Elxan Elatlı PƏNCƏRƏDƏ GÖRÜNƏn köLGƏ detektiv roman



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə10/43
tarix26.03.2018
ölçüsü4,8 Kb.
#34151
növüYazı
1   ...   6   7   8   9   10   11   12   13   ...   43

downloaded from KitabYurdu.org
41 

Hə,  gedək!  -  Qasımlı  astadan  Nemətə  dedi:  -  İndi  polis 
şöbəsindən gələcəklər. Mən özümü tanıtmaq istəmirəm... 
Ağayar  hövlnak,  həyətə  girdi.  Həyətə  yığışmış  adamların 
baxışları o saat onun üzünə dikildi. O, yerindəcə dayanıb bir-
bir  hamının  üzünə  göz  gəzdirdi.  Adamların  kədərli  və  ciddi 
baxışları eşitdiyini təsdiq edirdi. Ancaq ölüm belə lal sakitlik 
yarada  bilərdi.  Ancaq  ölüm  kişilərin  baxışlarındakı  kədərə
belə acizlik qata bilərdi. Bəli... ölüm qonaq gəlmişdi bu evə. 
O, Ağayara yaxşı tanış idi. Bundan əvvəl də iki dəfə bu evə
gəlmişdi. Bir dəfə anasını, bir dəfə də atasını aparmağa. Ancaq 
onda belə qəfil, belə xəbərdarlıqsız gəlməmişdi zalım ölüm... 
Ağayar  xəbəri  eşidən  kimi  qaça-qaça  gəldiyi  üçün  boğulan 
adamlar kimi nəfəs alırdı. Gözləri, az qalırdı, yerindən çıxsın. 
Ətrafına nəzər salıb: - Haradadı? - deyə titrək səslə soruşdu. 
Qiyas  müəllim  əli  ilə  evi  göstərdi.  Ağayar  qıçları  əsə-əsə
pillələri çıxıb evə girdi. Həmin an onun «Ay qardaş!» deyən 
qışqırıq səsi gəldi. 
Sonra yenə ətrafa qəbir sükutu çökdü. İcra nümayəndəsi evə
çıxıb Ağayan həyətə düşürdü. 

Sakit ol! Özünü ələ al! - deyə təskinlik verdi. 

Onu  kim  öldürüb?!  -  Ağayar  yumruqlarını  düyünləyib 
Mehdixan kişiyə baxdı. 

Bilinmir.  Polisə  zəng  vurmuşam.  Bu  saat  gələcəklər. 
Yəqin ki, taparlar öldürəni! 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
42 
Ağayar daha bir söz deməyib kənara çəkildi. Yarımçıq qalmış 
tikilinin  yanında  əlləri  ilə  başını  tutub  yerə  çökdü.  Bir  az 
yerində  qıvrılıb  ayağa  qalxdı.  Əlləri  ilə  üzünü  qapayıb, 
ayaqlarını 
yerə 
döyməyə 
başladı. 
Ancaq 
onun 
hərəkətlərindəki sünilik baxanların nəzərindən qaçmadı. 
«Sağlığında  heç  hörmət  qoymurdun!»  -  deyə  düşünənlər  də
oldu. 
Əlbəttə, Ağayarın böyük qardaşı ölmüşdü və o nə qədər daş 
ürəkli  olsa  da,  buna  yanmaya  bilməzdi.  Lakin  nədənsə,  o, 
həyətə  yığılmış  adamların  gözü  qarşısında  qardaşının 
ölümünə  daha  ürəkdən  yanan,  hətta  buna  heç  cür  dözə
bilməyən  bir  qardaşın  rolunu  oynamağa  çalışırdı.  Nəhayət, 
heç  kəsin  ona  ürək-dirək  vermək  fikrində  olmadığını  görüb, 
bunun əbəs olduğunu başa düşdü. Başa düşdü ki, nə çəkirsə, 
içində  çəkməlidir.  Sakitləşib  adamlara  yaxınlaşdı  və  hamı 
kimi gözləməyə başladı. 
Heç  kəs  nə  qədər  vaxt  keçdiyinin  fərqində  deyildi.  Hamı 
sakitcə yerində dayanmışdı. 
Hərdən  pıçıltı  ilə  danışırdılar.  Buraya  təzəcə  gəlib-getmiş 
ölüm  kabusundanmı  qorxurdular,  ya  Mahmudun  həyətdə
dolaşan ruhunamı hörmət edirdilər?.. Bilmək çətin idi... 
Mehdixan kişi maşın səsini eşidib küçəyə çıxdı. Polis şöbəsinə
məxsus  UAZ  darvazanın  qarşısında  dayanan  kimi  rayon 
prokurorluğunun  müstəntiqi  Zeynalov,  polis  şöbəsində 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
43 
cinayət-  axtarış  bölməsinin  rəisi  işləyən  mayor  Telman 
Əmirəliyev  və  kəndin  sahə  müvəkkili  Ağamurad  maşından 
düşüb  icra  nümayəndəsi  ilə  görüşdülər  və  dərhal  həyətə
keçdilər. 
- Nə məsələdir bu, ağsaqqal? - deyə orta boylu, qırx-qırx beş 
yaşlannda  olan,  üzü  təmiz  qırxılmış,  saçları  səliqə  ilə  yana 
daranmış,  mədəni  görkəmli  Zeynalov  Mehdixan  kişidən 
soruşdu. 

Biz də heç nə bilmirik! - İcra nümayəndəsi əli ilə Qiyası 
göstərdi.  -  Bu  müəllim  ölənin  qonşusudur.  Səhər  hadisəni 
birinci  bilən  o  olub  və  mənə  xəbər  verib.  Mən  də  dərhal 
şöbəyə zəng vurdum. 

Kimdir öldürülən? 

Adı Mahmuddur. Yaxşı bənna idi rəhmətlik. Özü də heç 
kəslə işi olan adam deyildi... 
Evə  çıxdılar.  Dəhlizə  göz  gəzdirib  hadisə  baş  verən  otağa 
keçdilər.  Bunun  üçün  qapının  ağzına  sərələnmiş  meyitin 
üstündən ehtiyatla adlamağa məcbur oldular. Meyit öz yerində
idi. Ona hələ əl 
vurulmamışdı. Zeynalovla Əmirəliyev, hər ikisi əyilib meyiti 
müşahidə  etdilər.  Sonra  qalxıb  otağa  nəzər  yetirdilər. 
Müstəntiq  stola  yaxınlaşıb  araq  şüşəsinə,  kiçik  stəkana, 
yarımçıq duzlu xiyara fikir verdi. Neft lampasına baxıb asta-
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
44 
asta  başını  yellədi.  Üfürüb  lampanı  söndürdü  və  Mehdixan 
kişiyə tərəf dönüb sual verdi: 

Bu adam tək yaşayırdı? 

Bəli. Hələ evlənməmişdi. Beş-altı ildir ata- anası rəhmətə
gedib. Bacısı ərdədir. Kiçik qardaşı da evlənib ayrılıb. 
Zeynalov bir də stola nəzər saldı: 

Mərhum içən idi? 

Yox!  Təsadüfi  hallarda,  məclislərdə  içərdi.  Ancaq, 
ehtiyat üçün, evində həmişə araq olurdu. 
Hərdən, mən də, qəfil qonağım gələndə, uşaq göndərib ondan 
borc araq almışam. 

Maraqlıdır! - möhkəm, dolu bədənli, boy- buxunlu mayor 
söhbətə  qanşdı.  -  Hadisə  gecə  olub.  Özü  də  mərhum  hələ
yerinə girməyibmiş. 
Bu aydındır. Süfrədə şam yeməyinin heç bir əlaməti yoxdur. 
Əgər  yeyib  yığışdınbsa,  bu  araq  və  xiyar  nədir?  Hər  halda, 
yoxlamaq  lazımdır,  görək  arağı  özü  içibmi?  Və  bir  də,  şam 
yeməyi yeyibmi? Stəkan bir dənədir. Deməli, araq naməlum 
qonaqla içilməyib. Ya qonaq tək içib, ya da... 

Mən  sizinlə  şərikəm,  -  müstəntiq  Zeynalov  fikrini 
bildirdi.  -  Ekspertizada  bunlar  hamısı  məlum  olacaq.  Meyiti 
şəhərə aparmaq üçün maşın gətirmək lazımdır. 
downloaded from KitabYurdu.org


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə