Elxan Elatlı PƏNCƏRƏDƏ GÖRÜNƏn köLGƏ detektiv roman



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə2/43
tarix26.03.2018
ölçüsü4,8 Kb.
#34151
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   43

downloaded from KitabYurdu.org

Onun  getdiyi  bu  yolun  qurtarmağına  cəmi  beş-on  addım 
qalmışdı...  
I HİSSƏ 
Mehdixan kişi, adəti üzrə, səhər tezdən ayağa qalxmış, kəndi 
gəzib  icra  nümayəndəliyinə  baş  çəkərək,  səhər  yeməyini 
yemək  üçün  evə  qayıtmışdı.  O,  yaşadığı  Göydağ  və  qonşu 
Dərəçay  kəndlərinin  icra  nümayəndəsi  işləyirdi.  Çoxdan 
işlədiyi  bu  işdə  kənd  camaatının  hörmətini  qazanmışdı.  Elə
rayon  mərkəzində  də  ağsaqqal  kimi  tanmırdı.  Bir  qədər 
zəhmli, ancaq xeyirxah, əliaçıq, qonaqpərvər bir kişi idi. 
Dünən  onun  həyətində  gözəl  bir  məclis qurulmuşdu.  Nəvəsi 
İlhamın  on  yaşının  tamam  olmasını  qeyd  etmişdilər.  Qızı 
Fədayə,  nəvəsi  İlham  və  qızının  əri  Nemət  Bakıdan  bu 
münasibətlə gəlmişdilər. Nemət Sabirli jurnalist idi. Nüfuzlu 
bir qəzetdə şöbə müdiri işləyirdi. Mehdixan kişinin arzusu ilə
oğlunun  ad  gününü  qayınatasının  kəndində  keçirməyə  razı 
olmuşdu.  Onlar  tək  gəlməmişdilər.  Nemət  üzbəüz  mənzildə
tənha yaşayan qonşusu, istefada olan polis polkovniki Qanbay 
Qasımlmı  və  dostu,  cinayət-  axtarış  polisi,  kapitan  Mahir 
Talıbovu  da  özü  ilə  gətirmişdi.  İstəmişdi  ki,  onlar  həm  ad 
günündə  iştirak  etsinlər,  həm  də  bir-iki  gün  istirahət  edib, 
Göydağın təmiz havasından udsunlar. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org

Qanbay Qasımlı qırx yaşlarında, bir qədər arıq, ağıllı gözləri, 
nazik  sərt  qaşları  sifətinə  xüsusi  ifadə  verən  qaşqabaqlı  bir 
adam idi. 
Mahir  Talıbov  isə  otuz  yaşında,  orta  boylu,  qaraşın,  qaynar 
təbiətli  bir  gənc  idi.  İdmanla  məşğul  olmağı,  uzun-uzadı 
söhbət  etməyi,  dostlarla  gəzintini  xoşlayırdı.  Bakıda,  rayon 
polis şöbələrinin birində cinayət-axtarış bölməsində işləyirdi 
və  heç də  pis işçi  hesab  olunmurdu.  Rəhbərlik  onun  həddən 
artıq zirəkliyini, başladığı işi başa çatdırmaq üçün sona qədər, 
hər  vasitədən  istifadə  edərək  çarpışmasını  nəzərə  alıb  bəzi 
ərköyün  hərəkətlərinə  göz  yumurdu.  Qayınatasının  böyük 
vəzifədə  işləməsi  də  bu  məsələdə  öz  təsirini  göstərirdi. 
Mahirin iş əsnasında başına çox qəribə və maraqlı hadisələr 
gəlmişdi ki, onlardan bir neçəsi, xüsusilə sizə 
danışacağım  bu  kiçik  əhvalat  şöbə  əməkdaşlarının  dilindən 
düşmürdü. 
... Onun işlədiyi bölmə bir cinayətkar qrupun izinə düşmüşdü. 
Mahirə  bu  qrupun  üzvü  olan  gənc  bir  qızı  izləmək 
tapşırılmışdı.  Həmin  gün  qız  bulvarda,  dəniz  gəzintisi  üçün 
bilet  verən  kassanın  yanında  bir  kişi  ilə  görüşməli  idi.  O, 
Azneft  meydanından  keçib  bulvara  girdi  və  arxayın 
addımlarla  görüş  yerinə  doğru  irəliləməyə  başladı.  Əyninə
qara şalvar, mavi, qolsuz köynək geymiş, gözünə qara eynək 
taxmışdı.  Çiynindən  qara  rəngli  çanta  sallanırdı.  Dalınca 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org

düşmüş  oğlandan  isə  xəbəri  yox  idi.  Əyninə  cins  şalvar  və
damalı köynək geymiş 
Mahir əllərini ciblərinə qoyub, saqqız çeynəyə- çeynəyə qızın 
arxasınca gəlirdi. 
Bu zaman Mahirin cib telefonu səsləndi. Zəng vuran rəisi idi. 
Qızın  həmin  anda  harada  olduğu  ilə  maraqlandı.  Və  bunu 
öyrənən kimi, qəribə göstəriş verdi: 
-  Nəyin  bahasına  olursa  olsun,  qızı,  heç  olmazsa,  on  dəqiqə
gecikdir! Həmin kişi görüş yerində həbs olunacaq. Qız bunu 
görməməlidir! Onu şübhələndirmədən ləngitməyə çalış! 
Mahir  telefonu  qapayıb  cibinə  qoydu  və  nə  edəcəyini 
fikirləşməyə başladı. Qız görüş yerinə yaxınlaşırdı. Bir azdan 
gec  olacaqdı.  Nəsə  etmək  lazım  idi.  Birdən  addımlarını 
sürətləndirib qıza yaxınlaşdı: 

Gözəl  qız,  ağlımı  başımdan  almısınız,  xahiş  edirəm, 
qaytarın onu! 
Qız arxaya çevrilib: 

Sənin  ağlın  var  idi  yəni?  -  deyə  soruşdu  və  yolundan 
qalmadı. 
Mahir cəld onun qabağını kəsdi: 

Ağlım  olmasaydı,  bu  cür  gözəlliyi  görməzdim.  Gəlin, 
tanış olaq! 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org


Çəkilin! - qız onu yolundan itələyib sürətini artırdı. 
Çarəsi  kəsilən  Mahir  birdən  nə  düşündüsə,  qızın  çantasını 
qapıb əks tərəfə qaçmağa başladı. Qız dəli kimi qışqırıb onun 
dalınca düşdü. Mahirə də elə bu lazım idi. Ətrafdakı adamların 
məzəmmət və nifrət dolu baxışlarını vecinə də almadan bulvar 
boyu qaçırdı. 

Dayan, oğru köpək oğlu! 
Mahirdən çox da geri qalmayan qız qışqırıb onu söyürdü. 

Tutun onu! 
Bir  cavan  oğlan  Mahiri  tutub  saxlamaq  istədi.  Ancaq, 
alınmadı.  Mahir  onu  itələyib  qaçışını  davam  etdirdi.  Qız  da
arxasınca  qaçırdı.  Azneftə  yaxınlaşanda,  qabaqdan  gələn  üç 
nəfər polis patrulu Mahiri tutub saxladı. Çantanı əlindən alıb, 
təngnəfəs gəlib yetişən qıza qaytardılar və onu bir az söhbətə
tutub  buraxdılar.  Mahiri  isə  maşına  basıb  polis  bölməsinə
apardılar. 
Onun tapşırıq yerinə yetirdiyinə heç cür inanmırdılar. Yalnız, 
Mahir öz rəisinə zəng vurandan və rəis işə qarışandan sonra 
onu azad etdilər. 
Rəisin  kapitan  Talıbova  təşəkkür  etməkdən  başqa  əlacı 
qalmadı. Əməliyyat müvəffəqiyyətlə baş tutmuşdu... 
Polkovnik  Qasımlı  ilə  Mahir  Talıbovun  əsas  xasiyyətləri 
uyğun gəlməsə də və dünən tanış olmalanna baxmayaraq tez 
downloaded from KitabYurdu.org


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə