Elşən Hacızadə Vahid Axundov Ziyad Səmədzadə Fazil Məmmədov Kəmaləddin Heydərov Şahin Mustafayev Azər Əmiraslanov



Yüklə 12,44 Mb.
Pdf görüntüsü
səhifə13/44
tarix16.08.2018
ölçüsü12,44 Mb.
#63300
1   ...   9   10   11   12   13   14   15   16   ...   44

Alıyev Isa Huseyn ogli
Ph.D in Economic
Samandarov Seyfaddin Sabir oqli
Ph.D in Economic
Azerbaijan National Academy of Science Institute of Economy
Taxation and other economic issues in Nizam al-Mulk
Abstract
The article reflects of economic thought and economic concepts including tax problems which
belonged to Nizamulmulk. The publication studies some thoughts author of middle ages of Nizamal-
mulk. The article discusses the bioqraphy and also results of the analysis of theoretical leqacy of the
well known Azerbaijan scientist - He was the author of article, he wrote interesting papers «Siyaset-
name» on political and  economical sciences, as well as on same applied economic and tax prob-
lems.
Purpose - Research of  economic thought and economic concepts including tax problems which
belonged to author of middle ages.
Design/methodology/approach - Research methodology- the system approach, the comparative
analysis, deduction method.
Finding - Results of research- formation of tax policy in accordance of historical heritage which
providing economic safety and business activity.
Research limitations/implications - specific materials demands research on wider emprical base
Practical implications - The practical importance of research in accordance historical heritage to
determine more efficient economical and tax mechainzms.
Originality/value - Originality of research and scientific novelty an investigated problem is entered
for the first time into scientific turn  at the present stage of tax reforms.
Key words: Azerbaijan economy, economical conсepts, tax policy, taxation
JEL Classification Codes: B1, B26, E62, H2
Məqalə redaksiyaya daxil olmuşdur: 03.03.11.
Çapa qəbul olunmuşdur: 04.04.11.
32
İ.Alıyev, S.Səməndərov. Nizamülmülkün... iqtisadi məsələlərlə əlaqədar dəyərləndirmələri 


UOT 338.246:336.15
İqtisadi islahatların aparılmasında 
audit xidmətinin rolu
Xülasə
Tədqiqatın məqsədi - Azərbaycanda iqtisadi islahatların müasir vəziyyətinin auditi
və regionlar üzrə onların istiqamətlərini müəyyən etmək.
Tədqiqatın metodologiyası - sistemli yanaşma, audit üsulu.
Tədqiqatın nəticələri - iqtisadi islahatların ümumi daxili məhsula təsirinin və bu
təsirin müsbət istiqamətdə artırılması yolların müəyyənləşdirilməsi.
Tədqiqatın məhdudiyyətləri - mütərəqqi təsərrüfat formaları şəraitində daha geniş
miqyaslı islahatların aparılmasını tələb edir.
Tədqiqatın  praktiki  əhəmiyyəti -  iqtisadi  islahatların  səmərəli  istifadə  is-
tiqamətlərində alternativ mənbələrin müəyyən edilməsi.
Tədqiqatın  orijinallığı  və  yeniliyi -  iqtisadi  islahatların  şəffavlığının  təmin
edilməsində audit xidməti.
Açar sözlər: Azərbaycan iqtisadiyyatı, iqtisadi islahatlar, sənaye siyasəti, audit
xidməti.
Giriş
Qloballaşan dünyada o dövlətlər dinamik və sabit inkişaf edir ki, onlar davamlı
olaraq iqtisadi islahatlar aparırlar. Bu gün tam cəsarətlə demək olar ki, Azərbaycan
belə dövlətlərdəndir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və Azər-
baycanın  milli  maraqlarına,  dinamik  və  keyfiyyətli  inkişafına,  xalqın  yaşayış
səviyyəsinin yaxşılaşdırılmasına xidmət edən, inkişaf strategiyası artıq 2003-cü ildən
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 4/2011.
33
*Azərbaycan Dövlət İqtisad Universiteti. AZ1000. Bakı şəhəri,  İstiqlaliyyət küç. 6.
fazil.haciyev@gmail.com  
Hacıyev Fazil Şöhlət oğlu *
dosent, iqtisad elmləri üzrə fəlsəfə doktoru
AUDİT XİDMƏTİ
Səh.33-42


34
F.Hacıyev. İqtisadi islahatların aparılmasında audit xidmətinin rolu
etibarən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla
davam etdirilir. Belə ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bər-
pasından sonra ölkə iqtisadiyyatının bazar münasibətlərinə keçidi ilə əlaqədar olaraq,
yeni siyasi, institusional, hüquqi, iqtisadi, sosial, psixoloji xarakterli problemlərin
meydana  çıxması,  keçmiş  SSRİ  respublikaları  arasında  mövcud  olmuş  iqtisadi
əlaqələrin qurulması və ənənəvi bazarlarda xarici firmalar tərəfindən rəqabətin art-
ması, regiondakı qeyri-stabillik və iqtisadiyyatda geriləmə proseslərinin baş verməsi
şəraitində, cəmiyyətin bütün sahələrində olduğu kimi, iqtisadiyyatda da əsaslı isla-
hatlar aparılmasını qaçılmaz zərurətə çevirdi.
Bazar iqtisadiyyatı şəraitində struktur siyasətinin həyata keçirilməsi və bazar in-
frastrukturunun formalaşması mühüm amillərdən biridir. Eyni zamanda, bazar mü-
nasibətlərinə əsaslanan iqtisadi islahatların həyata keçirilməsi zəruri qanunvericilik
bazasının formalaşması istiqamətində tədbirlər həyata keçirilmişdir. 
Azərbaycanda inflyasiyanın səviyyəsi
Bu islahatlar (Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi
haqqında, aqrar sahədə islahatlar, sahibkarlığın inkişafı, sənayenin inkişafı və son
illər həyata keçirilən digər iqtisadi islahatlar və s.) hər şeydən öncə, milli iqtisadiy-
yatın sosial və iqtisadi vəziyyətini xarakterizə edən əsas indiqator olan ümumi daxili
məhsulun (ÜDM) ilbəil artmasına imkan vermişdir. Məhz buna görə ölkəmizdə
Beynəlxalq Valyuta Fondunun meyarı ilə qiymətləndirsək, iqtisadi islahatların uğurla
həyata keçirilməsi nəticəsində iqtisadi islahatların səmərəlilik indeksi (İSİ) normal
vəziyyətdə dəyişmişdir. Bu meyarın mahiyyəti ondan ibarətdir ki, ölkədə iqtisadi is-
lahatların  müvəffəqiyyətlə  aparılması  ÜDM-in  və  inflyasiyanın  dəyişmə  temp-
lərindən asılı olaraq müəyyən edilir. İslahatların aparılması meyarı - İSİ aşağıdakı
münasibətlə müəyyən edilir [1, 2]:
İSİ = ÜDM - İNF + 15 faiz
Burada, İSİ – islahatların səmərəlilik indeksi;
ÜDM – ÜDM-in artımı;
İNF – mövcud inflyasiya səviyyəsi;
15 faiz - inflyasiyanın aşağı səviyyəsi;
Burada,  ÜDM  və  İNF  uyğun  olaraq  ÜDM-un  artım  tempi  və  inflyasiyanın
səviyyəsini  əks  etdirir.  Cədvəl  1-də  bu  indeksin  1994-2010-cu  illər  üçün
qiymətləndirilməsi aparılmışdır. Beynəlxalq Valyuta Fondunun ekspertlərinin rəyinə
görə keçid iqtisadiyyatı ölkələri üçün ÜDM-un 5 faiz artım tempi və 10 faiz inflya-
siya  səviyyəsi  (cəmi  15  faiz)  onlar  üçün  mümkün  aşağı  səviyyəsi  sayılır.  Bu
qiymətləri formulada yerinə qoysaq İSİ = 10 faiz səviyyəsi alınar ki, bu da iqtisadi
islahatların inkişafının müvəffəqiyyətinin aşağı həddidir:


Yüklə 12,44 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə