Elxan Elatlı PƏNCƏRƏDƏ GÖRÜNƏn köLGƏ detektiv roman



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə22/43
tarix26.03.2018
ölçüsü4,8 Kb.
#34151
növüYazı
1   ...   18   19   20   21   22   23   24   25   ...   43

downloaded from KitabYurdu.org
98 
də  yalnız  həmin  iki  kabel  telefonu,  lazım  olanda,  kənd 
camaatının işinə yarayırdı. 
Ağamurad  şöbədən  maşın  istəyib  dəstəyi  yerinə  qoydu  və
Mehdixan kişiyə dedi: 

Bunu aparmalıyam şöbəyə! 

Özün bilərsən! - Mehdixan kişi qısa cavab verdi. 

Ancaq  Ağayara  da  baş  çəkmək  istəyirəm.  Bəlkə  özüm 
gedim evlərinə? 

Ağayar indi yas mərasimində olmalıdır. Bu gün rəhmətlik 
qardaşının  üçüdür  axı?!  Bir  azdan  durub  gedərik.  Həm 
Ağayarla söhbət edərsən, həm də başsağlığı verərik. 
Yas  mərasiminə  Əhliman  rəhbərlik  edirdi.  Cavan  uşaqlara 
müxtəlif  tapşırıqlar  verir,  ora-  bura  qaçırırdı.  Ağayar  isə
çəkilib bir kənarda oturmuşdu. Bir-iki nəfər də başına yığışıb 
nədənsə söhbət edirdilər. Mirsahib də onların arasında idi. 
Ağamurad  Əhlimanla  görüşəndən  sonra  Ağayan  bir  kənara 
çəkib ondan hal-əhval tutdu. Qardaşının faciəli ölümünə görə
başsağlığı  verdi.  O,  bu  kəndə  işləməyə  gələndən  Ağayarla 
tanış olmuşdu və söhbətləri həmişə tuturdu. Mehdixan kişinin 
süfrəsində ürəyi istədiyi qədər araq içə bilmədiyi üçün, kənddə
nahar  vaxtına  düşəndə  özünü  bir  bəhanə  ilə  Ağayargilə
verirdi. Ağayann süfrəsində isə araq həmişə bol olurdu. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
99 
Miriyev  Ağayardan  öyrəndi  ki,  Mirsahib  onun  evinə  hava 
qaralanda gəlib və bir saatdan artıq oturub, sonra çıxıb gedib. 
Mərhumun qardaşına bir daha başsağlığı verib, Mehdixan kişi 
ilə  küçəyə  çıxdı.  Yavaş-yavaş  nümayəndəliyə  tərəf  getdilər. 
İdarənin  qarşısında  polis  şöbəsinə  məxsus  «UAZ» 
dayanmışdı.  Sahə  müvəkkili  küçədən  keçən  bir  uşağa 
Mirsahibi çağırmağı tapşırdı. 
Mirsahib gələn kimi Ağamurada sataşdı: 

Nədi, Ağamurad, istintaqın qurtarmadı? 

Gəl otur maşına, şöbəyə getməliyik! - Ağamurad sifətini 
ciddiləşdirdi. 

Niyə? 

Rəis tapşırıb! 

Nə deyirəm, gedək! Ancaq onu da deyim ki, mən sizə heç 
bir ifadə verməyəcəm. 

Yaxşı, zarafatı burax, keç maşına! 
Mirsahib maşına minən kimi, Ağamurad da icra nümayəndəsi 
ilə sağollaşıb, sürücünün yanında əyləşdi. Maşın yola düşdü. 
Mehdixan kişi bir müddət maşının arxasınca baxdı. Sonra isə
dönüb, tələsmədən ehsan verilən həyətə doğru addımladı. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
100 
II HİSSƏ 
Müstəntiq  Zeynalov  rayon  polis  şöbəsinin  istintaq  otağında 
oturub  Bayəddinin  istintaqa  gətirilməsini  gözləyirdi.  Yaman 
fikirli və yorğun görünürdü. 
Axşam,  rayonun  prokuroru  Mahmudun  sirli  qətli  ilə  bağlı 
vacib  şəxslərin  hamısını  kabinetə  yığmışdı.  Şöbənin  rəisi 
Xəlilov da orada idi. Müşavirə çox gərgin keçdi. Bayəddinin 
müvəqqəti  saxlama  kamerasında  özünə  qəsd  cəhdi  ilə
əlaqədar Əmirəliyev xeyli məzəmmət edildi. Mayor burada da 
öz xarakterinə sadiq qalıb prokurora etirazını bildirdi: 

Bayəddin,  ən  azı,  istintaqa  yalan  ifadə  verməkdə
günahkardır.  Kəndə  apardığı  adamın  kim  olduğunu  demək 
istəmir. Bəlkə onun başını tumarlamalı idim?! 
Prokuror onu sakitləşdirib, çox təmkinlə cavab verdi: 

Telman, sən əslində pis oğlan deyilsən. Bilirəm ki, təmiz 
adamsan.  Çirkin  işlərlə  aran  yoxdu.  Ancaq  belə  işləmək 
olmaz.  İndi  əvvəlki  zəmanə  deyil.  Hamı  öz  hüququnu  başa 
düşür və onu müdafiə edir. Yadında saxla ki, qarşındakı adam 
lap cinayətkar olsa da, onu cəzalandırmaq sənin vəzifənə aid 
deyil. Bu məhkəmənin işidir! 
Baş vermiş qanlı cinayət çox geniş müzakirə ediləndən sonra 
iş  müstəntiqin  icraatına  verildi  və  ibtidai  istintaq  aparmaq 
Zeynalova  həvalə  edildi.  Şübhəli  şəxs  qismində  hələlik  iki 
nəfər - Bayəddin və Mirsahib dindirilməli idi. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
101 
Müşavirədə, həmçinin Əhlimanın Xəlilova yazdığı ərizəsi də
müzakirə olundu və qərara gəlindi ki, Mahmudun öldürülməsi 
ilə  Səfayənin  itkin  düşməsi  arasında,  əslində,  heç  bir  əlaqə
yoxdur.  Yoxa  çıxmış  qadının  axtarışı  bir  daha  mayor 
Əmirəliyevə tapşırıldı. 
İndi istintaqı aparmalı olan müstəntiq Zeynalovun qarşısında 
mütləq  cavab  tapılmalı  bir-neçə  sual  dururdu.  Birincisi, 
Bayəddin  18  may  gecəsi  kəndə  kimi  aparmışdı?  İkincisi, 
həmin 
şəxs  axtarılan  qatilin  özüdürsə,  Mahmudun 
öldürülməsinə  qədərki  bir  sutka  vaxt  ərzində  o  harada 
olmuşdu? Üçüncüsü, Mirsahib  sahə  müvəkkilinin göstərdiyi 
həmin  yanm  saat  müddətində  harada  və  nə  işlə  məşğul 
olmuşdu?  Onun  Bayəddinin  sirli  və  naməlum  sərnişini  ilə
əlaqəsi varmı? Və nəhayət, Əhlimanın cinayət baş verən gecə
Mahmudun pəncərəsində gördüyü kölgə kimin olmuşdur? 
Əslində, bütün şübhə və xəyallar həmin sirli kölgənin başında 
fırlanırdı. Zeynalov isə qəti inanırdı ki, Mahmudu məhz həmin 
kölgənin sahibi öldürmüşdü. 
O, Bayəddin barədə də çox düşünürdü. 
Bütün  vasitələrə  əl  atılmasına  baxmayaraq,  şübhəli  sürücü 
həmin  gecə  maşınında  kiminsə  olduğunu  boynuna  almırdı. 
Bəlkə  doğrudan  da  o,  həmin  uğursuz  gecədə  kəndə  tək 
getmişdi?  Bəlkə  Cavanşir  adlı  o  cavan  sürücü  səhv  edir,  ya 
bəlkə bilərəkdən yalan danışır? Yox, əgər Bayəddin doğrudan 
downloaded from KitabYurdu.org


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə