E L e k t r o n b I z n e s


E L E K T R O N    B İ Z N E S



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə22/52
tarix14.02.2018
ölçüsü2,88 Kb.
#27089
1   ...   18   19   20   21   22   23   24   25   ...   52

 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________78___________________________ 
 
Portalın  işlənib  hazırlanması  təkcə  proqram  sistemlərinin 
qurulması texnologiyaları sahəsində biliyin olmasını deyil, həm 
də  predmet  oblastına,  istifadəçi  kontingentinə  və  onların 
informasiyaya  tələbatlarının  xüsusiyyətlərinə  yaxşı  bələd 
olmağı  tələb  edir. 
IDC, Delphi Group  və  Adventis  kimi 
məsləhətçi  şirkətlər  öz  müştərilərinə  portalın  funksiyalarını  və 
qurulma qaydalarını düzgün təyin etməkdə və portal hazırlayıcı 
mütəxəssis seçməkdə kömək etmək üçün tez-tez xüsusi proq-
ramlar işləyib hazırlayırlar.  
Portal  daxili  və  xarici  informasiya  resurslarına  vahid 
formalı  müraciəti  təmin  edir.  Portalın  təyinatı  şirkət 
əməkdaşlarının  müvafiq  kontingenti  üçün  şəxsləndirilmiş 
pəncərə formalaşdırmaqdan ibarətdir ki, bu da biznes məqsədi 
ilə lazımi informasiyaya baxmağa və əldə etməyə imkan verir. 
Beləliklə, 
portal - İnternetə və ya İnternet texnologiyaları 
ilə  qurulmuş  korporativ  şəbəkəyə  daxil  olmaq  üçün  əsas 
nöqtədir  (limandır,  qapıdır).  Portal  istifadəçilərin  daxil  olduğu 
ilk informasiya serveridir. Portalın əsas xüsusiyyəti: informasi-
yanın  münasib  rubrikalaşdırılması  və  xülasələşdirilməsi, 
verilənlər bazaları ilə əlaqə, konkret istifadəçiyə profilləşdirilmiş 
yeniliklərin  və  xidmətlərin  təqdim  edilməsi, elektron poçt 
xidməti,  müəyyən  profilli  informasiya  serverləri  kataloquna 
müraciətin  təmin  edilməsi,  axtarış  mexanizminin mövcud 
olması kimi inteqrasiya edilmiş xidmətlərin mövcudluğudur.  
Əhatə  etdiyi  auditoriyanın  ölçüsünə  və  təqdim  etdiyi 
informasiyanın  genişliyinə  görə  portallar  aşağıdakı  növlərə 
bölünür: 

 
Korporativ portallar; 

 
İnformasion portallar; 

 
Kommersiya portalları; 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________79___________________________ 
 

 
Fərdi portallar.
 
Korporativ portallar 
dar auditoriyaya 
(Şirkətin 
əməkdaşları, sifarişçiləri və partnyorlarından ibarət auditoriya) 
geniş  məzmunlu  informasiya  (Şirkətin  biznesinin  müxtəlif 
aspektlərinə  və  bunlarla  sıx  əlaqəli  sahələrə  aid  informasiya) 
təqdim  edir.  Korporativ  portal  ən  azı  aşağıdakıları  əhatə 
etməlidir: 

 
İnformasiya axtarışı vasitələri; 

 
Təsnifləşdiricilər; 

 
Tətbiqi sistemlərlə qarşılıqlı fəaliyyət vasitələri; 

 
Müraciət hüququnun idarə edilməsi vasitələri; 

 
Konkret istifadəçi ehtiyacları üçün sazlamaq imkanı. 
İnformasion portallar  yalnız İnternet istifadəçilərinin sayı 
ilə  məhdudlaşan  auditoriya  üçün  ən  geniş  məsələlər  dairəsi 
üzrə informasiya təqdim etməkdən ötrü nəzərdə tutulmuşdr.  
Kommersiya portalları geniş auditoriyaya hər hansı maraq 
sferasına  aid  olan  informasiyanı  kommersiya  əsasında  təqdim 
edir (satır). 
Fərdi  portallar  maraqlı  şəxslərin  məhdud  dairəsi  üçün 
konkret  spesifikasiyalı  tematikanın  işıqlandırılmasıdan  ötrü 
nəzərdə tutulmuşdur. 
Korporativ  portallar.  Korporativ  portalların  işlənib 
hazırlanması  və  dəstəklənməsi  ilə  məşğul  olan  mütəxəssislər 
arasında  belə bir fikir  geniş yayılmışdır ki, yaxın illərdə bu tip 
portalların  tətbiqinə  güclü  investisiya  qoyulacağını  gözləmək 
lazımdır.  Korporativ  portallar  son  istifadəçilərin  korporativ 
şəbəkə  əlavələrinə  və  informasiya  resurslarına  eyni  cür  və 
profilləndirilmiş  əlçatanlığını  idarə  edir.  Portalın  tərkibinə 
təhlükəsizliyin  təmin  edilməsinin  sınanmış  və  müşayiət  edilən 
vasitələri,  müştəri  sistmələrinin  inzibatçılıqetmə  və  birgə 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________80___________________________ 
 
işləmənin təşkili vasitələri, verilənlərin idarə edilməsi sistemləri, 
həmçinin vahid interfeyslə axtarış mexanizmləri daxil olmalıdır.  
Müasir  təşkilat  üçün  informasiya  resursları  korporativ 
maliyyə  və  ya  kadr  tərkibi  qədər  vacibdir.  Buna  görə  də 
portalın  funksiyalarına  sadəcə,  təşkilatın  informasiya 
resurslarına  təməl  müraciət  məntəqəsi  kimi  deyil,  daha  geniş 
miqyasda baxmaq lazımdır.  
Bu  tip  portalların  əsas  funksiyası  korporativ  informasiya 
resurslarının  idarə  edilməsindən  ibarətdir.  Təşkilatın  idarə 
edilməsinin  informasiya  təminatının  planlaşdırılması  prosesi 
konkret biznes-prosesdə  məşğul  olan  şirkət  əməkdaşlarının 
informasiyaya  tələbatının  nəzərə  alınması  ilə  sıx  bağlıdır.  Çox 
hallarda informasiya  təminatına  cavabdeh  olan  bölmələr 
şirkətin  biznes-prosesləri  və  bu  prosesləri  icra  edən 
istifadəçilərin  funksiyaları  barədə  hərtərəfli  və  dəqiq  
informasiyaya malik  olmurlar.  Lazımi  informasiyanın  alınması 
şirkətin fəaliyyətinin xüsusi analitik tədqiqini və müəyyən vaxt 
və maliyyə məsrəflərini tələb edir. 
İnformasiya  təminatının  planlaşdırılması  korporativ 
portalın  köməyi  ilə  reallaşdırılan  idarəetmə  funksiyalarının  ən 
vaciblərindən  biridir.  Portal  informasiya  resurslarının  idarə 
edilməsinin 
planlaşdırma - nəzarət - təhlil - qərar qəbulu kimi 
həlqələrdən  ibarət  zəncirinin  bütün  həlqələrinin  vacib 
komponentlərindən biri olmalıdır. 
ERP sinfindən olan korporativ 
informasiya  sistemləri  üzrə  iri  istehsalçıların  bir  çoxu  (
SAP 
Workplace, Oracle Portal, iBaan Portal)  öz məhsullarının 
komplektinə korporativ portal daxil edirlər. 
Korporativ  portal  tətbiq  edən  təşkilatlar,  artıq,  bir  qayda 
olaraq,  informasiya  texnologiyalarına  və  biznes-proseslərin 
avtomatlaşdrılmasına  böyük  investisiya  qoymuşlar.  Portalın 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə