Elxan Elatlı PƏNCƏRƏDƏ GÖRÜNƏn köLGƏ detektiv roman



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə14/43
tarix26.03.2018
ölçüsü4,8 Kb.
#34151
növüYazı
1   ...   10   11   12   13   14   15   16   17   ...   43

downloaded from KitabYurdu.org
59 

Vallah, Telman müəllim... 
Əmir əliyev ayağa qalxdı: 

Səni  elə  vuraram,  divarın  o  tayına  keçərsən!  Söhbəti 
uzatma! Mənim gizlənqaç oynamağa vaxtım yoxdur! 
Bayəddin indi onun üzünə yox, əlinə baxırdı. Sağ əlinə... 

Dayan  rəis,  qələt  elədim!  Getmişəm!  Mahmuda  sözüm 
var idi. 

Bəs niyə o saat boynuna almadın? 

Qorxdum, Telman müəllim, eşitdim o yazığı öldürüblər, 
dedim birdən... 

Hə, indi danış görüm, niyə getmişdin oraya və kiminlə? - 
mayor yerində oturdu. - Ancaq bir də mənimlə oyun oynamaq 
fikrinə düşsən, boynunu sındıracağam. 
Bayəddin onun oturduğunu görüb bir qədər sakitləşdi və tez-
tez danışmağa başladı: 

Qonşu  ilə  aramızda  taxta  hasar  var.  Onu  söküb  daşdan 
çəkdirmək  istəyirdim.  Getdim  ki,  Mahmudla  danışım,  vaxtı 
olanda gəlib hasan çəksin. 
-
Kiminlə getmişdin? 
-
Tək!.. 
-
Bəs niyə gecə getdin? Gündüzü əlindən almışdılar? 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
60 

Gündüz  vaxt  tapa  bilmirəm,  müştərim  olur.  Bir  də... 
maşın  meşə  yolunda  xarab  olmuşdu.  Ona  görə  gecəyə
düşdüm. 
Əmirəliyev  əllərini  çənəsinə  sürtərək  ani  fikrə  getdi.  «Bu 
əbləh sürücü kəndə mayın 18-də gedib. Cinayət hadisəsi isə o 
biri  gün  gecə  törədilib.  Qatil  şübhəsiz  ki,  Əhlimanın  həmin 
gecə pəncərədə gördüyü kölgənin sahibi olmalıdır. Pəncərədə
görünən kölgənin Bayəddinlə bir əlaqəsi ola bilərmi? Çətin ki, 
olsun! Bu sürücü  qorxağın  biridir. Yəqin ki, danışdıqları  da 
düzdür. Bəs onda, qatil kim ola bilər? Axtarışı daha qətiyyətlə
davam etdirmək lazımdır. Qoy hələ bir ekspertizanın nəticəsi 
bilinsin...» 
Gözlərini  qaldırıb  Bayəddinin  qorxudan  ağarmış  sifətinə
baxdı: 

Sən nağıl danışırsan, yoxsa düzdür bu dediklərin? 

Düzdür, rəis, inanın mənə! 

Yaxşı!.,  inan  deyirsən,  inanıram.  Ancaq  yadında  saxla, 
dediklərin yalan çıxsa, ananı ağladacam! 

Yaxşı, rəis... 

Gedə bilərsən! 
Bayəddin  gedən  kimi  Əmirəliyev  sahə  müvəkkilini  yanma 
çağırıb tapşınq verdi: 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
61 
-  Ağamurad,  kənddəki  adamlarımızdan,  bir  də  öz  etibarlı 
adamlarından istifadə edib,  həmin gün kəndə  kimlərin  gəlib 
getdiyini dəqiq öyrən! 
Bölməsinin  işçisi  Rafael  Vəliyevə  isə  Səfayənin  axtarışını 
tapşırdı. 
Kapitan Vəliyev Səfayənin ata evinin ünvanını mayordan alıb, 
həmin  gün  axşamüstü  Zəlimxan  kişinin  evinə  getdi.  Onu 
həyətdə Zəlimxan kişi qarşıladı. Taxta kətilin üstündə oturub 
dərin fikrə getmişdi. Polis kapitanını görüb cəld ayağa qalxdı 
və sual dolu baxışlarını onun üzünə dikdi. Xoşgəldin eləmək 
də  yadından  çıxmışdı.  Üzə  vurmasa  da  son  iki  gündə  heç 
rahatlığı  olmamışdı.  Gümanı  gələn  yerlərə  baş  çəkib,  üstü 
örtülü şəkildə qızını soraqlasa da, gördüm deyən olmamışdı. 
Rafael ev sahibi ilə görüşüb, gəlişinin məqsədini anlatdı. Onda 
heç bir sevindirici xəbərin olmadığını başa düşən atanın qollan 
yanma düşdü. Ancaq buna baxmayaraq qonağı evə dəvət etdi. 
Evdə  iki  yad  qadın  da  var  idi.  Səfayənin  yoxa  çıxmasını 
eşidib,  anasına  baş  çəkməyə  gəlmişdilər.  Rəfaillə  ev  sahibi 
otağa daxil olan kimi, həmin qadınlar qalxıb bir daha anaya 
səbir  dilədilər  və  çıxıb  getdilər.  Bikəxammın  ağlamaqdan 
gözləri  qızarmışdı.  Ayağa  durub  qonaq  üçün  çay  gətirdi  və
çəkilib bir küncdə oturdu. Yaranmış sükut çox üzücü idi. Heç 
kəs  nədən  başlamaq  lazım  olduğunu  bilmirdi.  Nəhayət,  ev 
sahibi qabağa düşdü: 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
62 

Görürsünüz də, bu yaşımda başıma nə iş gəldi?! 
Onun vəziyyəti Rafaeli heç maraqlandırmırdı. Kapitan buraya 
başqa rayondan gəlmişdi və yeni vəzifəsində ona tapşırılan işi 
vaxtında yerinə yetirib, bacarığını sübut etmək istəyirdi. Odur 
ki, birbaşa mətləbə keçdi: 

Qızınız mayın 18-də burada olub? 

Bəli, səhər gəlmişdi. Anası ilə danışığından başa düşdüm 
ki,  evdən  küsüb  çıxıb  və  qayıtmaq  fikri  yoxdur.  Danladım. 
Dedim,  qayıt  evinə  -  eşiyinə.  Doğrusu,  mənim  belə  şeydən 
xoşum  gəlmir.  Onu  da  deyim  ki,  bu  birinci  dəfə  deyildi. 
Əvvəllər də bir neçə dəfə yığışıb gəlmişdi. Hər dəfə də mənim 
sözümə qulaq asıb barışmışdı əri ilə. Ancaq bu dəfə eşitmək 
istəmədi məni. Buradan da küsüb getdi. Hara getdi, necə oldu, 
baş aça bilmirəm. 

O, nəyə görə evdən qaçmışdı axı? - Rafael sual verdi. 
Zəlimxan kişi çənəsini sığallayıb fikirli halda dilləndi: 

Əvvəllər əri sərt davrananda küsüb gəlirdi. Ancaq mənə
elə gəlir ki, bu dəfə belə deyildi. Ərindən heç o qədər narazılıq 
da bildirmirdi. Ağlayıb özünü öldürürdü ki, qayıtmayacağam, 
vəssalam!  Mən də, doğrusu, bir az tərslik elədim, günortaya 
yaxın çıxıb getdi. Heç nahar da eləmədi burada... 

Bəs haraya getmiş olar? 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
63 

Bilmirəm.  Qardaşı  Balada  olur.  Ağlıma  gəldi  ki,  onun 
yanma  gedər.  Zəng  vurub  soruşdum.  Dedi,  gəlməyib.  O  da 
dəlisovun  biridir.  Məsələni  dəqiq  bilsə,  xəta  çıxartmağından 
qorxuram.  Tərs  qızı  tərs  hamımızı  pis  vəziyyətdə  qoydu. 
Adam içinə çıxa bilmirəm. 

Bəs onu belə vəziyyətdə niyə buraxdınız evdən? 

Dedik,  nahar  edib  sonra  getsin,  saxlaya  bilmədik. 
Fikirləşdim ki, yəqin dayanacağa gedir. Kəndin maşınları saat 
12-də çıxır axı buradan!? 
Bikəxanım söhbətə qoşuldu: 

Əhliman  da  gəlib  düşüb  bizim  üstümüzə.  Elə  bil  biz 
öyrətmişik onu ki, çıx evindən gəl bura. 

Ay arvad, başını hər yerə soxma! - əri ona acıqlanıb yenə
kapitana baxdı. - Əhlimanı qınamıram, arvad gərək hər şeydən 
ötəri fors eləyib evdən çıxmasın. 
Rafael başı ilə onun fikrini təsdiq edib, növbəti sualını verdi: 

Qızınızın heç bir yaxın adamı, rəfiqəsi olmayıb? 

Qohumlann, tanışların hamısından xəbər bilmişik. Ancaq 
məktəbdə oxuyanda bir yaxın yoldaşı var idi. Rəhilə adında. 
Səfayənin  toyuna  da  gəlmişdi.  Amma  onun  yerini-yurdunu 
bilmirik. 

Hansı məktəbdə oxuyublar? - Rafael qovluğundan kağız 
çıxarıb qeydlər aparmağa başladı. 
downloaded from KitabYurdu.org


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə