E L E K T R O N B İ Z N E S
_________________________52___________________________
E L E K T R O N B İ Z N E S
_________________________53___________________________
SATINALMALARIN ELEKTRON İDARƏ
EDİLMƏSİ
Son illər ərzində satınalmaların idarə edilməsi məsələləri
bütün dünyada həm kommersiya, həm də dövlət təşkilatları
rəhbərlərinin diqqətini daha çox cəlb etməyə başlamışdır.
Yüksək səviyyə rəhbərləri arasında belə bir fikir formalaşmışdır
ki, mənfəətin artırılması üçün təkcə iqtisadi təcrübədə geniş
tətbiq edilən satış və dövrüyyənin artırılması kimi ənənəvi
üsullar deyil, həm də müəssisə fəaliyyətinin daxili xərclərinin
azaldılması yolu da vardır. Daxili xərclərin azaldılmasının ən
səmərəli üsullarından biri kiberfəza imkanlarından istifadə
etməklə satınalmalar sisteminin təkmilləşdirilməsidir.
Son zamanlaradək bu məsələnin həlli üçün əsasən
elektron sənəd mübadiləsi (
Electronic Document Interchange -
EDI) texnologiyasına əsaslanan vasitələrdən istifadə edilirdi. Bu
texnologiya kifayət qədər çevik və təhlükəsiz həlləri təmin etsə
də, nisbətən geniş miqyaslarda çox mürəkkəbləşir və baha
başa gəlir. İnternetin meydana gəlməsi və inkişaf etməsi,
xüsusən
də
İnternet/İntranet-texnologiyaların
işlənib
hazırlanması
satınalmaların elektron idarə edilməsi (e-
Procurement) adlanan yeni həllər sinfinin yaranması ilə
nəticələnmişdir.
Təcrübəli menecerlərə yaxşı məlum olan bir qayda vardır:
məhsul
və
ya
xidmətlərin
satınalmalarının
bütün
tranzaksiyalarının 80%-i tranzaksiyaların ümumi dəyərinin
20%-ni təmin edir (Bu qaydaya görə, alimlərin 20%-i yeni
ideyanın yaradıcısı, 80%-i yayıcısıdır). Hər biri ayrılıqda
nisbətən az dəyərə malik olsa da, böyük miqdarda satın
E L E K T R O N B İ Z N E S
_________________________54___________________________
alındığından, məhsul və ya xidmətlərin satınalmaları ilə bağlı
qaimə xərclərinin azaldılması müəssisə miqyasında böyük
əhəmiyyət kəsb edir.
Müxtəlif sənaye sahələrini təmsil edən aparıcı şirkətlərin
çoxu satınalmaların elektron idarə edilməsindən istifadəyə
üstünlük verirlər.
Satınalmaların elektron idarə edilməsinin təşkili üzrə
məsləhətçi-konsaltinq xidməti göstərməyə başlayan ilk
şirkətlərdən biri
PriceWaterhouseCoopers şirkəti olmuşdur.
Hal-hazırda bu şirkət elektron biznesin qlobal miqyasda inkişaf
etdirilməsi təşəbbüsü ilə çıxış edərək dünyada satınalmaların
idarə edilməsinin avtomatlaşdırılması üzrə fəaliyyət göstərən
bütün layihələşdirici qurumlarla sıx münasibətlər qurmağa
çalışır.
Satınalmaların elektron idarə edilməsi sisteminin
qurulması xərclərinin azaldılması məqsədilə bir-neçə sifarişçi
birləşə bilir. Bu sistemin hər bir sifarişçi üçün ucuz başa
gəlməsindən ötrü hərə öz malgöndərənini sistemə daxil edərək
qalan sifarişçilər üçün seçim imkanını genişləndirirlər. Bir-biri
ilə kooperasiya əlaqəsinə girməklə müəssisələr birgə sifariş
hazırlayıb müəyyən güzəştə nail ola bilirlər.
Satınalmaların elektron idarə edilməsi sisteminin
tətbiqində insan amili vacib rol oynayır. Sistemin gerçək xeyir
gətirməyə başlaması üçün elə şərait yaradılmalıdır ki,
əməkdaşların bu sistemdən istifadə edilməsinə marağı olsun.
Xüsusən də lazımi məhsul və xidmət göndəricilərinin “seçim”
ənənəsinin kristallaşdığı hallarda bu, daha böyük əhəmiyyət
daşıyır. Satınalmaların elektron idarə edilməsi sistemi
özlüyündə müəssisədə birbaşa xərclərin azaldılmasını təmin
etmir, bu sistem yalnız menecerlərin fəaliyyətinə və qəbul
E L E K T R O N B İ Z N E S
_________________________55___________________________
etdikləri qərarlara nəzarət etmək alətidir. Alətdən istifadənin
səmərəliliyi rəhbərliyin bu istiqamətdə həvəsləndirmə
bacarığından çox asılıdır.
Hal-hazırda satınalmaların elektron idarə edilməsi 3 əsas
sinfə bölünür:
1.Elektron kataloqlar və məlumat aqreqatorları sistemi;
2.Qarşılıqlı, müqabil sifarişlər axtarışı sistemi;
3.Elektron tender sistemi.
Tipik
kataloq malgöndərənlərin məhsullarını toplu halda
birləşdirir və alıcıya imkan verir ki, müəyyən kriterilər üzrə
lazımi məhsulu və ya xidməti qlobal axtarış tətbiq etməklə tapa
bilsin. Bir qayda olaraq, kataloq bu sahədə ixtisaslaşdırılmış
şirkət tərəfindən yaradılır və aktual vəziyyətdə saxlanır ki, buna
da universal müştəri olan brauzerin köməyi ilə İnternet
infrastrukturundan
istifadə
etməklə
müraciət
edilir.
Satınalmaların elektron idarə edilməsi texnologiyasından
istifadə edən müəssisələr elektron kataloqa abunəçi olaraq
sözügedən sistemin yaradılması və istismarı ilə bağlı xərclərdən
imtina etmək imkanı qazanır. Bu müəssisələr yalnız provayder
xidmətinə və kataloqa müraciət edilməsinə ödənişlər edir. Bu
variantda alıcılar daha geniş seçim imkanı qazanmaqla satıcıları
daha kəskin rəqabət mühitinə salırlar.
Şirkətlərin
mövcudluğunun
birinci
mərhələsində
informasiya vasitəçiləri öz xidmətlərinə tələbin ən yüksək
səviyyəyə çatmasına çalışırlar. Kontragentlər (Kontragent –
müqavilə üzrə müəyyən təəhhüd (öhdəlik) götürən şəxs və ya
idarə) elektron kataloqu dəstəkləyən informasiya serverində nə
qədər çox saziş bağlayırlarsa, server sahibləri bir o qədər çox
gəlir əldə edirlər. İnformasiya vasitəçilərinin xidmətlərindən
istifadə etmək istəyən istifadəçilərin sayı artdıqca, xüsusi
Dostları ilə paylaş: |