Beynəlxalq münasibətlər barədə müasir nəzəri baxışların
bəzilərində coğrafi meyarlar, bəzilərində sinfi yanaşma,
bəzilərində qlobal baxımdan izah etmə cəhətləri üstünlük təşkil
edir. Eləcə də Beynəlxalq sistem çərçivəsində qarşılıqlı təsir
nəzəriyyəsi, dünya strategiyaları, inteqrasiya nəzəriyyələri,
beynəlxalq təşkilatlar nəzəriyyələri də vardır.
Qeyd
etməliyik
ki,
beynəlxalq
münasibətlər
nəzəriyyəsinin tədqiqinin əsasını XX əsrin ortalarında ingilis
tarixçisi E.Karr, ABŞ politoloqları A.Morqentau və başqaları və
fransız sosioloqu R.Aron qoymuşlar. Onlar beynəlxalq
münasibətlər nəzəriyyəsinə siyasi realizm baxışları gətirmişlər.
Bu baxışlara görə beynəlxalq münasibətlərin əsas subyektləri olan
milli dövlətlər öz milli maraqlarını təmin etmək üçün başqa
subyektlərlə mübarizə aparır. Bu kimi fərqli milli maraqlar
əsasında da münaqişələr baş verir. Belə vəziyyətdən çıxış yolunu
böyük dövlətlər arasında yaranan “Güc ba- lansı”nda görürlər.
Bütün bunlarla yanaşı beynəlxalq münasibətlərin tədqiqində bir
çox cərəyanların yaranmasını da qeyd etmək olar. Bunlardan;
- Liberal idealist cərəyanın tərəfdarları beynəlxalq
münasibətlərin tənzimlənməsində hüquq və əxlaq normalarına
üstünlük verirdilər.
-- Postklassik cərəyanın tərəfdarları belə hesab edirlər ki,
qloballaşma prosesi dövlətlərin xarakterinə təsir göstərərək onları
hansmilli vəziyyətə gətirir. İndi dövlətlər getdikcə öz yerlərini
transmilli korporasiyalara, qeyri-dövlət subyektlərinə verir. Bu isə
vahid məqsəd və maraqlara can atan ümumbəşəri cəmiyyətə yol
açır. Onların baxışlarına görə vahid norma, vahid ümumdünya
hökuməti-bəşəriyyətin perspektiv gələcəyi yalmz bu dəyərlərlə
bağlıdır.
“ Radikalizm, yaxud neomarksizm cərəyanı. Bu
cərəyanın tərəfdarlan belə hesab edirlər ki, beynəlxalq
münasibətlərin əsasında istismar, qeyri-bərabərlik, sinfi mübarizə
dayanır.
10
Bütün bunlarla yanaşı beynəlxalq münasibətlər
sistemində bir çox digər nəzəriyyələrə də rast gəlmək olur.
- Məsələn, Qlobal sistem nəzəriyyəsi, dünya birliyi
(qlobal)
nəzəriyyəsi,
təhlükələr
balansı
nəzəriyyəsi,
beynəlxalq rejim nəzəriyyəsi və bu kimi onlarla nəzəriyyələri
sadalamaq olar.
2,
Beynəlxalq münasibətlərin predmeti,
obyekti və subyektləri
BM-in tədqiqat obyekti çox mürəkkəb reallıqlarla
bağlıdır. Burada dövlətlər, qrup dövlətlər, siniflər, sosial,
iqtisadi, siyasi güclər, təşkilatlar, hərəkatlar, xalqlar, ayn- ayrı
insan qrupları tədqiq edilir^ Beynəlxalq münasibətlərin obyekti
sırasına aşağıdakılar daxildir:
-
Dünyanın bütün maddi və mənəvi amilləri (iqtisadi,
hərbi, geosiyasi, demoqrafik, ideoloji, hüquqi, etik və s.);
-
Subyektlərarası diplomatik, strateji, sosial, mədəni,
elmi və s. normalar;
-
Dünya siyasətinə təsir göstərən informasiya, maliyyə,
kommunikasiya, miqrasiya və s. proseslər;
-
Beynəlxalq aləmdə qərarların qəbul olunması,
əməkdaşlıq edilməsi şərtləri, danışıqlar aparılması və s.;
- Ölkələrarası münasibətlərə təsir göstərən amillər, hadisə və
proseslər, normalar, onların arasındakı əlaqələr və s..
Başqa tədqiqat obyektlərindən fərqli olaraq beynəlxalq
münasibətlərin tənzimlənməsi böyük çətinliklərlə xarakterizə
olunur.
Çünki bir çox hallarda müəyyən tərəf üçün hüquq
normalarımn olması digər tərəf üçün də hüquq normaları yaradır.
Çünki, beynəlxalq münasibətlərin iştirakçıları əsasən öz
düşüncələri, dünyagörüşləri, gücləri, xüsusi maraqları çər-
'
Əli Həsənov. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti.
Dərslik. Bakı -2005. C.24-30.
11
çivəsindən çıxış edirlər. Məsələn, əyani bir misal çəkmək olar;
Azərbaycan beynəlxalq hüquq normalarına əsasən iddia edir
ki, ölkəmizin ərazi bütövlüyü pozulmuşdur. Dağlıq
Qarabağda yaşayan ermənilər də öz növbəsində iddia edirlər
ki, insanların öz müqəddəratını təyin etmək hüququ var. Hər
iki iddia düzdür. Lakin ermənilər başa düşmək istəmirlər ki, öz
müqəddəratını təyin etmək ölkənin ərazisinin bütövlüyü daxilində
həll olunmalıdır. Beləliklə, tam və qəti nəticəyə gəlmək olur ki,
beynəlxalq aləmdə və beynəlxalq münasibətlər sistemində baş
verən hadisələri və prosesləri araşdıımaq, bu proseslərin
səbəblərini müəyyənləşdirmək, onlara hansı mənadasa təsir etmək
o qədər də asan iş deyildir.
Müasir fransız sosioloqu Raymon Pron beynəlxalq
münasibətlərə əsasən dövlətlər arasında olan münasibətlər kimi
əsasən dövlətlər arasında olan münasibətlər kimi baxır.
Amerikalı politoloq D.Kaporazo dövlətlər arasında olan
münasibətlərdən başqa siniflər, sOsial-iqtisadi qruplar və siyasi
qüvvələr arasında olan münasibətləri də əsas götürür.
Beləliklə beynəlxalq münasibətlər dövlətlərin, beynəlxalq
təşkilatların,
transmilli
şirkətlərin,
ictimai
birliklərin,
qeyri-hökumət təşkilatlannm aralarında yaranan siyasi, ideoloji,
iqtisadi, mədəni və digər əlaqələri əhatə edən ictimai
münasibətlərin bir növüdür.
Bir çox mütəxəssislər göstərir ki, Beynəlxalq
münasibətlər nəzəriyyəsinin xüsusi tədqiqat sahəsi və metodları
yoxdur, müstəqil bir fənn kimi inkişaf tapmamışdır. «Bey-
nəlxalq münasibətlər nəzəriyyəsi» fənni beynəlxalq hüquq,
diplomatiya tarixi, hərbi elmi, beynəlxalq siyasət, dünya tarixi
və digər elm sahələrinə bağlıdır. Bu elm bir çox ictimai
elmlərlə - fəlsəfə, iqtisadiyyat, sosial psixologiya və s. ilə
bağlıdır. Bu elmin mərkəzində xarici siyasət, hakimiyyət
durduğuna görə o, politologiya elminə daha çox yaxındır.
12
Dostları ilə paylaş: |