downloaded from KitabYurdu.org
49
-
Mənimlə niyə belə danışırsınız? - Əhliman kəskin
hərəkətlə qolunu dartıb mayorun əlindən çıxartdı. - Mahmud
mənim ən yaxın qonşum olub. Dərdimiz-sərimiz bir olub
bizim.
Onun danışığı mayor Əmirəliyevin xoşuna gəlmədi. Nəsə
demək istəyirdi ki, Mehdixan kişi söhbətə qarışdı:
-
Ay oğul, sən niyə belə darqursaq olursan? Rəis səndən
söz soruşur. Bilirsənsə cavab ver, bilmirsənsə de ki, bilmirəm.
-
Mən heç kəsin özünü görməmişəm. Ancaq kölgə
görmüşəm... - Əhliman ağır-ağır dilləndi.
-
Kölgə?! - müstəntiq təəccüblə sual verdi.
-
Bəli...
-
Harada görmüsən o kölgəni?
-
Mahmudun evinin pəncərəsində, - Əhliman sakitləşib
səbirlə danışmağa başladı: - Axşam saat ıo olardı. Evə
çıxırdım. Pilləkənlərin başında bir anlıq dayanıb buraya
baxdım. İşıqlar söndüyü üçün təkcə bir otağın pəncərəsindən
neft lampasının işığı gəlirdi. Bu vaxt pəncərədə yad bir
adamın kölgəsini gördüm...
-
Nəyə görə deyirsən ki, o, yad adamın kölgəsi idi? Bəlkə
Mahmudun öz kölgəsi olub? - Zeynalov soruşdu.
downloaded from KitabYurdu.org
downloaded from KitabYurdu.org
50
-
Yox, o yad adamın kölgəsi idi! - Əhliman qəti cavab
verdi. - Arıq, uzun adamın kölgəsinə oxşayırdı. Sonrası da ki,
arada bir anlıq Mahmudun da kölgəsini gördüm.
-
Onlar nə edirdilər? - yenə müstəntiq sual verdi.
-
Deyə bilmərəm. Həmin yad adam ayaq üstə durub
danışırdı. Əl-qol hərəkətlərindən başa düşdüm.
-
Sonra?
-
Sonra... - Əhliman çiynini çəkdi. - Dönüb evə girdim.
-
Heç nədən şübhələnmədin?
-
Yox, sadəcə fikirləşdim ki, qonağı var. - Əhliman dedi və
sonra isə özü sual verdi: - Onu gecə öldürüblər?
Müstəntiq başı ilə təsdiq edib növbəti sualını verdi:
-
Ümumiyyətlə, bu işdə şübhələndiyin bir adam var?
-
Yox! - Əhliman başını buladı. - Mən onu bu kənddə
hamıdan yaxşı tanıyırdım. Heç bir düşməni-zadı yox idi onun.
Bu vaxt Mehdixan kişi söhbətə qarışdı:
-
Bir gün əvvəl, gecə buraya bir maşın gəlibmiş. Əhlimanın
oğlu danışdı.
Müstəntiq və mayor Əmirəliyev sualedici nəzərlərlə
Əhlimana baxdılar.
downloaded from KitabYurdu.org
downloaded from KitabYurdu.org
51
-
Hə... - Əhliman danışmağa başladı. - Gecə saat 12 olardı.
Yatağıma girmişdim. Amma hələ yatmamışdım. Bir az
narahat idim. Ona görə də maşın səsi eşidən kimi geyinib
pilləkənin başına çıxdım. Maşın «UAZ» idi. Mahmudgilə
gəlmişdi. Qapı açılıb örtüldü. Kimsə maşından düşdü. Mən
içəri girdim. Az keçmiş, maşın yola düşüb getdi. Maşın
gələndə Mahmud hələ yatmamışdı, evin işıqları yanırdı.
-
Maşını tanıdın? Kimin maşını idi? - Bölmə rəisi soruşdu.
-
Yox, tanımadım!
-
Sən nə üçün narahat idin? - müstəntiq qəfil sual verdi.
Əhliman ətrafına boylandı:
-
Həyat yoldaşım küsüb şəhərə - atasıgilə getmişdi.
Qayıtmadığına görə narahat idim.
Bu zaman icra nümayəndəsi söhbətə qarışmağı lazım bildi:
- Gəlin, gedək bizim həyətdə həm çay için, həm də söhbətinizi
davam etdirin.
Müstəntiq razılaşdı. Elə oldu ki, həmin vaxt xəstəxana maşını
da gəlib çıxdı. Meyiti maşına qoyub, Ağamuradla şəhərə yola
saldılar. Sonra evin qapısını bağlayıb açarı İcra
nümayəndəsinə verdilər.
Mehdixan kişi qonaqlan öz evinə aparanda Əhlimana tapşırdı
ki, yarım saat sonra onun yanma gəlsin...
downloaded from KitabYurdu.org
downloaded from KitabYurdu.org
52
Maşını icra nümayəndəsinin evi qarşısına sürdülər. Nuridə
təzə gələn qonaqlar üçün həyətdəki stolda süfrə açdı. Çay
gətirdi. Qanbay Qasımlı, Mahir və Nemət heyva ağacının
kölgəsində dincəlirdilər.
-
Qonağın var, deyəsən, ağsaqqal? - Əmirəliyev ev
sahibindən soruşdu.
-
Bəli! Qızımın əridir, bir də onun jurnalist dostları.
-
Bizim söhbətimiz yarımçıq qaldı. Nədi onun adı?.. Hə,
Əhlimanla! - mayor çaydan bir qurtum içib sual dolu baxışla
Mehdixan kişiyə baxdı.
Ev sahibi Əhlimanın arvadının srağagün səhər tezdən kənddən
çıxıb geri qayıtmadığını onlara danışdı. Əmirəliyev bir az
fikirləşib dilləndi:
-
Deməli, aym 18-də səhər evdən çıxıb. Dünən, yəni, 19-u
axşamı bu hadisə baş verib. Bu hadisələr arasında bir əlaqə
yoxdur, görəsən? O qadın, yəni Əhlimanın arvadı
ayağısürüşkən deyil ki?
-
Yox! Yox! Nə danışırsınız? - kəndin ağsaqqalı qəti
şəkildə əlini yellədi. - Çox sakit, mərifətli bir qadındır. Bu
hadisəyə də heç bir dəxli ola bilməz. Amma hər halda,
axtarmaq lazımdır. Hər şey ola bilər!
Müstəntiq Zeynalov söhbətə qarışdı:
downloaded from KitabYurdu.org
downloaded from KitabYurdu.org
53
-
Qadının axtarışını Əmirəliyev kiməsə tapşırar. O,
problem deyil. Əsas məsələ dünən axşamkı cinayətin
açılmasıdır. Siz bu kənddə, eləcə də qonşu kənddə olan UAZ
sürücülərinin siyahısını bizə verin. Həm də, sabah onlar
şöbəyə gəlsinlər. Əmirəliyevin yanına. - Sonra üzünü mayora
tutdu: - Telman müəllim, siz də rayon mərkəzindəki UAZ-
lann siyahısını tərtib etdirib hamısı ilə söhbət aparın. O gecə
kəndə gəlmiş maşının sürücüsü təcili tapılmalıdır. Həmin
sürücü o gecə Mahmudgilə nə üçün gəlib, və ya kimi gətirib,
bu aydınlaşmalıdır!
- Ondan narahat olma! - mayor əlini sinəsinə qoydu. - Mənə
də Əmirəliyev deyərlər. O sürücünü axşama kimi tapmasam,
adımı dəyişərəm!
Müstəntiq nəsə demək istəyirdi ki, Əhliman gəlib çıxdı. Ev
sahibi onu süfrəyə dəvət etdi. Çox dilxor görünən Əhliman
keçib stolun nisbətən kənarında əyləşdi.
Əmirəliyev onu kəskin baxışlarıyla süzüb, güclə sezilən
istehza ilə soruşdu:
-
Arvadı neyləmisən, ə?
Sualın deyiliş tərzi Əhlimana toxunsa da, özünü ələ alıb sakit
cavab verdi:
-
Srağagün səhər kənddən çıxıb, şəhərə gedib. Atasıgilə...
Atası onu danlayıb ki, evinə qayıtsın. O isə oradan çıxıb və
haraya getdiyi məlum deyil...
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |