E L E K T R O N B İ Z N E S
_________________________35___________________________
yaya əlçatanlığı da daxil olmaqla, informasiyaya
əlçatanlığı xarakterizə edən proseslər;
•
Reallaşdırılan həllin cari vəziyyətini xarakterizə edən
informasiyanın yığılması və emalı, o cümlədən, audit
prosesləri;
•
Təşkilatın işçi heyətinin hazırlanması və hazırlanma
səviyyəsinin idarə edilməsi prosesləri;
•
Təqdim edilən həllin tətbiq edildiyi mühitin vəziyyətini
və dəyişilmə meyllərini xarakterizə edən analitik
materialların hazrlanması prosesləri.
Proseslərin təsviri o dərəcədə ətraflı olmalıdır ki,
proseslərin mahiyyəti başa düşülsün.
Aşağıdakıları təsvir edən informasiya təqdim edilməlidir:
•
Proseslərin alqoritmləri və onların icra edilməsi vaxtları;
•
Proseslərin bir-birindən asılılığı, informasiya əlaqələrinin
və idarəedici təsirlərin reallaşdırılması mexanizmləri;
•
Prosesin reallaşdırılması keyfiyyəti üçün əhəmiyyətli olan
idarə edilən və edilməyən parametrlər.
İdarəedici həllin vacib elementi biznes-proseslərin bütün
gerçək və potensial iştirakçılarının hüquq və məsuliyyət
dərəcələrinin təsvirini də əhatə edən rolların formal təsvirindən
ibarətdir. Elektron biznes sferasına elektron biznesin təhlükə-
sizliyinin idarə edilməsi prosesləri, o cümlədən, təhlükəsizlik
siyasətində nəzərdə tutulan tədbirlərin görülməsi üçün
cavabdeh olan və zəruri qayda və biliklərə yiyələnmiş
təhlükəsizlik menecerlərinin mövcudluğu xarakterikdir.
Müxtəlif proseslərin reallaşdırılması zamanı rolların və
məsuliyyətlərin bölünməsi prosesində zəruri normativ aktları
rəhbər tutulmalıdır. Elektron biznes sferasında fəaliyyətin
müəyyən hissəsi qanunvericiliklə tənzimlənir, nisbətən xüsusi
E L E K T R O N B İ Z N E S
_________________________36___________________________
məsələlər, məsələn, firmadaxili informasiyanın alınması və
istifadə edilməsi qaydası rəhbərliyin müvafiq qərarına əsasən
müəyyən edilir. Qeyd edək ki, biznes-proses qaydalarının və
iştirakçılarının vəzifələrinin dəqiq təyin edilməməsi elektron
biznesin təhlükəsizliyi sahəsindəki pozuntularla bağlı
insidentlərin araşdırılması (təhqiq edilməsi) zamanı çıxılmaz
situasiya yaradır.
Biznes partnyora yönəlik idarəedici həlldə bəzən həllin
reallaşdırılması prosesində qarşılıqlı fəaliyyət göstərən işçi
heyətinin ixtisas səviyyəsinin yoxlanması texnologiyası da
nəzərdə tutulur. Məsələn, belə yoxlamanın autsorsinq zamanı
kənar firmaların hər hansı funksiyalarına tətbiqi nəzərdə tutula
bilər. Verilənlərin elektron mübadiləsi zamanı tətbiq edilən
formatlar və informasiya resurslarına müraciət texnologiyaları
ilə bağlı həllər adətən qarşılıqlı fəaliyyət göstərən təşkilatların
səlahiyyətli nümayəndələri tərəfindən bağlanan müqavilələrlə
reqlamentləşdirilir.
Texnoloji həllər, yuxarıda qeyd edildiyi kimi, tələb
olunan sistemlərin, proqram əlavələrinin və təşkilatdaxili
instrumentlərin, xarici informasiya mənbələri və cəlb edilmiş
partnyorlarla qarşılıqlı fəaliyyəti həyata keçirən interfeys stan-
dartlarının birmənalılığını və səmərəliliyini təsvir edir. Yüksək
dərəcədə standartlaşdırma biznesin avtomatlaşdırılmış sistemi
üçün lazım olan texniki müşayiəti sadələşdirir və ucuzlaşdırır.
Bununla yanaşı, çox hallarda elektron biznes təşkilatın mövcud
informasiya infrastrukturuna əsaslanan ənənəvi biznesin
genişləndirilməsi kimi mövcud olur. Odur ki, texnoloji həll
hazırlanarkən bu cəhət nəzərə alınmalıdır.
Texnoloji həll təsvir edilərkən aşağıdakılar təyin
edilməlidir:
E L E K T R O N B İ Z N E S
_________________________37___________________________
•
Sistemin arxitekturası;
•
İstifadə edilən proqram-aparat platformaları və
instrumentləri;
•
Müştərilərin
sistemin
informasiyasına
əlçatanlığı
vasitələri.
Texnoloji həllin nisbətən ən mürəkkəb hissəsi sistemin
arxitekturasıdır. Arxitektura həlli müəssisənin kiberfəzada
bütün sonrakı iqtisadi fəaliyyətinin texniki təməlini yaratmaq
arzusu ilə mövcud verilənlər bazası və informasiya texno-
logiyalarının inteqrasiya edilməsi zərurətinin ağlabtan
kompromisi olmalıdır.
Məsələnin mürəkkəbliyi orasındadır ki, avtomatlaşdırma
sahəsində mövcud olan texniki həllər, bir qayda olaraq, qapalı
idi və açıq informasiya infrastrukturlarına çıxışı yox idi.
İnternetdə təmsil olunmağa yönəlik həllərə keçilməsi yaradılan
sistemin etibarlılığı və təhlükəsizliyinin təmin edilməsi
sahəsində prinsipcə tamamilə yeni həll səviyyəsi tələb edir.
Bundan əlavə, təklif edilən arxitektura həlli həm də İnternet
şəbəkəsinin standartlarına uyğun olmalıdır. Buna görə də
sistemin
xarici
istifadəçiləri
üçün
nəzərdə
tutulan
informasiyanın daxili informasiya resursları formatlarından
informasiya serverlərinin standart formatlarına transformasiya
edilməsi şəffaf, yəni istifadəçinin nəzərinə çarpmayan şəkildə
həyata keçirilməlidir.
İstifadə edilən proqram-aparat platformaları və
instrumentləri texnoloji amillərlə deyil, əsasən iqtisadi amillərlə
təyin edilir. Hal-hazırda elektron biznesin müşayiət edilməsi
üçün proqram-aparat
platformalarının
geniş
spektri
mövcuddur.
Dostları ilə paylaş: |