ƏLİ VƏ Nİno (1927), Qurban Səid



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/70
tarix02.01.2018
ölçüsü5,01 Kb.
#19111
1   ...   17   18   19   20   21   22   23   24   ...   70

  Mənim bu qənaətim gələcək iki qəhrəmanımın keflərini heç də pozmadı. Çünki 
müharibədə kimin qalib çıxacağı mənim kimi onları da maraqlandırmırdı. Bizimlə döyüş 
meydanı arasında dünyanın altıda biri qədər böyük bir məsafə var idi. Almanlar bu qədər 
ucsuz-bucaqsız yeri tuta bilməzdilər. Əgər almanlar lap bu qədər yeri tutsaydılar da, 
bizim üçün fərqi yox idi. Çünki bir xristian hökmdarın yerinə o biri xristian bizə 
hökmranlıq edəcəydi. İlyas bəy üçün müharibə bir məcarə idi. Məmməd Heydər üçün isə 
məktəb həyatını şərəfli bir şəkildə başa vurub, özünə bir kişi sənəti seçmək fürsəti idi. 
  Əlbəttə onların hər ikisindən yaxşı cəbhə zabiti çıxardı. Mən buna əmin idim. Çünki 
xalqımızda igidlik və cəsarət kifayət qədərdi. Amma nə fayda? Bu sualı nə İlyas bəy və nə 
də Məmməd Heydər bir kərə də olsun soruşmurdular. Mənim xəbərdarlıqlarımın hamısı 
tam boşa çıxdı. Çünki onların hər ikisində Şərqlilərin qan içərliyi həvəsi oyanmışdı. Onu 
söndürmək artıq mümkün deyildi. 
  Bu səbəbdən də onlar mənim sözlərimə və özümə etinasızlıq göstərəndən sonra mən, 
Zeynal ağanın evini tərk etdim. Məhəlləni keçib sahil bağına gəldim. Qurğuşun rəngli 
Xəzər dənizinin duzlu suları sahildəki qranit daşları yalayırdı. Limanda bir hərbi gəmi 
durmuşdu. Sahildə oturub kiçik dalğalarda igidcəsinə çarpışan balaca yelkənli gəmilərə 
tamaşa etdim. Mən onların birinə minib rahatca İran şahının yaşıl diyarının darvazası 
olan qədim Astara limanına gedə bilərdim. Bu diyar, klassik iran şairlərinin son dərəcə 
gözəl yazılmış rubailərini, Rüstəm Zalın qəhrəmanlıqlarını, Tehran saraylarının ətirli 
qızılgül bağçalarını mənə xatırladırdı. İran qeyri adi bir xəyal diyarı idi. 
  Mən bir neçə dəfə sahil bağını o baş bu başa gəzdim. Ninogilə gedib orada onunla 
görüşmək mənə hələ bir az qəribə gəlirdi. Çünki belə təqdirdə davranış qaydalarına qarşı 
zidd olacaqdım. Amma, müharibəni nəzərə alaraq bəlkə də qoca Kipiani bu hərəkətimə 
də göz yumardı. Çox düşündükdən sonra, nəhayət dərindən nəfəs alıb, dörd mərtəbəli 
binanın pilləkənləri ilə yuxarı qalxdım. Binanın ikinci mərtəbəsindəki giriş qapısının 
üzərində “Knyaz Kipiani” sözləri yazılmış bürünc bir lövhə vardı. Qapının zəngini 
basdım. Ağ örlüklü bir xidmətçi qız qapını açdı və reverans etdi. Papağımı ona verdim. 
Şərqin adətinə görə, qonaq papağını çıxartmamalıdır. Amma Avropalıların məclisində 
hansı şəkildə hərəkət etməyin qaydalarını bilirdim. 
  Knyaz Kipianinin ailəsi böyük qonaq otağında oturub çay içirdilər. Qonaq otağındakı 
mebelin üzünə qırmızı ipək parça çəkilmiş, künclərdə palma ağacları və dibçəklərdə 
çiçəklər dururdu. Divarlara isə sadəcə naxışlı divar kağızları çəkilmişdi. Kipiani  ailəsinin 
üzvləri bəzəkli iri fincanlarda südlü ingilis çayı içirdilər.  Masanın üstündə suxarı və 
ingilis üsulu ilə hazırlanmış biskvit qoyulmuşdu. Ninonun anasının əlini öpdüm. Onun 
əlindən suxarı, biskvit və ətir iyi gəlirdi. Knyaz mənə əl verdi. Nino gizlincə  çay 
fincanının içinə baxaraq üç barmağını mənə uzatdı. 
  Mən əyləşəndən sonra, mənə də çay gətirdilər. Əli xan deməli qəti qərara gəlmisiniz ki, 
müharibəyə getməyəcəksiniz, deyə knyaz zarafatla soruşdu. 
  - Bəli, knyaz məncə hələlik vaxtı çatmayıb. Ninonun anası fincanı masanın üstünə qoyub 
dilləndi.  
  - Sizin yerinizdə olsaydım, barı müharibə qeyrətlərinə yardım qayəsiylə qurulmuş 
komitələrin birinə üzv olardım. Heç olmasa bu və ya başqa şəkildə bir uniforma geymək 
fürsətini əldə edə bilərdiniz. 
  - Bu yaxşı fikirdir, mən də belə edəcəyəm, - deyə knyaz sözünə davam etdi: 
 
41


  - Düz deyirsiniz, knyaz. Amma iş burasındadır ki, boş vaxtım o qədər azdır ki, qorxuram 
ana vətən məndən çox az fayda görsün. 
  Knyaz təəccüblə üzümə baxıb soruşdu: 
  - Bəs siz boş vaxtlarında nə ilə məşğul olursunuz? 
  - Malikanəmizin idarə edilməsi ilə məşğulam, knyaz. 
  Bu cavab yerinə düşdü. Bu cümləni mən bir ingilis yazıçısının romanında və ya başqa bir 
yerdə oxumuşdum. Əgər bir alicənab lordun işi-gücü yoxdursa, deməli o, öz malikanəsini 
idarə etməklə məşğuldur. Bu cümləni işlətdiyim üçün knyaz ailəsinin rəğbətini qazandım. 
Bir neçə bu cür cümlələr işlədəndən sonra Kipianilər ailəsi mənə böyük bir nəzakət 
göstərərək o axşam Ninonu operaya aparmağa icazə verdilər. Mən yenə də Ninonun 
anasının əlini öpdüm, baş əydim və hətta “r” hərfini peterburqlular kimi tələffüz edə-edə 
danışdım. Axşam saat səkkizin yarısında gəlib Ninonu operaya aparacağıma söz verdim. 
  Nino məni qapıya qədər ötürdü. Papağımı xidmətçi qızın əlindən aldığım zaman o, 
qızarıb başını aşağı dikdi, sonra Nino heyran edici bir şirinliklə pozuq Azərbaycan ləhcəsi 
ilə dedi: “Şəhərdə qaldığın üçün çox sevincək oldum Əli xan”, Sən doğrudanmı 
müharibəyə getməkdən qorxursan? Axı kişilər müharibədən xoşlanırlar. Sən müharibəyə 
gedib yaralansan da yaralarını belə sevəcəyəm”. 
  Mən Ninonun əlini tutub sıxdım və sakit tərzdə dedim ki, “Mən heç nədən qorxmuram, 
bir gün gələcək sən mənim yaralarımı sarıyacaqsan. O günə kimi məni qorxaq hesab edə 
bilərsən”. Nino nə demək istədiyimi anlamadan çaşqın-çaşqın mənə baxdı. 
  Ondan ayrılandan sonra evə getdim və hirsimdən köhnə bir kimya kitabını cırıq-cırıq 
edib yerə çırpdım. Bir az hirsim soyuyandan sonra bir fincan İran çayı içdim və operaya 
zəng edib bir loja sifariş etdim. 
   
  X 
   
  - Tez gözlərini bağla, əllərinlə qulaqlarını tut və düşüncələrinə qərq ol. Tehrandakı o 
gecəni xatırlayırsanmı? 
  Daşdan tikilmiş böyük bir ziyafət salonu var idi, iri salonun giriş qapısı üzərində 
Nəsrəddin Şahın şərəfli adı həkk edilmişdi. Salonun ortasındakı dördkünc səhnənin 
ətrafında oturmuş, ayaq üstə durmuş və uzanmış vəziyyətdə olan ləyaqətli kişilər, dəcəl 
uşaqlar və vəcdə gəlmiş gənclərlə dolu idi. Onlar həzrəti Hüseynin Kərbəla müsibətini 
göstərən şəbehə tamaşa edirdilər. Salonda işıq çox zəif yanırdı. Səhnədə saqqallı bir mələk 
həzrəti Hüseynə təsəlli verirdi. Zalım xəlifə Yezid, süvarilərini səhraya göndərir ki, 
həzrəti Hüseynin başını kəsib ona gətirsinlər. Nalə və şüvən səslərini qılıncların cingiltisi 
kəsir. Əli, Fatma və insanlığın ilk qadını olan Həvva səhnədə gəzişib uzun rübai 
düzümlərini oxuyurdular. Həzrəti Hüseynin başını qızıl bir sinidə gətirib Xəlifəyə 
verirlər. Tamaşaçılar titrəyir və ağlaşırlar. Bir imam cərgələri gəzib, ağlayan tamaşaçıların 
göz yaşlarını pambıqla balaca bir şüşəyə yığırdı. O, gözyaşlarında son dərəcə ovsunlu bir 
qüvvətin olduğuna inanırdı. Möminin inamı artdıqca şəbehin təsiri də güclənirdi. Enli bir 
taxta lövhəsi səhra dekorasiyası vəzifəsini görürdü. Sandıq xəlifənin ləl-cəvahirətlə 
bəzədilmiş taxtını, bir neçə ağac dirəklər cənnət bağını və saqqallı bir kişi də həzrəti 
Peyğəmbərin qızını təsvir edirdi. 
  - İndi isə gözlərini aç, əllərini qulaqlarından götür və ətrafına bax! 
 
42


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə