E L e k t r o n b I z n e s


E L E K T R O N    B İ Z N E S



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə17/52
tarix14.02.2018
ölçüsü2,88 Kb.
#27089
1   ...   13   14   15   16   17   18   19   20   ...   52

 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________59___________________________ 
 
ELEKTRON HƏRRACLAR 
 
1999-cu ildə 
eBay şirkəti dünya hərrac bazarında 134 illik 
təcrübəsi və sərəncamverici nüfuzu olan 
Butterfield&Butterfield 
şirkətini satın almaq üçün 260 milyon dollar vermişdir. Bu alver 
müəyyən dərəcədə simvolik məna daşıyırdı. Belə ki, bu hərrac 
yarandığı gündən yalnız seçilmişlərə xidmət etmişdirsə, bundan 
sonra kiberfəzadakıların hamısı üçün əlçatan olacaqdı. Onlayn 
hərracların  populyarlığı  yeni  qiymət  əmələgəlmə  modellərinin 
yayılmasını  stimullaşdırır.  İndi  hərracların  nüfuz  sahibi 
eBay 
şirkətidir (
www.ebay.com
). Bu şirkətin istifadəçilərinin sayı 10 
milyona  çatmışdır.  Gündəlik  təqribən  2900  kateqoriyada  3,5 
milyon növ əmtəə hərraca çıxarılır. 
 
eBay şirkətinin kəskin yüksəlişi bir çox ölkələrdə müxtəlif 
istehsal sektorlarında  minlərlə  təqlidçinin  yaranmasına  səbəb 
oldu.  Çünki,  elektron  biznes  ətrafındakı  investisiya  bumunun 
(səs-küyünün)  minilliklərin  qovşağında  kəskin  zəifləməsi  bir 
çox  perspektivli  şirkətlərin  iflası  ilə  nəticələndi  ki,  bu  da 
eBay 
fenomeninin ciddi iqtisadi tədqiqinə  və  elektron  hərracların 
təşkilinə böyük maraq yaratdı.  
Dünyanın  iri  hərrac  firmaları  da  öz  fəaliyyətlərini 
kiberfəzaya  keçirərək  elektron  biznes  sahəsində  uğurlu 
fəaliyyət  göstərən  şirkətlərin  təcrübəsindən  istifadə  edirlər. 
Sotheby’s və Amazon.com (
www.sothebys.amazon.com
) birgə 
layihəsi həyata keçirilir. Analoji layihə 
Lycos portalının və ABŞ-
da  fəaliyyət  göstərən 
Skinner  adlı  4-cü  böyük  hərrac  evinin 
(
www.skinner.lycos.com
)  sahibləri  tərəfindən  də  həyata 
keçirilir.  


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________60___________________________ 
 
Elektron  hərraclar  biznes-partnyora  yönəlik  elektron-
biznes  seqmentində  informasion  vasitəçiliyin  təşkili  üçün  tipik 
nümunədir. Onlayn hərracları təkcə informasiya vasitəçisi kimi 
çıxış  etmir,  həm  də  müəyyən  saziş  şərtlərini  təmin  edir. 
Elektron  hərraclar  təşkil  edən  şirkətlər  malgöndərənlərlə 
sifarişçilər  arasında  real  vaxt  rejimində  qiymət  razılaşmalarını 
təminetmə fəaliyyəti göstərir. Hərrac təşkilatçıları bəzi hallarda 
məhdud çərçivədə saziş şərtlərinə zamin də dura bilirlər. Lakin 
mövcud  təcrübə  göstərir  ki,  elektron  hərraclar  da,  ənənəvi 
hərraclar  kimi,  əsasən,  yalnız  şaquli  bazarlarda  istifadə 
edilməklə,  iqtisadiyyatın  bir  çox  sahələrində  inkişaf 
tapmamışdır.  
Hərrac  fəaliyyətinin  iqtisadi  əsası,  bir  qayda  olaraq, 
həyata keçirilən transaksiyalara görə komission rüsumlarından 
ibarətdir. Hərracların aparıldığı informasiya serverləri satıcılara 
texnoloji  dəstək  verir  və  öz  artıq  qalan  məhsullarını  sata 
biləcəkləri yeri göstərir. Alıcılar hərraca çıxarılmış mala qiymət 
qoymaq uğrunda bir-biri ilə rəqabətə girişirlər.  
Alıcılar  üçün  hərracın  cəlbediciliyi  ondadır  ki,  onlar  ucuz 
qiymətə  mal  almaq  imkanı  qazanırlar.  Satıcılar  hərracdan  mal 
ehtiyatları  dövrüyyəsini  sürətləndirmək  və  yeni  satış  bazarları 
fəth etmək üçün istifadə edirlər. 
 
ELEKTRON HƏRRACLARIN APARILMASI 
TEXNOLOG
İYASI 
 
Hərracda  mal  satmaq  istəyən  informasiya  serverində 
qeydiyyata  düşür  və  öz  məhsulu  barədə  bütün  lazımi 
məlumatları:  malın  sözlə  təsvirini,  xarici  görünüşünün 
fotoşəklini, malgöndərmə şərtlərini, mal barədə ətraflı məlumat 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________61___________________________ 
 
saxladığı  öz  informasiya  serverinə  müraciət  iqtibasını  həmin 
serverdə  yerləşdirir.  Hərracda  iştirak  etmək  üçün  malın  sözlə 
təsviri  və  zəruri  formal  rəsmiləşdirmələr  birbaşa  informasiya 
serverində həyata keçirilir. Dünyanın istənilən ölkəsindən olan 
istənilən şirkət və ya ayrıca fərd öz məhsulunu 
eBay vasitəsilə 
sata  bilər.  Bununla  yanaşı,  hərracın  bütün  iştirakçıları,  həm 
alıcılar,  həm  də  satıcılar  hərracın  qaydalarına  riayət  etməyə 
borcludur  və  qayda  pozuntusuna  görə  maliyyə  məsuliyyəti 
daşıyırlar.  Bu  o  deməkdir  ki,  məsələn,  əgər  satıcı  malı 
hərracdakı  son  qiymətə  satmazsa,  cərimələnir.  Əgər  alıcı 
hərracda  qazandığı  malın  haqqını  ödəməzsə,  cərimə  edilir  və 
növbəti  alqı-satqıya  buraxılmır.  Ayrı-ayrı  fərdlər  qeydiyyata 
götürülərkən  maliyyə  zəmanəti  olaraq  kredit  kartının 
rekvizitlərini göstərir.  
Kateqoriyalara bölünmüş kataloqlar üzrə satışa çıxarılmış 
mal  və  xidmətlər  informasiya  serverinin  əsas  səhifələrində 
təqdim  edilir.  İstifadəçinin  seçdiyi  hər  bir  bölmədə  ayrı-ayrı 
malların  konkret  siyahıları  ilə,  hər  bir  lot  (Lot  -  dənizin 
dərinliyini  ölçmək  üçün  cihaz  və  ya  12,8  qrama  bərabər  çəki 
ölçüsü)  daxilində  isə  malın  sözlə  təsiviri  ilə,  ilkin  və  cari 
qiymətləri  ilə,  hərracın  sonuna  qalan  müddətlə  tanış  ola 
bilərlər. 
Bəzi  hərraclar  qoyulan  pullara  aid  dinamikanı  da  təqdim 
edirlər.  Qoyulan  pul  malı  təqdim  edən  səhifədə  qeydiyyata 
alınır.  Pul  qoymaq  üçün  əvvəlcə  qeydiyyata  düşmək  lazımdır. 
Qeydiyyat proseduru, bir qayda olaraq, istifadəçinin  adının 
(
login)  və  elektron  poçtnun  ünvanının  göstərilməsindən 
ibarətdir.  Bu  ünvana  avtomatik  olaraq  parol  göndərilir. 
Hərracda  qeydiyyatdan  keçdikdən  sonra  seçilmiş  mala  pul 
qoymaq olar. Pul qoymaq üçün iştirakçının adını, parolunu və 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə