Ə liyev İlham Yaylaqalı oğlu 1968-ci il aprel ayının



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə38/38
tarix11.03.2018
ölçüsü0,89 Mb.
#31239
1   ...   30   31   32   33   34   35   36   37   38

İ l ham   Əliyev
naziri  Molotovdan  İranda  yaşayan  ermənilərin 
SSRİ-yə  köçürülməsi  üçün  ondan  Stalindən 
xahiş  etmələrini  diləmişdilər.  Molotov  məsələni 
SSRİ  Kommunist  Partiyasının  Mərkəzi  Ko- 
mitəsinin  birinci  katibi  İosif  Stalinə  çatdırır  və 
ermənilərin  köçürülməsinə  razılıq  alır.  Ermənis- 
tan  Kommunist  Partiyasını  Mərkəzi  Komitəsinin 
birinci  katibi  Qriqori  Arutyunov  bundan  istifadə 
edərək,  xaricdəki  erməniləri,  Ermənistana  köç- 
mək  həvəsini  artırmaqla  azərbaycalıların  Ermə- 
nistandan  zorla  çıxarılması  barədə  qərar  veril- 
məsinə  müvəffəq  olmuşdur.  1947-ci  ilin  dekabr 
ayının  23-də  SSR  Nazirlər  Soveti  Ermənistan 
SSR-dən  azərbaycanlıların  Azərbaycan  SSR-in 
Kür və Araz ovalığına  köçürülməsi  haqqında  qə- 
rar  çıxarır.  Stalin  tərəfindən  1948-1953-cü  illər- 
də  həyata  keçirilən  azərbaycanlıların  növbəti 
deportasiyası  zamanı  ermənilərin  xüsusilə  diq- 
qət  mərkəzində  saxladıqları  məsələ  iqtisadi,  so- 
sial  və  mədəni  cəhətdən  güclü,  strateji  və  əhə- 
miyyətli  Azərbaycanın  yaşayış  məntəqələrinin 
boşaldılması  olmuşdur.  Bu  səbəbdən,  ilk  mər- 
hələdə  İrəvan  şəhəri  yaxınlığında  yerləşən 
yaşayış  məntəqələri  azərbaycanlılardan  təmiz- 
lənmişdir.  Sonrakı  mərhələdə  isə  rayon  mərkəz- 
ləri  ətraf  kənd  və  qəsəbələrdə  azərbaycanlılar- 
dan  boşaldılmışdır.  Deportasiyaya  məruz  qalan 
əhalinin  bir  hissəsi  Ermənistanın  dağ  rayon-
196
Q a fq a z d u   im p e riy a la r
 ıv> 
erm aniforin Azsrbaycan  ə r a ıih r m ə  köçtiriilm əsi
larında  yaşadığı  üçün  Kür  və  Araz  ovalığmdakı 
iq lim   şəraitinə  dözümsüz  olmuşdular.  Nəticədə 
is ə ,  bu  ərazidə  yerləşdirilən  əhali  çətin  və  ağır 
yaşayış  şəraiti  ucbatından  həyatlarını  itirmiş, 
ş ik ə s t  olmuşlar.  Burada  diqqətçəkən  məqam 
o nd a n   ibaətdir  ki,  Ermənistandan  köçürülən  bir 
n ə fə r  azərbaycanlının  da  Dağlıq  Qarəbağda 
yerləşdililm əsinə  imkan  verilməmişdir.  Bu  da 
o n u   deməyə  əsas  verirdi  ki,  ermənilərin  əsas 
niyyəti  azərbaycanlıları  Dağlıq  Qarabağa  burax- 
m am aq  olmuşdur.  Bununlada  “böyük  Ermənis- 
ta n ”  iddialarını  yenidən  reallaşırmaq  üçün  azər- 
baycanlıların  təmizləndiyi  ərazilər  hesabına  öz 
m əkrli  niyyətlərini  reallaşdırmaq  olmuşdur.  O 
zam an  Dağlıq  Qarabağdan  132  ailə,  ümumilik- 
də,  560  nəfər  Azərbaycanın  Xanlar  rayonuna 
köçürülmüşdür.  Bu  fakta  nəzər yetirsək,  görərik 
ki,  burada  Ermənistandan  Dağlıq  Qarabağa 
azərbaycanlılar  yerləşdirilməyib,  əksinə,  azər- 
baycanlıların  Dağlıq  Qarabağdan  Azərbaycanın 
digər  bölgələrinə  yerləşdirilməsi  siyasəti  həyata 
keçirilmişdir.  Bu  da  bir  daha  təsdiq  edir  ki, 
Moskva  o  zamandan  ermənilərə  himayədarlıq 
etmək  və  onlara  dəstək  vermək  kimi  siyasətini 
həyata  keçirmişdir.  Eyni  zamanda,  bir  faktı  da 
nəzərə  çatdırmaq  lazımdır  ki,  azərbaycanlıların 
yaşayış  məntəqlərinin  adlarının  dəyişdirilməsi, 
təhsil  və  mədəniyyət  ocaqlarının  bağlanması  və
------------------------------------------------------------- 
197
------------------------------------------------------------


İllıam  Əliyev
rayonların  birləşdirilməsi  kimi,  məkrli  siyasətləri 
də  hələ  1948-1953-cü  illərdə  həyata  keçirilmiş- 
dir.  Bu  baxımdan,  qeyd  etmək  olar ki,  yalnız  sö- 
zügedən  zaman  kəsiyində  Ermənistan  əra- 
zisində  70-ə  yaxın  azərbaycanlı  yaşayış  məs- 
kənlərinin  adı  dəyişdirilmişdir.  Ermənilər  bu 
siyasətləri  ilə  azərbaycanlıların  onların  əbədi  və 
əzəli  düşməni  olduğunu  utanıb-çəkinmədən,  hə- 
yasızcasına  nümayiş etdirməyə çalışmışdılar.
Bir  faktı  da  nəzərə  çatdırmaq  lazımdır  ki, 
Stepan  Şaumyan  Bakı  Sovetinin  rəhbəri  olarkən 
Böyük  Britanya tərəfindən  milyon  qızıl  rubl  məb- 
ləğində  ilkin olaraq  yardım  almışdır.  Bu  yardımın 
əsas  məqsədi  ermənilərin  silahlandırılması  və 
azərbaycanlılara  qarşı  soyqırımı  siyasətin  daha 
geniş  şəkildə  həyata  keçirilməsinə  hesablan- 
mışdır.  9  mart  1918-ci  ildə  H.Z.Tağıyevin  oğlu 
Məhəmməd  Tağıyevin  dəfn  mərasimində  iştirak 
etmək  üçün  general  Talışinskinin  başçılığı  etdiyi 
Azərbaycan  alayı  Bakıya  gəlmişdir.  M.Tağıyev 
Lənkəran  şəhərində  ermənilərin  qurduqları  pus- 
qu  nəticəsində  qətlə  yetirilmişdir.  Onun  dəfn 
mərasimi  1918-ci  ilin  27  mart  gününə  təyin 
olunmuşdur.  General  Talışinski  Bakıya  gəlmə- 
mişdən  bir necə  gün  əvvəl  Lenin  Stepan  Şaum- 
yana  məktubla  müraciət  edərək,  ümumilikdə, 
şəhərdə  sabitliyin  və  sakitliyin  yaradılmasını  on- 
dan  xahiş  etmiş  və  mümkün  qədər  konfliktlərin 
------------------------------ ]98
----------------------------------------------------------------------------------- ■—
- —
Q afqazda inıperiyalar və ernwniforin Azarbaycan əraziforinə köçtiriilməsi
v ə   mübahisələrin  diplomatik  yolla  həllinə  nail 
olunm asını  ondan  istəmişdir.  Məktubun  sonunu 
is ə   o,  belə  bitirmişdir:  “Bütün  dostlara  xoş  arzu- 
la r  və  salamlarla”.  Amma  sonrakı  proseslərin 
in kişa fı  göstərdi  ki,  Leninin  Şaumyana  etdiyi  bu 
m ü ra ciə tə   baxmayaraq,  Bakıya  daxil  olarkən 
g e n e ra l  Talışinski  və  Azərbaycan  alayının  üzv- 
lə ri  Bakı  Soveti  tərəfindən  həbs  olunur.  Bu  da 
ş ə h ə rd ə   yaşayan  azərbaycanlılarla  Bakı  Soveti 
arasında  qarşıdurmanın  yaranmasına  gətirib 
çıxarmışdır.  Nəticədə,  baş  verən  silahlı  müna- 
qişə  nəticəsində,  martın  30-dan  aprelin  3-nə qə- 
dər  davam  edən  münaqişə  nəticəsində  onlarla 
azərbaycanlı  silahlı  Bakı  Sovetinin  hərbi  qüv- 
vələri  tərəfindən  öldürülmüşdür.
199


İllıaın Əliyev
Bu  da tariximizdə  1918-ci  ilin  mart soyqırımı 
günləri  kimi  qalmışdır.  Burada  diqqətçəkən  mə- 
qam  ondan  ibarətdir  ki,  tarixə  azərbaycanlıların 
mart soyqırımı  kimi  düşən  mart qırğınlarından  bir 
qədər  sonra  ermənilər  hər  vəchlə  dünyaya  car 
çəkərək  azərbaycanlılara  qarşı  soyqırımı  siya- 
səti  həyata  keçirmədiklərini  çatdırmağa  çalışır- 
dılar.  Hətta  1919-cu  ilin  yayında  ABŞ  tərəfindən 
Bakıya  göndərilən  general  Harbord  ermənilərin 
yalanlarına  və  uydurulmuş  məlumatlarına  rast
General  Harbord
Qafqazda imperiyalar və ermənihrin A&rhaycan ərazilərinə köçürülməsi
O   zamankı  erməni  yepiskopu  Baqrad  ermə- 
nilərin  mart  hadisələrində  iştrak  etmədiyini 
diplom atın  nəzərinə  çatdırmağa  çalışırdı.  Baq- 
ra d   Bakıda  baş  verən  qırğınlar  zamanı  öldürü- 
lənlərdən  1000  nəfər erməni  və rus,7000-nin  isə 
m üsəlm an  olduğunu  iddia  edib.  Amma  təbii  ki, 
təcrübəli  diplomat  yepiskopun  yalanlarına  inan- 
mamışdır.


İlham Əllyev
NƏ ETMƏLİ?
Məlumdur  ki,  ermənilər  az  sayda  olduqda 
məqsədlərini  açıq  formada  ifadə  etmirlər.  Onlar 
fikirlərini  və  ideyalarını  müəyyən  qruplara  dəs- 
tək  verməklə  həyata  keçirirlər.  Bu  mənada,  de- 
mək olar ki,  bəzən  müxalifət dərk  etmədən  belə 
ermənilərin  proqramlarını  həyata  keçirir.  Nəzərə 
almaq  lazımdır ki,  yalnız  Bakıda  500  min  erməni 
yaşayıb.  Onlar imperiyanın  1990-cı  il  20  Yanvar 
faciəsini  törətməsindən  sonra  Ermənistana  və 
digər  xarici  ölkələrə  köç  etdilər.  Amma  bu  gün 
30  min  erməni  hələ  də  Bakıda  və  digər  Azər- 
baycanın  ərazisində  yaşamaqdadırlar.  Bax, 
onlar Azərbaycan  üçün  potensial təhlükədirlər.
Bu,  bir faktdır  ki,  Azərbaycan  böyük  hərbi- 
siyasi  və  iqtisadi  uğurlara  imza  atıb.  Əldə  olu- 
nan  nailiyyətlər  hesabına  ölkəmiz  dünyada  qə- 
bul  edilən  və  hesablaşmalı  dövlətə  çevrilib. 
Məhz  bu amillər hesabına  Dağlıq  Qarabağ  həqi- 
qətlərini  və  Ermənistanın  işğalçı  ölkə  olduğunu 
dünya  dövlətlərinin,  beynəlxalq  təşkilatların  diq- 
qətinə  çatdırmaq  mümkündür.  Düzdür,  qlobal 
dünyanın  bir  hissəsi  olan  Azərbaycan  zor  müs- 
təvisindən  çıxış  edərək,  özünü  dünya  birliyindən 
təcrid  edə  bilməz.  Amma  Azərbaycan  Bakı-Tbi- 
lisi-Ceyhan,  Bakı-Tbilisi-Ərzurum,  Bakı-Tbilisi- 
Qars  və  bu  kimi  digər  qlobal  layihələrdən 
------------------------------------------------------------------------------------------------------------ 
202
 

--------------------------------------------------------------------------------------------------
Qafqazda imperiyalar va erməniterin Azərbaycan əraziiərina köçürülməsi
m ənfəət  əldə  edən  dövlətlərə  mədəni,  bəzən 
is ə   diplomatik  qaydada  Dağlıq  Qarabağın  işğal- 
d a n   azad  edilməsi  üçün  Ermənistana  təzyiq 
edilm əsini  tələb  edə  bilər.  Ölkə  daxilində vətən- 
d a ş   birliyinə  və  vətəndaş  sülhünə  nail  olmaq 
üçün  bir  sıra  yeniliklərin  və  addımların  atılma- 
sına  da  ehtiyac  var.  Düzdür,  Dağlıq  Qarabağ 
m əsələsində  iqtidar-müxalifət  ilişgiləri  yoxdur. 
A n ca q   Dağlıq  Qarabağ  kimi  çox  ciddi  bir  prob- 
le m   olan  ölkədə  100-ə  yaxın  siyasi  partiyanın 
fə aliyyət  göstərməsi  arzuedilən  deyil.  Həmin 
partiyaların  özlərinin  sosial  bazası  az  olsa  da, 
h ə r  halda,  iddialı  və  sifarişlər  əsasında  fəaliy- 
yətlərini  quran  sədrləri  mövcuddur.  Bu  problemi 
aradan  qaldırmaq  vacibdir.  Qeyri-hökumət  təş- 
kilatlarının  da  fəaliyyətləri  ciddi  araşdırılmalıdır. 
Xaricdən  maliyyələşən  QHT-lərdən  hesabat 
tələb  olunmalıdır.  Bir  faktı  qeyd  etmək  lazımdır 
ki,  hər  il  Azərbaycanın  QHT  sektoruna  30-35 
milyon  manat  pul  ayrılır.  Bu  maliyyə  vəsaitinin 
cəmi  2,5-3  milyonu  Azərbaycanın  dövlət  büd- 
cəsindən  ayrılan  vəsaitdir.  Deməli,  30-32  milyon 
manat  vəsait  xarici  ölkələrin  fondları  tərəfindən 
Azərbaycan  QHT-lərinə  ayrılır.  Təbii  ki,  xarici 
fondlar Azərbaycan  QHT-lərinə  gözə-qaşa  aşiq 
olaraq  həmin  vəsaiti  ayırmırlar.  Məqsədlər  və 
maraqlar  xarici  donorları  Azərbaycan  QHT- 
lərinə  maliyyə  vəsaiti  ayırmağa  həvəsləndirir.
-------------------------------------  
203
-------------------------------------


İllıanı Əliyev
Ağrılı  və  ciddi  məsələ  olan  bu  problemin  çözül- 
məsi  üçün  mütləq  və  mütləq  xarici  fondlardan 
maliyyələşərı  QHT-lərdən  hesabat  tələb  olun- 
malıdır.
Azərbaycanda  çoxalmaqda  olan  dini  cərə- 
yanlar  da  nəzarətə  götürülməlidir.  Bu  baş  ver- 
məsə,  sonra gec olar.  Elektron  KİV-lərdə cəmiy- 
yətin  müxtəlif  təbəqələrinin  iştirakı  ilə  milli 
vətənpərvərlik  ruhlu  maarifləndirici  müzakirələr 
aparılmalıdır.  Xüsusilə  də,  Dağlıq  Qarabağla 
bağlı  tarixi,  mədəni,  ideoloji,  psixoloji,  hərbi, 
siyasi  və  ictimai  müstəvidə  məlumatlar  toplusu 
müzakirələrin  ana  xəttini  təşkil  etməlidir.  Ermə- 
nişünaslar  müzakirələrdə  aktiv  iştirak  etmə- 
lidirlər.  Bəs  nə  səbəbə  ermənilər  psixoloji  kom- 
pleksə  malikdirlər?  Məhz  bu  suala  aydınlıq 
gətirilməlidir.  Azərbaycan  həqiqətləri  disklər, 
broşüralar,  kitablar  şəklində  demokratik  düşün- 
cəli  dünya  xalqlarına  çatdırılmalıdır.  Bu  görülən 
proseslər  fonunda  Azərbaycan  şərtlə  Kollektiv 
Təhlükəsizlik  Müqaviləsi  Təşkilatına  (onsuz  da 
Azərbaycan  MDB-nin  üzvüdür)  qoşulmalıdır. 
KTMT-yə  beynəlxalq  hüququn  prinsiplərinə  uy- 
ğun  olaraq  qəbul  olunan  protokola  əlavə  et- 
məklə  Azərbaycan  bu  quruma  qoşulmaqla  ya- 
naşı,  azad,  iqtisadi  məkanda  təmsil  olunur  və 
sərhədlərin  birgə  qorunmasına  razılıq  verə  bilər. 
Yəni,  bu  yeganə  işğal  faktının  aradan  qaldırıl-
Q a fq a z d a   im p eriy alar
 ıv> 
e n ın ııil? riıı  Aznrhaycan  draziforinə  köçiirülm əsi
masında  mümkün  variantlardandır.  Çünki  istə- 
sə k  də,  istəməsək  də  Dağlıq  Qarabağ  münaqi- 
şəsinin  həllinin  açarı  Rusiyanın  əlindədir.  Rusi- 
yanın  Ermənistanla  hərbi  əməkdaşlığa  dair 
müqaviləsinin  olması  Azərbaycanın  Dağlıq  Qa- 
rabağ  münaqişəsinin  hərbi  yolla  tənzimlən- 
m əsinə  ciddi  maneələr  yarada  bilər.  Ən  azı 
1990-1993-cü  illər təcrübəsi  bunu  deməyə əsas 
verir.  Bu  gün  dünyanın  əksər  ölkələrində  xalq 
üsyanları, 
inqilablar  baş  verir,  qeyri-siyasi 
sabitlik  hökm  sürür.  Hətta  Fransada,  İtaliyada, 
Böyük  Britaniyada,  Yunanıstanda,  Portuqaliya- 
da,  Rusiyada  və  digər  stabil  ölkələr  kimi  dəyər- 
ləndirilən  ölkələrdə  çox  ciddi  proseslər  yaşanır. 
Azərbaycanda  isə  ictimai-siyasi  sabitlik  hökm 
sürür.  Ölkəmizdə  sabitliyin  fonunda  iqtisadi 
inkişafa  nail  olunur.  Təbii  ki,  Azərbaycanda  sa~ 
bitliyin  olması  və  iqtisadi  cəhətdən  günü-gündərı 
güclənməsi  Ermənistanla  yanaşı,  bəzi  dövlətləri 
də  narahat  edir.  Düşmənlər  o  zaman  sevinə 
bilər  ki,  Azərbaycanda  daxili  sabitlik  pozulsun, 
iqtidarla  müxalifət  arasında  münasibətlər  düş- 
mənçilik  səviyyəsinə  yüksəlsin.  Xalq-  hakimiy- 
yət  birliyi  pozulsun.  Bütün  bunların  baş  verməsi 
isə  Azərbaycanın  inkişafının  qarşısı  alınsın  və 
investorlar  qoyduqları  investisiyanın  qayğısına 
qalsınlar.  Bu  cür  qara  niyyətli  qüvvələrin  möv- 
cudluğunu  hər kəs  bilir.  Ona  görə  də cəmiyyətin
205


l lham Əiiyev
bütün  təbəqələri  vətəndaş  birliyinin  və  sülhünün 
qorunub  saxlanması  üçün  səylərini  daha  da 
gücləndirməlidirlər.  Bizlər  monolit  qüvvə  kimi 
çıxış  etməliyik.  Siyasi  partiyaların  çoxluğu  heç 
də  piüralizmin  əlaməti  deyil.  Plüralizm  kəmiy- 
yətdədir.  Bizə  isə  plüralizm  keyfiyyətdə  lazımdır. 
Partiyaların  kifayət  qədər  çox  olması  hədəfi 
vurmağımıza  mane olur.  Bəzən  bir sədrindən  və 
papkasından  ibarət  olan  partiyalardan  Azərbay- 
can  xalqının  mənafeyinin  təmsilçisi  obrazını 
yaratmaq  kimi  iddialı  bəyanatlar  səsləndirirlir. 
Belə  populist  bəyanatlar  cəmiyyətdə  çaşqınlıq 
yaratmağa  xidmət  edir.  Bu  ağrılı  problemin 
aradan  qaldırılmasına  ehtiyac  var.  Qeyd  etdiyim 
kimi  dini  cəryanların  da  sayının  kifayət  qədər 
çox  olması  təhlükəli  vəziyyətdən  xəbər  verir. 
Azərbaycan  tolerant  dövlətdir.  Bu  tolerantlıq  di- 
gər ölkələrə nümunə ola,  örnək sayıla  bilər.  Am- 
ma  barış  və  sülh  şəraitinin  hökm  sürdüyü  cə- 
miyyətimizdə  qruplar  şəklində  dini  cərəyanların 
sayının  onlarla  hesablanması  yaxşı  heç  nə  vəd 
etmir.
Azərbaycan  hüquqi  demokratik  dövlət  quru- 
culuğu  prosesində  inamla  irəliləyir.  Qısa  müd- 
dətdə  bir  çox  demokratik  uğurlara  imza  atıb. 
ABŞ  müstəqilliyini  1776-cı  ildə  elan  edib.  ABŞ- 
ın  200  illik  dövlətçilik,  paralel  olaraq  demokratik 
quruculuq  təcrübəsi  var.  Azərbaycan  müstəqil-
Q a fq a z d a   im p e riy a la r 
va
  crnuvıilərin Azərbaycaıı ərazilsrin ə köçürülməsi
liyini  1991-ci  ilin  oktyabrında  elan  etsə  də  4  il 
so nra   konstitusiyanı  qəbul  edib.  ABŞ  müstə- 
qilliyin  elan  etdikdən  11  il  sonra  konstitusiyanı 
q ə b u l  edib.  Azərbaycan  1918-ci  ildə  dövlətçili- 
y in i  qurduqdan  dərhal  sonra  qadınlara  seçib-se- 
çilm ək  hüququnu  verdi.  ABŞ  isə  qadınlara  seçki 
hüququnu  yalnız  1920-ci  ildə  konstitusiyaya  19- 
cu  düzəlişlə  verdi.  Ən təhlükəlisi  isə ABŞ-da  kö- 
ləliyin  ləğv  edilməsi  haqqında  qanun  (24-cü 
düzəlişlə)  1956-cı  ildə  qəbul  edilib.  Nəhayət, 
“bütün  Amerika  vətəndaşları  qanun  qarşısında 
bərabərdir,  heç  kimin  başqalarından  üstünlüyü 
yoxdur” qanuni  qərar  1964-cü  ildə qəbul  olunub. 
Yəni  müstəqilliyin  ləğv olunmasından  188  il  son- 
ra  bütün Amerika  vətəndaşları  qanun  qarşısında 
bərabər  olduğu  elan  olunub.  Deməli,  bu  qanu- 
nun  qəbuluna  qədər  heç  də  bütün  Amerika  və- 
təndaşları  qanun  qarşısında  bərabər  deyildilər. 
Bu  nöqteyi-nəzərdən Azərbaycan  Amerika  üçün 
nümunə  ola  bilən  demokratik  inkişaf yolu  keçib. 
Bununla  belə  demək  olar  ki,  Azərbaycanda  hər 
şey yaxşıdır və  bütün  qarşıya  qoyulan  məsələlər 
yekunlaşıb.  Bunu  düşünmək  yerində  saymaq 
olardı.  Həyat  daim  inkişafdadır.  İllər  yeni  real- 
lıqlar  və  vəzifələr  irəli  sürür.  Bu  nöqteyi-nə- 
zərdən Azərbaycan  demokratik yolu  seçib və  bu 
yolda  islahatlar  həyata  keçirməkdədir.  Qısası, 
Azərbaycan  XXI  əsrin  geosiyasi,  geoiqtisadi
207


İllıam  Əliyev
reallıqlarına  adekvat addımlar atır.  Bu  gün Azər- 
baycanın  atdığı  bütün  addımlar  konkret  konsep- 
siya,  proqram  şəklində  atılır.  Xaotik  şəklində 
yox.  Artıq  Prezidentin  Sərəncamına  əsasən, 
2020-ci  il  üçün  Azərbaycanın  strateji  istiqamət- 
ləri  üzrə  iş  gedir.  Dağlıq  Qarabağ  münaqişəsi- 
nin  həll  edilərək  qaçqın  və  məcburi  köçkünlərin 
öz  yuvalarına  qayıtmasını  təmin  etmək  üçün 
Azərbaycan  hər  ötən  günə  nisbətən  bir  qədər 
də  gücləndirməli,  güclənməli  və  yenə  də  güc- 
lənməlidir.
M Ü N D Ə R İC A T
R ə y .......................................................................... 3
Ön  söz.....................................................................8
Azərbaycanın qədim və çağdaş tarixi:
elmi-publisistik baxış.............................................. 11
Azərbaycan  ərazilərində dövlətlər........................... 14
Aratta  dövləti......................................................... 16
Manna  dövləti........................................................ 19
İskit-sak dövləti...................................................... 21
Azərbaycanda  islam..............................................23
Şəddadilər dövləti....................................................27
Rəvvadilər dövləti.................................................. 28
Ağqoyunlu  dövləti.................................................. 30
Şirvanşahlar dövləti............................................... 33
Atəbəylər dövləti.................................................... 34
Səfəvi  dövləti..........................................................37
Əfşarlar dövləti....................................................... 38
Azərbaycana qarşı torpaq  iddiyalarının
başlanması............................................................. 40
Ermənilərin Azərbaycan torpaqlarına
köçürülməsi............................................................ 46
Naxçıvan sancağına tabe olan dərələyəz
nahiyəsi................................................................... 51
Ermənilərin  kənd  və  kiçik qəsəbələrdə qətlə
yetirdikləri əhalinin siyahısı.....................................59
Haylar kimdir və  bu  bölgəyə  haradan  gəliblər?....71
Azərbaycan feodal  pərakəndəliyi........................... 86
İşğal edilən Azərbaycan xanlıqları......................... 87
Tarixi Azərbaycan  ərazisi-Dağlıq  Qarabağ............ 88
1990-ci il stastikası-  Dağlıq Qarabağ..................... 96
209


Dağlıq Qarabağ ətrafındakı rayonlar və onların
işğal tarixi............................................................ 97
Təcavüzlərin qurbanları....................................... 98
Əsir və girovlar.................................................... 98
Dağıntılar və zərərlər........................................... 99
Dağlıq Qarabağın təbiəti................................... 100
İrəvan xanlığı.................................................... 101
Qarabağ xanlığı................................................ 106
Şah  Ismayil Xətai  Rəvan xanı  niyə eşitmədi?....110 
Dağlıq Qarabağı  beynəlmilliləşdirməyə ehtiyac
yox idi................................................................114
Xocalı soyqırımını dünya miqyasında tanıda
bilirikmi?............................................................134
Topxana xalqı  bir bayraq altına toplamışdır......147
Azərbaycan tarixinin Heydər Əliyev dövrü.........151
Türkiyə niyə "Asala" və “Daşnaksütyunu” terror
təşkilatı kimi tanımır?......................................... 155
Ermənistanı dövlət olaraq tanımamaq olarmı?...163
İranın  erməni  qardaşlığının tarixi  kökləri..........166
Dağlıq Qarabağ münaqişəsinin həllini istəməyən
dövlətlər............................................................ 169
Neft amilinin münaqişəsinin həllində rolu...........173
"BMT debatlar üçün  maraqlı  klubdur"................ 181
Beynəlxalq terrorizmin qurbanları...................... 185
Azərbaycanlıların soyqırımı................................ 188
Nə etməli?......................................................... 202
210
İLHAM  YAYLAQALI  oğlu  ƏLİYEV
Qafqazda imperiyalar və 
ermənilərin Azərbaycan 
ərazilərinə köçürülməsi
Çapa imzalanmış 08.05.2012-ci il 

Yüklə 0,89 Mb.


Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə