olunur. Məsələn, çoxmilli korporasiyalar, beynəlxalq mafiya
qruplaşmaları, müəyyən dini birliklər kimi qeyri-dövlət qurumları
beynəlxalq münasibətlərin iştirakçıları olduqları üçün beynəlxalq
xarici
siyasət deyil, beynəlxalq siyasəti əks etdirirlər.
Beləliklə,
“Dünya
siyasəti”
ilə
“Beynəlxalq
münasibətlər” qarşılıqlı asılılıqda olub çox mürəkkəb və dinamik
bir qanunauyğunluq təşkil edirlər. Bu baxımdan bu elmin tədqiq
etdiyi beynəlxalq problemlər də kifayət qədər mürəkkəb
problemlərdir.
Hər halda beynəlxalq münasibətlərin predmetində
aşağıdakı problemlərin öyrənilməsi nəzərdə tutulur;
-
Beynəlxalq münasibətlərin qanunauyğunluqlarının
bütün bir sistem halında
öyrənilməsi;
-- Ayrı-ayrı dövlətlərdə beynəlxalq siyasətin və xarici
siyasətin təhlili;
-
Dünya siyasi proseslərinin və onun daha aparıcı
subyektlərinin fəaliyyətlərindəki istiqamətlərin dinamikasının
təhlil edilməsi;
-
Dünya siyasətinin ayrı-ayn problemlərinin kompleks
şəkildə tədqiq edilməsi.
Bütün qeyd etdiklərimizdən belə qənaətə gəlmək olar ki,
“Beynəlxalq münasibətlər nəzəriyyəsi” bu kimi geniş predmetə
malik olmaqla humanitar biliklər sistemində böyük ictimai
əhəmiyyət kəsb edir.
4.
Beynəlxalq münasibətlərin qanunauyğunluqları
Beynəlxalq münasibətlərin tədqiqi ilə məşğul olan bir çox
alimlərin əldə etdiyi nəticələr ondan ibarətdir ki, beynəlxalq
münasibətlər özünəməxsus qanunauyğunluqlarla daha zəngindir.
1 .Beynəlxalq münasibətlərin
dairəsi çoxcəhətli hadisə və
proseslərin məcmusundan ibarətdir.
26
2.
Beynəlxalq hadisə və proseslərə sosial baxımdan
yanaşdıqda onların arasında müəyyən fərqli və oxşar cəhətlər
olmaqla yanaşı təkrarlanan hallar da müşahidə olunur.
3.
Bu kimi təkrarlanmaları qanunauyğunluqlar adlandırmaq
olar. Bu qanunauyğunluqlar aşağıdakılardan ibarətdir:
1 .Hər bir cəmiyyət və eləcə də vahid siyasi qurum texniki
üstünlüyə can atır.
2.
Hər
bir
texniki
təkmilləşdirilmə
ümumi
qanunauyğunluqlar çərçivəsində baş verir.
3.
Texnikanın yayılmasında ən əsas maneçilik dəfələrlə
ümumi hal kimi baxılmasıdır (fərqləndirilməməsidir).
4.
Qanunauyğun olaraq cəmiyyətdə müəyyən yeniləşmələr
dəyərlər sisteminin dəyişilməsi baş verir. Məsələn, bir
ideologiyadan digər ideologiyaya olan keçid. Köhnə
ideologiyanın zorla dağıdılması. Ucqtırlarda olan dəyişikliklər.
5.
Hər hansı bir dəyişikliyin cəmiyyətin ayrı-ayrı
qurumlarında qəbul edilib edilməməsi qanunauyğunluğu
cəmiyyətin bir qismi ümumi dəyişikliyi istədiyi halda öz
həyatlarından belə keçməyə razı olduqlan halda, digər qismi belə
dəyişikliyi qəbul edə bilmir. Məsələn, İngiltərədə 1830 - 1835-ci
illərdə hökumət geniş islahatlar keçirməklə inqilab baş verməsinin
qarşısını ala bilmişdir. Azərbaycanda 1990 - 1991-ci illərdə yeni
ictimai-iqtisadi sistemə keçidi, xalq cəbhəsi adlanan hərəkatın
tələblərini, ideyalarını heç də hamı, yeniliklə qəbul edə bilmirdi.
Bu da ən məlum qanunauyğunluqlardan biri hesab edilir.
ö.İnsanlarm birləşməsi üsulları digər dəyərlər sisteminə
(məsələn dini, ideoloji birliklər) nisbətən daha zəruridir - sabit
deyil. Eləcə də texniki dəyişiklik daha tez baş verir.
7.Müharibələrin əsas səbəbi sabit dəyərlərin qapalı
sistemində olmasından irəli gəlir (məsələn, hərbi potensial
arasındakı fərq həmişə dözümlülük vəziyyəti yaradır).
Bu qanunauyğunluqlar beynəlxalq
münasibətlərə birbaşa
təsir edirlər.
27
XVI əsrdən 1914-cü illərədək olan dövrdə baş verən
beynəlxalq münasibətlərin müəyyən xarakterik cəhətlərini
müqayisə etməklə bu sahədə tanınmış alim J.B.Dyurozel belə
qənaətə gəlmişdir ki, müasir dünyada hər hansı bir və yaxud bir
neçə böyük dövlətə qarşı koalisiya birlik, ittifaq yaradılması
mövcud deyildir. Hazırda hər hansı bir hegemon Avropa dövləti
anlayışı mövcud deyildir.
Dünya səhnəsində yeni, parçalanmış şəkildə lakin real
gücə malik olan dünya ictimai rəyi meydana gəlmişdir. Hərbi
strategiyada da köklü dəyişikliklər baş verir.
Bütövlükdə beynəlxalq münasibətlər probleminin
açıqlanmasına daha dərindən yanaşdıqda aydın olur ki, burada
müharibələr və yaxud onun aradan qaldırılması məsələləri
üstünlük təşkil edir. Məşhur
fransız sosioloqu R.Aronun
«Millətlər arası sülh və müharibə» adlı əsərində də bu
fikir öz
əksini tapmışdır.
Beləliklə,
«Beynəlxalq ınünaSibətlər» barədə olan
müxtəlif fikirlərin, məktəblərin nəzəri ümumiləşdİrmələrinə
əsasən aşağıdakı qanunauyğunluqları
qeyd etmək olar;
1.
Beynəlxalq münasibətlərdə əsas subyekt dövlət hesab
olunur. Onun beynəlxalq fəaliyyət forması isə diplomatiya və
strategiyadan ibarətdir.
2.
Dövlət siyasəti iki formada mövcud olur: daxili və
xarici (beynəlxalq) siyasət.
3.
Hər bir dövlətin beynəlxalq fəaliyyətinin əsasını milli
mənafe təşkil edir (təhlükəsizlik,
suverenlik,
sağlam yaşamaq və
s.). Odur ki,
«Beynəlxalq münasibətlər» dövlətlərarası
toqquşma, münaqişə və milli mənafelərin qarışığı dairəsini əks
etdirir.
4.
Hər bir dövlətin milli mənafelərini gözlənilməsi daha
güclü hərbi potensialın olmasını tələb edir (bu
isə öz növbəsində
təbii, iqtisadi və digər ehtiyatların olmasından asılıdır). Odur ki,
beynəlxalq münasibətlərə dövlətlərarasındakı qarşılıqlı güc, güc
balansı kimi də baxmaq olar.
28