E L e k t r o n b I z n e s


E L E K T R O N    B İ Z N E S



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə12/52
tarix14.02.2018
ölçüsü2,88 Kb.
#27089
1   ...   8   9   10   11   12   13   14   15   ...   52

 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________42___________________________ 
 

 
İrihəcmli verilənlərin saxlanc yerlərinin təşkili və saxlanc 
yerlərindən 
analitik 
informasiyanın 
çıxarılması 
texnologiyası,  biliklərin  saxlanc  yerləri  əsasında 
tranzaksiyaların  emalı  üzrə  biznes-qaydaların  idarə 
edilməsi, intellektual axtarış maşınları; 

 
Ölkə  daxilində  elektron  ticarət  proseslərinin  idarə 
edilməsi,  import  və  eksportun  informasion  müşayiət 
edilməsinin  idarə  edilməsi,  dövlətlərarası  ticarət  ittifaq-
larının fəaliyyətinin idarə edilməsi. 
Elektron  sənəddövrüyyəsinin  idarə  edilməsinin  təkamülü 
elektron  biznesin  inteqrasiyası  proseslərinin  gedişində 
aşağıdakı mərhələlərdən keçir:  

 
Əvvəlcədən  hazırlanmış  şablonlar  üzrə  hesabların 
təqdimatı 
(çıxarılması), 
informasiya 
axınlarının 
avtomatlaşdırılmış təhlili əsasında daxili hesabatların tər-
tibi,  həyata  keçirilmiş  saziş  (razılaşma)  üzrə  hesabların 
təqdimatı, daxili hesabatların müşayiət edilməsi sistemi; 

 
Hesabların təqdimatı, müştərinin idarə etdiyi proseslərin 
formalaşdırılması, onlayn ödəmələrin və pul vəsaitlərinin 
elektron köçürmələrinin dəstəklənməsi; 

 
Yerli  və  regional  vergitutmalarının  aparılmasının 
avtomatlaşdırılması, 
dövlət 
səviyyəsində 
bank 
xidmətləri, elektron biznesdəki meyllərin təhlili; 

 
Transmilli  ödəmələr,  gömrük  və  aksiz  (Aksiz  –  geniş 
surətdə  işlənən  mallar  üzərinə  qoyulan  vasitəli  vergi) 
hesabatı, beynəlxalq bank fəaliyyəti.
  
Təhlükəsizliyin  təmini  texnologiyalarının  təkamülü 
elektron biznesin inteqrasiyası  proseslərinin  gedişində 
aşağıdakı mərhələlərdən keçir: 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________43___________________________ 
 

 
Təhlükəsizliyin 
təmini 
texnologiyalarının 
sertifikatlaşdırılması (
Sertifikat - vəsiqə şəhadətnamə) 
xidməti,  daxili  autentifikasiya  (Autentiklik  –  mötəbərlik, 
əslinə  uyğun)  prosedurlarının  dəstəklənməsi,  elektron 
biznes  sisteminin  daxili  auditi,  şifrləmə  texnologiyasının 
təşkili və mühafizə açarlarının idarə edilməsi; 

 
Ümumi  müraciət  açarlarının  infrastrukturunun  təşkili, 
elektron  rəqəmli  imza,  əslliyin  (həqiqiliyin)  təsdiqinin 
vahid  texnologiyası,  inanılmış  (vəkil  edilmiş)  infra-
strukturların 
formalaşdırılması, 
zorla 
girmələrin 
(soxulmaların)  aşkar  edilməsi  və  bunların  nəticələrinin 
ləğv edilməsi texnologiyaları; 

 
İnanılmış  (vəkil  edilmiş)  kənar  təşkilatların  xidmətləri, 
maliyyə sistemlərinin inteqrasiyası, təhlükəsizliyin qlobal 
monitorinqi. 
 
QEYD: Sertifikatdırma
 
(latınca sertifico – təsdiq edirəm 
deməkdir) 
məhsulların 
keyfiyyət 
xarakteristikalarının 
keyfiyyət  standart  ilə  uyğunluğunun  təsdiq  edilməsidir. 
Sertifikatlaşdırma  kimi  sertifikatın  alınma  proseduru  da 
nəzərdə tutulur. 
Sertifikatlaşdırma  obyektinə  aşağıdakıları  aid  etmək 
olar: 
Məhsul (hasilat); 
Əmək (qulluq); 
Menecment sistemi; 
Fərd.
 
 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________44___________________________ 
 
Kommunikasiya  texnologiyalarının  təkamülü  elektron 
biznesin inteqrasiyası  proseslərinin  gedişində  aşağıdakı 
mərhələlərdən keçir: 

 
Təşkilatın  lokal  şəbəkəsi,  təşkilatın  bölmələrinin 
İnternet/İntranet texnologiyaları  əsasında  qarşılıqlı 
fəaliyyətinin  təşkili,  İnternetə  biristiqamətli  çıxış,  vahid 
sorğu xidməti; 

 
Elektron biznes partnyorları  olan  təşkilatlar  birliyinin 
kataloqları, 
qeydiyyat 
texnologiyaları, 
ekstranet 
texnologiyalarını  uyğunlaşdırmaların  dəstəklənməsi  xid-
mətləri,  təşkilatlar  birliyi  miqyasında  elektron  poçt, 
protokolların 
uyğunlaşdırılmasını 
təmin 
edən 
telekommunikasiya xidmətləri; 

 
Qlobal şəbəkəyə çıxışı olan ümummilli şəbəkələr, dövlət 
verilənlər 
bazasını 
dəstəkləmə 
sistemi, 
multimediatrafikin 
(telekonfranslar, multimedia 
təqdimatlar, İnternet-telefoniya) qlobal dəstəklənməsi.  
Elektron  biznes  səviyyəsinə  qalxan  təşkilat  qarşısında 
aşağıdakı məsələlər durur: 

 
Təşkilati strukturun səmərəliliyinin artırılması; 

 
Təşkilatın 
informasiya 
resurslarının 
kommersiya 
məqsədlərinə nail olmaq vasitəsinə çevrilməsi; 

 
Biznes-fəaliyyətin  bütün  sferalarında  informasiya 
texnologiyalarının tətbiqinin dəstəklənməsi; 

 
Elektron  sənəd  dövrüyyəsinə  əsaslanan  idarəetmə 
texnologiyalarının təkmilləşdirilməsi. 
PricewaterhouseCoopers  məsləhətçi- 
konsaltinq 
şirkətinin mütəxəssisləri şirkətin yeni iqtisadiyyata inteqrasiyası 
prosesinin 4 mərhələsini ayırırlar: 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________45___________________________ 
 
Birinci  mərhələdə  şirkət  İnternetdən  yalnız  əlavə 
marketinq kanalı kimi istifadə edir. Adətən informasiya serveri 
və  müştəri  verilənlər  bazası  yaradılır.  Bu  mərhələdə  nə 
strategiyada,  nə  də  şirkətin  strukturunda  prinsipial  dəyişiklik 
baş vermir.  
İkinci  mərhələdə  İnternet,  bazarın  3  əsas  fiquru  olan 
malgöndərən,  şirkətin  özü  və  istehlakçılar  arasında  biznes-
prosesləri əlaqələndirməklə,
 artıq biznes instrumentinə çevrilir. 
Malgöndərilişinin  vahid  elektron  zənciri  yaradılır  ki,  burada da 
istehlakçı 
istehsal 
sifarişini 
formalaşdıraraq 
özünün 
malgöndərəninin  anbarını  idarə  edir.  Bu  mərhələdə  biznes 
partnyorların  qarşılıqlı  fəaliyyətini  təmin  edən  İnternet 
texnologiyalardan  istifadə  etməyə  başlanır.  Malgöndərən, 
istehsalçı  və  istehlakçı  üçün  vahid  zəncirin  yaradılması  bu  3 
ünsürün  qarşılıqlı  fəaliyyəti  şəraitində  istehsal  proseslərinin 
idarə  edilməsi  xərclərini  kəskin  azaldır,  bu  isə  öz  növbəsində, 
ümumistehsal xərclərinin ixtisar edilməsinə gətirib çıxarır. 
Üçüncü mərhələdə şirkətin transformasiyası (dəyişilməsi) 
baş  verir.  Belə  ki,  biznes-proseslərin  bir  hissəsi  tam 
avtomatlaşdırılır,  qalan  hissəsi  isə  olduqca  sadələşir  və  ya 
ümumiyyətlə  ləğv  edilir.  Rəhbərlik  şirkətin  əsas  və  qeyri-əsas 
funksiyalarını  müəyyənləşdirir.  Qeyri-əsas  proseslərin  bu 
sahədə  ixtisaslaşmış  autsorsinq  şirkətlərə  verilib-verilməməsi 
barədə  qərarlar  qəbul  edilir. 
PricewaterhouseCoopers 
məsləhətçi
-  konsaltinq  şirkətinin  analitik-mütəxəssisləri  yalnız 
məhsulun  işlənib  hazırlanması,  satış  (müştəri  ilə  birbaşa 
ünsiyyət)  və  müştəriyə  xidmət  kimi  3  əsas  biznes-funksiyanı 
ayırırlar ki, bunları şirkət heç bir halda heç kimə verməməlidir. 
Son  yekunda  bütün  əsas  funksiyalara  malik  olan  şirkət 
modelindən 
yalnız 
bilavasitə 
müştərilərlə 
qarşılıqlı 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə