müşahidəsi, məsələn məşhur diplomatların, siyasi xadimlərin
memuarlan belə müşahidələrin nəticəsində yaranır.
Bu mənada qərəzsiz yazılmış hər bir memuar beynəlxalq
münasibətlərin tarixinin öyrənilməsində çox qiymətli bir mənbə
hesab edilir. Hər hansı bir şəxsin öz siyasi və diplomatik
fəaliyyətində təhlil aparması da bu sahədə böyük rola malikdir. Bu
yanaşmanın çatışmazlığı ondan ibarətdir ola bilər ki, burada
subyektiv fikirlər daha çox üstünlük təşkil edə bilər.
Bu mənada 1970-1980-ci illərdə ABŞ-ın hakim
dairələrində məsul vəzifədə işləmiş Qenri Kissincerin yazdıqlarını
misal çəkmək olar.
3.
Sənədlərin
öyrənilməsi
metodu.
Beynəlxalq
münasibətləri və onun tarixini, sənədləri araşdırmaqla da
öyrənmək olar. Lakin aydındır ki, xarici dövlətlər barədə hər cürə
sənəd əldə etmək
o qədər də asan olmur. Belə şəraitdə
kontent-təhlil yəni hər hansı bir mətnin məzmunu təhlil edilir.
Buna
mətnin təhlili və qiymətləndirilməsi metodu deyilir. Bu
metod Amerika sosioloqları tərəfindən işlənmişdir. Məsələn,
1939-1940-cı illərdə Almaniya nasistlərinin çıxışlanm təhlil
edərək mətbuatda dərc etdirmişlər. Amerika mütəxəssisləri son
dərəcə dəqiqliklə Almaniyanın SSRİ üzərinə hücumu vaxtını,
hərbi əməliyyatların aparılması yerini, gizli ideoloji niyyətlərini
açıqlamışlar. Bu metod ABŞ-ın xüsusi müəssisələrində işlənmiş
və kəşfiyyat işində istifadə edilmişdir. Ancaq
1950-ci illərdən bu
metoddan istifadə genişlənmiş və ictimai hadisələrin öyrənilməsi
metodologiyası statusu almışdır.
4.
Müqayisəli yanaşma metodu. Bu cür yanaşma
metodu 1960-cı illərdən tətbiq edilməyə başlanmışdır. Dövlətlərin
və digər subyektlərin sayının artması ilə belə metoda zərurət
yaranmışdır. Burada - ərazisinə, əhalinin sayma, sərhədlərinə
iqtisadi inkişaf səviyyəsinə, hərbi potensialına və s. əlamətlərə
görə dövlətlər arasında müqayisə aparılır. Hansı dövlətin
müharibələrə meylli olması meyarları
müəyyən
>■4
«
16
II
Fəsil.
BEYNƏLXALQ MÜNASİBƏTLƏR VƏ
BEYNƏLXALQ SİYASƏT
1.
Dünya siyasəti və onların qarşılıqlı əlaqəsi.
2.
Beynəlxalq münasibətlərin dinamikası.
3.
Dünya siyasəti və Beynəlxalq siyasət.
4.
Beynəlxalq münasibətlərin qanunauyğunluqları.
1.
Dünya siyasəti və onların
qarşılıqlı əlaqəsi
Dünya üzrə siyasi - ictimai hadisə və proseslərin
öyrənilməsi sosial-humanitar elmlərin tədqiqat obyektinə daxildir.
Bu elmlərin tədqiqat obyektinin ayrı-ayrı tərəflərini öyrənərkən
“Xarici siyasət”, “Beynəlxalq siyasət”, “Dünya siyasəti” kimi
kateqoriyalar - anlayışlar işlədilməsi obyektiv zərurət təşkil edir.
Bu kateqoriyaların hər biri özünəməxsus məzmun kəsb edir. Onlar
müəyyən mənada müstəqil məzmun kəsb etsələr də, hər halda
qarşılıqlı əlaqədə də götürülürlər.
Qeyd etməliyik ki, sadaladığımız kateqoriyalar arasında
“Beynəlxalq münasibətlər” anlayışı daha mərkəzi yeri tutur.
Bu kateqoriya daha geniş məna daşımaqla sistem
yaradan
bir xüsusi çəkiyə malikdir. “Beynəlxalq münasibətlər” heç də
dəyişməz, donub qalan bir hadisə olmayıb, həmişə dəyişməkdə,
təkamüldə olan bir varlıqdır.
Deməli bu gün hər hansı bir
“Beynəlxalq münasibət”
yüz illər, min illər bundan əvvəlki kimi deyildir. Öz növbəsində
yüz illərdən somakı beynəlxalq münasibətlər də bugünkü
münasibətlərdən fərqlənəcəkdir.
XVIII - XIX əsr yüzilliyi beynəlxalq münasibətlər
fenomeninin təkamül inkişafı üçün ən zəruri mərhələlərdən biri
hesab edilir. O vaxtlar Qərbi Avropada müstəqil dövlətlər sistemi
bərqərar olurdu.
19