Eimi redaktor: Rəyçilər: Ağasəlim Ələsgərov



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə214/224
tarix14.01.2018
ölçüsü5,1 Mb.
#20735
1   ...   210   211   212   213   214   215   216   217   ...   224

formalaşmasında müəyyən təsirə malikdir. ÜDM-də böyük həcmə malik olan xam 

neftin  və  qazm  əsas  hissəsinin  xaricdə  satılması  bu  mərhələdə  milli  val-  >'Utaya 

faktiki  tələbatı  hesablamalaıa  nisbətən  azaldır.  Ancaq  sonrakı  mərhələdə  ixracdan 

ölkəyə  daxil  olan  xarici  valyutamn  müəyyən  hissəsi  dövlət  və  özəl  qurumlar 

tərəfindən milli valyutaya dəyişdirilməklə, ölkə daxilində istifadə olunur. Bu da milli 

valyutaya təlabatı artırır. Milli valyutaya təlabaü artıran mühüm amillərdən biri də 

idxaldır.  Son  3  ildə (2010-2012-ci  illər)  Azərbaycanda  pul emissiyası  5,3  milyard 

manat təşkil etmişdir ki, bu da əvvəlki illərlə müqayisə olunmaz dərəcədə çoxdur. 

İndiki mərhələdə isə bu nisbətin artıniması iqtisadiyyatın inkişafım, xüsusilə istehsal 

sektorlannm və kiçik biznesin inkişafim sürətləndirən amillərdən biri olmuşdur. 

Son  illər  iqtisadiyyatın  pul  təminatınm  yaxşılaşdıniması  ilə  yanaşı 

mərkəzləşdirilmiş  kredit  resurslanmn  artıniması  da  daxili  investisiya  imkan-  lanm 

genişləndirən amillərdəndir. 

Ölkənin Mərkəzi Bankı bəyan etmişdir ki, 2014-cü və sonrab illərdə faktiki 

inflyasiyadan və qe

50İ-neft sektorunun iqtisadi artımmdan asılı olaraq pul siyasətinin 

yumşaldılması  imkanlarma  baxılacaqdır.  2014-cü  ildə  pul  kütləsinin  azalması 

meylləri  davam  etdiriləcəkdir.  Dövlət  proqnozlanna  görə  2014-2018-ci  illərdə 

qeyri-neft  sektorunda  UDM-in  orta  illik  artımı  7,3  faiz  olacaqdır.  2010-2013-cü 

illərdə pul kütləsinin orta illik artımı isə 30,8 faizə bərabər olmuşdur. Həmin dövrdə 

qeyri-neft  sektorunda  UDM-in  orta  illik  artımının  (artım  6,4  faiz)  hər  faizinə  pul 

kütləsinin 4,8 artım faizi düşmüşdür. Əgər bu meyli yaxın 5 ilə şamil etsək, onda 

2014-2018-ci ildə pul kütləsinin orta illik artımı 35 faiz ola bilər (7,3x4,8). Əlbəttə, 

belə yüksək artım real görsənmir. Ona görə də hesab edirik ki, Mərkəzi Bankın pula 

tələbin stabilləşdirilməsi barədə bəyanatı məqbul sayılmalıdır. Çünki pul kütləsinin 

artım  tempi  UDM-in  artım  tempini  üstələmək  yox,  əksinə  olmalıdır.  Hər  iki 

göstəricinin  artım  templəri  arasında  müəyyən  proporsiya  gözlənilməlidir. 

Hal-hazırda Mərkəzi Bankın iqtisadi siyasətində bank sektorunun stabilliyinin təmin 

olunması  dominant  təşkil  edir.  Bu,  özünü  makroiqtisadi  sabitlikdə,  pul-kredit 

siyasətində, maliyyə bazanna xarici banklann daxil olmasına məhdudiyyətlərdə, bank 

sektorunun xarici öhdəliklərində (20 faizə qədər) öz əksini tapir. 

Azərbaycanda  2006-cı  ilə  qədər  sərt  pul-kredit  siyasətinin  həyata 

keçirilməsinə baxmayaraq, ölkədə iqtisadi inkişafın əhəmiyyətli artımına və onunla 

bərabər işsizliyin və yoxsulluğun azaldılmasına nail olmaq mümkün olmuşdur. Bu 

da,  ölkə  iqtisadiyyatında  neft-qaz  hasilatımn  həlledici  rola  malik  olmalan  ilə  izah 

edilə bilər. 

Uzun  müddət  milli  valyuta  kursumm  stabil  saxlamiması  istiqamətində 

Mərkəzi Bankın həyata keçirdiyi tədbirlər, xüsusilə böyük məbləğdə (2010- 

2012-

 

ci illərdə 7,2 milyard dollar) sterlizasiya əməliyyatımn keçirilməsi öl 



439 


kə  ekspertləri  tərəfindən  bir  mənalı  qarşılanmır.  Bəziləri  milli  valyuta  kursunun 

bazar  vasitəsi  ilə,  digərləri  isə  indiki  kimi  Mərkəzi  Bank  tərəfindən 

tənzimlənməsində  israrlıdırlar.  Bizim  fikrimizcə,  indiki  iqtisadi  və  sosial  durum 

şəraitində milli valyuta kursunun dövlət tənzimlənməsi məqsədəuyğundur. 

Bazar iqtisadiyyatlı ölkələrdə inkişafın əsas amili kimi bank kreditlərindən 

geniş  istifadə  olunur.  2012-ci  ildə  banklar  tərəfindən  hüquqi  və  fiziki  şəxslərə 

verilmiş  kreditlər  2010-cu  illə  müqayisədə  1,3  dəfə  artaraq  12,2  milyard  manata 

çatmış, bunun da 71 faizini uzunmüddətli kreditlər təşkil etmişdir. Bütün kreditlərin 

investisiya  məqsədləri  üçün  827  milyon  manatı  istifadə  edilmişdir  ki,  bu  da  əsas 

kapitala investisiyalann cəmi 5,4 faizini təşkil etmişdir (cədvəl 5.10). Son illər əsas 

kapitala  banklar  tərəfindən  kredit  qoyuluşu  əhəmiyyətli  dərəcədə  artsada,  məcmu 

kredit məbləğində əsas kapitala bank kreditinin xüsusi çəkisi 2005-ci ildə 26%-dən 

2012-ci ildə 7%-ə qədər azalmışdır. Beləliklə, ölkə üzrə kreditin yalnız az bir hissəsi 

əsas  kapitala  yönəldilir,  yəni  yeni  istehsal  güclərinin  yaradılmasında,  mövcud 

obyektlərin yenidənqurulmasında istifadə edilir. Özü  də belə kreditlər özəl sektor 

tərəfindən, əsasən, yaşayış binalan və infrastruktur təyinatlı obyektlərin inşası üçün 

istifadə olunur. İnkişaf etmiş ölkələrdə əsas kapitala investisiyalann tərkibində bank 

krediti  80  faizə  yaxmdır.  Qərbi  Avropa  ölkələrində  bütün  növ  bank  kreditlərinin 

həcmi  ÜDM  80-120  faizini  təşkil  edir  (67,  s.35).  Müqayisə  üçün  göstərək  ki, 

2003-cü ildə Azərbaycanda bu göstərici 6,5 faiz, 2012-ci ildə 22,6 faiz olmuşdur. 

İqtisadiyyatın real sektorunun inkişafına kredit qoymağa mane olan bir çox 

amillər  mövcuddur.  Buraya  kredit  faizinin  yüksək  olması,  borc  götürənlərin 

etibarlılıq səviyyəsinin aşağı olması, aqrar sektorda təşkilatlanma və təmərküzləşmə 

proseslərinin  ləng  getməsi,  regionlarda  likvid  girovlann  məhdudluğu,  torpaq  və 

digər  daşınmaz  əmlak  bazannm  lazımi  səviyyədə  formalaşmaması  və  s.  səbəblər 

daxildir. Bank sisteminin kommersializasi- yası ona gətirib çıxardı ki, banklar kredit 

resurslanm  xidmət  sektoruna  yönəltməyə  üstünlük  verirlər.  Kredit  faizi  mənfəət 

normasından  yüksək  olduğuna  görə, çox hallarda  istehsalın  modemizasiyası  üçün 

tələb olunan uzunmüddətli kreditləri götürmək investorlar üçün sərfəli olmur. 

İqtisad elmləri doktoru, professor, əməkdar elm xadimi Mirsəməd Sa- dıxov 

haqlı hesab edir ki, “kreditlər verildikdə əsas məqsəd onu verən təşkilat tərəfindən 

yüksək  gəlir  əldə  etmək  deyil,  dağ  kəndlərinin  boşalmasının  qarşısmı  almaqdan, 

toıpaqlardan  və  ıhövcud  resurslardan  səmərəli  istifadə  etməkdən,  əhalinin  iri 

şəhərlərə köçməsi ilə bu şəhərlərdə yaranan mənzil, nəqliyyat və digər problemlərin 

qarşısım almaqdan ibarət olmalıdır” (31,28.09.2014). 

440 



Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   210   211   212   213   214   215   216   217   ...   224




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə