Əlyazması hüququnda Hüseynova Nərmin Hətəm qızı (magistrantin a. S. A.) «kommersiya fəALİYYƏTİNDƏ LİZİNQİn rolu və İNKİŞaf perspektiVLƏRİ»



Yüklə 0,59 Mb.
səhifə5/5
tarix01.04.2018
ölçüsü0,59 Mb.
#35665
1   2   3   4   5

Beləliklə, müəssisənin tərəfindən üç il ərzində daşıyacağı məsrəflərin ümumi məbləği 142 843 dollar təşkil edəcəkdir. Bu məbləğlər üç il ərzində ödənilir və iri birdəfəlik ödəniş tələb etmir. Bu müddət keçəndən sonra avadanlıq tam amortizasiya olunmuş hesab edilr və buna görə də əmlak vergisinin ödənilməsinə ehtiyac qalmır. Lizinq ödənişləri tamamilə məhsulun maya dəyərinə aid edildiyindən lizinq alan lizinq ödənişlərinin məbləği qədər vergi ödənilən mənfəəti azaldır.



  1. Özünün xüsusi vəsaitləri hesabına ödənişlə avadanlığın alınması

İndi isə avadanlığın müəssisənin özünün xüsusi vəsaitləri hesabına alınmasını nəzərdən keçirək. Qanunvericiliklə avadanlığın alınması mənfəət hesabına icazə verildiyindən 100 min dollarlıq avadanlığın alınması üçün 25 000 dollar mənfəət vergisi ödəmək lazımdır. Müəssisənin qiymətləndirilmiş effektivliyindən asılı olaraq o, hər il 30 min dollar gəlir əldə edəcəkdir və vergi ödənilən mənfəət yaradacaqdır. Müəssisənin birinci üç il ərzində istismarı üzrə məsrəfləri üçillik lizinq müqaviləsi üzrə məsrəflərlə müqayisə etmək üçün onları qiymətləndirək.

Avadanlığın dəyəri, ƏDV daxil edilməklə, USD

100 000

Ödənişin mənfəət hesabına olması ilə əlaqədar, mənfəət vergisi 20%, USD

25 000

 

Avadanlığın tam amortizasiyası müddəti, il

9

Amortizasiya ayrımları norması

11,1%

Hər il xərclərə amortizasiya aid ediləcəkdir, USD

11 100

 

İl ərzində avadanlıqdan istifadədən gəlir, USD

30 000

İl ərzində vergi ödənilən mənfəətin məbləği, USD

18 900

 

1-ci il üçün hesablama:

Maliyyə fəaliyyətindən mənfəətdən vergi 20%, USD

3 780

Əmlak vergisi 2%, USD

1 889

 

2-ci il üçün hesablama:

Maliyyə fəaliyyətindən mənfəətdən vergi 20%, USD

3 780

Əmlak vergisi 2%, USD

1 667

 

3-cü il üçün hesablama:

Maliyyə fəaliyyətindən mənfəətdən vergi 20%, USD

3 780

Əmlak vergisi 2%, USD

1 445

 

Cəmi 3 il ərzində, USD

141 341

o cümlədən özünün xüsusi vəsaitlərindən birinci ilin əvvəlində xərclər

129 086

Üç il keçəndən sonra müəssisə daha altı il əmlak vergisi ödəyəcəkdir ki, bu da əlavə



4 000 dollar təşkil edəcəkdir, nəticədə isə xərclərin ümumi məbləği istismar müddəti ərzində 145 341 dollara qədər artacaqdır.

  1. Avadanlığın kreditə alınması

Avadanlığın kreditə alınması sxemi üzrə alış xərclərini hesablayaq. Lizinqdə olduğu kimi, avadanlığın dəyərindən 30% ölçüdə beh tələb olunacaqdır, kredit faizi isə yenə də ilə 20% təşkil edəcəkdir. Nəzərə almaq lazımdır ki, kredit üzrə faizlər Milli Bankın kredit dərəcəsi ölçüsündə məhsulun maya dəyərinə daxil edilir. Kreditləşdirmə müddətini lizinq müqaviləsində olduöu kimi üç ilə bərabər qəbul edək. Əvvəlki kimi hesab edək ki, avadanlıq müəssisənin satış pulunu ildə 30 000 dollar artırır.


Avadanlığın dəyəri, ƏDV daxil edilməklə, USD

100 000

Avadanlıqdan istifadədən 1 ildə olan gəlir, USD

30 000

 

Avadanlığın tam amortizasiyası müddəti, il

9

Amortizasiya ayrımları norması

11,1%

Hər il xərclərə amortizasiya aid ediləcəkdir, USD

11 100

Kreditin məbləği, USD

70 000

Kredit resurslarına görə ödəniş, illik %

20%

 

Kredit resurslarının dəyərinin hər ay ödəniş zamanı hesablanması

Kreditin ödəniş müddəti, ay

36

Kredit üzrə il ərzində faizlərin məbləği

14000,00

 

1-ci il üçün hesablama:

Avadanlığa görə qabaqcadan ödəniş, USD

30 000

Qabaqcadan ödənişdən mənfəət vergisi 33%, USD

7 500

Maliyyə fəaliyyətindən mənfəətdən vergi 20%, USD

1 617

Əmlak vergisi 2%, USD

1 889

Kredit üzrə faiz, USD

14 000

 

2-ci il üçün hesablama:

Maliyyə fəaliyyətindən mənfəətdən vergi 20%, USD

1 617

Əmlak vergisi 2%, USD

1 667

Kredit üzrə faiz, USD

14 000

 

3-cü il üçün hesablama:

Maliyyə fəaliyyətindən mənfəətdən vergi 20%, USD

1 617

Əmlak vergisi 2%, USD

1 445

Kredit üzrə faiz, USD

14 000

Əsas borc, USD

70 000

Kreditin ödənişi üçün məbləğdən mənfəət vergisi 33%, USD

34 478

 

Cəmi 3 il ərzində, USD

193 830

Üç il keçəndən sonra müəssisə daha altı il əmlak vergisi ödəyəcəkdir ki, bu da əlavə

4 000 dollar təşkil edəcəkdir, nəticədə isə xərclərin ümumi məbləği istismar müddəti ərzində 197 830 dollara qədər artacaqdır.
Nəticə.


  1. Avadanlığın lizinqə alınması

142 843 USD

2. Özünün xüsusi vəsaitləri hesabına ödənişlə avadanlığın alınması

145 341 USD

3. Avadanlığın kreditə alınması

197 830 USD

Yuxarıda göstərilən hesablamalardan görünür ki, avadanlığın lizinqə alınması ən əlverişli alış formalarından biridir. Lizinq müqaviləsi müəssisənin dövriyyə vəsaitlərini qoruyub saxlamağa, ödənişləri bir neçə ilə bölüşdürməyə və vergi ödənişlərini qanuni olaraq aşağı salmağa imkan yaradır.



NƏTİCƏ VƏ TƏKLİFLƏR
   İqtisadiyyata investisiya qoyuluşunun müxtəlif yolları var. Bunlar arasında son 35-40 ildə ən inkişaf etmiş modellərdən biri lizinqdir. Məlumatlara görə, dünyanın inkişaf etmiş ölkələrində iqtisadiyyata investisiya qoyuluşunun 25-30%-i lizinq vasitəsilə həyata keçirilir.

Lizinq fenomeni ondan ibarətdir ki, bu gün o, perspektiv maliyyələşdirmənin yeni, qeyri-ənənəvi və spesifik sistemi kimi formalaşır və burada icarə münasibətləri, kredit maliyyələşdirməsi elementləri, borc öhdəlikləri üzrə hesablaşmalar və başqa maliyyə mexanizmləri özünə yer tapır.

Müasir lizinq bank strukturlarının iqtisadiyyatın real sektoru ilə istehsalın maliyyələşdirilməsi və stimullaşdırılması üzrə qarşılıqlı fəaliyyətinin forma və metodlarını tamamlayır və zənginləşdirir. Lizinqin reallaşdırılması forması maliyyələşdirmənin ənənəvi formalarının müxtəlif cür əlaqələndirilməsi vasitəsilə diversifikasiya etdirilmiş və zənginləşdirilmişdir.

ABŞ-da 1990-cı illərdə avadanlıqların lizinqi maşın və avadanlıqlara investisiya qoyuluşunun ümumi həcminin 30%-ni təşkil edirdi, lizinq müqavilələri isə il ərzində 100-130 mlrd. doll-ra bərabər olurdu. Lizinq əməliyyatlarının belə faiz səviyyəsi Böyük Britaniya üçün də xarakterikdir.

Qərbi Avropa ölkələrində avadanlıqların lizinqi onların ümumi tədarükünün 15%-ni, mütləq ifadədə isə 120 mlrd. doll. təşkil edir.

Keçmiş iqtisadi islahat illəri milli istehsal və qeyri-istehsal fondlarının yüksək dərəcədə aşınmasının və eyni zamanda iri istehsal komplekslərinin maşın və avadanlıq parklarının azad edilməsinin nəzərə alınması ilə lizinq biznesinin yeni forma və metodlarının fəal inkişafı imkanlarını kifayət qədər obyektiv şəkildə qiymətləndirməyə imkan verir. Bu biznesin inkişaf etdirilməsi məqsədilə lizinq fəaliyyətini tənzimləyən bir sıra normativ aktlar qəbul olunmuşdur və dövlət investisiyalarının lizinq əməliyyatları istiqamətində artması tendensiyası müşahidə olunmaqdadır.

   Lizinq bazarının dünyada kifayət qədər inkişaf etməsinə baxmayaraq, Azərbaycanda bu sahədə vəziyyət o qədər də ürəkaçan deyil. Məsələn, 2011-ci ildə Azərbaycanda ümumi investisiya qoyuluşu 21,66 milyard dollar olduğu halda lizinq yolu ilə qoyulan sərmayənin həcmi 150 milyon dollar olub. Yəni, ümumi investisiya qoyuluşunda lizinq əmaliyyatları cəmi 0,7% təşkil edib.

   2010-cu ildə lizinq əmaliyyatları 170 milyon dollar idi. Həmin ildə 17,6 milyard dollar sərmayə qoyulmuşdu ki, burada lizinqin payı 0,96 % olub.

   İnkişaf etmiş ölkələrdə lizinqin ümumi investisiya qoyuluşunda payının 30% və bir qədər də artıq olduğunu nəzərə alsaq, məlum olur ki, Azərbaycanda lizinq bazarını hətta bir neçə milyard dollara qədər artırmaq olar. İlkin mərhələdə isə bunun 800 milyon-1 milyard dollara çatdırılmasının mümkün olduğu bildirilir.

Bu gün lizinq şirkətləri üçün perspektivli sahələrdən biri də kənd təsərrüfatıdır. Lakin respublikada fəaliyyət göstərən lizinq şirkətləri «Aqrolizinq» şirkəti  ilə rəqabətə girə bilmədiyindən, bu sahə onların fəaliyyət dairəsindən kənarda qalır və ya cüzi bir həcm təşkil edir.  Məlumdur ki, Aqrolizinq şirkət bu gün xeyli imtiyazlara malikdir, dövlət büdcəsindən güzəştli maliyyələşmə əldə edir və cüzi faizlərlə və ya faizsiz texniki avadanlıqları kənd təsərrüfatında işləyən sahibkarlara lizinqə verir. Lakin digər lizinq şirkətləri Aqrolizinqə verilmiş imtiyazlardan və güzəştli maliyyə vəsaitlərindən kənarda qalır.

Bununla yanaşı, lizinq şirkətləri geniş maliyyə resurslarına malik banklarla rəqabətə girə bilmirlər və bu da lizinq sektorunun zəifləməsinə və lizinq portfelinin aşağı düşməsinə gətirib çıxarır.

Azərbaycanda sürətlə inkişaf edən bir çox sahələrdə lizinqdən istifadə edilməsi məqsədəuyğun olardı. Belə ki, telekommunikasiya, informasiya texnologiyaları, tikinti, nəqliyyat, infrastruktur layihələrində, kənd təsərrüfatı, emal sənayesi, yüngül sənaye və digər inkişafda olan sahələrdə lizinqdən geniş istifadə edilə bilər ki, bu da respublikada lizinq sektorunun inkişafına güclü təkan vermiş olardı.

Azərbaycanın lizinq  potensialından hələ tam istifadə olumur. Məsələn, inkişaf etməkdə olan  ölkələrdə  ÜDM-in ən azından 2,4%-ni, inkişaf etmiş ölkələrdə isə 5%-ni lizinq sektorunun payı  təşkil etdiyi halda, bu göstərici  Azərbaycanda  0,4%-dir.

 Bu gün ölkəmizdə 30-a yaxın şirkət öz məhsullarını lizinqlə təqdim edir. Bunlar arasında ən güclüsü "Aqrolizinq" ASC sayılır. "Aqrolizinq" ASC dövlət şirkətidir. Bu qurum dövlət başçısının "Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" sərəncamı əsasında 2004-cü ildə yaradılıb. Prezidentin müvafiq sərəncamları ilə cəmiyyətin ənənəvi lizinq xidmətlərindən başqa fəaliyyət dairəsi ildən-ilə genişləndirilib. "Aqrolizinq" ASC-yə mineral gübrələrin, pestisidlərin, texnoloji avadanlıqların, tinglərin, buğda toxumlarının, cins damazlıq heyvanların gətirilib istehsalçılara çatdırılması və kənd təsərrüfatı aqro-texniki işlərin görülməsi kimi əlavə funksiyalar da həvalə edilib.  Son 3 ildə həril orta hesabla şirkət 40 milyon manat həcmində lizinq xidməti təklif edib. Bu da lizinq bazarının 25 %i həcmində iş deməkdir.

   Mütəxəssislər Azərbaycanda lizinq xidmətlərinin, şirkətlərinin inkişaf etməməsini qanunvericilik bazasının təkmil olmaması, lizinq əməliyyatlarının əlavə dəyər vergisinin tətbiq edilməsi və ümumi maarifsizliklə əlaqələndirirlər.

   1994-cü ildə "Lizinq xidməti haqqında" qanun qəbul edilib. Lakin bu qanun mövcud münasibətləri tam tənzimləyə bilmədiyindən lizinq əməliyyatları Mülki və Vergi məcəllələrinin əsas normativ aktları ilə tənzimlənir.

«Lizinq xidməti haqqında» qanunda lizinq şirkətlərinin fəaliyyətlərinin dövlət tərəfindən dəstəklənməsi üzrə aşağıdakı tədbirlər nəzərdə tutulmuşdur:

♦ respublikanın və ayrı-ayrı bölgələrinin ortamüddətli və uzunmüddətli sosial-iqtisadi inkişaf proqramının tərkib hissəsi kimi respublikamızda və ayrı-ayrı bölgələrdə lizinq fəaliyyətinin inkişaf etdirilməsi proqramının hazırlanması və həyata keçirilməsi;

♦ dövlət əmlakından istifadə etməklə lizinqə bank investisiyalarının qoyuluşunu təmin etmək üçün girov fondlarının yaradılması;

♦ ayrı-ayrı məqsədli investisiya - lizinq layihələrində lizinq fəaliyyətinin infrastrukturunun yaradılmasında dövlət kapitalının iştirakının xüsusi çəkisi;

♦ lizinq həyata keçirən müəssisələrə dövlət ehtiyacları üçün əmtəə göndərişi üzrə dövlət sifarişlərinin ayrılması;

♦ elmi tutumlu, yüksək texnoloji avadanlıqların hazırlanması, istehsalı və istifadəsi sferasında dövlətin proteksionizm tədbirləri;

♦ lizinq layihələrinin reallaşdırılması məqsədilə onların dövlət büdcəsindən maliyyələşdirilməsi və dövlət zəmanətinin verilməsi;

♦ lizinq layihələrinin həyata keçirilməsi üçün investisiya kreditlərinin verilməsi;

♦ lizinq şirkətlərinin (firmalarının) fəaliyyəti üçün əlverişli iqtisadi şərait yaratmaq məqsədilə onlara qanunvericilik qaydasında vergi və kredit güzəştlərinin təqdim olunması;

♦ banklann və digər kredit müəssisələrinin lizinq müqaviləsini reallaşdırmaqdan ötrü üç ildən az olmayan müddətə lizinq subyektlərinə təqdim etdikləri kreditlərdən əldə etdikləri mənfəətə görə vergilərin ödənilməsindən qanunvericiliklə müəyyən edilmiş qaydada azad edilməsi;

♦ lizinq sövdələşmələri iştirakçılarının hüquqlarının və əmlak maraqlarının müdafiəsini təmin edə biləcək normativ-hüquqi bazanın yaradılması, inkişaf etdirilməsi, normalaşdırılması və təkmilləşdirilməsi;

♦ maşın və avadanlıqların təzələnməsini stimullaşdırmaq məqsədilə lizinq verənlərə əlavə olaraq xidmət müddəti üç ildən az olmayan əsas əsas fondların ilkin dəyərinin 35%-ə qədərini, bu fondların istismara buraxıldığı birinci ildən, amortizasiya ayırmalarına silmək hüququnun verilməsi;

♦ kənd təsərrüfatı məhsullarının emalını və yığımını həyata keçirən lizinq alanlara, lizinq müqaviləsində nəzərdə tutulmuş şərtlər əsasında lizinq ödənişlərini məhsul göndərilməsi yolu ilə həyata keçirmək hüququnun verilməsi;

♦ aqrosənaye kompleksində lizinq əməliyyatlarının həyata keçirilməsi zamanı cins heyvanların lizinq predmetinə aid edilməsi;



♦ yerli istehsal olan maşın və avadanlıqların beynəlxalq lizinqinin həyata keçirilməsi zamanı ixrac üzrə dövlət zəmanət fondunun yaradılması.

İstifadə olunan ədəbiyyat


  1. «Lizinq xidməti haqqında» Azərbaycan Respublikasının Qanunu. Bakı, 1994

  2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Bakı, 1999.

  3. Axundov Ş.Ə., Axundov M. Ə. “Bazar İqtisadiyyatının əsasları”. Bakı, 2001

  4. K.P.Paşayev və b. Kommersiya fəaliyyətinin əsasları. Dərslik. Bakı, İqtisad Universiteti nəşriyyatı, 2010

  5. İ. Ə. Feyzullabəyli “Beynəlxalq satış işi”. Bakı, 2001

  6. T.S.Vəliyevin, Ə.P.Babayevin və M.X.Meybullayevin ümumi elmi redaktəsi ilə “İqtisadi nəzəriyyə” (dərslik). Bakı, 2001

  7. T.S.Vəliyev “İnfrastrukturlar: mahiyyəti, təsnifatı və əhəmiyyəti”. Bakı, Elm, 2000

  8. Cəbiyev R.M. “Azərbaycanda bazar infrastrukturunun formalaşması və inkişafı”. Bakı, 2000

  9. A.Əmiraslanov. “Azərbaycan iqtisadiyyatı və bazar münasibətləri”. Zaman nəşriyyatı - 2002

  10. Алексенко С. Спасительный лизинг//Бизнес.-1998, № 45 (304)

  11. Банки и банковские операции: Учебник для вузов/Под ред. проф.

  12. Е.Ф.Жукова.-М.: Банки и биржи, ЮНИТИ, 1997

  13. Батищев В. Финансовый лизинг - особенности учета и налогообложения //Бизнес.-Документы, комментарии, консультации. 1998, №40(299)

  14. Денисов О. Налоговое планирование возврата лизинга//Бизнес. Документы, комментарии, консультации.-1998, №39(298)

  15. Киселев.А.П. Теория и практика современного бизнеса. К.: Издательство ЛИБРА, 1995

  16. Малышкин А. Финансовый лизинг: налогообложение и учет//Бизнес. Документы, комментарии, консультации. 1997, № 11(218)

  17. Маслов С. О некоторых особенностях лизинговых операций//Бизнес. Документы, комментарии, консультации. 1998, № 38(297)

  18. Миргородский. Вопросы правового регулирования лизинга в Украине//Бизнес.-Документы, комментарии, консультации. Часть 1.1998, № 12 (271)

  19. Огородников И. Лизинговые (арендные) отношения в новом, в том числе налоговом, законодательстве: правовые аспекты, налогообложение и бухгалтерский учет //Бизнес.-Документы, комментарии, консультации. Часть 2. 1998. № 13 (272)

  20. Словарь терминов современного рынка/Под ред. Ванчук Л.Б. Пермь. ”Всякая всячина”. 1991

  21. Твердомед А. Два вопроса на тему финансового лизинга//Бизнес.-Документы, комментарии, консультации. Часть 1.1998, № 47(306)

  22. www. kitab.ws

  23. www. Google.az



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə