«Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında»



Yüklə 3,25 Mb.
Pdf görüntüsü
səhifə210/212
tarix29.07.2018
ölçüsü3,25 Mb.
#59510
1   ...   204   205   206   207   208   209   210   211   212

FRANSUAZA SAQAN

642


dük lə rini eşitdi. Bura isti və yaxşı idi. Ən  əsası o, özünü 

çox dan bəri olmadığı kimi təhlükəsizlikdə hiss edirdi.

– Yadınızda qalsın, – Şarl  əlavə etdi, – mən göz lə yi-

rəm. Sizin üçün çox darıxıram. Başa düşürəm, indi bu ba rə-

də danışmaq ədəbsizlikdir, amma biz elə az görüşürük ki…

Bu sözləri eşidən Lüsili son qüvvəsi də tərk etməkdə 

idi. O yerindən sıçradı, qapıya gedə-gedə  təşəkkür dolu 

söz lər pıçıldadı. Pillələrlə aşağı qaçdı. Keçən dəfə olduğu 

ki mi yenə də göz yaşları içində boğulurdu.

Arxadan Şarlın səsi eşidilirdi:

– Mütləq mənə  zəng edin. Əgər özümlə danışa bil-

mə sə niz, heç olmasa, katibə vasitəsilə  xəbər yetirin. Çox 

xa hiş edirəm…

Küçədə yağış yağırdı. Lüsil bilirdi ki, artıq xilas edilib. 

Am ma həm də başa düşürdü ki, tamamilə  məhv olmaq 

üzrədir…


– Cəhənnəm olsun bu pullar! – Antuan özündən çıx-

dı, – sən heç fikirləşdin ki, onun gözündə məni hansı və-

ziy yə tə salırsan? Heç ağlına gəldi ki, indi onun nəzərində 

su tenyordan da pis gündəyəm?! Əvvəlcə qadınını əlindən 

alıram, sonra da mənim günahlarıma görə o, pul ödəməli 

olur.


– Antuan…

– Yox, bu ağ oldu. Mən yaxşılıq mücəssəməsi de yi-

ləm, amma hər  şeyin bir hüdudu var. Sən məndən uşaq 

is tə mirsən, mənə yalan danışırsan, məndən gizli mirva ri-

lə ri ni satırsan. Ağlına nə  gəlirsə, onu da edirsən. Amma 

in di ki sevgilindən qaldığın uşağı öldürmək üçün əvvəlki 

sev gi lin dən pul götürmək?! Buna yol verə bilmərəm… 

Müm kün deyil!

– Fikrincə, sənin pulun ancaq buna çatır deyə o qəs-

sa bın bıçağı altına getməliydim? O qəssab narkoz ver mə-

dən məni kəsəcəkdi, mən də  hər  şeyi hiss edəcəkdim… 

Bu nun nə demək olduğunu başa düşürsən? Əgər can ver-

səy dim, məni qurtarmaq üçün sənin o əldəqayırma hə ki-

min barmağını belə tərpətməyəcəkdi… Əgər pulu sən yox, 

Şarl ödəyirsə, o zaman bununla razılaşmaqdansa, qoy 

mən ömürlük şikəst qalım, eləmi? Bu yaxşıdır, hə?!

Onlar qırmızı gecə lampasını söndürdülər. Artıq güclə 

eşidiləcək səslə danışırdılar. Çünki aralarındakı söhbət hər 




MƏĞLUBİYYƏT ZƏNGİ

643


iki si üçün dəhşətli idi. İlk dəfə idi onlar bir-birinə nifrət 

edir dilər. Hər biri buna görə özünə acıqlanırdı, amma ye-

nə də özünü ələ almağa çətinlik çəkirdi.

– Sən qorxaqsan, Lüsil. Bilmirəm səndə bunlardan 

han sı daha çoxdur – qorxaqlıq, yoxsa eqoizm? Əlli ya şın-

da əlində heç bir şey qalmayacaq. Onda gözəlliyin də ar-

tıq heç kimi cəlb etməyəcək. Tənha qalacaqsan.

– Elə  sən də qorxaqsan, Antuan. Həm də ikiüzlüsən. 

Sə ni uşağını öldürməyə hazırlaşdığım narahat etmir. Qə-

tiy yən. Səni narahat edən odur ki, mən bunu Şar lın pulu 

ilə edə cəyəm. Qürurun sənin üçün mənim sağ lam lı ğım-

dan daha vacibdir. Nədir, zəhrimara qalmış bu qüruru çər-

çi və yə salıb divardan asmağa hazırlaşırsan?

Hər ikisi soyuqdan donurdu, amma bir-birinə to xun-

maq belə istəmirdi. Əvvəllər bu yataqda istənilən fə la kət-

dən gizlənmək olardı.  İndi isə… Onların gözləri önündə 

əzab lı bir xəyal sürətlə dolaşmaqda idi: narahat tənha ax-

şam lar, pulsuzluq, bir də yaxınlaşmaqda olan qocalıq... 

Atom raketləri odlu qüllələrdən  şığıyaraq yuxarı qalxdı. 

On lar artıq buraxılmışdı… Gələcək düşməncəsinə  və se-

vinc siz görünürdü. İlk dəfə idi hər ikisi öz həyatını o biri 

ol ma dan, sevgisiz təsəvvür edə bilirdi.

Antuan hiss edirdi ki, əgər Lüsili İsveçrəyə buraxarsa, 

nə özünü, nə  də onu bağışlayacaq. Bu, onların mə həb-

bə tinin sonu olacaq. Bilirdi ki, tapdığı baytarla iş qur ma-

ğın özü də təhlükəlidir. Amma… Əgər uşağı sax la yar lar sa, 

Lü sil qayğıların ağırlığı altında çox tez büküləcək, da 

rı-


xa caq, ona qarşı  məhəbbəti soyuyacaq. Lüsil uşaq üçün 

yox, kişi üçün yaradılmışdı. Çünki özü heç vaxt, sözün əsl 

mə na sında, böyüməyəcəkdi.  Əgər nə zamansa böyüməli 

ola caq dısa, onda özünü də, həyatı da sevməkdən  əl çə-

kə cək, solacaqdı. Dəfələrlə özünü «gec, ya tez, bütün qa-

dın lar bundan keçməli olurlar: uşaq doğurlar, məişətlə üz-

üzə gəlirlər. Həyat belədir, o da bunu başa düşməlidir, öz 

eqoiz min dən  əl çəkməlidir» deyərək inandırmağa çalışsa 

da, xeyri yox idi. Həqiqət həqiqətliyində qalırdı.

İndi bu düşüncələr içərisində çırpına-çırpına Lüsilin ra-

hat simasını görəndə fikirləşdi ki, onu gündəlik həyatdan 

çə kin dirən rüsvayçı  zəiflik yox, dərin, gizli, demək olar, 

hey vanı instinktdir. O hətta bir dəqiqə bundan əvvəl nif rət 



FRANSUAZA SAQAN

644


et diyi şeyə qarşı hörmətə bənzər hiss də duydu. Lü sil to-

xu nulmaz idi. O, xoşbəxtliyə, həyat sevinclərinə qar şı ya-

şa dı ğı ram edilməsi mümkün olmayan canatma sa yə sin də 

belə ola bilirdi. Məhz bu xüsusiyyəti onun eqoiz mi ni xa-

rak te rindəki bütövlüklə, etinasızlığını isə  tə mən na sız lıq la 

əvəz edirdi.

Antuan yüngülcə inildədi. Yəqin, o, dünyaya gələndə 

də beləcə inildəyibmiş.

– Lüsil,  yalvarıram, gəl uşağı saxlayaq. Bu, bizim son 

şan sımızdır.

Lüsil susdu. Antuan əlini ona tərəf uzatdı, sifətini sı-

ğal ladı. Lüsilin yanaqları, çənəsi boyunca göz yaşları axır-

dı. O, yöndəmsiz hərəkətlə onları silməyə çalışırdı.

– Mən  əməkhaqqımın qaldırılmasını xahiş edərəm, 

– de di, – birtəhər vəziyyətdən çıxarıq. İndi axşamlar uşa-

ğa baxmaq istəyən o qədər tələbə var ki... Gündüzlər isə 

onu bağçaya verə bilərik. Bu, o qədər də çətin deyil. Əv-

vəl cə onun bir yaşı tamam olacaq, sonra on. Bu, bizim 

uşa ğı mız dır! Gərək xəbəri eşidən kimi səni dilə tutaydım! 

Özüm də bilmirəm niyə  əvvəlcədən söyləmədim. Biz 

cəhd eləməliyik, bu, bizim borcumuzdur…

– Sən niyə demədiyini çox gözəl bilirsən. Heç indi 

də dediklərinə inanmırsan. Elə  mən də, – Lüsilin danışığı 

təm kin li idi, amma göz yaşları dayanmaq bilmirdi ki bil-

mir di... – Bizim münasibətimiz lap başlanğıcdan belədir. 

Uzun müddət gizlənmişik, başqalarını aldatmışıq,  əzab 

ver mişik.  İkimiz də bilirik ki, biz birlikdə  bədbəxt ol maq 

üçün deyil, yalan danışmaq və kef çəkmək üçün ya ran mı-

şıq. Birgə xoşbəxt olmaq istəyirik. Sən də bunu bilirsən, 

An tuan. Hamı kimi yaşaya bilmərik. Nə  sən, nə  də  mən, 

– o, ağzı üstə çevrildi, Antuanın çiyninə  qısıldı, – günəş, 

də niz, qayğısızlıq, azadlıq… Bizə yalnız bu lazımdır. Hər 

iki miz bunu dəyişməkdə acizik. Bu, bizim qanımızdadır. 

Kim is təyirsə, bizi «kiflənmiş» adlandırsın. Şəxsən mən kif-

lən di yi mi hiss edirəm. Xüsusilə  də o vaxt ki, özümü bu 

riya kar lara inanırmış kimi göstərməyə başlayıram…

Antuan cavab vermədi. Tavana, küçə  fənərindən dü-

şən işıq zolağına baxa-baxa Lüsili necə oynamağa vadar 

et diyini, onun qoynuna sığınaraq ağlamasını istədiyini xa-

tır la dı. Budur, o, öz arzusuna çatıb. Lüsil ağlayır. Amma 

An tuan ona təskinlik vermək gücündə deyil.



Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   204   205   206   207   208   209   210   211   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə