5.
Hərbi potensialın bölgüsündəki fərqin olması
üzündən (güclü dövlətlərdə) qüvvələr balansı müxtəlif formalar
ala bilər - iki qütblü, üç qütblü, daha çox qütblü və s.
Bu sahədə tədqiqat aparan bir çox alimlər belə qənaətə
gəlmişlər ki, beynəlxalq münasibətlərdə, onun xarakterində
köklü dəyişikliklər baş verir. Bu münasibətlər ancaq döv-
lətlərarası münasibətləri deyil, daha yeni münasibətləri, yeni
subyektləri əhatə edir.
Fransız alimləri B.Badi və M.K.Siuts bu sahədə öz
fikirlərini açıqlamaq üçün belə bir əsər yazmışlar: «Dünya
dəyişilməkdədir», «Beynəlxalq Səhnənin Sosiologiyası».
Onlar göstərirdi ki. Müasir beynəlxalq münasibətlərə ancaq
dövlətlərarası qarşılıqlı fəaliyyət kimi baxmaq olmaz.
Yenə Fransa alimi F.Moro Defarc göstərirdi ki, XX əsr
beynəlxalq münasibətlərin xarakterində köklü dəyişikliklər
olması ilə başa çatmışdır. Bu dəyişikliklər dövlət siyasətçilərinin
fəaliyyətinin nəticəsi deyil, başqa proseslərin nəticəsi idi. Din,
mədəniyyət, cəmiyyətdə baş verən müxtəlif mübadilə formaları
beynəlxalq münasibətlərin xarakterini dəyişmişdir.
29
1
.
3.
4.
III
Fəsil.
SOSIAL
-
SIYASI FIKIR TARIXINDƏ
BEYNƏLXALQ MÜNASİBƏTLƏR
VƏ
XARICI SIYASƏT PROBLEMI
Qədim dünya siyasi fikir tarixində xarici siyasi
baxışlar.
Beynəlxalq münasibətlərdə realist təsəvvürlərin
formalaşması və inkişafı.
Beynəlxalq siyasətdə liberal fikirlər genezisi.
Marksizm və beynəlxalq münasibətlər.
1.
Qədim dünya siyasi llkir tarixində
xarici siyasi baxışlar
Dövlətin meydana gəlməsi ilə cəmiyyətin həyat
fəaliyyətində əlahiddə olaraq siyasi məsələlər də aynimışdır.
Bununla da beynəlxalq münasibətlər fenomeni yaranmışdır.
Siyasət özü isə daxili və xarici siyasət şəklində tədqiq edilmişdir.
Bu kimi proseslər qədim dünya fikirlərində də öz əksini
tapmışdır. Aydındır ki, əvvəllər dövlətlərarası münasibətlər o
qədər də müntəzəm xarakter daşımırdı və xarici siyasət dairəsi
çox sadə və primitiv şəkildə səciyyələnirdi. Beləliklə qədimdə
xarici siyasi fikirlər o qədər də inkişaf etməmişdir. Bu barədə
ancaq ayrı-ayrı halları və xüsusilə qədim Çində yaranmış xarici
siyasi fikirləri qeyd etmək olar.
Çinin siyasi fikir tarixində üç cərəyanı ayırmaq olar:
Konfutsiyaçılıq, Leqizm, Daosizm. Bu cərəyanlar bizim eradan
əvvəl VI-III əsrlərdə formalaşmışdı. Xarici siyasətin həyata
keçirilməsi prinsipləri və metodlan baxımdan bu cərəyanlar
bir-birindən fərqlənir. Lakin hər üç halda Çinin mərkəzçilik
modeli əsas götürülmüşdür. Çünki, o vaxt Çinin əhatəsində çoxlu
miqdarda geriliklər, cəhalət, vəhşiliklər hökm
30
sürürdü. Odur ki, bir necə yüzilliklər Çinin siyasətində əsas
problem bu kimi cəhalətə qarşı mübarizə problemi olmuşdur.
Beləliklə qədim Çin siyasi fikrində olan hər iki istiqamət öz
münasibətini əsaslandırmağa çalışırdı.
Çinin tarixində Konfutsiaçılıq böyük rol oynamışdır. Bu
cərəyanın əsasını Konfutsiya və yaxud Kun-szı (551-479)
qoymuşdur. O, bir çox fikirlərini “Söhbət və mülahizə” adlı
əsərində ifadə etmişdir. O vaxtkı Çinin Sosial-iqtisadi
quruluşunun sabit olması üçün insanın mənəvi-əxlaqi cəhətdən
təkmilləşdirilməsi proqramı hazırlanmışdır. O, dövlətə böyük
ailə kimi, dövlət başçısına isə xalqın atası kimi baxırdı.
Konfiıtsiyaçılığın ikinci nümayəndəsi Men-szı (372-
289) (qısaca Men) olmuşdur. O, belə hesab edirdi ki, dövlətdə
xalq daha əsasdır, sonra torpağın və taxılın ruhu, axırda isə dövlət
başçısıdır,
Konfiıtsiyaçılığın digər nümayəndəsi Syun-szı (313-
238) dövlətin varlanmasının tərəfdarı idi.
Konfutsiya tərəfdarlan Çinliləri etika baxımından daha
yüksək hesab edirdilər. Qonşularını belə cəhalətdən çıxarmağı
özlərinə mənəvi borc hesab edirdilər. Müəyyən mənada xilaskar,
nicat rolunda çıxış edirdilər. Ayn cür ola da bilməzdi. Bu kimi
cəhalət, gerilik Çinə əks təsir göstərə bilməzdi. Ayrı-ayrı xalqların
qarşılıqlı mədəniyyəti də Çin üçün yad idi.
Ənənəvi Çinin xarici siyasətindəki təcrid olunma
istiqamətini Konfutsiya tərəfdarlan daha düzgün hesab edirdilər.
B.e.ə. VI-III əsrlərdə Konfutsiya ideyası ilə yanaşı ikinci
bir cərəyan - Leqizm yaranmışdır. Leqizm məktəbinin meydana
gəlməsi VI-V əsrlərə (b.e.ə.) təsadüf edir. Bu cərəyanın adı o
dövrün görkəmli siyasi xadimi İzi Canya və Li Kuyanın adı ilə
bağlıdır. Li Kuyanın dövlətin möhkəmlənməsində «əkinçiliyin
rolu» baxışlarını Qunsun Yan (390- 338) inkişaf etdirmişdir. O,
Çində Şan-Yan kimi məşhurdur. O, göstərirdi ki, dövlət iki yolla
çiçəklənə bilər - əkinçilik və müharibə. Torpağa qayıtmaq üçün
dövlət fəal siyasət
31
yeritməlidir. Leqistlər dövlətin rolunun artınimasının tərəfdan
idilər. İdarəçilikdə qanunlara əsaslanmağa üstünlük verirdilər.
Onlar daha fəal xarici siyasətə də üstünlük verirdilər.
İlkin Konfutsiyaçılar kimi ilkin Leqistlər də cəhalətə
qarşı eyni mərkəzçilik münasibətində idilər. Lakin sonralar bir çox
real şəraiti nəzərə alaraq digər xalqlann üstün cəhətlərinin, məişət
mədəniyyətinin, hərbi işlərin, (məsələn Süvari hücum texnikası)
bəzi elementlərindən bəhrələnməyin zəruriliyini məqbul
sayırdılar. Bütün bunlar Leqizmin ümumi sosial- fəlsəfi,
sosial-siyasi konsepsiyalanndan irəli gəlirdi. Onlar belə hesab
edirdilər ki, insan öz təbiəti etibarı ilə tamahkar - acgözdür,
paxıldır - həsəd aparandır və şöhrətpərəstdir. Odur ki,
hökumət başçıları idarəçilikdə insanlann bu keyfiyyətlərini
əlaqələndirməyi bacarmalıdır. Bu baxımdan insanları iki “daha
faydalı” işə yönəltməlidir - əkinçilik və müharibə. Leqizmə görə
hər bir dövlət və onu idarə edənlər faydalanmağa cəhd
göstərməlidir, iqtisadi və hərbi potensial əsasında öz qüdrətini
möhkəmlətməlidir.
Öz
dövlətlərinin
mənafeyi
naminə
başqalarının təcrübəsindən istifadə olunmasım qanunauyğun
hesab edirdilər. Onlar müharibələr aparılmasının da tərəfdarı
idilər. (Dövlətin qüdrəti hərbi nailiyyətlərdən asılıdır).
Leqistlər iddia edirdilər ki, hər hansı bir ölkəni gəzərkən onun
necə idarə edildiyini, qüdrətli olduğunu müşahidə edirsənsə,
deməli orada hərbi qüvvələrdən daha fəal istifadə edilir.
Deməli Leqistlər insanların idarə edilməsində məcburiyyət,
ehtiyac və zorakılığı əsas götürdüyü kimi, xarici siyasi dairədə
də güc metoduna üstünlük verirdilər.
Qədim Çin ideologiyasında Deosizm istiqaməti də geniş
yayılmışdır. Çin mədəniyyətinin formalaşmasında onların böyük
rolu olmuşdur. Bu cərəyanın əsasım Lao-Szı qoymuşdur.
Beynəlxalq münasibətlərdə güc amili məsələsi qədim
yunan mütəfəkkiri Fukudid tərəfindən də işlənmişdir. O,
32
Dostları ilə paylaş: |