«Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında»



Yüklə 3,25 Mb.
Pdf görüntüsü
səhifə209/212
tarix29.07.2018
ölçüsü3,25 Mb.
#59510
1   ...   204   205   206   207   208   209   210   211   212

MƏĞLUBİYYƏT ZƏNGİ

639


O, sabah axşam gələcəyinə söz vermişdi. Bu iyrənc 

sifəti yenidən görmək məcburiyyətində qalacağı fikrinin 

özü belə Lüsildə ikrah yaradırdı.

Antuan nəşriyyatdan qırx min avans qopara bilmişdi. 

Xoş bəxtlikdən, o, bu məşhur təbibi görmədi də. Məlum 

ol mayan səbəblərdən, bəlkə də, ehtiyat etdiyi üçün təbib 

«kavaler»lərlə görüşməkdən imtina edirdi.

Lüsildə  İsveçrədə yaşayan bir həkimin də ünvanı var 

idi. O, Lozanna yaxınlığında qalırdı. Amma orada əmə liy-

yat olunmaq iki yüz min franka başa gələcəkdi. Bir də üs-

tə gəl yolhaqqı. Bu isə mümkün deyildi. Ona görə Lüsil bu 

ba rə də heç Antuana demədi də. Belə  şeylər imkanlı qa-

dın lar üçün idi. Klinika, tibb bacıları, ağrıkəsicilər… Bütün 

bunlara onların imkanı çatmazdı. Deməli, o, bu qəssabın 

bıçağı altına getməli olacaqdı. Ola bilsin, birtəhər qur tu-

lar dı. Amma çətin ki bundan sonra tezliklə özünə gəlsin.

Əvvəllər heç vaxt Lüsil etdiyi axmaqlıqlara görə heyif-

si lən məzdi, amma indi ürək ağrısı ilə mirvari kolyeni xa-

tır la yır dı. Çünki qandan yoluxma nəticəsində ölə bilərdi – 

mə sələn, Folknerin qəhrəmanı kimi. O zaman Antuanı da 

həbs xanaya atardılar.

Bu barədə fikirləşə-fikirləşə Lüsil yaralı heyvan kimi 

otaq da var-gəl edirdi. Hər dəfə güzgüdə öz əksi ilə qar-

şı laş dıq da isə özünü çirkin, üzgün, xoşbəxt olmaq üçün 

zə ru ri olan sağlamlıqdan həmişəlik məhrum edilmiş qadın 

ki mi görürdü. Bu fikir onu özündən çıxarırdı.

Saat dörddə o, Antuana zəng etdi. O, yorğun, qayğılı 

səs lə cavab verdiyindən Lüsil onunla hissləri barədə da-

nış maq fikrindən daşındı. Halbuki Antuan ondan uşağı 

sax la mağı indi xahiş etsəydi, bəlkə də, razılaşacaqdı. Am-

ma o, uzaq, qərib, ən əsası isə gücsüz göründü.

Lüsil isə bu dəqiqə kiminsə qanadları altında elə giz-

lən mək istəyirdi ki… Onun dərdləşə, bu cür əməliyyatın 

xır da lıq larını öyrənə biləcəyi tanışı belə yox idi. Deyəsən, 

ona yaxın olan yeganə qadın Polina idi. Bu, ağlına gələn 

ki mi Lüsil qeyri-ixtiyari Şarlı xatırladı. Bu vaxta qədər o, 

bu adı vicdan əzabı kimi, Antuanı  təhqir edəcək bir şey 

ki mi yad 

daşından qovurdu. Amma indi o dəqiqə başa 

düş dü ki, kömək üçün məhz ona müraciət edəcək və bu 

ad dı mı at 

maqdan onu heç nə saxlaya bilməzdi.  Şarl bu 

dəh şə ti aradan qaldıracaq yeganə adam idi.



FRANSUAZA SAQAN

640


Lüsil onun iş nömrəsini yığdı, katibə ilə salamlaşdı. 

Şarl yerində idi. Onun səsini eşidəndə Lüsil qəribə hisslər 

ke çir di, dərhal danışa bilmədi.

– Şarl, sizinlə görüşməliyəm. Mənim problemim var, 

– nəhayət ki, o, özünü ələ alaraq söylədi.

– Bir saatdan sonra dalınızca maşın gələcək, – Şarl sa-

kit cə cavab verdi, – sizin üçün də uyğundur?

– Hə. Sağ olun.

Bir anlıq o, Şarlın dəstəyi asmasını gözlədi. Sonra 

onun son dərəcə  nəzakətli olduğunu xatırladı  və  dəstəyi 

ye ri nə qoydu.

Tez-tələsik geyindi, düz qırx beş dəqiqə alnını pən cə-

rə nin  şüşəsinə dayayaraq gözləməli oldu. Sürücü meh ri-

ban lıq la gülümsəyirdi. Maşın yerindən tərpənəndə Lüsil 

ar tıq xilas edildiyini hiss edirdi.

Polina qapını açaraq onun boynuna atıldı. Mənzildə 

heç nə dəyişməmişdi. Bura həmişəki kimi isti, geniş, sa kit 

idi; Lüsilin sevimli mavi xalçası yenə  də döşəməni bə zə-

yir di. Bu gözəlliklərin arasına düşən Lüsil özünün nə də rə-

cədə pis geyindiyini hiss etməyə bilməzdi. Bu haq da dü-

şünə-düşünə özünə gülməyi tutdu. Birdən-birə düş dü yü 

vəziyyətin evdən getmiş fərsiz oğulun, daha doğrusu, qı-

zın geri qayıdışına bənzədiyi ağlına gəlmişdi. Hələ bu az-

mış kimi, həmin qız bətnində bir uşaq da daşıyırdı.

Onu evin yanında düşürən sürücü Şarlın arxasınca 

get di. Lüsil içəri girən kimi əvvəlki günlərdə olduğu kimi 

mət bə xə – Polinanın yanına yollandı, viski xahiş etdi. Po-

li na Lüsilin arıqladığını, yorğun göründüyünü söyləyib de-

yin məyə başladı. Eşitdiyi məzəmmətlərdən sonra Lüsil 

ba şı nı onun çiyninə qoymaq, hər şeyi danışmaq istəyirdi. 

Ən çox da Şarlın nəzakətindən necə  vəcdə  gəldiyini de-

mək keçirdi könlündən.  Şarl işi özü bilərəkdən elə qur-

muş du ki, Lüsil öz evinə gəlibmiş kimi ondan əvvəl evdə 

ol sun.  İndi onun keçmişi xatırlamaq üçün zamanı vardı. 

Bu nun tələ ola biləcəyi isə Lüsilin heç ağlına da gəlməzdi.

Evə girən Şarl sevinc dolu səslə onu çağırdı. Lüsilə elə 

gəl di ki, son altı ay, ümumiyyətlə, olmayıb. Şarl arıqlamış, 

qo cal mışdı. O, Lüsilə yaxınlaşaraq  əlindən tutdu. Sonra 

bir lik də qonaq otağına keçdilər. Polinanın etirazlarına bax-

ma ya raq, Şarl Lüsil üçün iki skotç istədi, qapını bağladı və 




MƏĞLUBİYYƏT ZƏNGİ

641


onun la üzbəüz oturdu. Otağa göz gəzdirən Lüsil heç nə-

yin dəyişmədiyini söylədi.  Şarl onun sözünü təsdiqlədi: 

«Hə qi qə tən də, heç nə  dəyişməyib, elə  mən də…» Onun 

sə sin də o qədər nəciblik var idi ki, ağlına gələn fikir Lüsili 

dəh şə tə gətirdi: «Birdən o, elə fikirləşər ki, geri qayıtmaq 

qə ra rına gəlmişəm»... Ona görə də elə tələsik danışmağa 

baş la dı ki, Şarl nələrisə dəqiqləşdirmək üçün təkrar-təkrar 

sual verməli oldu.

– Şarl, mən hamiləyəm. Uşağı istəmirəm. Ona görə 

də İsveçrəyə getməliyəm, amma pulum yoxdur. 

Şarl mızıldana-mızıldana buna bənzər bir şeyin baş 

ver di yini təxmin etdiyini söylədi.

– Uşağı istəmədiyinizə əminsiniz?

– Bacarmaram…  Buna  imkanımız yoxdur, – o, qı za ra-

raq səhvini düzəltdi, – həm də sərbəstliyimi əldən vermək 

is təmirəm.

– Əminsiniz ki, məsələ təkcə pulda deyil?

– Tamamilə.

O ayağa qalxdı, otaqda var-gəl etdi, kədərli tə bəs-

süm lə qıza tərəf çevrildi:

– Həyat çox mənasızdır. Siz mənə övlad ba 

ğış la ya-

sı nız deyə  nələrdən keçməzdim. O zaman iki dayəniz 

olar dı, ürəyiniz nə istəyirsə… Amma yəqin ki, siz məndən 

uşaq istəməzdiniz.

– Yox.


– Özünüzə aid ola biləcək heç nə istəmirsiniz. Nə  ər, 

nə uşaq, nə ev… Qətiyyən heç nə. Çox qəribədir.

– Axı bilirsiniz… xüsusiyyətçilik hissi məni iyrəndirir. 

Şarl stol arxasına keçdi, çeki imzaladı və ona uzatdı.

– Məndə cenevrəli bir həkimin ünvanı var. Xahiş edi-

rəm, yaxşı olar ki, onun yanına gedəsiniz. Belə  mən də 

sa kit olaram. Söz verin ki, gedəcəksiniz.

Lüsil başını yellədi. Qəhər boğazını tutmuşdu. O qış-

qı ra raq «belə mehriban və etibarlı olmaq lazım deyil» de-

mək istəyirdi. Belə getsə, göz yaşlarını saxlaya bil mə yə-

cək di. Onlar artıq icazə istəmədən axmağa başlamışdı… 

Bu göz yaşlarının səbəbi rahatlıq, kədər, bir də həyatından 

ar tıq çıxıb getmiş olan şeylər idi. Yəni… Xiffət dolu göz 

yaş ları…

Lüsil gözünü xalçaya zillədi, tütün və  dəri qoxusunu 

ci yər lərinə çəkdi, aşağıda Polina ilə sürücünün necə gü lüş-




Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   204   205   206   207   208   209   210   211   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə