Elxan Elatlı PƏNCƏRƏDƏ GÖRÜNƏn köLGƏ detektiv roman



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə13/43
tarix26.03.2018
ölçüsü4,8 Kb.
#34151
növüYazı
1   ...   9   10   11   12   13   14   15   16   ...   43

downloaded from KitabYurdu.org
54 

Haraya gedə bilər səncə? 

Bilmirəm... 

Bəs kim biləcək?! - mayor Əmirəliyev səsini qaldırdı. - 
Biz qapı-qapı düşüb sənin 
arvadını axtarmayacağıq ki!? Get, özün axtar tap də! 

Mən sizə demirəm ki, gedin onu axtarın! - Əhliman da bir 
az  səsini  qaldırdı.  -  Mən  bu  kişiyə  məlumat  vermişəm  ki, 
biləsiniz.  İndi  o,  geri  qayıtsa  da  qəbul  etməyəcəm. 
Boşayacam! Evdən küsüb gedən arvad mənə lazım deyil! 

Ə,  bura  bax!  -  mayor  barmağı  ilə  onu  hədələdi.  -  Sənə
bayaq  başa  saldım  axı  kimliyimi?!  Mənimlə  aşağı-yuxarı 
danışma!  Bu  həyətdə  sənə  dinmək  istəmirəm.  Rayonun 
ağsaqqalıdı bu kişi! Bezdirmisən, o da çıxıb gedib evdən! İndi 
əgər, ona bir şey olsa, sən cavab verəcəksən! 

Mən  onu  bezdirib  eləməmişəm...  -  Əhliman  səsini  bir 
qədər alçaltdı. 

Ona hələ sonra baxanq! Bu işdən nə bilirsən? Kim öldürə
bilər Mahmudu? 

Bilmirəm,  Allaha  and  olsun.  Nə  bilirəm,  nə  görmüşəm, 
sizə dedim. 
Müstəntiq birdən söhbətə qarışıb dedi: 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
55 

Telman müəllim, Əhlimanla sonra danışarsınız. Şöbədə. 
Getmək lazımdır. Həmin sürücünü tapmaq üçün. 
Mehdixan kişi məsləhət gördü: 

Ərazimizdəki sürücülərin siyahısını sizə verəcəm. Ancaq 
bu sürücülər hər gün səhər kənddən çıxıb, günorta qayıdırlar. 
Gecə vaxtı buraya gələn maşın isə şəhərdəkilərdən olmalıdır. 
Özünüz  bilirsiniz,  onlar  axşama  kimi  dayanacaqda  dayanıb 
kəndlərə aparmağa müştəri gözləyirlər. 

Arxayın  ol!  -  Əmirəliyev  dilləndi.  -  Ağamurada  da 
tapşıracam, kənd camaatı ilə söhbət aparsın. Hər halda, gecə
vaxtı  olsa  da,  kənddən  kimsə  o  UAZ-ı  görüb-tanımamış 
olmaz! - Əhlimana tərəf çevrildi: - Sən qayınatanın ünvanını 
ver, dur get! Sabah şöbəyə gələrsən! 
Əhliman  Səfayənin  ata  evinin  ünvanını  dedi,  ancaq  ayağa 
qalxmadı. Yaman fikrə getmişdi. Elə bil, nə isə, çox ciddi bir 
məsələni götür-qoy edirdi. 

Niyə getmirsən? - mayor təəccüblə soruşdu. 

Bilirsiniz... - Əhliman ətrafa boylanıb üzünü müstəntiqə
tutdu. - Mahmud rəhmətliklə münasibətimiz həmişə çox yaxşı 
olub.  Mən  istəmirəm  ki,  bu  işlə  əlaqədar  nəyisə  sizdən 
gizlədim. Ancaq məni də başa düşün. Uşaqlanm var... Xahiş 
edirəm, bu söhbət öz aramızda qalsın. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
56 

Yoxsa  nəsə  bilirsən?  Arxayın  ol,  bizdən  heç  vaxt  söz 
çıxmaz!  Uşaq  deyilik!  -  müstəntiq  bunu  deyib  gözlərini 
Əhlimanın ağzına dikdi. 
Əhliman bir qədər duruxub, nəhayət dilləndi: 

Mən o axşam Mahmudgilə gələn maşını tanıdım! 

Kimin maşını idi? - mayor cəld soruşdu. 

Bayəddinin... - Əhliman astadan bildirdi. 

Bayəddin?  -  Əmirəliyev  bir  də  soruşdu.  Sonra  üzünü 
Zeynalova tutdu. - Onu tanıyıram. Köhnə-külə bir maşını var. 
Xaltura ilə məşğul olur. 

Daha kimi gördün? - müstəntiq sual verdi. 

Heç  kimi!  Küçəyə  düşən  zəif  işıqda  maşını  gördüm. 
Maşının  üst  örtüyünün  rəngindən,  bir  də  qabaq  şüşələrin 
sınığından onu tanıdım. Bayəddinin özünü görmədim. Çünki 
maşın  qarşımı  kəsirdi.  Ancaq  qapının  səsini  eşitdim.  Sonra 
evə girdim. 

Sən dur get, sabah da şöbəyə gəlmə! - Zeynalov dedi. - 
Lazım olsan, çağırarıq! 
Əhliman  qalxıb  həyətdən  çıxdı.  Onun  verdiyi  gizli  xəbəri 
yalnız üç nəfər eşitmişdi. Həmin üç nəfər sirli kələfin ucunun 
lap yaxında olduğunu artıq hiss edirdilər. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
57 
Bir qədərdən sonra müstəntiq Zeynalovla, mayor Əmirəliyev 
qalxıb ev sahibi ilə görüşdülər və maşına minib şəhərə yola 
düşdülər. Şəhərdə onları təxirəsalınmaz işlər gözləyirdi. 
Kənddə  isə  qızğın  iş  gedirdi.  Bir  qrup  adam  Mahmudun 
darvazası  qarşısında  -  küçədə  yasxana  qurur,  bir  neçəsi 
qəbiristanlıqda  qəbir  qazır,  bir  qrup  adam  isə  meyiti  alıb 
gətirmək üçün şəhərə getməyə hazırlaşırdı. 
İstefada olan polis polkovniki Qanbay Qasımlı heyva ağacının 
kölgəsində balışa dirsəklənib Nemətlə şahmat oynayır, həm də
Mahirin  öz  sərgüzəştləri  haqqında  uzun  söhbətinə  qulaq 
asırdı. 
Mahmudun qətli ilə əlaqədar rayon polis şöbəsində cinayət işi 
açıldı  və  təhqiqat  aparmaq  şöbənin  ən  bacarıqlı  əməliyyat-
axtarış işçisi hesab edilən Telman Əmirəliyevə tapşırıldı. 
Mayor Əmirəliyevin tünd xasiyyəti və kobudluğu olmasaydı, 
yəqin  ki,  daha  yüksək  vəzifələrə  gedib  çıxardı.  Öz  işini 
bilməyinə,  prinsipiallığına,  inadına,  cəsarətinə  söz  ola 
bilməzdi.  Fiziki  cəhətdən  də  çox  güclü  idi.  Şöbənin  işçiləri 
onunla münaqişəyə girməyə 
qətiyyən  cəsarət  etmirdilər.  Hətta,  şöbənin  rəisi  özü  onunla 
hesablaşırdı. 
Əmirəliyev  mayın  20-də,  günorta,  kənddən  qayıdan  kimi 
bölmənin işçilərinə Bayəddini tapıb gətirməyi tapşırdı. Sonra 
isə şöbə rəisinin kabinetinə girib apardığı ilkin təhqiqat işləri 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
58 
barədə  məlumat verdi. Polkovnik  - leytenant Xəlilov işi ona 
həvalə  edib,  tapşırdı  ki,  bütün  imkan  və  səlahiyyətlərindən 
istifadə edib qatili tezliklə aşkar etsin. 
Rəisin  yanında  bir  qədər  ləngiyib,  kabinetinə  yenicə
qayıtmışdı ki, Bayəddini gətirib içəri saldılar. Əmirəliyev bu 
alçaqboylu,  səliqəsiz  geyimli,  qara,  sıx  saçları  sanki  daraq 
görməmiş 
sürücünün  salamını  almadan  başdan-ayağa  bir  xeyli  süzüb, 
birbaşa suala keçdi: 

Mahmudu tanıyırsan? 

Usta Mahmudu? - Bayəddin suala sualla cavab verdi. 

Özün yaxşı bilirsən hansı Mahmudu deyirəm! Mayın 18-
də axşam onun evinə getmisən? 

Yoox... 

Sən  Mahmudun  öldürülməsini  eşitmisən?  -  Əmirəliyev 
xarakterinə uyğun olmayan bir sakitliklə danışırdı. 
-
Bəli, eşitmişəm, bayaq dayanacaqda danışırdılar. 
-
Deyirsən, Göydağa getməmisən o gecə? 
-
Xeyr... 
Bölmə rəisi əlində oynatdığı açar topasını stola çırpdı: 

Sən  indi  elə  fikirləşirsən  ki,  Əmirəliyevi  aldada 
biləcəksən, hə? Özünü nə hesab edirsən, küçük? 
downloaded from KitabYurdu.org


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə