E L e k t r o n b I z n e s


E L E K T R O N    B İ Z N E S



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə21/52
tarix14.02.2018
ölçüsü2,88 Kb.
#27089
1   ...   17   18   19   20   21   22   23   24   ...   52

 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________74___________________________ 
 
saxlamaq  üçün  təqdim  etdikləri  xidmətlərin  rəngarəngliyini 
artırmağa  məcburdur.  Elektron  birja  rəhbərliyi  maliyyə 
resurslarının  cəlb  edilməsi,  logistikanın  təşkili,  serverlər 
sisteminin inteqrasiyası və avadanlıqların göndərilməsinin idarə 
edilməsi  kimi  istiqamətlərdə  əlavə  imkanlar  axtarır.  Məsələn, 
kənd  təsərrüfatı  sferasında  fəaliyyət  göstərən 
DirectAg.com 
birjası  onlayn  bankında  hesab  açmaq  imkanı  verən  əlavə 
maliyyə  xidmətləri  də  göstərir.  Belə  ki,  20  min  dollara  qədər 
dəyəri  olan  mənzil  almaq  üçün  kredit  və  istehsalı  inkişaf 
etdirmək  üçün  1  milyon  dollara  qədər  həcmdə  ssuda  verir. 
Əlavə xidmətlər toplusu köhnə alıcıları əldə saxlamağa və yeni 
alıcılar  qazanmağa  imkan  yaradır. 
DirectAg.com  birjasının 
rəhbərliyi bildirmişdir ki, onun fəaliyyətində iştirak edən hər bir 
fermer orta hesabla hər il 230 min dollar məbləğində mal ala 
biləcəkdir. 
eMarketer  şirkətinin  analitikləri  biznes-partnyora  yönəlik 
bir  sıra  şaquli  elektron  birjaların  2003-cü  ilə  dövrüyyəsini 
açıqlamışdır.  Bu  məlumata  görə,  yeyinti  sənayesi  və  kənd 
təsərrüfatının  dövrüyyəsi  54  milyard  dollar  təşkil  edir.  Bu 
göstərici kompüterlər və elektronika üzrə – 40, avtomobilqayır-
ma üzrə – 21, tikinti üzrə – 21, əczaçılıq və təbabət üzrə - 11, 
istehlak  malları  üzrə  -  10, avia-kosmik  və  müdafiə  sənayesi 
üzrə - 2 milyard dollardır. 
Hal-hazırda  Rusiyada  elektron  birjalar  əsasən  taxılçılıq, 
meşəçilik  və  metallurgiya  kimi  ənənəvi  sahələrdə  fəaliyyət 
göstərir.  Mahiyyətcə,  bu  elektron  birjalar  informasion  rejimdə 
işləyir.  Yəni  satıcı  və  alıcılar  İnternet  texnologiyalarından 
istifadə  edərək  bir-biri  ilə  sadəcə  tanış  olurlar.  Lakin  saziş 
bağlanmasının  bütün  mərhələlərini  virtual  məkanda  icra 
etmirlər.  


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________75___________________________ 
 
Elektron birjaların yaradılmasına cəhd etmək aktivliyi xeyli 
geniş  ərazidə  səpələnmiş  şəkildə  fəaliyyət  göstərən  şirkətlərin 
aid  olduqları  iqtisadi  fəaliyyət  sahələrində  daha  yüksəkdir. 
Məsələn,  taxıl  bazarı  Rusiyanın  30  regionunu  təmsil  edən  50 
min  iştirakçını  əhatə  edir.  Taxıl  bazarının  illik  dövrüyyəsi  8 
milyard dollar təşkil edir. Alıcı və satıcıların çoxsaylı olması bu 
bazarın  pis  strukturlaşdırılmasını  göstərir  və  buna  görə  də 
müəyyən  informasiya  mərkəzlərində  birləşən  iri  qruplar 
yaradılmasına ehtiyac duyulur. Elektron birja bu məqsəd üçün 
ideal şəkildə münasibdir. 
İnternetin  Rusiya  seqmentində  taxıl  ticarəti  əsasən 
«Зерно 
Он-лайн» 
(
www.zol.ru

 
və 
«Зерно»  
(
www.mtszerno.ru
) adlı 2 birjada həyata keçirilir.  «Зерно Он-
лайн»  elektron  birjası  300  iştirakçını  birləşdirir.  Bu  birjanın 
yaradılmasına 200 min dollar xərclənmişdir. «Зерно Он-лайн» 
əsasən  danışıq  aparmaqla  bağlanan  sazişlərlə  işləyən  ticarət 
sistemidir.  Gerçək  sazişlər  ənənəvi  formada  (oflayn)  bağlanır. 
Regionlararası ticarət sistemi olan «Зерно» ticarət-informasiya 
sistemidir.  Bu  birjada  bağlanan  sazişlərə  zəmanət  verilmir. 
Kifayət qədər müştəri yığdıqdan sonra üzvlük haqqı ilə işləyən 
qapalı sistemə çevriləcəyi bildirilir.  
Meşə  sənayesi  nazirliyinin  varisi  olan  «Рослеспром» 
tərəfindən təşkil edilmiş elektron birjada iştirak edənlərin sayı 
az (100-ə  qədər)  olduğundan,  bunun  büdcəsi  istifadəçilərin 
qoşulmasından  və  üzvlük  haqlarından  yaranır.  Lakin  alıcı  və 
satıcıların  geniş  coğrafiyası  bu  layihənin  yaxşı  perspektivə 
malik olduğunu göstərir.  
Ənənəvi  bazar  xoldinqlərinin  və  ya  görkəmli  şirkətlərin 
yaratdıqları  elektron  birjalar  Rusiyada  müəyyən  uğurlar 
qazanmışlar.  Dar  ixtisaslaşma  meydançaları  daha  görkəmli 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________76___________________________ 
 
nəticələr  əldə  etmişlər.  Rusiyada  elektron  birjaların  inkişafına 
maneə törədən ən vacib amil regionlarda rabitənin keyfiyyətsiz 
olmasıdır.  Rusiyada  elektron  birjaların  yaradılmasında 
regionların  rəhbərləri  yaxından  iştirak  edirlər.  Çünki  bu, 
regionun iqtisadiyyatına birbaşa təsir edən məsələdir. 
     
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________77___________________________ 
 
PORTALLAR 
 
IBM  mütəxəssislərinin  təklif  etdiyi  tərifə  görə, 
portal 
(Portal  və  ya  piştağ)  dedikdə,  insanlar  arasında  qarşılıqlı 
fəaliyyət  imkanı  yaradan  və  həmçinin,  öz  maraqlarına  uyğun 
informasiya  və  proqramları  tapmağa  imkan  verən 
şəxsləndirilmiş  və  sazlana  bilən  interfeys  təmin  edən 
əlavə 
nəzərdə tutulur. Hələ bir-neçə il əvvəl lazımi informasiyanı əldə 
etmək üçün kitabxanalara getməyə, sorğu kitablarını tapmağa 
və  vərəqləməyə,  kimlərəsə  zənglər  etməyə  və  kimlərləsə 
görüşlərə  getməyə  külli  miqdarda  vəsait,  qüvvə  və  vaxt  sərf 
etmək lazım gəlirdi. Bu gün konkret fəaliyyət üçün lazım olan 
informasiyanı  almaq  üçün  mausun  düyməsini  bir-neçə  dəfə 
sıxmaq  kifayətdir.  Müasir  menecerlər  lazımi  informasiyanı 
lazımi  anda  minimal  vaxt  sərfi  ilə  almaq  imkanından  istifadə 
etməyə cəld uyğunlaşırlar. Lakin bu prosesin neqativ tərəfi də 
vardır. Belə ki, informasiyanın miqdarı o qədər sürətlə artır ki, 
onun  iriləşdirilməsi  probleminin  həlli  və  səmərəli  istifadə 
formasında təqdim edilməsinin təmin edilməsi ön plana keçir.  
Portal  nisbətən  yeni  konsepsiyadır.  Buna  görə  də  bu 
terminin bir-neçə  izahı  vardır.  Bir qayda olaraq, portal 
müəyyən  auditoriya  üçün  nəzərdə  tutulan  informasiyanın 
birləşdirilib  xüsusi  təşkil  edilmiş  şəkildə  təqdim  edilməsini 
reallaşdırır. Bu informasiya müxtəlif mənbələrdə, o cümlədən, 
müxtəlif 
informasiya 
serverlərində, 
korporativ 
və 
ümumistifadəli  verilənlər  bazalarında,  tətbiqi  sistemlərdə 
törəyir  və  universal  müştəri  tərəfindən  istifadə  edilir.  Qayda 
üzrə, universal müştəri portala susma rejimində müraciət edir.  


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə