Dövlətin meydana gəlməsi ilə yeni növ münasibətlər
yaranmağa başlamışdır. İlk əvvəllər nisbətən böyük tayfalarla
dövlət arasında, qədim dövlətlər arasında münasibətlər yaranırdı.
Məsələn IX-X əsrlərdə müasir Almaniyanın ərazilərində ayrı-ayrı
tayfa ittifaqlarının Qədim Roma imperiyasına qarşı uzun müddət
güclü mübarizələri mövcud olmuşdur. Qədim dövlətlər hər yerdə
e>'ni vaxtda yaranmadığına görə dövlət- lərarası münasibətlər o
qədər də inkişaf etməmişdi.
Tədricən dövlət formasında olan quruculuğun, təsər-
rüfatçılığın genişlənməsi ilə, dövlətlə ayrı-ayrı bütövləşmiş sosial
qurumlar arasında olan münasibətlər formalaşmağa başlamışdır.
Əlbəttə bu münasibətlər klassik beynəlxalq münasibətlər
deyildir.
Ənənəvi sosial cəmiyyətlərdə dövlətlə cəmiyyət çox vaxt
paralel mövcud olur. Burada ancaq hakim elita arasında
müəyyən
siyasi söhbətlər gedir. Xarici siyasət məsələlərində isə bu
səlahiyyət bir adama -
monarxa verilirdi. Monarx bütün dövlət
hakimiyyətini özündə şəxsiləşdirmişdir. Odur ki, orta əsrlərdəki
bütün dövlətlərarası münasibətlər monarxlar arasındakı şəxsi
münasibətlər kimi görünürdü.
Deməli bir-biri ilə müharibə aparanlar əhali deyil, krallar,
çarlar, knyazlar, imperatorlar olmuşdur. Daha doğrusu, dövlətlə
dövlət başçılan eyniləşdirilirdi.
Müəyyən razılaşmalar əldə edənlər, öhdəçilik götürənlər
dövlət deyil, məhz həmin şəxslər hesab edilirdi.
Qeyd etdiklərimizdən aydın görünür ki, beynəlxalq
münasibətlər sistemi çox mürəkkəb daxili quruluşa malikdir.
Bu quruluşda
“Beynəlxalq siyasi münasibətlər” daha
həlledici rola malik olub, sistem əmələ gətirən mərkəz hesab
edilir. Bu
“Beynəlxalq siyasi münasibətlər” ictimai hadisə olan
siyasətin və siyasi institut olan dövlətin meydana gəlməsi ilə
birlikdə yaranmışdır.
Bu münasibətlər çərçivəsində hər bir dövlət öz siyasi
xəttini reallaşdırmalı olmuşdur.
21
Beynəlxalq siyasi münasibətlərə beynəlxalq siyasət
kimi də baxmaq olar.
Beynəlxalq siyasət siyasi proseslər və
münasibətlər dünyasının əsas dairələrindən biridir.
Beləliklə,
“Beynəlxalq
münasibətlər”
anlayışı
“Beynəlxalq siyasət” anlayışı ilə sinonim təşkil edir. Onu da
qeyd etməliyik ki,
beynəlxalq siyasət anlayışı ilk əvvəllər
(XVIII-XIX əsrlərdə) ingilis filosofu
C.Bentam tərəfindən
işlədilmişdir. İlk əvvəllər beynəlxalq siyasətin əsas subyektləri
dövlətlər və dövlətlər ittifaqı hesab edilirdi. Son yüz illiklərdə,
beynəlxalq hökumətlərarası təşkilatların yaranması ilə onlar da
beynəlxalq proseslərdə geniş iştirak edirlər.
XIX əsrin ikinci yarısınadək beynəlxalq siyasət o qədər
də qlobal səviyyədə mövcud olmamışdır. O, əsasən lokal və
regional çərçivədə formalaşırdı və fəaliyyət göstərirdi.
Beynəlxalq siyasətin mərkəzində dövlətlərin hakimiyyət uğ-
runda mübarizəsi dayanır. Bununla da digər beynəlxalq
subyektlərə təsir etmək, öz mənafeyini üstün tutmaq əsas
götürülür.
Buradan da beynəlxalq siyasi münasibətlərin əsas
məqsədi müəyyən olunur: bu
dövlətlərarası münaqişələr və
yaxud dövlətlərarası əməkdaşlıqdan ibarətdir.
Yaxın keçmişədək bu problem əsas beynəlxalq problem
olmaqla müharibə və yaxud sülh olmasını nəzərdə tuturdu.
Qədim vaxtlar Avropada, Asiyada, Afrikada paralel
olaraq münaqişələr tüğyan edirdi.
Lakin dövlətlər və regionlararası məsafələr uzaq olduğu
üçün onların bir-biri ilə əlaqəsi olmurdu.
Müasir dövrdə dünyanın vahid şəkil alması prosesinin
güclənməsi, beynəlxalq siyasətin də qloballaşmasına zəmin
yaradır.
Böyük coğrafi kəşflərdən başlamış XIX əsrin ortalarında
texnoloji və iqtisadi sahədəki inqilabi dəyişikliklər, eləcə də buxar
mühərriklərinin, elektrik, rabitə vasitələrinin (teleqraf, telefon)
kəşfi ilə əlaqədar
olaraq uzaq məsafələrin qət
22