Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor


aradan  qaldırılmasında  müstəsna  rol  oynamışdır.  Real  bazar



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə17/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   13   14   15   16   17   18   19   20   ...   130

aradan  qaldırılmasında  müstəsna  rol  oynamışdır.  Real  bazar 
inhisarizmin  iqtisadi  əsaslarının  formalaşması,  onun  dayanıqlıq 
səviyyəsinin  yüksəldilməsi,  sosial  və  iqtisadi  olanlar  arasında 
dialektik  bütövlüyün  yaranması  üçün  ideal  zəmin  hazırlamaqla, 
eyni  zamanda  onun  (inhisarizmin)  «təbiiliyinin»  əhəmiyyətli 
dərəcədə  qabardı  İmasına  rəvac  vermişdir.  İkincisi,  problemin 
qeyd  etdiyimiz  səpgidə  qoyuluşu  həm  də  ona  dəlalət  edir  ki, 
ümumiyyətlə,  bazarın  meydana  gəlməsi  mənafelərin  daha  tam 
şəkildə  ödənilməsi  tələbinin  yaxud  həmin  prizmadan  ictimai 
«sifarişin» nəticəsindən başqa bir şey deyildir. İqtisadi proseslərdə 
əlahiddələşmə  mənafelər  mövqeyindən  «xüsusiliyin»  ön  plana 
çəkilməsi kimi də başa düşülə bilər. Yəni, iqtisadi səciyyə daşıyan 
hadisələrdə  «iqtisadi»nin  mütləqləşdirilməsi,  konkretləşdirilməsi 
və  öncüllüyünün  birmənalı  qəbulu  heç  də  «sosial»ın 
mücərrədləşdirilməsini, «simasızlaşdınlmasını» tələb etmir. Əksinə, 
iqtisadi  inkişaf  qanunları  və  qanunauyğunluqlarının  obyektiv 
xarakteri ictimai «sifarişin» məntiqi əsaslarına söykənməklə qəbul 
ediləndir.  Həqiqətən  də,  «iqtisadi»  olan  «sosialın»  maddiləşmiş 
təzahüründən  başqa  bir  şey  deyildir.  Eyni  zamanda,  «sosialın» 
mövcudluğu və inkişafı «iqtisadi»dən funksional asılılıqdadır. Belə 
olan  təqdirdə  mənafelərin  daha  tam  ödənilməsi  «ümumilik» 
səciyyəsi  daşısa  da,  elə  həmin  mənafelər  müstəvisində 
qıııplaşmaların  meydana  çıxmasını  da  şövqləndirir.  Başqa  sözlə, 
inhisarizmin  intişarı  artıq  dialektik  bağlılıqda  olan  proseslərin 
məntiqi yekunu, təbii nəticəsi kimi baş verir və əvvəlki, yəni bazara 
qədərki dövrlə müqayisədə ikitərəfli səciyyə kəsb edir. 
Üçüncüsü,  bazarın  özünün  təkamülü  tarixinin  müxtəlif 
mərhələlərinə  uyğun  olaraq,  inhisarizmin  təzahür  formaları  da 
dəyişir.  Demokratik  prinsiplər  bazasında  formalaşan  vətəndaş 
cəmiyyətinin mövcudluğu inhisarizmin təklik, vahidlik aspektlərini 
çoxluqla,  müxtəlifliklə  əvəz  edir.  Müxtəlif  səviyyəli  və  imkanlı 
mənafe  qruplannm  üz-üzə  gəlməsi,  sosial-siyasi  mahiyyət  daşıyan 
islahat yaxud dəyişikliklərin aparılması ilə tənzimlənir. Bu heç də o 
demək deyildir ki, sözügedən dəyişikliklər sosial qaydaların köklü 
surətdə yeniləşməsi ilə nəticələnməlidir. Yəni, qeyd edilən problemə 
marksist 
«qlobalizmi» 
mövqeyindən 
baxış 
tamamilə 
yolverilməzdir. 
46 


Belə  ki,  sosial  problemlər  ümumbəşəri  məzmuna  paralel  olaraq, 
həm də milli-etnik mahiyyətə malikdir. Bu baxımdan biz D.Starkın 
belə bir fikri ilə tam razıyıq ki, həqiqətən də sosial sferada həyata 
keçirilən  əsaslı  dəyişikliklər  heç  də  bir  sosial  qaydadan  digərinə 
keçid  deyildir.  Bu  dəyişikliklər  çoxsaylı  sosial  qaydalar  arasında 
qarşılıqlı  əlaqələr 
sisteminin  yeniləşdirilməsidir,  mövcud 
strukturun 
yeni 
prinsiplər 
əsasında 
formalaşdırılmış 
kombinasiyasıdır^\  Bazar  fəaliyyətində  milli  spesifikliyin 
mövcudluğu  o  deməkdir  ki,  istənilən  səpgili  dəyişiklildərin 
nüvəsində  tarixi-təkamül  prosesinin  formalaşdırdığı  və  əksər 
hallarda mahiyyətcə sabit xarakter daşıyan milli qaydalar durur və 
o,  sosial  sfcradakı  dəyişikliklərin  inqi-  labiliyini  qəbul  etmir  və 
bütün  gücü  ilə  müqavimət  göstərir.  Başqa  sözlə,  söhbət  ən  yaxşı 
halda  həmin  milli  qaydaların  yeni  prinsiplər  əsasında  təşkilindən 
gedə bilər, onların məzmunca dəyişdirilməsindən yox! Məhz buna 
görə  də,  cəmiyyətin  idarə  edilməsi  sferasında  xüsusi  imtiyazların 
bir  yaxud  bir  neçə  əldə  cəmlənməsi  yaxud  inhisarizmin  müxtəlif 
səviyyəli və formalı təzahürü milli aspektdən birbaşa asılılıqdadır. 
Və, nəhayət qeyd etmək lazımdır ki, müasir sosial- iqtisadi 
situasiya  çərçivəsində  inhisarizmin  formalaşması  həm  lokal,  həm 
də regional və qlobal mənafelərin uyğunlaşdırıl- ması istiqamətində 
problematik  məqamların  meydana  çıxmasına  səbəb  olur.  Belə  ki, 
inhisarizm  ictimai  həyatın  bütün  sferalarına  nüfuz  etməklə, 
ümummilli  mənafeləri  arxa  plana  keçirir  və  əksər  hallarda 
əlahiddələşmiş korporativ maraqların əsirinə çevrilir (şək. 1.7.). 
Başqa  sözlə,  inhisarçı  fəaliyyət  göstərən  iqtisadi  subyekt 
ölkənin iqtisadi inkişaf strategiyasından tutmuş, siyasi partiyaların, 
seçki kompaniyalarının maliyyələşdirilməsinə qədər bütün ictimai 
proses  və  hadisələrdə  yaxından iştirak  etməklə,  xüsusi mənafenin 
öncüllüyünün  təminatına  çalışır  və  nəticə  etibarı  ilə  inhisarizm 
doğurur. 
Dünya 
iqtisadiyyatının 
qloballaşması 
prosesinin 
sürətlənməsi  isə  həmin  «yaranışın»  ümumbəşəri  bəlaya 
çevrilməsinə gətirib çıxarır. 
Stark D. Recombinat Property in East European Capitalism-American 
Joıu'nal of Sociolopy, 1996. Vol. 101 N4. p.993-1027 
47 


 
Şək.]. 7. Inhisarizmin formalaşmast mexanizmi 
İstehsal  və  kapitalın  transmilliləşməsi,  milli  mənsubiyyəti 
bəlli olmayan beynəlxalq istehsal komplekslərinin, qapalı xarakter 
daşıyan inteqrasiya bloklarının yaranması, sənayecə inkişaf etmiş 
ölkələrin  liberal  ekstremizmi  iqtisadi  cəhətdən  geri  qalan  əksər 
inkişaf etməkdə olan ölkələrdə lokal inhisarizmi milli mənafelərin 
yeganə təminatçısına çevirir və məcburi qaydada onun mövqelərini 
möhkəmləndirir.  Qeyd  edilən  proseslər  beynəlxalq  və  regional 
səviyyələrdə elə mürəlckəb simbioz formalı qarşılıqlı münasibətlər 
formalaşdırmışdır  ki,  ayrıca  götürülmüş  hər  hansı  bir  ölkənin 
perspektiv inkişafı lokal səciyyəli problemlərin deyil, xarici iqtisadi 
fəaliyyətin  təşkili  və  tənzimlənməsinin  səmərəlilik  və  optimallıq 
dərəcəsindən  birbaşa  asılılığa  düşmüşdür.  Eyni  zamanda, 
transmilliləşmə  və  universalizm  milli  sərhədləri  aşaraq  yalnız 
biznesin  inkişaf  qanunauyğunluqlarına  əsaslanmaqla  inhisarçı 
birlik və qrupların meydana çıxmasına və həmin istiqamətdə hər 
hansı bir tənzimləyici yaxud nəzarətedici orqanın, o cümlədən milli 
hökumətin imkanlarını ifrat dərəcədə mohdudlaşdırılmasına sobəb 
olmuşdur.  Və,  beləliklə,  həm  milli  səviyyədə,  həm  do 
milli->regional->qlobal  mənafelər  sistemində  kəskin  təzadların 
yaranmasına,  ümumbəşəri  inkişafın  sabitqədəmliliyinə  çox  güclü 
əks-təsir göstərmişdir. 
48 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə