayırlar.

İqtisadi məzmununa görə lizinq birbaşa investisiyalara aid edilir ki, onun icrasının gedişatında lizinq alan lizinq verən tərəfindən maddi və pul formasında həyata keçirilmiş investisiya xərclərini ona ödəməli və mükafat ödəməlidir.

İnvestisiya xərcləri dedikdə, lizinq alanın lizinq predmetinin əldə edilməsi və istifadəsi ilə bağlı lizinq verənin çəkdiyi xərclər başa düşülür, o cümlədən:

♦ lizinq predmetinin dəyəri;

♦ əmlaka qoyulan vergi;

♦ montaj və şef-montaj işləri daxil olmaqla nəqliyyat və quraşdırma xərcləri;

♦ lizinq predmeti ilə bağlı işlərin öyrənilməsi üzrə lizinq alanın işçi heyətinin hazırlanması xərcləri;

♦ lizinq predmeti ilə bağlı gömrük sənədlərinin tərtib olunması və gömrük yığımları, tarifləri və rüsumlarının ödənişi üzrə xərclər;

♦ lizinq predmeti istismara daxil edilən ana qədər onun saxlanması xərcləri;

♦ lizinq predmeti ilə bağlı üçüncü şəxslər tərəfindən lizinq verənə zəmanət verilməsi və zaman durulmasına, hesablaşma-ödəniş sənədlərinin təsdiq olunmasma görə ödənişlər;

♦ lizinq predmetinin saxlanması və xidmət göstərilməsi üzrə xərclər;

♦ lizinq predmetinin qeydiyyata alınması xərcləri, o cümlədən lizinq predmetinin əldə olunması və təhvil verilməsi ilə bağlı olan xərcglər;

♦ lizinq predmetinin əsaslı təmiri məqsədilə ehtiyatların yaradılması üzrə xərclər;

♦ ticarət agentinin komission yığımları;

♦ lizinq predmetinin təhvil-təslim olunması xərcləri;

♦ kompleks lizinqin reallaşdırılması gedişatında yaranmış əlavə xidmətlərin göstərilməsi üzrə xərclər;

♦ digər xərclər, hansı ki, bunlar həyata keçirilmədon lizinq predmetinin normal istifadəsi qeyri-mümkündür.

Lizinq verənin mükafatlandırılması - lizinq müqaviləsində, investisiya xərclərinin ödənilməsindən əlavə nəzərdə tutulan pul məbləğidir.

Lizinq verən və lizinq alan arasında qarşılıqlı hesablaşmalar lizinq ödənişləri formasında həyata keçirilir. Lizinq ödənişlərinin ölçüsü, həyata keçirilmə üsulu və vaxtaşırlılığı lizinq müqaviləsi əsasında müəyyənləşdirilir. Lizinq ödənişləri bilavasitə lizinq verənin ünvanına həyata keçirilir.

Lizinq ödənişlərinin ödənilməsi üzrə lizinq alanın öhdəlikləri onun lizinq predmetindən istifadə etdiyi andan başlanır. Lizinq alan lizinq ödənişlərini lizinq predmetinən istifadə etməklə istehsal olunmuş məhsulların (xidmətlərin) maya dəyərinə və ya əsas fəaliyyətlə əlaqədar olan digər xərclərə aid edir.

Lizinq ödənişlərinə əsas xidmətlərə görə ödənişlərdən (lizinq mükafatlandınlmasından) başqa, müqavilə müddətinı əhatə edən dövrdə əmlakın amortizasiyası, investisiya xərcləri, lizinq verən tərəfindən əmlakın (lizinq predmetinin) əldə edilməsi üçün istifadə olunmuş kreditlərə görə faizlərin ödənişi, lizinq verənin müqavilədə nəzərdə tutulmuş əlavə xidmətlərinə görə ödənişlər, əlavə dəyər vergisi, lizinq müqaviləsi predmetinin sığortalanması üzrə sığorta haqları (əgər o lizinq verən tərəfindən həyata keçirilibsə), həmçinin lizinq verən tərəfindən bu əmlak üzrə ödənilmiş vergi daxil edilir.

Beləliklə, lizinq müqaviləsinə görə lizinq verənin gəlirini onun mükafatı təşkil edir.

Lizinq verənin mənfəətini onun gəlirləri ilə əsas fəaliyyətin həyata keçirilməsinə çəkdiyi xərclər arasındakı fərq təşkil edir.

Lizinq verən lizinq alan tərəfındən lizinq müqaviləsinin və digər köməkçi müqavilələrin şərtlərinə riayət etməsinə nəzarəti həyata keçirmək hüququna malikdir.

Nəzarətin məqsədləri və qaydaları lizinq müqaviləsində və iştirakçılar arasında bağlanmış digər köməkçi müqavilələrdə razılaşdırılır.

Lizinq alan lizinq verənin maliyyə sənədlərinə və lizinq predmetinə maneəsiz buraxılmasını təmin etməlidir.

Lizinq verən lizinq alanın fəaliyyətinə (lizinq predmetinə aid olan hissəsində), lizinq alanın fəaliyyətinin maliyyə nəticələrinin formalaşmasına və onun tərəfindən lizinq müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsinə maliyyə nəzarətini həyata keçirmək hüququna malikdir.

Lizinq verən maliyyə nəzarətini həyata keçirmək üçün zəruri olan informasiyanı təqdim etmək haqqında lizinq alana yazılı formada sorğular göndərmək hüququna malikdir, lizinq alan isə bu cür sorğuları təmin etməyə borcludur.

Lizinq alanın lizinq ödənişləri üzrə öz öhdəliklərini pozduğu halda, bu cür pozuntuların səbəblərini müəyyən etmək və onların qarşısını almaq üçün lizinq verən lizinq alanın maliyyəo vəziyyətini araşdırmaq üçün auditor yoxlaması təyin etmək, onun təsisçilərinin və idarəetmə orqanlarının ümumi iclaslarında səsvermə hüququ olmadan iştirak etmək, öz tələblərini bəyan etmək hüququna malikdir.

Beləliklə, lizinq müqaviləsi bağlayan sahibkar öz hüquqları və vəzifələri haqqında nələri bilməlidir?

Lizinq müqaviləsi, yuxarıda qeyd olunduğu kimi, müəyyən müddətə bağlanır. Müqavilə əsasən baza adlandırılan dövrü əhatə edir ki, bu dövr ərzində hər iki tərəf zəmanətli hüquqi statusa malik olurlar, müqavilə isə ləğv edilə bilməz. Maşın və avadanlıqlar üzrə lizinq müqaviləsinin real müddəti, bir qayda olaraq, 3 ildən 5 ilə qədər təşkil edir. Bəzi ölkələrdə, məsələn, Avstriya və Almaniyada lizinq müqaviləsinin baza müddəti lizinq sövdələşməsi obyektinin amortizasiya dövrünün uzunluğundan asılı olaraq, müəyyənləşdirilir. Bu ölkələrdə, «40/90 qaydası» fəaliyyət göstərir - lizinq müqaviləsi amortizasiya dövrünün 40-90%-ni təşkil edən müddətə bağlana bilər. Məsələn, əgər hər hansı bir avadanlıq 10 ilə köhnəlirsə, lizinq müqaviləsinin baza müddəti 4 ildən 9 ilə kimi müəyyənləşdirilir. Əgər müxtəlif səbəblərə görə lizinq müqaviləsində onun müddəti xüsusi olaraq təyin edilmirsə və danışılmırsa, onda bu halda, inkişaf etmiş ölkələrin təcrübəsinə müvafiq olaraq, həmin müddət müvafiq avadanlığın amortizasiya dövrünün uzunluğuna bərabər götürülür.

Lizinq müqaviləsində, ayrıca hər bir hal üçün hesablanan lizinq ödənişləri göstərilir. Lizinq dövründə ödənişlər hər ay, hər rüb, yarım ildə və ya ildə bir dəfə həyata keçirilə bilər. Təyin edilmiş ölçüdə ödənişlər ödəniş müddətinin vaxtı çatmamışdan əvvəl də həyata keçirilə bilər (qabaqlayıcı ödənişlər). Ödənişlər gecikdirildiyi halda müştəri lizinq firmasına gecikdirilmiij məbləğin 10%-i həcmində illik haqq ödəyir. Lizinq ödənişlərinin həcmi müqavilənin bütöv fəaliyyət müddəti üçün dəyişməz müəyyən edilə bilər və ya haqqlar çevik qrafik əsasında təyin edilə bilər.

Haqqlar dəyişməz olduqda, ödənişlərin ölçüsü bank faizlərinin uçot dərəcələrinin dəyişməsindən asılı olmur, onların səviyyəsini sahibkar əvvəlcədən bilir, yəni o müvafiq hesablaşmalar və proqnozlar edə bilər. Lakin dəyişməz haqqları həmişə çevik haqlardan yüksək olur, çünki burada riskə görə mükafat nəzərə alınmalıdır. Dəyişilməz ödənişlər zamanı qiymətli kağızlardan gəlirlərin faiz ölçüləri də istifadə oluna bilər.

Çevik haqların ölçüsü bilavasitə bank faizinin səviyyəsindən asılıdır. Çevik haqlarda əsas kimi çox vaxt LIBOR adlandırüan meyardan istifadə olunur. O, pul bazarmda bankların öz aralarında valyuta alqı-satqısını həyata keçirdiyi dərəcəyə (stavkaya) uyğun gəlir. LIBOR müxtəlif müddətli sövdələşmələr zamanı tətbiq olunur (bir ay, üç, altı ay, il) və lizinq müqavilələri üzrə çevik ödənişlərin hesablanmasının əsasını təşkil edir. LIBOR (London Interbank Offered Rate), həmçinin, müqavilə üzrə ödənişlərin düzgün və əsaslandırılınış surətdə hesablanmasına nəzarət nöqteyi-nəzərindən lizinq alan üçün mühüm rol oynayır - LIBOR indikatoru yüksəldikcə, ödəniş səviyyəsi də artmalıdır, aşağı düşdükcə, azalmalıdır [11].

Lizinq alan öz hesabına, lakin lizinq firmasının xeyrinə əldə etdiyi maşın, avadanlıq və digər əmlakı onun xarab olması və ya sıradan çıxmasına səbəb ola biləcək yanğından, oğurlanmaqdan və digər risklərdən sığortalamağı öz öhdəsinə götürür. Lizinq müqaviləsində avadanlığın istifadəçiyə təhvil verilmə məqamı və avadanlığın təsadüfi məhv olması və ya xarab olması riskinin mümkünlüyü halları ayrıca olaraq razılaşdırılır.

Lizinq alan istifadəyə götürdüyü maşın və avadanlıqları texniki təlimatlara tam uyğun surətdə istismar etməlidir, o lizinq verənlə razılaşdırmadan heç bir dəyişiklik etmək hüququna malik deyil.

Ödəniş gecikdirildiyi halda, lizinq fırması xəbərdarlıq etmədən verdiyi avadanlığı geri götürə bilər və ya borcu məhkəmə yolu ilə tələb edə bilər. Bu lizinq firmasının xalis maliyyə funksiyaları ilə bağlıdır, belə ki, o, lizinq alandan hcç bir bank zəmanəti və ya maşın və avadanlıqlar üçün girov götürmür. Müqavilənin başlıca şərtlərinin yerinə yetirilmədiyi halda (qeyd olunduğu kimi, lizinq firmasına verdiyi avadanlığı hər hansı vaxt və hər hansı bir yerdə təftiş etmək hüququ verilmişdir) firma müqaviləni poza bilər. Lizinq alan isə bu halda cərimə ödəməlidir. Lizinq firması sahibkarın lizinq ödənişlərini ödəmək imkanlarına əmin olmadığı halda, həmçinin avadanlığm qeyri-standart istifadəsi nəzərdə tutulduğu, nəzarətin və potensial ziyanın müəyyən edilməsinin isə xeyli çətin olduğu hallarda avadanlıq verməkdən imtina edə bilər.

Lizinq avadanlığa müvəqqəti tələbat olduğu halda daha cəlbedicidir. Sahibkar, zəruri avadanlıq almaq üçün kreditdən istifadə etmək imkanı olmadığı və ya öz xüsusi vəsaitindən və borc götürülmüş vəsaitlərdən başqa məqsədlər üçün istifadə etməyi nəzərdə tutduğu hallarda, lizinqin köməyinə əl atır. Lizinq sövdələşməsində zəmanət və avans girovu nəzərdə tutulmadığı üçün sahibkar eyni bir kapitaldan istifadə edərək istehsalın böyük sayda amillərini hərəkətə gətirir. Lizinq üzrə əldə edilmiş istehsal vasitələri lizinq alanın balansında qeyd olunmadığı üçün, deməli, onun borcunu da artırmır.

Sahibkar əsas istehsal fəaliyyəti ilə bağlı olmayan avadanlığa tələbat mövcud olduğu zaman lizinqdən istifadə edə bilər (məsələn, o lizinq üzrə nəqliyyat vasitələri əldə edə bilər və beləliklə, nəqliyyat firmalarının xidmətlərinə müraciət etmədən, yükdaşımaları müstəqil surətdə həyata keçirə bilər).

Lizinqin yayılması maşın və avadanlıqların özlərinin bəzi xüsusiyyətləri ilə şərtləndirilir. Sahibkar çox vaxt lizinqə texniki vəsaitlərin mənəvi köhnəlməsi ilə mübarizə vasitəsı kimi baxır. Lizinq müqavilələri çox vaxt mənəvi cəhətdən köhnəlmiş hissə və detallarm əvəz olunması mümkünlüyünü də nəzərdə tutur (müqaviləyə xüsusi maddələrin daxil edilməsi vasitəsilə).

Təcrübəli sahibkar lizinq üzrə xüsusilə mürəkkəb və nadir tapılan və lizinq verən tərəfindən onlara onun özündən də yaxşı xidmət göstərilən avadanlıqları əldə etməyə üstünlük verir (məsələn, EHM, tibbi və digər mürəkkəb avadanlıqlar, bir qayda olaraq, lizinq üzrə verilir). Əgər lizinq alanın istismar üzrə xərcləri lizinq firmasının xərclərindən az olarsa, onda o zəruri texnikanı almağa üstünlük verir.

Kifayət qədər tanınmamış və geniş təmir xidməti şəbəkəsinə malik olmayan fırmanın avadanlığından istifadə etmək tələbatı yarandığı halda, həmin avadanlığı almaqdansa, onu lizinq üzrə götürmək daha məqsədəuyğundur. Lizinq həm də yeni avadanlıqla işləyərkən ilk addım kimi tətbiq edilə bilər. Lizinq üzrə zəruri avadanlığın əldə edilməsi alqıdan daha tez həyata keçirilərsə, onda lizinq xüsusilə, cəlbedici olar.

Lizinq müqaviləsinə görə tərəflərdən birinin Azərbaycan Respublikasının rezidenti olduğu beynəlxalq lizinq əməliyyatlarının həyata keçirilməsi bir sıra xüsusiyyətlərə malikdir.

Beynəlxalq lizinqin həyata keçirilməsi üçün qanunvericiliklə bunlar müəyyənləşdirilmişdir:

♦ lizinq predmetinin lizinq müqaviləsi üzrə istifadə cdilməsi məqsədi ilə altı aydan yuxarı müddətə respublika ərazisinə gətirilməsi və respublika ərazisindən kənara çıxarılması, həmçinin altı aydan artıq müddətə lizinq müqaviləsinin tam məbləğinin ödənilməsi kapital hərəkəti ilə bağlı olan əməliyyatlar hesab olunmur;

♦ lizinq müqaviləsinin tərəfləri lizinq predmetinin faktiki istismara bağlandığı andan altı aydan artıq olmayan müddətə lizinq ödənişlərinin təxirə salınmasma icazə vermək hüququna malikdirlər;

♦ lizinq predmeti respublika ərazisinə gətirilərkən və ya respublika ərazisindən kənara çıxarılarkən gömrük vergilərinin və tariflərinin bütün növləri əmlakın tam gömrük dəyərinə görə hesablanır;

♦ gömrük vergilərinin və tariflərinin ödənilməsi lizinq predmetinin gətirildiyi (çıxarıldığı) an üçün əmlakın gömrük dəyərinin ödənilmiş və bank sənədləri ilə təsdiq olunmuş məbləği əsasında həyata keçirilir. Sonralar gömrük vergiləri və tariflərinin ödənişi lizinq ödənişləri ilə eyni vaxtda lizinq ödənişləri daxil olduğu andan sonra 20 gün müddətində həyata keçirilir.

Yuxarıda qeyd olunduğu kimi, lizinq» termini (ingilis dilindən tərcüməsi (lease) - icarəyə götürmək, icarəyə vermək deməkdir) XIX əsrin ikinci yarısından sonra, 1877-ci ildə «Bell» telefon kampaniyası öz telefon aparatlarını satmayıb, onlan icarəyə vermək haqqında qərar qəbul etdikdən sonra istifadəyə daxil olmuşdur. Lakin lizinq ideyasından, əsas fəaliyyət predmeti məhz lizinq əməliyyatları olan ilk lizinq fırması yaradılana qədər xeyli zaman keçmişdir. İlk müstəqil lizinq kampaniyası «United State Lizing Corporation» 1952-ci ildə San-Fransisko (ABŞ) şəhərində yaradıldı.

Bu gün lizinq, demək olar ki, bütün ölkələrdə kapital qoyuluşlarının bir üsuluna çevrilmişdir. Lizinq vasitəsilə həyata keçirilən investisiyaların illik həcmi artıq çoxdan milyardlarla. dolları ötüb keçmişdir. Lizinq vasitəsilə ABŞ-da sənayeyə kapital qoyuluşlarının 25-30%-i, Böyük Britaniyada 20%-dən yuxarı, Fransada 16-17%, Almaniyada 15%-i həyata keçirilir [10]. Ötən əsrin sonlarında bu göstərici üzrə birinciliyi Avstraliya əldə etmişdi, burada sənaye investisiyalarının 30-33%-i lizinq əsasında həyata keçirilirdi.

Ötən əsrin 60-80-ci illəri ərzində lizinq əməliyyatları xüsusi stabilliyi ilə fərqlənirdi və praktiki olaraq tsiklik və konyunktur tərəddüdlərindən asılı deyildi. Bank faizləri üzrə uçot dərəcələrinin nəzərə çarpacaq tərəddüdlərinə baxmayaraq, lizinq müqavilələri üzrə ödəniş dərəcələri 7,25%-dən 9,75%-ə qədər təşkil edirdi. Göründüyü kimi, lizinq əməliyyatları kapital qoyuluşlarının son 25-30 ildə kəskin dəyişikliyə məruz qalmayan yeganə sferasıdır.

Lizinq - əmlakın əldə edilməsi və onun lizinq müqaviləsi əsasında müəyyən ödəniş haqqı ilə, müəyyən müddətə və müqavilədə nəzərdə tutulmuş müəyyən şərtlərlə, lizinq alanın əmlakı almaq hüququ əsasında fıziki və hüquqi şəxslərə icarəyə verilməsi üzrə investisiya fəaliyyətinin bir növüdür. Lizinq predmeti kimi sahibkarlıq fəaliyyətində istiiadə olunan hər bir şey, o cümlədən müəssisələr, əmlak kompleksləri, binalar, qurğular, avadanlıqlar, nəqliyyat vasitələri və digər daşınan və daşınmaz əmlak iştirak edə bilər.

1. Lizinqin əsas növləri və formalarının təsnifatı

Torpaq sahələri və digər təbii obyektlər, həmçinin qanunvericilikə azad tədavül üçün qadağan olunmuş əmlak lizinq predmeti ola bilməz.

Lizinq sövdələşməsində, bir qayda olaraq, üç tərəf iştirak edir: lizinq verən, lizinq alan və satıcı (malgöndərən, təchizatçı).

Lizinq verən - fiziki və ya hüquqi şəxs olub, cəlb olunmuş və ya xüsusi pul vəsaitləri hesabına əmlak əldə edir və onu lizinq predmeti qismində lizinq alana müəyyən haqq ilə, müəyyən müddətə və müəyyən şərtlərlə (lizinq predmetinə mülkiyyət hüququnun lizinq alanın istifadəsinə keçməsi və ya keçməməsi şərti ilə) təqdim edir.

Lizinq alan - fiziki və ya hüquqi şəxs olub, lizinq müqaviləsinə uyğun olaraq, müəyyən haqq ilə, müəyyən müddətə və müəyyən şərtlərlə lizinq predmetini müvəqqəti əmlak kimi və müvəqqəti istifadəyə qəbul edir.

Satıcı (malgöndərən, təchizatçı) - fiziki və ya hüquqi şəxs olub, lizinq verənlə bağlanmış alqı-satqı müqaviləsinə uyğun olaraq şərtlənmiş müddəldə lizinq verənə lizinq predmeti qismində özünün istehsal etdiyi (göndərdiyi) əmlakı satır. Satıcı (malgöndərən, təchizatçı) lizinq predmelini lizinq verənə və ya lizinq alana alqı-satqı müqaviləsinin şərtlərinə müvafıq şəkildə təqdim etməyə borcludur.

Lizinq sövdələşməsinin tərəfləri həm Azərbaycan Respublikasının rezidentləri, həm də qeyri-rezidentləbri, yəni respublikamızda kommersiya fəaliyyətini həyata keçirən xarici hüquqi şəxslər ola bilərlər.

Lizinq fəaliyyəti bilavasitə, bu cür fəaliyyəti həyata keçirmək üçün icazə (lisenziya) almış lizinq kampaniyaları (firmaları) tərəfindən həyata keçirilir.

Lizinq kampaniyalarınm (firmalarının) təsisçiləri hüquqi və ya fıziki şəxslər, o cümlədən fərdi sahibkarlar qismində qeydiyyata alınmış vətəndaşlar ola bilərlər.

Lizinqin əsas formaları daxili və beynəlxalq lizinqdir. Daxili lizinq həyata keçirilərkən lizinq alan da, lizinq verən də və satıcı da (malgöndərən, təchizatçı) Azərbaycan Respublikasının rezidenti olurlar. Daxili lizinq «Lizinq xidməti haqqında» qanunla tənzimlənir.



Beynəlxalq lizinq həyata keçirilərkən lizinq verən və ya lizinq alan qeyri-rezident olur.

Əgər lizinq verən Azərbaycan Respublikasının rezidentisirsə, yəni lizinq predmeti Azərbaycan Respublikası rezidentinin mülkiyyətindədirsə, onda beynəlxalq lizinq adı çəkilən respublika qanunvericiliyi ib tənzimlənir.

Əgər lizinq verən Azərbaycan Respublikasının qeyri-rezidentirsə, yəni lizinq predmeti qeyri-rezidentin mülkiyyətindədirsə, onda beynəlxalq lizinq müqaviləsi xarici iqtisadi fəaliyyət sahəsində respublika qanunları ilə tənzimlənir.

Müddətindən asılı olaraq lizinqin üç tipini fərqləndirirlər:

♦ uzunmüddətli lizinq - üç və daha çox illər ərzində lıəyata keçirilən lizinq;

♦ ortamüddətli lizinq - il yarımdan üç ilə qədər nıüddətdə həyata keçirilən lizinq;

♦ qısamüddətli lizinq - il yarımdan az müddətdə həyata keçirilən lizinq.

«Lizinq xidməti haqqında» qanunda lizinqin bu növləri qeyd olunmuşdur: maliyyə, geri qaytarılan və operativ.

Maliyyə lizinqi lizinqin elə növüdür ki, bu zaman lizinq verən müəyyən satıcıdan lizinq alanın qeyd etdiyi əmlakı öz mülkiyyətinə almağı və həmin əmlakı lizinq predmeti qismində müəyyən haqq ilə müəyyən müddətə və müəyyən şərtlərlə lizinq alanın müvəqqəti ixtiyarına və istifadəsinə verməyi öhdəsinə götürür. Həm də bu zaman lizinq predmetiinin lizinq alanın istifadəsinə verildiyi müddət lizinq predmetinin tam amortizasiya müddəti ilə eynidir və ya onu üstələyir.

İcarəyə verən maddi əmlakı maliyyə lizinqi müqaviləsi üzrə icarəyə verirsə, vergitutma məqsədləri üçün icarəçi əmlakın sahibi, icarə ödəmələri isə icarəçiyə verilmiş ssuda üzrə ödəmələr sayılır.

Aşağıdakı hallarda əmlak icarəsi maliyyə lizinqi sayılır:

- lizinq müqaviləsi ilə icarə müddəti qurtardıqdan sonra əmlakın mülkiyyətə verilməsi nəzərdə tutulur, yaxud icarə müddəti qurtardıqdan sonra icarəçi əmlakı müəyyən edilmiş və ya qabaqcadan güman edilən qiymətlərlə almaq hüququna malikdir, yaxud;

- icarə müddəti icarəyə götürülən əmlakın istismar müddətinin 75 faizindən artıqdır, yaxud;

- icarə müddəti qurtardıqdan sonra əmlakın qalıq dəyəri icarənin əvvəlinə onun bazar qiymətinin 20 faizindən azdır, yaxud;

- icarə haqqının ödəniləcək məbləği əmlakın icarənin əvvəlinə olan bazar qiymətinin ən azı 90 faizinə bərabərdir və ya ondan artıqdır, yaxud;

- icarəyə götürülən əmlak icarəçi üçün sifarişlə hazırlanmışdır və icarə müddəti qurtardıqdan sonra icarəçidən başqa heç kəs tərəfindən istifadə edilə bilməz.

Lizinq müqaviləsinin müddəti başa çatan kimi və ya lizinq müqaviləsində nəzərdə tutulduğu kimi (əgər müqavilə ilə digər bir şey nəzərdə tutulmayıbsa) lizinq alanın lizinq predmetinin tam məbləğini ödəməsi şərtilə müqavilə müddəti başa çatmamış, lizinq predmeti lizinq alanın mülkiyyətinə keçir.

Maliyyə lizinqi müqaviləsi əsasında lizinq alana verilmiş lizinq predmeti tərəflərin razılığı əsasında ya lizinq verənin, ya da lizinq alanın balansında uçota alınır.



Qaytarılan lizinq - maliyyə lizinqinin bir növüdür, bu zaman lizinq predmetinin satıcısı (malgöndərən, təchizatçı) eyni zamanda lizinq alan qismində də iştirak edir.

Operativ lizinq - lizinqin elə bir növüdür ki, bu zaman lizinq verən öz təhlükə və riski əsasında əmlak əldə edir və onu lizinq predmeti qismində müəyyən haqq ilə, müəyyən müddətə və müəyyən şərtlərlə lizinq alanın müvəqqəti ixtiyarına və istifadəsinə verir. Əmlakın lizinqə verildiyi müddət lizinq müqaviləsi əsasında müəyyənləşdirilir. Mövcud müqavilənin fəaliyyət müddəti bitdikdən və lizinq alan lizinq müqaviləsində nəzərdə tutulan məbləği tam ödədikdən sonra lizinq predmeti lizinq verənə qaytarılır və bu halda lizinq alan, lizinq predmetinə mülkiyyət hüququnun ona keçməsini tələb etmək hüququna malik deyil. Operativ lizinq zamanı lizinq predmeti onun amortizasiya müddəti tam başa çatana qədər bir neçə dəfə lizinqə verilə bilər. Operativ lizinq zamanı lizinq predmeti lizinq verənin balansında uçota alınır.

Lizinq sövdələşməsinə lizinq alanın lizinq predmetindən istifadəsindən əvvəl və istifadəsi prosesində lizinq verən tərəfındən hər cür əlavə xidmətlər göstərilməsi şərtləri də daxil edilə bilər:

♦ üçüncü şəxslərdən intellektual mülkiyyət hüququnun əldə edilməsi (nou-hau, lisenziya hüquqları, əmtəə nişanlarına, markalanna hüquqları, proqram təminatı və s.);

♦ montaj (şef-montaj) və sazlayıcı işlərin görüldüyü dövrdə zəruri olan əmtəə-material qiymətlilərinin üçüncü şəxslərdən əldə edilməsi;

♦ lizinq predmetinə münasibətdə quraşdırma və sazlayıcı işlərin görülməsi, heyətin hazırlığı;

♦ lizinq predmetinə zəmanət müddətindən sonrakı xidmət və onun təmiri, o cümlədən cari, orta və əsaslı təmir;

♦ istehsal sahələrinin və kommunikasiyalarının hazırlanması, lizinq predmetinin quraşdırılması (montaj edilməsi) ilə bağlı olan işlər;

♦ digər işlər və xidmətlər, hansı ki, bunlar göstərilmədən lizinq predmetindən istifadə qeyri-mümkündür.

Əlavə xidmətlərin siyahısı, həcmi və dəyəri lizinq müqaviləsində göstərilməlidir.

Lizinq (leasing) icarə münasibətlərinin növ müxtəlifliklərindən biridir və özündə müvəqqəti azad olmuş və ya cəlb olunmuş maliyyə vəsaitlərinin müqavilə üzrə müəyyən haqq müqabilində hüquqi və ya fiziki şəxslərə müvəqqəti istifadə üçün icarəyə verilən əmlak üzərinə investisiya etdirilməsi üzrə sahibkarlıq fəaliyyətinin əsas növünü əks etdirir.

Bank və kredit təsisatları lizinq müqavilələrinin yerinə yetirilməsi üzrə maliyyə lizinqi əməliyyatlarının reallaşdırılması şərtilə üç və daha artıq il üçün kreditlərin təqdim edilməsindən əldə olunan mənfəət üzrə vergidən azad edilirlər. Hazırki dövrdə lizinq, əmlakın əldə edilməsi və onun müəyyən müddət üçün müqavilə üzrə, dövlətin səlahiyyəti orqanları qismində dövlətə, fiziki və hüquqi şəxslərə mənfəət (gəlir) əldə edilməsi və ya sosial effektə nail olunması məqsədilə, lizinq verənin, malgöndərənin (təchizatçının), lizinq alanın və lizinq layihəsinin başqa iştirakçılarının iştirakı şərtilə lizinq predmetinin amortizasiyasının nəzərə alınması ilə istifadə üçün verilməsi ilə bağlı investisiya-sahibkarlıq fəaliyyətinin bir növü kimi nəzərdən keçirilir.

Lizinq fəaliyyətini bir sıra əlamətlərə görə təsnifləşdirmək olar:

- predmetlər (obyektlər) üzrə – daşınan və daşınmaz əmlakdan istifadə edilməsi;

- iştirakçılar (subyektlər) üzrə – birbaşa, çoxtərəfli (daxili), dövlətlərarası;

- bazar üzrə – daxili, xarici, dövlətlərarası;

- ödənişlər üzrə – maliyyə, kompensasiya, barter, qarışıq;

- özünü ödəmə və amortizasiya üzrə – tam və natamam;

- xidmətlər üzrə – xalis, tam dəstli, natamam dəstli.

Təsnifat əlamətləri sxemi şəkil 1.2-də təsvir olunmuşdur.

Müasir şəraitdə təsərrüfat lizinqi, kommersiya münasibətləri forması kimi, əlavə maliyyələşdirmə mənbəyi və lizinq dövriyyəsi iştirakçılarının maddi təminatçısı kimi fəal istifadə olunmağa başlanmışdır. Lizinq sahəsinin formalaşdırılması üçün bütün obyektiv şəraitlər mövcuddur və hər şeydən əvvəl, buraya müxtəlif növ icarə münasibətlərinin əsası kimi çıxış edən mülkiyyət formalarının meydana çıxan rəngarəngliyi, habelə lizinq fəaliy­yətinin əsas növlərinin metodiki və normativ təmin olunmasının tədricən genişlənməsi aid edilə bilər.

Lizinq, əmlakın əldə edilməsi və onun sonradan müəyyən haqq müqabilində müvəqqəti istifadə üçün başqasına verilməsi üzrə mülkiyyət və iqtisadi münasibətlər kompleksidir.

Lizinq, bir qayda olaraq, kontragentlərin (lizinq verən, lizinq alan və satıcı (malgöndərən) qarşılıqlı təsirinin üçtərəfli xarakterinə malikdir. Gələcək lizinq alan lazım olduqda kifayət qədər maliyyə vəsaitləri olan lizinq kompaniyasını tapır və ona lizinq müqaviləsinin bağlanılması üzrə işgüzar təkliflə müraciət edir. Bu müqaviləyə görə lizinq alan tələb olunan əmlaka sahib olan satıcını seçir, lizinq verən isə həmin əmlakı öz mülkiyyətinə alır və onu razılaşdırılmış haqq müqabilində müəyyən müddət üçün müvəqqəti istifadə üçün lizinq alana verir. Müqavilənin müddəti bitdikdən sonra onun şərtlərindən asılı olaraq əmlak, ya lizinq verənə qaytarılır, ya da lizinq alanın mülkiyyətinə keçir.

Əgər satıcı və lizinq verən və ya satıcı və lizinq alan eyni şəxslərdirsə, onda lizinq müqaviləsi iştirakçılarının sayı ikiyə enə bilər. Lizinq müqaviləsi iştirakçılarının sayı yeni maliyyə mənbələrinin (investisiya fondları, banklar, sığorta kompaniyaları) cəlb olunması zamanı bir qədər arta da bilər.






Şəkil 1.2. Lizinq fəaliyyətinin təsnifat əlamətləri

Lizinq üzrə qarşılıqlı fəaliyyətin reallaşdırılmasının birinci mərhələsində avadanlıqların istehsalçısı və lizinq verən alqı-satqı müqaviləsi bağlayaraq satıcı və alıcı kimi çıxış etmiş olurlar. Bu zaman avadanlığın konkret növlərinin razılaşdırılması, onun keyfiyyəti, texnoloji xarakteristikası ilə bağlı bütün məsələlər avadanlıq istehsalçısı ilə lizinq alan arasında həll olunur, baxmayaraq ki, sonuncu verilmiş müqavilənin hüquqi tərəfi deyildir. Lizinq verən, əsas etibarı ilə müqavilənin maliyyə təminatını yerinə yetirir.



İkinci mərhələdə lizinq verən artıq avadanlığın sahibi kimi onu müvəqqəti istifadə üçün lizinq alana verir. Bu zaman əmlakın satıcısı alqı-satqı müqaviləsinin şərtlərini yerinə yetirsə də avadanlığın keyfiyyətinə görə məsuliyyət daşıyır.

Lizinq münasibətlərinin əsas tərkibi – əmlakın müvəqqəti istifadə üçün lizinq şərtləri üzrə icarəyə verilməsi üzrə əməliyyatlardır. Alqı-satqı üzrə münasibətlər ikinci dərəcəli rol oynayırlar.

Lizinq kredit münasibətləri ilə bir çox oxşar cəhətlərə malikdir və bu da üç əsas prinsipə əsaslanır:

- təcililik (kredit müəyyən müddət üçün verilir);

- qaytarılmaq (təyin olunmuş vaxtda mütləq geri qaytarılmalıdır);

- ödənişlilik (müəyyən ssuda faizi ödənilir).

Lizinq zamanı əmlakın sahibi onu müəyyən müddətə müvəqqəti istifadə üçün verərək təyin olunmuş vaxtda əmlakı geri alır, xidmət göstərilməsinə görə isə lizinq istifadəçisindən icarəyə verilən avadanlığın dəyərindən razılaşdırılmış faiz ölçüsündə ödəniş alır. Bütün bunlar kredit münasibətlərinin elementləridir, lakin bu zaman lizinq müqaviləsi iştirakçıları pul vəsaitləri yox, əmlakla əməliyyat aparırlar.

Lizinq üzrə qarşılıqlı fəaliyyətin spesifikliyi aşağıdakılarda təzahür edir:

- Əmlakın satıcısı, bir qayda olaraq, bilir ki, əmlak icarə verilmək üçün əldə edilir.

- Əmlakın lizinq şərtləri üzrə icarəyə verilməsi zamanı həmin əmlakın sahibi kimi lizinq verən çıxış edir.

- Əmlakın sahibi onu müvəqqəti istifadə üçün verməsinə görə hər zaman mükafat alır.

- Əmlakın istifadəçısi qüsurların aşkar edilməsi zamanı öz iradlarını ya sahibə, ya da heç bir müqavilə münasibətləri ilə bağlı olmadığı bilavasitə avadanlığın satıcısına istaqamətləndirir.

- Əmlakın istifadəçisi maliyyə lizinqi zamanı müqavilə müddəti bitdikdən və ya bitmədən öncə avadanlığı şəxsi mülkiyyətinə keçirmək hüququna malikdir ki, bu da alqı-satqı müqaviləsi ilə rəsmiləşdirilir.

Lizinq münasibətlərinin subyektləri aşağıdakılardır:

- əmlakın sahibi (lizinq verən) – lizinq fəaliyyətini, yəni avadanlığın xüsusi olaraq icarə məqsədilə əldə edilməsi və onun icarəyə verilməsini həyata keçirən hüquqi və ya fiziki şəxs;

- əmlakdan istifadə edən (lizinq alan) – əmlakı müvəqqəti istifadə üçün əldə edən şəxs;

- əmlakın satıcısı (malgöndərən, təchizatçı) – əmlakı lizinq verənə satan şəxs.

Lizinqin obyekti kimi, bazarda azad tədavül edilməsi qadağan olunmuş əmlakdan başqa, qüvvədə olan təsnifata uyğun olaraq əsas vəsaitlərə aid edilən daşınan və daşınmaz əmlak çıxış edir.

1996-cı ildə qüvvəyə minmiş təsnifata görə daşınan əmlaka aşağıdakılar aiddir:

- güc maşın və avadanlıqları (texnoloji, turbin avadanlıqları, elektro­mü­hər­rik­lər və s.);

- sənayenin müxtəlif sahələri üçün işçi maşın və avadanlıqlar (poliqrafiya avadanlıqları, tikinti texnikası, dəzgahlar və s.);

- hesablama və orqtexnika vasitələri;

- nəqliyyat vasitələri (dəmiryol hərəkət qatarları, dəniz və çay gəmiləri, avto­­mobillər, təyyarələr və s.);

- digər maşın və avadanlıqlar.



Daşınmaz əmlaka istehsal bina və qurğuları (neft və qaz buruqları, hidrotexniki və nəqliyyat qurğuları və s.) aiddir.


Şəkil 1.3. Lizinqin növləri
Lizinqin növləri aşağıdakı əsas əlamətlərin nəzərə alınması ilə formalaşır:

- istifadə müddəti və onunla əlaqədar əmlakın amortizasiyası;

- avadanlığa xidmət göstərilməsi sahəsində öhdəliklərin həcmi;

- müqavilə iştirakçılarının sayı;

- əmlakın tipi;

- lizinq ödənişlərinin və hesablaşma formalarının xarakteri;

- icarə edilən avadanlığın özünü ödəməsi səviyyəsi.


Şəkil 1.4. Lizinq əməliyyatının əsas mərhələləri:
1 – lizinq verənin ərizəsi (tələbnaməsi);

2 – lizinq alanın ödəniş qabiliyyətliliyi haqqında qərar;

3 – sifariş-naryad;

4 – bank ssudası;

5 – lizinq predmeti üzrə alqı-satqı müqaviləsi;

6 – avadanlıqların istismara qəbul olunması aktı;

7 – malgöndərmənin dəyərinin ödənilməsi;

8 – lizinq sazişi (razılaşması);

9 – lizinq predmetinin sığortalanması üzrə müqavilə

10 – lizinq ödənişləri;

11 – lizinq predmetinin qaytarılması;

12 – ssudanın qaytarılması və faizlərin ödənilməsi.


Beynəlxalq təcrübədə icarənin üç əsas növü fərqləndirilir.

  1. Uzunmüddətli (maliyyə) – avadanlığın üç-beş və daha artıq (bəzi növlər üzrə 15-20 il) müddətlər üçün icarəyə verilməsi, “lizinq” adını almışdır.

  2. Ortamüddətli – avadanlıqların bir ildən üç ilə qədər icarəyə verilməsidir və “hayrinq” adını almışdır.

  3. Qısamüddətli – icarə müddəti bir neçə saat, gün, aydan bir ilə qədər olur və əksər ölkələrdə “rentinq” adını almışdır.

Ortamüddətli və qısamüddətli icarə formaları operativ lizinq kimi tanınır.

Operativ lizinq, natamam satınalma üzrə icarə forması kimi, onunla xarakterizə olunur ki, icrayə verilən əmlakla bağlı icarəyə verənin xərcləri icarənin birinci müddəti ərzində tam ödənilməyəcəkdir. Operativ lizinqdən adətən o halda istifadə olunur ki, icarədar əmlaka sahib olmaq riskini öz üzərinə götürməkdənsə, daha yüksək icarə haqları ödəyir. Lizinqin bu növü adətən icarəyə verilən əmlakın nəzərdə tutulan istifadə müddəti onun fiziki aşınması müddətindən aşağı olduqda (məsələn, mövsümi işlər və ya birdəfəlik məqsədli istifadə), habelə xüsusi texniki xidmət tələb edən avadanlıqlardan istifadə edilərkən tətbiq olunur. Operativ lizinq zamanı icarədar uzunmüddətli dövr ərzində icarə ayırmalarını ödəyə biləcəyinə əmin olmur, belə ki, təsərrüfat fəaliyyətindən nəzərdə tutulan gəlirlər o qədər yüksək deyildirlər ki, icarəyə götürülmüş avadanlığın ilkin dəyərini ödəməyə kifayət etsin.

Operativ lizinq icarəyə alınan texnikanın dəyərinin tam ödənilməsini nəzərdə tutmur və maşın, avadanlıq və cihazlara xidmət göstərilməsi, onların təmiri və sığortalanması ilə bağlı bütün məsuliyyəti icarədarın üzərinə qoyur.

Operativ lizinq, hər şeydən əvvəl, yüksək templi mənəvi köhnəlməyə malik avadanlıqlar (misal üçün, elektron-hesablama texnikası, elmi tədqiqatlar üçün cihaz və aparatlar, surətçıxarma maşınları, yüngül avtomobillər və başqa nəqliyyat vasitələri) üzrə tətbiq olunur.

Uzun müddət ərzində operativ lizinq şəraitində texniki vasitələrin kirayəsi məntəqələri mövcud olmuşdur. Bu gün maddi-texniki təminat sistemində cizah və ya mürəkkəb texnikaların, ticarət və yol maşınlarının, avadanlıqların və tikinti alətlərinin kirayəsi üzrə zəngin təcrübə toplanmışdır. Tələb və təklif konyunkturunu öyrənərək elmi müəssisələr, tikinti təşkilatları və texnikanın başqa istifadəçıları ilə kommersiya əlaqələri qurmuş çoxlu sayda məntəqələr yaradılmışdır.

Bu gün kirayə-rentiq istehlakçıların icarə şərtləri ilə maddi-texniki resurslarla təmin edilməsinin mühüm metodu və istehlakçıların maddi-texniki resurslara qarşı tələbinin effektiv təmin edilməsi metodu kimi çıxış edir.

Beynəlxalq ticarətdə maliyyə lizinqi, uzunmüddətli icarə forması kimi, geniş intişar tapmışdır.

Maliyyə lizinqi, bir qayda olaraq, özündə lizinq kompaniyası tərəfindən əmlakın dəyərinin tam ödənilməsini nəzərdə tutan üçtərəfli qarşılıqlı fəaliyyəti əks etdirir və onunla səciyyələnir ki, əmlakın müvəqqəti istifadə üçün verildiyi müddət uzunluğuna görə amortizasiya müddətinə və əmlakın bütün və ya böyük hissəsinin amortizasiyasına yaxınlaşır. Müqavilə müddəti ərzində lizinq verən lizinq ödənişləri hesabına əmlakın bütün dəyərini özünə qaytarırır və lizinqdən nəzərdə tutduğu mənfəəti alır. Başqa sözlə, maliyyə lizinqi özündə icarədarın satınalma hüququ ilə uzunmüddətli icarə formasını əks etdirir.

Maliyyə lizinqi zamanı texniki xidmət və sığortalama üzrə öhdəliklər lizinq alanın üzərinə düşür.

Əgər avadanlığın istehsalçısı onu, lizinq kompaniyası ilə vasitəçilik etmədən müstəqil olaraq icarəyə verirsə, onda maliyyə lizinqinin bu növü birbaşa lizinq adını alır. Ancaq ikitərəfli lizinq, bir qayda olaraq, geniş yayılmamışdır, belə ki, istehsalçı lizinq əməliyyatlarını artırdıqda, yenə də öz lizinq kompaniyasını yaratmalı olacaqdır.

Buna görə də əksər hallarda lizinq birbaşa yox, bir qayda olaraq, ixtisaslaşmış lizinq kompaniyası qismində çıxış edən vasitəçinin köməyilə həyata keçirilir. Bu zaman müqavilədə nəzərdə tutulur ki, vasitəçi müvəqqəti olaraq ödəniş qabiliyyətliliyini itirsə və ya iflasa uğrasa, lizinq ödənişləri əsas lizinq verənə ödənilməlidir. Lizinq üzrə belə müqavilə formaları “sublizinq” adını daşıyır. Bu formadan, xüsusilə müqavilənin əsas iştirakçılarının ərazicə bir-birilərindən uzaq olduqları və avadanlıqdan düzgün istifadə olunması, icarə haqlarının vaxtlı-vaxtında ödənilməsi və lizinq müqaviləsi üzərində operativ rəhbərliklə bağlı bir çox məsələlərin həlli üzərində müşahidə həyata keçirən vasitəçidən istifadə olunması məqsədəuyğun hesab olunduğu zaman istifadə olunur.



Qaytarma lizinqi, ikitərəfli müqavilənin növ müxtəliflərindən biri olmaqla kifayət qədər geniş yayılmışdır. Müəssisə (gələcək lizinq alan) avadanlığa malikdir, lakin onun istehsal fəaliyyəti üçün vəsaitləri yoxdur. Onda o, lizinq başqa bir şirkəti tapır və ona öz avadanlığını satır, sonuncu isə öz növbəsində həmin avadanlığı kompaniyanın özünə lizinqə verir. Beləliklə, müəssisənin sərancamında onun istədiyi istiqamətə, misal üçün, dövriyyə vəsaitlərini tamamlamağa sərf edə biləcəyi pul vəsaiti yaranır. Qaytarma lizinqi üzrə müqavilə elə tərtib oluna bilər ki, onun fəaliyyət müddəti bitdikdən sonra müəssisənin avadanlığı geri almaq və bununla da özünün əvvəlki mülkiyyət münasibətlərini bərpa etmək hüququ olsun.

Qaytarma lizinq formasından istifadə edilməsi zamanı bütünlükdə müəssisələr də icarəyə verilə bilər, bu zaman malgöndərən (təchizatçı) və lizinq alan eyni hüquqi şəxs olacaqdır. Lizinqin bu formasını maliyyə çətinliyi ilə üzləşən firmalar da istifadə edirlər. İdxal avadanlıqlarının qaytarma lizinqi forması müəssisə üçün xarici valyutada investisiya resurslarının səfərbər edilməsinin (mobilləşdirilməsi) cəlbedici üsulu kimi çıxış edə bilər, lakin ondan geniş istifadə edilməsi idxal edilən avadanlıqlar üzrə mülkiyyət hüquqlarının xaricə ötürülməsinə gətirib çıxara bilər.

Lizinq münasibətlərinin xüsusi forması kimi leveric-lizinq çıxış edir. Bu maliyyə lizinqi formasından istifadə edilməsi zamanı icarəyə verilən avadanlığın dəyərinin böyük hissəsi üçüncü tərəfdən (investor) borc olaraq götürülür və icarənin birinci yarısında icarəyə götürülmüş avadanlıq üçün amortizasiya ayırmaları və avadanlığın əldə edilməsi üçün alınmış ssuda üzrə ödənişlər həyata keçirilir. Belə müqavilə investorun vergiyə cəlb olunan gəlirini azaldır və vergi üzrə möhlət effekti yaradır. İnvestor bu effekti lizinq kompaniyasına təqdim edir ki, oda öz növbəsində müştərinin xeyrinə azaldılmış icarə haqqı müəyyən edir və dayanıqlı mənfəət əldə edir. Belə lizinqə tipik nümunə təyyarələrin lizinqidir.

Kompensasiya lizinqi forması da praktiki maraq kəsb edir. Bu forma üçün xarakterik cəhət odur ki, icarədar lizinq ödənişləri (ayırmaları) əvəzinə icarəverənə icarəyə alınmış avadanlıqdan istifadə olunması əsasında razılaşdırılmış həcmdə istehsal olunmuş məhsulları təqdim edir. Kompensasiya lizinqi son dövrlər beynəlxalq lizinq əməliyyatları təcrübəsində getdikcə daha geniş yer alır, belə ki, o, icarənin ödənilməsi üçün azad valyutanın axtarılması problemini həll edir.

Maliyyə lizinqinin növləri xalis lizinq və xidmətli lizinqdir.



Xalis lizinq – elə icarə münasibətidir ki, bu zaman əmlaka göstərilən bütün xidmətləri lizinq alan öz üzərinə götürür, lizinqaverən tərəfindən əldə edilən icarə ödənişləri isə “xalisdirlər”. Buna görə də bu halda avadanlıqlara xidmət göstərilməsi üzrə xərclər lizinq ödənişlərinə daxil edilmir. Bu, ən geniş yayılmış formadır.

Xidmətli lizinq avadanlığa mütləq texniki xidmət göstərilməsinin, onun təmirinin, sığortalanması və başqa əməliyyatların lizinq verən tərəfindən həyata keçirilməsini nəzərdə tutur və bu işlər üzrə xərclər icarə haqqına daxil edilir. Bir qayda olaraq, lizinqin bu növündən mürəkkəb və bahalı avadanlığn icarəsi üçün istifadə olunur. Bu xidmətlərdən başqa, lizinq alanın arzusu ilə lizinq verən öz üzərinə heyətin hazırlanması, hazır məhsulun marketinqi və reklamı və s. üzrə öhdəlikləri də götürə bilər Bu əlavə xidmət növləri üzrə xərclər də icarə haqqına daxil ediləcəkdir.

ABŞ-da lizinqin bu forması zamanı icarəverən investisiya güzəşti və amortizasiyanın sürətləndirilməsi kimi əhəmiyyətli güzəştlər əldə etmək hüququna malikdir, icarədar isə icarə haqlarını vergilərin ödənilməsi üçün elan olunmuş gəlirdən çıxa bilər. Müddətin sonunda icarədar avadanlığı onun həqiqi bazar qiymətindən aşağı qiymətə ala bilməz. İcarə müddəti bitdikdən sonra avadanlığın 20%-dən az olmayaraq faydalı xidmət müddəti qalır. Lizinqin bu növü həmçinin tam xidmət dəstli lizinq kimi də adlandırılır.

Lizinq münasibətlərinin rəsmiləşdirilməsi zamanı baş lizinq anlayışından istifadə olunur. Baş lizinq özündə icarəverənlə icarədar arasında icarədarın yeni müqavilələr bağlamadan icarəyə alınmış avadanlıqların siyahısını tamamlamaq hüququnu nəzərdə tutan lizinq haqqında ümumi müqaviləni əks etdirir.

Ayrı lizinq və ya əlavə vəsaitlərin cəlb edilməsini nəzərdə tutan lizinq, yaxud qismən lizinq verən tərəfindən maliyyələşdirilən lizinq. lizinqin ən mürəkkəb növ müxtəlifliklərindən biridir, çünki bu, çoxkanallı maliyyələşdirmə ilə sıx əlaqədardır və bir qayda olaraq, bahalı layihələrin ödənilməsi üçün istifadə olunur.

Bu formadan istifadə zamanı lizinq verən əmlakın tam dəyərindən hesablanan bütün vergi güzəştlərindən istifadə edərək bir və ya bir neçə kreditordan ssuda götürür. Borclu-lizinq verən ssudanın qaytarılmasına görə kreditor qarşısında məsuliyyət daşımır, ssuda lizinq ödənişləri vasitəsilə ödənilir. Buna görə də lizinq verən kreditorların xeyrinə borcun ödənilməsinə qədər əmlak üzrə girovu rəsmiləşdirir və ssudanın ödənilməsi hesabına onlara lizinq haqlarını götürmək hüququ verir. Beləlikələ, müqavilə üzrə əsas riski kreditorlar daşıyır, ssudanın qaytarılmasının təminatçısı kimi yalnız lizinq haqları və lizinqə verilən əmlak çıxış edir.



Revolver lizinqi və ya əmlakın sonradan dəyişdirilməsini nəzərdə tutan lizinqdən lizinq alana texnologiya üzrə müxtəlif növ avadanlıqlar lazım olduqda istifadə olunur. Lizinqin bu formasından istifadə edilməsi zamanı icarədar müəyyən müddətin bitməsindən sonra icrayə alınmış avadanlığı onun başqa növünə dəyişmək hüququnu əldə edir.

Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə