Ə liyev İlham Yaylaqalı oğlu 1968-ci il aprel ayının



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə33/38
tarix11.03.2018
ölçüsü0,89 Mb.
#31239
1   ...   30   31   32   33   34   35   36   37   38

llham  Əliyev
vəsində  milli  maraqları  təmin  olunsun.  Dünyanın 
fövqəldövləti  olan  ABŞ-ın  istənilən  münaqişənin 
həllinə  nail  olmaq  imkanları  var.  Faktlara  əsa- 
sən  demək  olar  ki,  ABŞ-ın  dünyanın  30  ölkə- 
sində  760-a  qədər  hərbi  bazası  və  hərbi  ob- 
yektləri  mövcuddur.  Yalnız 2012-ci  il  üçün ABŞ- 
ın  hərbi  büdcəsi  660  milyard  dollardır,  Nəzərə 
almaq  lazımdır  ki,  BMT-nin  üzvü  olan  194 
ölkənin  hərbi  büdcəsi  1,4  trilyon  dollar  olduğu 
halda,  ABŞ  bu  vəsaitin  yarısına  malikdir.  Bu 
nöqteyi-nəzərdən  demək  olar  ki,  ABŞ  istənilən 
problemi,  o cümlədən  də,  Dağlıq  Qarabağ  prob- 
leminin  beynəlxalq  prinsiplər  əsasında  ədalətli 
formada  həllinə  nail  ola  bilər.  Yetər  ki,  ABŞ-ın 
marağı  olsun  və  məsələyə  ikili  yanaşmadan 
çəkinsin.
Qafqazda imperiyalar v? ernwnilərin Azarbaycan əraziləriıta köçürülməsi
NEFTAMİLİNİN MÜNAQİŞƏSİNİN 
HƏLLİNDƏ ROLU
Neft  dünyada  əsas  amildir.  Bu  mənada, 
neft  ölkəsi  olan  və  Bakı-Tbilisi-Ceyhan  kimi  qlo- 
bal  bir  layihəni  reallaşdıran  Azərbaycan  neft 
amilindən  təzyiq  və  təsir  vasitəsi  kimi  istifadə 
etməklə  Dağlıq  Qarabağ  münaqişəsinin  həllinə 
nail  ola  bilər.  Nəzərə  almaq  lazımdır  ki,  yalnız 
ABŞ  neftə  olan  ehtiyacının  55  faizini  idxal  vasi- 
təsilə,  45  faizini  isə  özü  ödəyir.  ABŞ  ildə  680 
milyard  ton  neft  alır.  Özü  isə  ildə  cəmi  1  milyard 
ton  neft  istehsal  edir.  Ümumi  rəy  ondan  iba- 
rətdir ki, ABŞ  dünya  neftinin  26 faizinin alıcısıdır. 
Ona  görə  də,  neftlə  bağlı  ərazilər,  xüsusi  ilə  də, 
dünya  neft  ehtiyatlarının  62  faizinin  cəmləndiyi 
Fars  körfəzi  ABŞ  üçün  həyati  əhəmiyyət  daşı- 
yan  zonadır.  Bu  baxımdan,  Azərbaycan  ABŞ-ın 
--------------------------------------------------------------------------------------------------------------- 
173
-------------------------------------------------------------------------------------------------------------


İlh a n ı Əliyev
maraqları  daxilindədir.  Amma  etiraf olunmalı  bir 
həqiqət  var  ki,  ABŞ  üçün  əsas  hədəf  maraq- 
lardır.  Onlar  açıq  şəkildə  qeyd  edirlər  ki,  bizim 
maraqlarımız  bütün  dünyanı  əhatə  edir.  Onu  da 
əlavə  edirlər  ki,  bizim  həm  həyati  maraqlarımız, 
həm  də  ümumi  maraqlarımız  var.  O  yerdə  ki, 
bizim  həyatı  maraqlarımız  var,  o  yerlə  bağlı  bə- 
yanatlar  verir,  çıxışlar  edir  və  müəyyən  ha- 
dlisələri  pisləyirik.  Bunlar  effekt vermədikdə,  güc 
tətbiq  edirik.  Ümumi  maraqlarımız  olan  yerdə 
isə  biz  çıxış  edirik,  bəyanat  veririk  və  hadisələri 
pisləyirik.  Amma  güc  tətbiq  etmirik.  Onlar  etiraf 
edirlər  ki,  NATO-nun  Şərqə  doğru  genişləndiril- 
məsi,  Balkanlar və  Fars  körfəzi  həyati  maraqları 
ilə  bağlı  olan  zonalardır.  1999-cu  il  mart  ayının 
24-dən  iyun  ayının  10-a  qədər  78  gün  ABŞ 
Yuqoslaviyanı  gecə-gündüz  bombaladı.  Halbuki 
bu  bombardmanla  bağlı  BMT  Təhiükəsizlik  Şu- 
rasının  qətnaməsi  olmayıb.  Çünki  Balkanlar Av- 
ropanın  mərkəzində  olsa  da,  ABŞ-ın  həyati  ma- 
raqları  ilə  bağlı  olan  zonaya  daxil  idi.  Fars  kör- 
fəzi  zonasında  Səddam  Hüseynə  qarşı  ABŞ 
BMT  Təhlükəsizlik  Şurasının  qətnaməsi  olma- 
dan  hərbi  əməliyyatlar  həyata  keçirdi.  Yalnız 
2011-ci  il  dekabrın  18-də  qan  gölünə  dönmüş 
İraqdan  qoşunlarını  çıxartdı.  Bu  mənada,  demək 
olar  ki,  ABŞ  həyatı  maraqlar  naminə  hər  cür 
addım  atır,  ümumi  maraqlar  olan  yerdə  isə  yal-
174
Qafqazda  im p e riy a la r  və  e rm a n ih rin  A zzrbaycan  ərazilzrin ?  
köçiirülməsi
nız  bəyanatlar  verməklə  kifayətlənir.  Deməli, 
Dağlıq  Qarabağ,  ümumilikdə  isə,  region  ABŞ 
üçün  ümumi  maraqlar  zonasına  daxildir.  Bəzən 
bu  tip  məsələlərin  həlli  üçün  ABŞ  Rusiya  ilə 
kompromisə  gəlməyi  vacib  hesab  edir.  Rusiya 
ABŞ-a  "y°x"  deyəndə,  problem  qəlizləşir.  Rusi- 
ya  hesab  edi.r ki,  keçmiş  possovet  respublikaları 
onun  təsiri  altında  olmalıdır.  ABŞ  da  prinsip  eti- 
barı  ilə  Rusiyanın  apardığı  bölgü  əleyhinə  deyii. 
2008-ci  ilin  avqust  ayında  Gürcüstanın  Rusiya 
hərbi  kontingenti  tərəfindən  işğal  edilməsi  gös- 
tərdi  ki,  ABŞ  Moskvanın  maraqlarına  qarşı,  xü- 
susilə  də  apardığı  bölgüyə  qarşı  deyil.  Məhz 
Gürcüstan  olaylarından  sonra  Qırğızıstan  "Ma- 
nas"  hərbi  bazasını  ABŞ-ın  üzünə  bağlamaq  ba- 
rədə  qərar  qəbul  etdi.  Səbəbini  də  onunla  izah 
edir  ki,  Gürcüstan  xristian  dövlətidir.  Xristian 
dünyası,  ABŞ  başda  olmaqla  Gürcüstana  “dəs- 
təyinin”  hansı  səviyyədə olduğunu  görstərdi.  Av- 
ropa  Birliyi  avqust  hadisələrindən  sonra  2008-ci 
il  sentyabrın  1-də  Gürcüstana  qarşı  güc  tətbiq 
etdiyinə  görə,  Rusiyanın  məsələsinə  baxmalı 
idi.  Gündəmdə  Rusiyaya  qarşı  iki  sanksiya  -- 
Polşa və  İtaliya variantları  müzakirə olunmalı  idi. 
Nəticədə,  heç  bir  sanksiya  olmadı.  NATO  Ru- 
siya  ilə  münasibətləri  dondursa  da,  sonradan 
qərarından  imtina  etdi.  Məhz  bu  və  digər  amil- 
lərdən  nəticə  çıxaran  Qırğızıstan  ABŞ-ın  "Ma-
175


İlltam  Əliyev
nas"  hərbi  bazasında  yerləşməsindən  imtina 
etdi.  Hətta  Manas  hərbi  bazasına  görə,  ABŞ  illik 
80  milyonluq  icarə  razılaşmasını  150  milyon 
dollara  qaldırmağa  hazır  olduğunu  bəyan  etdi. 
Bu  da  Qırğızıstanı  razı  salmadı.  Sonradan  Ru- 
siya  Qırğızıstana  2  milyard  dollar  kredit  ayırdı. 
Rusiya  Xarici  İşlər  Nazirliyi  150  milyon  dollar 
əvəzində,  Qırğızıstana  2  milyard  dollar  vəsaitin 
ayrılmasını  sırf  təsadüf  hesab  etdiyini  bəyan 
etmişdi.  Amma  hər  kəsə  bəllidir  ki,  siyasətdə 
təsadüflər olmur.
Bir sözlə,  Rusiya  beynəlxalq  aləmdə  hesab- 
laşmalı  dövlətlərdəndir.  Necə  ki,  ABŞ  və  Şərqi 
Avropa  ölkələri  Rusiya  ilə  hesablaşırlar.  Bu 
mənada,  "Deyl  Korneger"  Fondunun  ekspertlə- 
rinin  gəldikləri  nəticələr  maraq  doğurmaya 
bilməz.  Ekspertlərə  görə,  Rusiyaya  münasibət- 
də  üç  şeyə  təəccüblənməmək  mümkün  deyil. 
Birincisi,  ona  görə  ki,  Sovet  İttifaqının  dağılacağı 
proqnozlaşdırılırdı,  amma  ona  təəccübləndik  ki, 
bu  dağılma  gözləniləndən  tez  baş  verdi.  Təx- 
minən  22  milyon  kv.  km  ərazidən  5  milyon 
kv.km  ərazi  ayrıldı.  Amma  onun  yerində  17  mil- 
yon  kv.km  ərazisi  olan  və ABŞ-dan  (  bu  ölkənin 
ərazisi  9,4  milyon  kv.  km-dir  )  iki  dəfə  böyük 
olan  Rusiya  dövləti  qaldı.  Belə  bir  dövlət  bey- 
nəlxalq  siyasətdə  özünü  tarazlı  aparmalı  idi. 
Amma  1990-cı  ilin  əvvəlində  miskin  günə  düş-
176
Qafqazda imperiyalar v? ermənilərin Azsrbaycaıı ərazilmna köçürülməsi
dü.  Hətta  beynəlxalq  danışıqlarda  Rusiyanın  xa- 
rici  işlər  naziri  Kozırevə  “Mister  yest"  ləqəbi  də 
qoymuşdular.  Yəni  nə desə  başı,  əlləri və dili  ilə 
təsdiqləyir.  Amma  SSRİ-nin  xarici  işlər  naziri 
Qroamıkonun  ləqəbi  “Mister  no"  idi.  Yəni  onu 
razı  salmaq  çox  çətin  idi.  Təəccübləndik  ki,  belə 
nəhəng  dövlətin  varisi  miskin  vəziyyətə  düşə 
bilərmiş.  Bu,  bizi  təəccübləndirirdi.  Üçüncüsü 
isə,  biz  bilirdik  ki,  Rusiyanın  böyük  potensialı 
var,  ərazisi  var,  təbii  ehtiyatları  var.  Bu  dövlət 
özünə gələcək.  Bizi  təəccübləndirən  isə  Rusiya- 
nın  proqnozlaşdırılandan  daha  tez  özünə  gəl- 
məsi  və  ambisiyalarla  çıxış  etməsi  oldu.  2000-ci 
ildə  Vladimir  Putin  hakimiyyətə  gəldikdən  sonra 
Rusiya  dünyada  söz  sahibi  olmağa  başladı. 
Əgər  2000-ci  ilə  qədər  Rusiyanın  150  milyard 
dollarlıq  xarici  borcu  var idisə,  Putinin  hakimiy- 
yətə  gəlişi  ilə  bu  borclar  silinməyə  başladı.  Bu, 
həm  də  onunla  bağlı  oldu  ki,  dünya  bazarında 
neftin  qiymətinin  kəskin  bahalaşması  Rusiyaya 
böyük  həcmli  gəlirlərin  daxil  olmasına  səbəb  ol- 
du.  Putinin  bir  qədər  praqmatik  siyasət  apar- 
ması  Rusiyanı  sürətlə  ayağa  qaldırdı.  Məhz 
bundan  sonra  ambisiyalar  özünü  göstərməyə 
başladı.  "Hətta  Rusiya  postsovet ölkələrini  yaxın 
xarici  hesab  edirdi"  deyə  Fondun  ekspertləri 
təəccüblərinin  nədən  ibarət  olduqlarını  ifadə 
ediblər.
177


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə