Elmi-kütləvi nəşr



Yüklə 3,27 Mb.
Pdf görüntüsü
səhifə22/82
tarix29.07.2018
ölçüsü3,27 Mb.
#59512
1   ...   18   19   20   21   22   23   24   25   ...   82

 
79 
turşu-əsasi  xassələrini  dəyişir.  Oksihemoqlobin  daha  güclü 
turşudur,  nəinki  dezoksihemoqlobin.  Buna  görə  də 
hemoqlobinin  çox  hissəsi  hüceyrələrdə  oksigeni  itirərək 
daha  güclü  əsasi  xassəyə  malik  olur  və  hüceyrədaxili 
proseslərin metabolik gedişlərində əmələ gələn karbon qazı 
ilə 
əlaqəyə 
girir. 
Ağ 
ciyərlərin 
alveollarında 
dezoksihemoqlobin  yenidən oksihemoqlobinə çevrilir, daha 
güclü  turşu  olur  və    СО
2
-nin  qırılmasına  səbəb  olur.  Bu 
karbon  qazının  eritrositlərlə  transport  prosesinin  ən  sadə 
izahıdır.  Hüceyrələrdən  azad  olmuş  karbon  qazı  effektli 
daşınmaq üçün qənaətbəxş həll olmamışdır. Karbon qazının 
düzünə və tərsinə reaksiyasını sürətləndirən karboanhidraza 
fermentinin  köməyi  ilə  СО
2
  yaxşı  həll  olan  bikarbonat 
anionuna çevrilir:   
 
СО
2  
+ Н
2
О  

  НСО
3
  
+ Н

 
Hüceyrə  kapilyarlarında  oksigenin  ayrılması  protonla 
əlaqəyə  girən  dezoksihemoqlobinin  miqdarını  artırır  və 
beləliklə, bu prosesin tarazlığı sağa yönəlmiş olur. Asan həll 
olan  bikarbonat  ionu  qanla  daşınır.  Ağ  ciyər  alveollarında 
hemoqlobin  oksigenləşir,  protonlar  azad  olunurlar  və 
tarazlıq  sola  yönəlir.  Pis  həll  olan  karbon  qazı  СО
2
  əmələ 
gəlir  ki,  bu  da  su  fazasından  ayrılaraq  burun  dəliklərindən 
bayıra  çıxır.  Beləliklə,  hemoqlobin  dəyişən  kəmiyyətli  pK 
bufer  kimi  işləyir.  Hemoqlobinin  karbon  qazını  daşımaq 
xüsusiyyəti  onun  oksigeni  daşımaq  xüsusiyyətindən  az 
əhəmiyyət daşımır. 
 
 


 
80 
Hemoqlobinin  hüceyrələrdə  parçalanması  (öd 
piqmentlərinin əmələ gəlməsi) 
     Hemoqlobinlərin  yaşadığı  komanın  –  eritrositlərin 
yaşama müddəti ən uzağı 120 gündür, onlar sonra dağılırlar 
və bu zaman hemoqlobin azad olur {71,72}. Eritrositlərin və 
hemoqlobinin  əsas  dağıldağı  yerlər  qara  ciyər,  dalaq  və 
sümük  iliyi  orqanları  olmasına  baxmayaraq,  prinsipcə,  hər 
iki proses başqa orqanların da hüceyrələrində baş verə bilər. 
Qara  ciyərdə  hemoqlobinin  parçalanması  I  və  II  porfirin 
həlqələri  arasındakı    α-metin  əlaqəsinin  qırılması  ilə  baş 
verir. Bu proses NADF tərkibli oksidaza fermentinin iştirakı 
ilə  katalizə  olunur  və  verdoqlobin  (ho-leqlobin)  adlı  yaşıl 
piqmentin alınmasına gətirib çıxarır.  
 
Şəkil 8 
Bu  struktur  formullarında  və  daha  sonrakı  öd 
piqmentlərində M – metil qrupu (СН
3
), B – vinil qrupu (—
СН=СН
2
),  П  –  propion  turşusu  qalığıdır  (—СН
2
—СН
2

СООН). 


 
81 
     Formullardan göründüyü kimi, verdoqlobin molekulunda 
hələ  dəmir  atomu  və  zülali  komponent  itməmiş  qalır. 
Təcrübi  sübutlar  vardır  ki,  hemoqlobinin  bu  oksidləşmə 
çevrilməsində vitamin C, Fe
2+
 ionu və başqa faktorlar iştirak 
edir.  Verdoqlobinin  sonrakı  parçalanması,  ehtimal  ki, 
spontan  baş  verir  və  dəmirin,  qlobin  zülalının  və  bir  də 
biliverdin  adlı öd piqmentinin  əmələ gəlməsi  ilə sona  yetir. 
Spontan  parçalanma  pirrol  həlqələri  və  metin  körpülərində 
ikiqat rabitələr və hidrogen atomlarının yerlərini dəyişmələri 
ilə  müşahidə  olunur.  Əmələ  gələn  biliverdin  qara  ciyərdə 
fermentativ  yolla  insan  və  yırtıcı  heyvanların  əsas  öd 
piqmenti olan bilirubinə çevrilir: 
 
Şəkil 9 
Bilirubinin  əsas  əmələgəlmə  yeri  –  qara  ciyər  və  dalaqdır. 
Bütün  hüceyrələrdə  əmələ  gələn  bilirubin  qara  ciyərə  daxil 
olur, oradan da ödlə bərabər öd kisəsinə düşür. Sağlam yaşlı 
insanın  qanında  bilirubinin  ümumi  miqdarı  –  4  –  26 
mkmol/L,  orta  rəqəm  15  mkmol/L-dir.  Qanda  onun 
miqdarının 35 mkmol/L qalxması sarılığa səbəb olur. Onun 
qanda  daha  yüksək  dozası  ağır  zəhərlənmə  ilə  nəticələnir. 


 
82 
Bilirubin  qanla  bərabər  qara  ciyərə  daxil  olur,  qlükuron 
turşusu  ilə  görüşdükdən  sonra  zərərsizləşir.  Bu  prosesdə 
qlükuron turşusunu əmələ gətirən UDF-qlükuron turşusu və 
UDF-qlükuroniltransferaza fermentləri əsas rol oynayırlar. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
83 
 
Fəsil  3 
Karbon 
     
  Karbon  dövri  sistemin  IV  qrupunun  əsas  yarımqrup 
elementi olub sıra nömrəsi 6-dır. Təbii izotoplar qarışığının 
atom  kütləsi  12,0107  q/mol-dur.  Atomun  elektron 
örtüklərində paylanışı –1s
2
2s
2
2p
2
 –dir {54-57,59}.
   
 
 
 
Beynəlxalq  adı  “carbo”  (kömür)  sözündən  götürülmüş, 
sözün kökü “car” – od mənasını verir. 
Karbonun  elementar  təbiəti  1780-ci  ildə  A.Lavuazye 
tərəfindən müəyyənləşdirilmişdir.     
Karbon  adi  şəraitdə  kimyəvi  cəhətcə  inert  elemendir.  Yer 
kürəsində  kütlə  faizi  0,1-ə  bərabərdir.  Təbiətdə  saf  şəkildə 
qrafit, kömür və almaz şəklində rast gəlinir. Külli miqdarda 
o, yanar faydalı qazıntı mənbələrində (təbii qaz, neft, kömür, 
yanıcı şistlər), karbon tərkibli minerallarda (kalsit, araqonit, 
dolomit  və  s.)  yayılmışdır.  Təbiətdə  karbon  dövranında 
bitkilər,  heyvanlar,  insanlar,  yanar  faydalı  qazıntılar, 
yanmayan  minerallar,  atmosferin  karbon  qazı  iştirak  edir. 
Karbon  kosmosda  geniş  yayılmışdır;  Günəşin  tərkibində 
miqdarına  görə  o,  hidrogendən  (H),  heliumdan  (He)  və 
oksigendən (O) sonra 4-cü yeri tutur. 


Yüklə 3,27 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə