E L e k t r o n b I z n e s


E L E K T R O N    B İ Z N E S



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə14/52
tarix14.02.2018
ölçüsü2,88 Kb.
#27089
1   ...   10   11   12   13   14   15   16   17   ...   52

 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________49___________________________ 
 

 
Elektron hərraclar (auksionlar); 

 
Elektron birjalar; 

 
Portallar. 
Qeyd  etmək  lazımdır  ki,  adı  çəkilən  modellərin  dəqiq 
sərhədləri  yoxdur.  Belə  ki,  konkret  sahibkarlıq  təcrübəsində 
konkret həllərdə bu modellərin bir-neçəsi təmsil oluna bilər.  
Elektron  ticarət  meydançaları  yaradılarkən  satıcılarla 
alıcılar  arasında  qarşılıqlı  fəaliyyətin  təşkili  üçün  müxtəlif 
texnologiyalardan  istifadə  edilir.  Bu,  elektron  kataloqlar  üzrə 
satışa xas olan sabit qiymət texnologiyası və ya hərrac və birja 
ticarətinə  xas  olan  dinamik  qiymətəmələgəlmə  sistemi  ola 
bilər.  
Kataloqlar  üzrə  ticarət  və  ya  verilənlərin  aqreqatorları 
texnologiyası  satıcıları  və  alıcıları  bir  yerə  toplayır.  Bu 
texnologiya,  adətən,  çox  da  baha  olmayan  malların  satışında 
tez-tez  rast  gələn  və  satıcıları  və  alıcıları  güclü 
fraqmentləşdirən  sahələr  üçün  xarakterikdir. Bu halda 
qiymətləri  razılaşdırmağın  mənası  yoxdur,  qiyməti  satıcı  təyin 
edir. Kataloqlar üzrə ticarət texnologiyası satış əsasən tanınmış 
malgöndərənlər  tərəfindən  və  müəyyən  qaydalar  üzrə  həyata 
keçirilərkən  yaxşı  işləyir.  Bu  halda  alıcılar  çoxsaylı  kiçik 
malgöndərənlərin  təklif  etdikləri  məhsul  və  xidmətlərlə  daha 
yaxşı  tanış  olmaq  və  seçim  imkanı  əldə  edir.  Nəhayət,  bu 
texnologiya  tələb  kifayət  qədər  dəqiq  proqnozlaşdırılan  və 
qiymət dəyişikliyi nadir hallarda baş verən bazarda daha yaxşı 
işləyir. 
Hərrac  texnologiyası  satıcıları  və  alıcıları  qiymətlər  fəzası 
ilə  təmin  edir.  Bu  texnologiya  qeyri-standart,  özlüyündə 
yeganə və ya tez xarab olan mal və xidmətlərin satışında və ya 
alışında,  əmtəənin  dəyəinin  təyin  edilməsinə  müxtəlif  yanaş-


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________50___________________________ 
 
maların  tətbiqi  zamanı  yaxşı  işləyir.  Bu  qrupa:  nadir  əşyalar, 
əsas avadanlıqlar, işlənmiş mallar, anbardakı qalıqlar və buna 
bənzər məhsullar aid edilir. 
Birja  texnologiyası  tələb  və  təklifin  müvəqqəti 
razılaşdırılmasını  təmin  edir.  Bu  texnologiya  tələb-təklifin  real 
vaxtda  razılaşdırılması,  bazar  qiymətlərinin  müəyyən  edilməsi, 
həmçinin  sövdələşmələrin  qeydiyyatı  mexanizmlərinin  yaradıl-
masını  tələb  edir.  Bu,  bir-neçə  asan  standartlaşdırılan 
xarakteristikaya malik standartlaşdırılmış məhsul üçün ən yaxşı 
texnologiyadır.  Birja  texnologiyası  tələb  və  qiymətlərin  qeyri-
sabit  olduğu  bazarlar  üçün  daha  cəlbedicidir.  Bu  texnologiya 
iştirakçılara tələbin piki və artıqlığını idarə etməyə imkan verir. 
Bir-neçə  il  əvvəl  Rusiyada  barter  texnologiyası  geniş 
tətbiq  edilirdi.  Barter  texnologiyası  qarşılıqlı  maraq  doğuran 
resurslara  malik  iki  tərəfi  bir-birinə  bağlayır.  Barter 
texnologiyası  adətən  inflyasiyalı  iqtisadiyyatda  tətbiq  edilir. 
Barter  texnologiysı  maliyyə  risklərini  minimumlaşdıran iqtisadi 
instrument kimi özünü doğruldur.  
Rəqabət şəraitində biznesin uğurla aparılmasının mühüm 
amili  partnyorlarla  qarşılıqlı  fəaliyyət  bacarığıdır.  Biznes 
partnyorların gerçək imkanları və planlaşdırdıqları əməliyyatlar 
barədə  lazımi  informasiyanın  operativ  qaydada  alınması, 
həmçinin  yaxşı  təşkil  edilmiş  elektron  məlumat  mübadiləsi 
texnologiyası  uzunmüddətli  və  qarşılıqlı  faydalı  münasibətlər 
yaratmağa imkan verir.  
ABŞ-da  ümumiqtisadi  tənəzzüllə  əlaqədar  olaraq  Şimali 
Amerikada  əmtəə  və  xidmətlərin  son  istifadəçilərinə  yönəlik 
elektron biznes modeli olan
  B2C  modelinin  inkişafının 
zəifləməsi  fonunda  Asiya-Sakit  Okean  regionunda  pərakəndə 
satıcıların onlayn fəallığı günbəgün artmaqdadır. Bu bazar ildə 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________51___________________________ 
 
100%-dən çox artır. 
Boston Consulting Group (www.bcg.com) 
şirkətinin  verdiyi  məlumata  görə,  Yaponiyada, Avstraliyada, 
Tayvanda,  Koreyada  və  digər  region  ölkələrində  pərakəndə 
elektron  mağazaların  uğurları,  ilk  növbədə,  iri  nüfuzlu  bazar 
iştirakçılarının səyi ilə mümkün olmuşdur. 
Asiya-Sakit Okean  regionunda  pərakəndə  elektron 
bazarın  sonrakı  inkişafı  iki  əsas  amillə  bağlı  olmuşdur:  birinci, 
İnternet auditoriyasının genişlənməsi tempidir. Belə ki,  2004-
cü ildə bu regionda sənayecə inkişaf etmiş ölkələrdəki əhalinin 
50%-i kompüter şəbəkələrindən istifadə edirdi. İkinci amil son 
istehlakçıya  yönəlik  elektron  biznes  üzrə  əlavə  xidmətlərin 
(Xidmətlərə  görə  hesablara  ödəmələr,  informasiyalı  xəbər 
mübadiləsi  (biletlərin,  mehmanxanada  yerlərin,  turist 
qruplarında  iştiraketmələrin  bronlaşdırılması  və  s.))  böyük 
sürətlə  inkişaf  etməsidir.  Asiya-Sakit Okean regionunda son 
istehlakçıya  yönəlik  elektron  biznes  bazarının  xüsusi  çəkisi 
Avropa  İttifaqını  ötərək  Şimali  Amerikanın  xüsusi  çəkisinə 
yaxınlaşmış və 24% təşkil etmişdir. 
ABŞ-da elektron biznesin 25%-i  son  istehlakçıya  yönəlik 
biznesdir. Avropada bu göstərici 20%-dir.  
Hal-hazırda  son  istehlakçıya  yönəlik  biznesin  aşağıdakı 
modelləri mövcuddur: 

 
Elektron reklam; 

 
Elektron ticarət; 

 
İnformasion xidmətlər; 

 
Elektron səhiyyə; 

 
Distant təhsil; 

 
Müştərilərlə qarşılıqlı münasibətlərin idarə edilməsi. 
 
 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə