E L e k t r o n b I z n e s


E L E K T R O N    B İ Z N E S



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə9/52
tarix14.02.2018
ölçüsü2,88 Kb.
#27089
1   ...   5   6   7   8   9   10   11   12   ...   52

 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________32___________________________ 
 
icranın  formal  kriterisi  müəyyən  edilməlidir.  Müxtəlif 
mərhələlərin  və  funksiyaların  qarşılıqlı  asılılıqlarını  hər 
mərhələdə göstərmək lazımdır. Təşkilatın resurslarının məhdud 
olduğu halda aşkar edilən asılılıqlar prioriteti müəyyən etməyə 
imkan  verir.  Bu  isə  həllin  həyata  keçirilməsi  zamanı  hökmən 
nəzərə  alınır.  Həllin  hazırlanması  və  həyata  keçirilməsi  üçün 
lazım  olan  xarici  partnyorlar  və  təşkilatın  bu  işə  cəlb  ediləcək 
bölmələri,  onların  fəaliyyətlərinin  formaları,  qaydaları  və 
məsuliyyətləri təyin edilməlidir. 
Maliyyələşmə  mənbələri  və  qaydaları  sahibkarlıq  həllinin 
ən  vacib  komponentləridir.  Maliyyə  vəsaitlərinin  həllin 
hazırlanması  və  həyata  keçirilməsi  mərhələləri  ilə  əlaqəli 
şəkildə   ayrılması  qaydası  və  müddətləri  müəyyən edilməlidir. 
Ayrılmış vəsaitlərin istifadə edilmə dinamikasını və o cümlədən, 
layihənin  mənfəət  gətirməyə  başlayacağı  momenti  kifayət 
qədər dəqiq planlaşdırmaq lazımdır.  
Məqsədəçatma  kriteriləri  məqsədin  məzmununu  və 
məqsədəçatma  dərəcəsini  ölçmə  metodlarını  aydın  ifadə 
etməlidir.  Kriteri  aydın  olmadıqda  layihəni  idarə  etmək 
mümkün  olmur.  Elektron  biznesin  aparıldıqı  mühitin  sürətlə 
dəyişilməsi  məqsədin  məzmununu  və  məqsədəçatma 
dərəcəsini  ölçmə  metodlarını  aydın  ifadə  etmək  problemini 
olduqca  mürəkkəbləşdirir.  Belə  ki,  1999-cu  ildə  elektron 
biznesə  qoyulan  investisiyanın  bazar  gerçəkliyinə  uyğun 
gəlməməsi bir çox firmaları çətin vəziyyətə salmışdı.  
Həllin  icrası  prosesinə  ayırmaların  layihənin  mərhələləri 
üzrə həyata keçirilməsi müəyyən üstünlüklərə malikdir. Belə ki, 
aşkar  nəticələrə  daha  tez  çatmaq  imkanı  yaranır,  riskləri 
pronozlaşdırmaq asan olur, həllin işləməsi gedişindən toplanan 
ilk təcrübə layihənin sonrakı inkişafında istifadə edilir və s. 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________33___________________________ 
 
 
Məzmunlu  həllər,  artıq  qeyd  edildiyi  kimi,  həllin 
məzmununu  və  əsas  funksiyalarını,  məlumat  mənbələri  üçün 
lazım  olan  məzmun  və  funksiyaların  əlçatanlığını  təmin  edən 
iqtisadi, kadr, texnoloji mexanizmləri təsvir edir. Təqdim edilən 
həllin məzmununun və funksiyalarının, bazardakı oxşar həlldən 
üstünlüyünün partnyorlar  və  müştərilər  tərəfindən  lazımi 
səviyyədə  qarşılanmasını  təmin  edən  metod  və  vasitələrinin 
müəyyən  edilməsi  olduqca  vacibdir.  Məzmunlu  həllin 
konseptual  tamlıqla  təsviri  istənilən  istifadəçidə  bu  həllin 
üstünlüyü  və  səmərəliliyi  barədə  dəqiq  və  ətraflı  təsəvvür 
yaratmaqdan ötrüdür. 
Həllin  mahiyyətindən  asılı  olaraq  istifadə  edilən 
informasiyanın  həcmi  -  heç bir interaktiv funksiyaya  malik 
olmayan bir-necə  statik  Veb-səhifədən  hər  cür  interaktivlik 
imkanları  olan  dinamik  qaydada  yaradılan  minlərlə  Veb-
səhifələrədək  -  olduqca  geniş  diapazonda  dəyişə  biləndir. 
Məzmunlu həllin əsas amili səmərəli strukturlaşmadır. 
Strukturlaşdırmanın  ənənəvi  metodu  iyerarxiyadır. 
İyerarxik  səliqəlilik  təqdim  edilən  həllin  məzmununun  bütün 
elementlərini  və  funksiyalarını  daha  aydın  təsəvvür  etməyə 
imkan  verir.  Strukturlaşdırma  həllin  ayrı-ayrı  elementləri 
arasındakı  qarşılıqlı  asılılıqları  aşkarlayıb  təsvir  etmək  üçün 
istifadə edilir. 
Məzmunlu həllin mühüm elementi verilənlərin mənbəyinin 
təsviridir.  Məzmunlu  həlli  təsvir  edən  sənəddə  lazımi 
informasiyanın  alındığı  bütün  daxili  və  xarici  mənbələr 
sadalanmalıdır.  İnformasiyanın  alınması  üçün  ümumi 
reqlament  (vaxt,  xərclər,  ötürmə  kanalları,  məlumat 
mənbəyinin fəaliyyəti pozulduqda icra edlən əməllər) müəyyən 
edilməlidir.  Verilənlərin  formatına  qarşı  qoyulan  tələblər, 


 
E L E K T R O N    B İ Z N E S 
 
 
_________________________34___________________________ 
 
verilənlərin  emalı  və  saxlanması  məntəqələri  dəqiq  müəyyən 
edilməlidir. 
Təqdim  edilən  həllin  strukturlaşdırılması  prosesi  əsas 
funksiyaların  istifadəçiyə  vizual  təqdimatı  üzrə  bütün  təməl 
qaydaları və formaları əhatə etməlidir. 
İdarəedici  həllər,  yuxarıda  qeyd  edildiyi  kimi,  verilmiş 
elektron biznes həlli üçün lazım olan bütün prosesləri, normativ 
aktları,  direktivləri,  təqdim  edilən  həllin  tətbiqi  və  reallaşdırıl-
masına  cəlb  edilmiş  menecerlərin  rolunu  və  məsuliyyət 
səviyyəsini təsvir edir. İdarəedici həllin tərkibində təyin edilən 
proseslər  içərisində  informasiya  prosesləri  daha  vacibdir. 
Elektron biznes sferasında həllin informasiya təşkiledicisi xüsusi 
rol oynayır. Buna görə də informasiya axınlarının, bu axınların 
idarə  edilməsinin  metod  və  vasitələrinin  təsviri  olduqca 
vacibdir.  
Təqdim edilən həlli xarakterizə edən aşağıdakı proseslərin 
lazımi dərəcədə xırdalaşdırılmış ətraflı təsviri zəruridir: 

 
Xarici  mənbələrdən  seçib  daxil  edilməsini  reallaşdıran 
texnoloji zəncirlər; 

 
İstifadəçiyə 
təqdim 
edilən 
informasiyanın 
formalaşdırılması  üçün  nəzərdə  tutulan  texnoloji 
zəncirlər; 

 
Kritik  informasiyanın  kontrol  nüsxələrini  yaratmaq  və 
dağılmış  informasion  infrastrukturun  bərpası  üçün  olan 
texnoloji  zəncirlər  də  daxil olmaqla, informasiyanın 
saxlanmasını xarakterizə edən proseslər; 

 
Xarici infrastrukturdan daxil olan informasiyaya 
əlçatanlıq  və  təqdim  edilən  qərarın  icrası  ilə  müxtəlif 
formalarda  məşgul  olan  müəssisə  işçilərinin  informasi-


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə