E L e k t r o n b I z n e s


E L E K T R O N    B İ Z N E S



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə13/52
tarix14.02.2018
ölçüsü2,88 Kb.
#27089
1   ...   9   10   11   12   13   14   15   16   ...   52

 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________46___________________________ 
 
münasıbətlərin  və  məhsulun  inkişafı  ilə  bağlı  strateji 
məsələlərlə məşğul olan virtual şirkət modelinə keçid baş verir. 
Əgər  ənənəvi  şirkətlər  üçün  inteqrasiyanın  bu  üç 
mərhələsini  ardıcıl  keçmək  təbii  sayılırsa,  yeni  yaradılan 
şirkətlər 
əzəl-başdan 
elektron 
biznesdən 
istifadəyə 
yönəldildiyindən, birbaşa 3-cü mərhələyə düşürlər. 
Nəhayət, 
dördüncü  mərhələdə  ənənəvi  şirkət  ləğv  edilir, 
həqiqətən  virtual  şirkət  yaradılır.  Çünki  yeni  iqtisadiyyatda 
bazara  giriş  maneələri  kəskin  şəkildə  zəifləyir,  hamı  yeni 
istiqamətli  biznesə  qoşulmağa  səy  göstərir.  Hər  şey  dəyərin 
əlavə  edilməsi  zəncirinə  bağlanır.  Məhsulun  konfiqurasiyasını 
istehsalçı  deyil,  sifarişçi-müştəri  müəyyən  edir.  Sifarişin  icrası 
avtomatik  olaraq  lazımı  konfiqurasiyalı  məhsulun  buraxılışına 
keçilməsini təmin edir. 
    
    
    
    ELEKTRON BİZNESİN ƏSAS MODELLƏRİ 
 
İnternet şəbəkəsinin inkişafı biznesin aparılması üsullarını 
köklü surətdə dəyişdirmişdir. İnternet indi nəinki təkcə məhsul 
və xidmətlərin yeni reklam kanalı kimi istifadə edilir, o həm də 
şirkətin  müştərilərlə  qarşılıqlı  əlaqələri  kanalı  olub,  tələbin 
öyrənilməsini,  sifarişlərin  təşkilini,  məhsul  və  xidmətlərin 
satışını  və  satışsonrası  qulluq  edilməsini  təmin  edir.  Bazar 
haqqında  gerçək  və  daim  təzələnən  və  dəqiqləşdirilən 
informasiyanın mövcudluğu təşkilat rəhbərliyinə imkan verir ki, 
həm  biznes  partnyorlara,  həm  də  məhsul  və  xidmətlərin  son 
istehlakçılarına  nəzərən  dəyişikliyə  uğrayan  situasiyalarda 
operativ reaksiya versin. 
Sərt  bazar  rəqabəti  şəraitində  təşkilatın  uğur  qazanması 
mövcud və potensial müştərilərlə qarşılıdlı fəaliyyət göstərmək 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________47___________________________ 
 
bacarığından  çox  asılıdır.  Müştərilərin  tələbi  və  bəyəndikləri 
barədə  zəruri  informasiyanın  alınması  və  bacarıqla  istifadə 
edilməsi  müştərilərlə  uzunmüddətli  və  qarşılıqlı  faydalı 
münasibətlər  yaradılmasına  imkan  verir.  Müştərilərlə  qarşılıqlı 
münasibətlərin təkmilləşdirilməsi müştəri qruplarını anlamaq və 
hər  bir  qrupla  ayrıca  səmərəli  qarşılıqlı  fəaliyyət  qurmağa 
kömək edən təşkilati intizamdır. 
İqtisadi 
fəaliyyətin 
informasiya 
təminatının 
təkmilləşdirilməsi  həm  bazarda  təmsil  olunmuş  informasiya 
xidməti satıcılarının, yaxud informasiya vasitəçilərinin fəaliyyəti 
hesabına, 
həm 
də 
yuxarı 
idarəetmə 
səviyyəsinin 
menecerlərinin  təşəbbüsü  ilə  təşkilatdaxili  biznes-proseslərin 
mahiyyətcə dəyişilməsi hesabına həyata keçirilə bilər.  
Forrester Research-ın  məlumatına  görə  2004-cü  ildə 
dünyada elektron ticarətin ümumi həcmi 6,8 trillion dollar artıq 
olmuşdur.  Həmin  dövrdə  ABŞ  və  Kanada  iqtisadiyyatın  bu 
sektorunda  kiçik  xüsusi  çəkiyə  malik  olsalar  da,  burada 
vəziyyət  sürətlə  dəyişməkdədir.  Asiya-Sakit Okean regionu 
ölkələrində  və  Qərbi  Avropada  elektron  biznes  sürətlə  artır. 
Mütəxəssislər  B2C  (əmtəə  və  xidmətlərin  son  istifadəçilərinə 
yönəlik  elektron  biznes  modeli)  sferasında  daha  sürətli  artım 
gözləyirlər.  
İdarəedici  qərarların  keyfiyyətinin  yüksəldilməsinin  yaxşı 
tanınmış  üsulu  qərar  qəbulu  üçün  lazım  olan  informasiyanın 
gerçəkliyinin  yüksəldilməsi  ilə  yanaşı  onun  alınması  vaxtının 
qısaldılmasından ibarətdir.  
İnternet  texnologiyaları  üzərində  qurulan  informasiya 
mübadiləsindən  geniş  istifadə  edilməsi  zəruri  məlumatların 
yüksək  keyfiyyətlə  operativ  əlçatanlığını  təmin  edir.  Elektron 
biznesə obyektiv surətdə müəyyən informasion disproporsiyalı-


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________48___________________________ 
 
lıq  xasdır.  İnformasiya  disproporsiyalılığının  mövcudluğu,  yəni 
qarşlıqlı  iqtisadi  fəaliyyət  iştirakçılarının  qərar  qəbulu  üçün 
müxtəlif  keyfiyyətli  informasiyadan  istifadə  etməsi  halı  qərar 
qəbulu  zamanı  müəyyən  risklərə  yol  açır.  İnternet-texnolo-
giyadan  istifadə  edilməsi  həm  tələb  olunan  məlumat 
mənbələrinə  müraciəti  sadələşdirir  və  iqtisadi  cəhətdən 
məqsədəuyğun  edir,  həm  də  qəbul  edilən  qərarın  optimal 
olması ehtimalını artırır.  
Biznes-fəliyyətin  həyata  keçirilməsi  üçün  lazım  olan 
informasiyanın  alınmasının  dəyərinin  aşağı  salınması  dəyər 
əlavə edilməsi zəncirinin optimallaşdırılması məqsədi ilə biznes-
proseslərin yenidən təşkil edilməsinə imkan verir. O cümlədən, 
istehsalın zəruri materiallarla və komplektləşdirici məmulatlarla 
təchiz  edilməsi  sistemi,  konkret  təşkilatın  məhsul  və 
xidmətlərinin  satışı  və  alıcıya  çatdırılması  təkmilləşdirilə  və 
birbaşa xərclər azaldıla bilər. İqtisadi əhəmiyyətli gerçək infor-
masiyaya  yüksək  keyfiyyətli  əlçatanlığın  iqtisadi  cəhətdən 
səmərəli  təmin  edilməsi  təşkilatın  və  onun  məhsulunun 
elektron biznes bazarında rəqabət qabiliyyətini artırır. 
IDC (
www.idc.com
)  şirkətinin  məlumatına  görə,  2001-ci 
ildə  bütün  onlayn  satışların  83%-i 
B2B  (biznes-partnyorlara 
yönəlik  elektron  biznes  modeli)  sektorunun  payına 
düşmüşdür.  2006-cı  ildə  bu  rəqəm  88%  təşkil  etmişdir. 
İnternetdə istehlakçıların sayı müəssisələrin sayından xeyli çox 
olmasına  baxmayaraq,  bines-partnyorlar  arasında  baş  tutmuş 
alqı-satqı sövdələşmələri pərakəndə satışı dəfələrlə üstələyir.  
Biznes-partnyora yönəlik elektron biznes sahəsində (B2B) 
aşağıdakı biznes-modellər kifayət qədər dəqiq təyin edilmişdir: 

 
Satınalmaların  (o  cümlədən,  elektron  kataloqlardan 
istifadə edilməklə) elektron idarə edilməsi; 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə