Elxan Elatlı PƏNCƏRƏDƏ GÖRÜNƏn köLGƏ detektiv roman



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə15/43
tarix26.03.2018
ölçüsü4,8 Kb.
#34151
növüYazı
1   ...   11   12   13   14   15   16   17   18   ...   43

downloaded from KitabYurdu.org
64 

Orta məktəbdə. 6 nömrəli məktəbdə. 
Kapitan Vəliyev daha bir neçə sual verib 
ayağa qalxdı. Zəlimxan kişi ilə görüşüb
Rəhilənin ünvanını öyrənmək üçün polis şöbəsinə qayıtdı. 
Həmin  vaxt  Əmirəliyev  öz  kabinetində  Qiyas  müəllimi 
danışdırırdı. O, mərhumun qonşusundan yeni bir şey öyrənə
bilmədi.  Qiyas  özü  isə  şübhə  doğurmurdu.  Onun  boyu 
Mahmudunkundan qısa idi. O məşum gecədə isə 
pəncərəyə  boyca  Mahmuddan  hündür  adamın  kölgəsi 
düşmüşdü. 
Mayor  Əmirəliyev  Qiyası  evə  buraxıb,  Rafaeli  qəbul  etdi. 
Onun  raportunu  dinləyib,  Rəhiləni  tapmağı  tapşırdı.  Bölmə
rəisini Səfayənin axtarışı o qədər də ciddi maraqlandırmırdı. 
Göydağ kəndində qanlı cinayət baş vermişdi və bu cinayətin 
açılması bu saat hər şeydən daha vacib idi. 
Cinayətin  sədası  artıq  bütün  rayona  yayılmışdı.  Hər  yerdə
pəncərəyə  düşən  məchul  kölgədən  danışırdılar.  Qadın  və
uşaqlar gecələr qorxudan həyətə düşə bilmir, görünən hər bir 
kölgədən  diksinirdilər.  Qanlı  cinayətin  kölgəsi  adamların 
üzündə gəzirdi... 
Mayor  Telman  Əmirəliyev  səhər  işə  gələn  kimi  şöbənin 
qarşısında  dayanmış  arıq  oğlanı  kabinetə  çağırdı.  Adı 
Cavanşir  olan  bu  oğlan  Dərəçayda  yaşayırdı  və  o  da  Sabir 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
65 
kimi  hər  gün  öz  maşınında  şəhərə  sərnişin  aparıb  gətirirdi. 
Cavanşiri  Əmirəliyev  özü  çağırtdırmışdı.  O,  dünən 
öyrənmişdi ki, Cavanşir mayın 18-də şəhərdən həmişəki kimi 
günortaya  yaxın  yox,  axşamüstü  çıxıb.  Bu  sürücü  mayorun 
etibarlı adamlarından idi və Əmirəliyev onu bu işlə əlaqədar 
onsuz da danışdıracaqdı. Odur ki, kabinetə girən kimi, stolun 
arxasına  keçib,  Cavanşirə  də  oturmaq  üçün  stul  göstərdi  və
birbaşa əsas mətləbə keçdi: 

Mahmudun öldürülməsində kimdənsə şübhən varmı? 
Cavanşir  boynunu  qaşıyıb  bir  az  fikirləşdi  və  nəhayət, 
dilləndi: 

Yox,  Telman  müəllim,  ağlım  heç  nə  kəsmir  bu  barədə. 
Mahmudun  düşməni  olduğunu  eşitməmişdim.  O,  hamı  ilə
mehriban olub, hamının işinə yarayıb. Bircə qardaşı ilə yola 
getmirdilər. Daha doğrusu, Ağayar özü ona qarşı nankor olub. 

Onun barəsində fikrin nədir? 
Cavanşir yenə boynunu qaşıdı: 

Necə deyim?.. Davakann biridir. Kəndlərində də heç kəs 
onunla  oturub-durmur.  Danışırlar  ki,  həmin  gün  günortadan 
bir  az  sonra  qardaşının  həyətindən  çıxan  görüblər.  Deyinə-
deyinə  gedirmiş.  Ancaq  mən  şəxsən  inanmıram  ki,  o,  bu 
boyda cinayətə əl ata. Necə olmasa, qardaşdı... 

Kim görüb onu? - mayor onun sözünü kəsdi. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
66 

Vallah bilmirəm. Lazımdırsa, öyrənib deyərəm. 

Mütləq  öyrən!  -  Əmirəliyev  stolun  üstündən  karandaşı 
götürüb,  arxasını  stola  vurmağa  başladı.  -  Saat  neçədə  olub 
bu? 

3 ilə 4 arası olub, deyilənə görə... 

Sən ayın 18-də kəndə nə vaxt qayıtmısan? - mayor başqa 
suala keçdi. 

O gün şəhərdə bir az işlərim var idi. Müştərilərimi başqa 
maşınla  yola  saldım.  Özüm  kəndə  qayıdanda  havanın 
qaralmağına az qalmışdı. 

Yolda kimə rast gəldin? 

Bayəddinin  maşını  meşə  yolunun  başlanğıcında,  üzü 
kəndə dayanmışdı. 

Niyə dayanmışdı? 

Bayəddin  düşüb  kapotu  açmışdı.  Yəqin  maşın  xarab 
olubmuş. Onunla yaxşı münasibətim olmadığı üçün dayanıb 
köməyimi təklif etmədim. 

Kimi aparırdı Bayəddin? 

Mən maşında başqa adam görmədim. 

Dəqiq deyirsən? - Əmirəliyev Cavanşirin gözlərinin içinə
baxdı. 

Necə deyim? - Cavanşir inamsız dilləndi. 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
67 
-  Mən  hələ  asfalt  yolda  olanda,  uzaqdan  o  maşını  gördüm. 
Meşə  yoluna  yaxınlaşdıqca  maşın  daha  aydın  görünürdü. 
Sürücünün arxasındakı qapı açıq idi. Mənə elə gəldi ki, kimsə
içəridən  əlini  uzadıb  qapını  örtdü.  Mən  maşının  yanından 
keçərkən ani olaraq başımı döndərib baxdım. Maşının içində
heç kəs yox idi. 

Nağıl danışırsan? - mayor istehza ilə soruşdu. 

Yox,  rəis!  Nə  görmüşəm,  onu  danışıram.  Mən  and  içə
bilərəm ki, qapı açıq idi. Sonra örtüldü... 

Bəlkə Bayəddin özü örtüb qapını? 

Bayəddin maşının qarşısında mühərriklə əlləşirdi. Qapını 
örtən o deyildi. 

Deməli, sən qapını örtən adamın əlini gördün? 

Heç  əlini  də  görmədim...  -  Cavanşir  gözlərini  döyüb 
bölmə rəisinə baxdı. - Ancaq atamın canı üçün qapı açıq idi, 
sonra örtüldü. 

Sonra  da  boylanıb  baxdın  və  maşının  içində  heç  kəsi 
görmədin, eləmi? 

Bəli. 

Bəlkə  o  adam  sənin  maşınını  görüb,  qapını  örtüb  və
dərhal əyilib ki, sən onu görməyəsən. 
Ola bilər? 
downloaded from KitabYurdu.org


downloaded from KitabYurdu.org
68 
-
Ola bilər... 
-
Sən gedə bilərsən! Bu söhbət də öz aramızda qalsın! 
-
Baş üstə, Telman müəllim! 
Əmirəliyev sürücünü buraxıb kabinetdə tək 
qaldı və başını əlləri arasına alıb, dərin fikrə getdi. 

Belə-belə  işlər...  Deməli,  həmin  gecə  Bayəddinin 
maşınında  sərnişin  də  olubmuş.  Əgər  Bayəddin  həmin 
sərnişinin  kimliyini  gizlədirsə,  deməli,  həmin  adam  və  eyni 
zamanda Bayəddin özü Mahmudun ölümü ilə əlaqədardırlar. 
Buna daha şübhə ola bilməz! Bəs o adam kim olub görəsən? 
Həmin  adam  o  gecə  Bayəddinlə  geri  qayıdıb,  yoxsa 
Mahmudgildə  qalıb?  Ya bəlkə  piyada qonşu  kəndə  gedib?... 
Bu suallara gec-tez cavab tapılmalı idi. Bu öz yerində... Ancaq 
Cavanşirlə söhbətdə bölmə rəisinə bir şey qəti aydın olmuşdu 
ki,  o  da  Bayəddinin  yalan  danışması  idi.  Adi  bir  sürücü 
təcrübəli əməliyyat işçisini aldada bilmişdi! 
Əmirəliyev  yumruğunu  elə  sıxdı  ki,  barmaqlan  şaqqıldadı. 
Ayağa  qalxıb  bir  siqaret  yandırdı.  Hirsindən  nə  edəcəyini 
bilmirdi.  Kiçik  kabinetdə  bir  az  o  baş-bu  başa  gəzdi.  Sonra 
daxili telefonu götürüb, kapitan Vəliyevə yanma gəlməyi əmr 
etdi. 
downloaded from KitabYurdu.org


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə