E L E K T R O N B İ Z N E S
_________________________56___________________________
“multiplikator effekti” yaranır. Belə ki, şirkət daha çox sifarişçi
və malgöndərənin diqqət mərkəzinə düşür. İstifadəçilərin
“böhran kütləsi”nin (yəni maksimal istifadəçi kütləsinin)
meydana çıxması şirkətin informasiya vasitəçilərinə çəkdiyi
xərcin ən yüksək səviyyəsi ilə xarakterizə edilir.
İnformasiya serveri və ya verilənlər aqreqatoru yaradıb
kommersiya dövrüyyəsinə buraxan şirkətin məqsədi hədəf-alıcı
qruplarına və malgöndərənlərə yaxın yerlərdə kataloqlar
toplusu yığan universal mağazalar tikməkdən ibarətdir. Veri-
lənlər aqreqatorları kiçik biznes sferasındakı satıcıları geniş alıcı
kütləsinə qovuşdurur. Digər tərəfdən, aqreqatorlar kiçik
müəssisələrdən olan alıcıları birləşdirərək onların alıcılıq
qabiliyyətini artırır. Çünki iri mal partiyalarının alqı-satqısında
müəyyən güzəştlər nəzərdə tutulur. Verilənlər aqreqatorları ilə
əlaqəsi olan alıcılar çoxsaylı distribüterlərlə (malpaylayanlarla)
kontakt yaratmaq əziyyətindən və xərcindən azad olurlar. Bu
aqreqatorlardan istifadə marjı (qiymət əlavəsi) 5-15% təşkil
edir.
Qarşılıqlı, müqabil sifarişlər axtarışı sistemləri müəyyən
əmtəələrə və müəyyən qiymətli əmtəələrə sifarişləri toplayıb
hər bir satıcıdan hər bir tapılmış alıcıya görə haqq alırlar.
Elektron kataloqlu informasiya serverləri satdıqları əmtəələrə
marj müəyyən edirlər. Bu da, mahiyyətcə, ənənəvi distribüter
sxemidir. Məsələn, kənd təsərrüfatı məhsulları üzrə
ixtisaslaşmış
DirectAg.com cerverinin marjı 10-30% təşkil edir
ki, bu da ənənəvi distribüter əlavələrinə müvafiqdir. Fərq bura-
sındadır ki, ənənəvi distribüter yalnız bir-neçə istehsalçının
məhsulunu yayırsa,
DirectAg.com serveri daha böyük seçim
imkanı verir. Bu serverlə işləyən fermerlər adi distribüterlərlə
işləyənlərə nisbətən daha böyük güzəşt əldə edirlər.
E L E K T R O N B İ Z N E S
_________________________57___________________________
Elektron tender sistemi tender məsələsinin səmərəli həlli
üçün
İnternetin kommunikasiya imkanlarından istifadə edir.
Aşağıdakı məsələlər avtomatlaşdırılmış rejimdə həll edilə bilir:
•
Verilmiş kriterilər üzrə potensial tender iştirakçılarının
seçilməsi;
•
Seçilmiş namizədlərin tender prosesinə daxil edilməsi;
•
Xidmət göndəricilərinin kommersiya təkliflərinin təqdim
edilməsi məqsədi ilə sorğuların avtomatlaşdırılmış
yayımı;
•
Kommersiya təkliflərinin emalı;
•
Tenderin bütün mərhələlərində iştirak edənlərin hamısı
ilə qarşılıqlı fəaliyyətin idarə edilməsi;
•
Malgöndərənlərin seçilməsinə və onların təkliflərinin
qiymətləndirilməsinə unifikasiya edilmiş yanaşma
tətbiqinin təmin edilməsi.
Elektron tender texnologiyasından istifadə edilməsi
tenderdə qalibgəlmə obyektivliyini yüksəldir, ənənəvi nəzarət
və idarəetmə metod və prosedurlarına nəzərən xeyli üstünlük
təmin edir.
Elektron satınalmalar sferasındakı bütün sistem həllərini
mürəkkəblik dərəcəsinə görə 3 hissəyə bölürlər:
1.Aşağı (başlanğıc) səviyyə sistemləri. Bunlar ən sadə
ticarət meydançasını və sənəd dövrüyyəsini işləyir.
2.Orta səviyyə sistemləri. Burada əsas mal satınalmaları
ilə
əlaqəli
olan
bütün
biznes-proseslər
avtomatlaşdırılmışdır.
3.Yüksək səviyyə sistemləri. Bunlar satınalmaların
kəsilməzliyini təmin etməklə yanaşı, həm də
malgöndərmələri prosesini avtomatlaşdırır.
E L E K T R O N B İ Z N E S
_________________________58___________________________
Yüksək səviyyə sistemlərində malların satın alınması və
istehlakçıya çatdırılması praktiki olaraq avtomatik qaydada baş
verir. Bu sistemlərə nümunə olaraq
Ford, General Motors,
DaimlerChrysler, Renault, Nissan və Meritor şirkətlərinin
istifadə etdiyi
Covisint sistemini göstərmək olar. Avtomobillərin
qovşaqları birbaşa konveyerə çatdırılır ki, bu da həm yığma
prosesini optimallaşdırmağa, həm də anbar xərclərinə qənaət
etməyə imkan verir.
Satınalmaların idarə edilməsi sisteminin qurulması ilə
bağlı xərclərin dəyişmə diapazonu kifayət qədər genişdir.
Bazara çıxarılan yüksək səviyyəli sistemlər təqribən 15 milyon
dollar dəyərindədir. Aşağı səviyyəli sistemlər ABŞ-da 15-300
min dollar arasında qiymətləndirilir. Sistemin qurulması və
sazlanmasına 3 aydan 1 ilə qədər vaxt sərf edilir. Bu,
müəssisələr üçün o qədər də maraqlı olmasa da, başqa çarə
yoxdur.
Müəssisədə həyata keçirilən elektron təchizat və
avtomatlaşdırma ilə bağlı olan bir mühüm amili də qeyd etmək
lazımdır. Elektron satınalma sisteminin gerçək gəlir gətirməsi
üçün bu sistemdən istifadə edəcək əməkdaşların yüksək
səviyyədə öyrədilməsi tələb olunur. Təcrübə göstərir ki, bu
məsələ heç də asan həll edilə bilən deyildir. Elektron təchizat
sistemi özlüyündə heç bir problemi həll etmir. Bu, yalnız qərar
qəbulu və nəzarət üçün alətdir. Bu alətin səmərəliliyi yuxarı
səviyyə menecerlərinin zəruri motivasiya yarada bilməsindən
çox asılıdır.
Dostları ilə paylaş: |