«Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında»



Yüklə 3,25 Mb.
Pdf görüntüsü
səhifə211/212
tarix29.07.2018
ölçüsü3,25 Mb.
#59510
1   ...   204   205   206   207   208   209   210   211   212

MƏĞLUBİYYƏT ZƏNGİ

645


Özünü aldatmaq lazım deyil: o, uşağı istəmir. O an-

caq Lüsili istəyirdi – bu əllə tutula bilməyən, azad qa dı nı... 

On ların məhəbbəti elə ilk anlarındanca həyəcana, qay ğı-

sız lığa və həssaslığa can atıb. O da bunu gözəl bilirdi…

Bütün bunlar haqqında düşünə-düşünə Antuan qəl bi-

nin şəfqətlə dolduğunu hiss etdi. Bu yarımqadını, yarım şi-

kəsti, öz yeganə məhəbbətini qucaqladı və ağzını qu la ğı-

na dirəyib pıçıldadı:

– Sabah səhər Cenevrəyə biletini alacağam.

XXII fəsil

Beş həftə keçdi. Cərrahiyyə əməliyyatı yüngül ol muş-

du. Parisə qayıdan kimi Lüsil Şarla zəng elədi. Onu ye rin-

də tapmadığından hər şeyin qaydasında olduğunu katibə 

va sitəsilə çatdırmalı oldu. Şarlla danışa bilməməsi nə 

üçün sə Lüsilin qanını qaraltmışdı.

Antuan indi çox işləyirdi – yeni seriyanın çapını ona 

hə valə etmişdilər. Nəşriyyatda nə isə çaxnaşma da baş 

ver mişdi. Bunun da nəticəsində o, xidməti pillədə irə li lə-

yə bilmişdi.

Onlar Cenevrə haqqında heç bir şey danışmadılar; sa-

dəcə, daha ehtiyatlı olmağa başlamışdılar.  İndi bu, o qə-

dər də çətin deyildi, çünki Lüsil özünü yorğun hiss edirdi, 

An tuan isə  işin içində itib-batırdı.  Əksər vaxtlar bir-birinə 

ar xa çevirib yuxuya getməmişdən  əvvəl zərif bir öpüşlə 

ki fa yətlənirdilər.

Bir dəfə Lüsil «Flora»da Conni ilə qarşılaşdı. Fevralın 

axı rı idi; elə bil, yağışı vedrədən tökürdülər. Conni fikirli 

hal da sənətşünaslıqla bağlı hansısa jurnalı  vərəqləyirdi. 

Fik  ri  nin dağınıq olmasının səbəbi isə qonşu stolun ar xa-

sın da əyləşən yaraşıqlı sarışın oğlan idi. Lüsil gözə gö rün-

mə dən yanından ötüb-keçmək istədi, amma Conni ba şı nı 

qal dı raraq onu səslədi, öz stoluna dəvət etdi. Gü nün qa-

ral da raq tunc rənginə saldığı Conni Klerin İsveç ku ror tun-

da son macərasını xüsusi bəzək-düzək verərək nəql etdi. 

Son ra başqa şeylərdən danışdı. Məlum oldu ki, Diana Ku-

ba diplomatına «istefa» verib, indi də bir ingilis yazıçısı ilə 

ya şa yır. Həmin ingilisin Dianaya gənc oğlanlarla xəyanət 

et məsi, deyəsən, Conniyə yaman ləzzət etmişdi. Sonra 



FRANSUAZA SAQAN

646


o, əlüstü Antuanın işləri ilə maraqlandı. Lüsil onu başdan 

edə cək bir cavab verdi.

Adətən, Conninin boşboğazlığı Lüsili əyləndirərdi. 

Çox dan idi o, belə sərbəst və can-dildən gülməmişdi. Axı 

An tua nın dostlarının  əksəriyyəti ağıllı, amma yorucu və 

cid di insanlar idi...

– Bilirsiniz  də,  Şarl  əvvəlki kimi sizi gözləyir, – Con-

ni dedi, – Kler bir müddət o balaca de Klervonu ona so-

xuş dur mağa çalışdı, amma Şarl ona cəmi ikicə gün da vam 

gətirdi. Çoxdan idi onun belə  kədərləndiyini gör mə miş-

dim. Nə vaxt baxırsan, özünə yer tapa bilməyən adam-

lar tək hoteldə var-gəl edir … Holldan restorana, ora 

dan 

da ge ri… Özü də bütün günü… Kədərini də hamıya yo lux-



du rub. Dəhşətdir! Əgər sirr deyilsə, onu necə ov sun la mı-

sınız? Ümumiyyətlə, siz bu kişilərin başına nə oyun açır-

sı nız belə? Doğrudan deyirəm… Məsləhətləriniz mə nim 

ka rı ma gələ bilərdi.

Conni gülümsündü. O, əvvəlki kimi Lüsilə yaxşı mü-

na sibət bəsləyirdi və onu köhnə paltarda, pis saç dü zü-

mün də görmək xoşuna gəlmirdi. Lüsil yarım il əvvəl ol-

du ğu kimi gözəl və dalğın idi, amma arıqlamış, rəngi də 

ağar mış dı. Conni həyəcanla soruşdu:

– Siz xoşbəxtsiniz?

Lüsil tez, həddindən artıq tez «hə» dedi. Conni də be-

lə bir qənaətə gəldi ki, Lüsil darıxır.

Öz aramızdır, Blassan-Linyer Conniyə qarşı  həmişə 

həd dindən artıq nəzakətli olub. Niyə də onun tərəfdaşı ki-

mi çıxış etməsin? Bu, çox yaxşı hərəkət olardı. Ağlına gə-

lən ideyanı hansısa amerikalının evində kokteyldə olarkən 

içini sancan paxıllıq hissi ilə  əlaqələndirmək Conninin 

ağ lı na da gəlmədi. Halbuki o zaman təzəcə sevgili olan 

An tuan la Lüsilin rəngləri ağarmış halda bir-birindən necə 

göz lərini çəkmədiklərini görmüşdü.

– Siz gərək arada Şarla zəng edəsiniz. O heç yaxşı gö-

rün mür… Kler onun ciddi xəstəliyə tutulduğundan ehtiyat 

edir, deyəsən…

– Demək istəyirsiniz ki…

– İndi hamı  xərçəngdən danışır. Amma qorxuram ki, 

bu dəfə deyilənlərin əsası var.

Conni yalan deyirdi. O, Lüsilin rənginin necə ağar dı ğı-

nı maraqla müşahidə edirdi. Şarl… Sevimli Şarl… Öz möh-




MƏĞLUBİYYƏT ZƏNGİ

647


tə şəm mənzilində  tənha qalan Şarl… Onu sevməyən və 

özünün də sevmədiyi adamcığazlar tərəfindən tərk edil-

miş, onun puluna düşkün olan qadınların atdığı  Şarl.  Şarl 

xəs tədir… Lüsil ona zəng etməyə borcludur. Ye ri gəl miş-

kən, bu həftə Antuan hər axşam ya işgüzar na har lara, ya 

da şam yeməklərinə gedəcəkdi.

Lüsil səmimi-qəlbdən Conniyə  təşəkkür etdi. O isə 

Kle rin Lüsildən zəhləsinin getdiyini xatırlayanda çox gec 

idi.  Əgər Lüsil Şarlın yanına qayıdarsa, Kler əməlli-başlı 

özün dən çıxacaqdı. Amma Conni bəzən öz himayədarını 

sanc ma ğa belə hazır idi.

Bir neçə gün sonra Lüsil səhər tezdən  Şarla zəng et-

di. O, Lüsili restorana dəvət etdi. Aydın, amma soyuq 

ha va idi. Şarl isinmək üçün içmək lazım gəldiyini söylədi. 

Hə rə yə bir kokteyl sifariş verdilər, sonra yenə də, bir də… 

Ofisiantların əlləri stolun üzərində kəpənəklər kimi uçu şur-

du. Bura Lüsil üçün isti və rahat idi. Restoranın anlaşılmaz 

səs-küyü arı  vızıltısını xatırladırdı. Lüsil fikirləşirdi ki, söh-

bət üçün bundan yaxşı müşayiətçi tapmaq mümkün deyil. 

Şarl nahar sifariş verdi. O, Lüsilin zövqünü bilirdi. 

Qız  Şarlda xəstəliyin  əlamətlərini tapmağa çalışaraq 

diq qət lə onu gözdən keçirirdi. Amma onların son gö rüş-

lə rin dən sonra Şarl, elə bil, gəncləşmişdi. Lüsil bunu ona 

de di. Amma istəyinin əksinə olaraq, söylədiyi sözlər tənə 

ki mi səsləndi. O gülümsədi:

– Hə, qışda özümü yaxşı hiss etmirdim – bronxit zəh-

lə mi tökmüşdü. Üç həftəliyə dağlara getməli oldum. Xi-

zək də sürüşdüm, qaraldım. İndi hər şey qaydasındadır.

– Bəs Conni dedi ki, sağlamlığınızla bağlı ciddi prob-

lem var…


– Nə danışırsınız, yox, qətiyyən… Olsa, əlbəttə ki, sizə 

xə bər verərdim, – o, nəzakətlə əlavə etdi.

– And içə bilərsiniz? 

Şarl səmimi-qəlbdən təəccübləndi:

– Aman  Allah,  əlbəttə ki... And içirəm. Siz, deyəsən, 

əv vəl lər olduğu kimi and içməyi çox sevirsiniz… Çoxdan 

idi heç bir şeyə and içməli olmurdum.

Onlar gülüşdülər.

– Bilirsiniz,  Conni  işarə vurdu ki, guya, sizdə  xərçəng 

var.



Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   204   205   206   207   208   209   210   211   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə