«Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında»



Yüklə 3,25 Mb.
Pdf görüntüsü
səhifə205/212
tarix29.07.2018
ölçüsü3,25 Mb.
#59510
1   ...   201   202   203   204   205   206   207   208   ...   212

MƏĞLUBİYYƏT ZƏNGİ

627


ödəyə, həm də nahar edə biləcək. «Revey»də gözəl ye-

mək xana var idi. Antuan özü də aradabir nahar üçün onun 

yanına gedə bilərdi.

O, bu hesablamalarla məşğul olduğu vaxt Lüsil çar-

pa yı nın üstündə  əyləşərək ona qulaq asa-asa yerindəcə 

do nub-qalmışdı. O, Diordan olan bir paltarın otuz min ol-

du ğu nu, metroya hətta qatar dəyişmək lazım gəlmədikdə 

be lə nifrət etdiyini, adi «yeməkxana» sözünün onda dəh-

şət li ikrah yaratdığını söyləmək istəyirdi. Onun snobizmi 

dəh şətli idi.

Antuan, nəhayət ki, otaqda var-gəl etməkdən be 

zib 


sevinc və inamsızlıq dolu sifətini ona çevirdikdə Lü sil sev-

diyi bu adama səmimi, xoşbəxt təbəssümlə gü 

lüm sə di. 

O, özünü balaca uşaq kimi aparırdı. Daha doğrusu, xır da-

lıq ları uşaq kimi hesablayırdı. O ki qaldı büdcəyə… Bax bu 

mə sələdə o, naziri belə ötüb-keçə bilərdi. Kişilərin  ək sə-

riy yəti kimi onun üçün də rəqəmlər maraqlı bir oyun idi.

Yaxşı, qoy o istəyən kimi olsun! Qoy Lüsilin həyatı 

real laşmayacaq hesablamalarla idarə edilsin! Əgər bütün 

bun lar onun qələmindən çıxıbsa, Lüsil buna da razıdır!



XX fəsil

Lüsildə elə bir təəssürat yaranmışdı ki, sanki, uzun il-

lə rini «Revey»də keçirib. Halbuki cəmi iki həftə əvvəl iş lə-

məyə başlamışdı.

Arxiv stollarla, şkaflarla, kartotekalarla doldurulmuş 

bö yük və bomboz otaqda yerləşirdi. Otağın yeganə pən-

cə rə si dar ticarət küçəsinə açılırdı. Onunla şərik işləyən 

qa dı nın adı Marianna idi; bu, çox mehriban və  işgüzar 

gənc xanımdı. O, hamiləliyin dördüncü ayındaydı. Ma-

rian na, adətən, jurnalın və uşağının gələcəyi haqqında ey-

ni qayğıkeşliklə danışırdı.

O əmin idi ki, oğlan doğacaq. Ona görə də hər dəfə 

qü rur la «onun böyük gələcəyi var» söyləyəndə Lüsil fər-

ziy yələr içərisində itib-batırdı. Görəsən, nə  nəzərdə tu tu-

lur, «Revey», yoxsa hələ doğulmamış Cerom?!

Onlar qəzetdən çıxarışlar edir, kəsdikləri materialları 

qov luq lara tikirdilər. Onlara Hindistan, penisillin və Har ri 

Kuperlə bağlı sifarişlər edirdilər. Qızlar da, öz növ bə lə rin-




FRANSUAZA SAQAN

628


də, qovluqları sifarişçilərə təqdim edir və onları cırıq-cırıq 

edi lmiş halda geri alanda yenidən səliqəyə salır, yerlərinə 

yer ləş dirirdilər.

Lüsili işin özü deyil, ofisdə hökm sürən təlaş və məq-

səd li ciddilik əsəbiləşdirirdi. Ümumiyyətlə, süni işgüzarlıq 

ru hu həmişə onda nifrət yaradırdı. Hamı işlə bağlı söh bət-

lər lə onun baş-qulağını aparırdı.

İşə  çıxdığı ikinci həftənin  əvvəlində redaksiya he 

yə-

tinin iclası keçirildi. Otağa girəndə adamda elə  təəssürat 



ya ranardı ki, sanki, zəhlətökən arıların vızıltısı ilə dolu bir 

yuvaya düşüb. Hamı durmadan həqiqət haqqında da 

nı-

şır dı. Hətta riyakarlıq o həddə çatmışdı ki, iclasa birinci 



mər tə bədə və arxivdə işləyən «qarışqalar» da dəvət olun-

muşdu. Düz iki saata yaxın Lüsil sərsəm insanların oy na dı-

ğı komediyaya tamaşa etdi. O, rəqib Ceremovun ti ra jı nın 

artırılması ilə bağlı aparılan söhbətdə yaltaqlığın, özün-

dən ra zı lı ğın, süni ciddiliyin və qabiliyyətsizliyin necə bir-

biri ilə mübarizə apardığını diqqətlə müşahidə etmək für-

sə ti qazanmışdı…

Yalnız üç nəfər axmaqlıq etmirdi.

Onlardan birincisinin görkəmindən də  bəlli idi ki, bü-

tün dünyaya qarşı  qəzəblidir.  İkincisi redaktorun özü idi 

və Lüsilə elə  gəlirdi ki, baş verənlərə o, Lüsildən heç də 

az hey rətlənmir. Üçüncüsü isə, sadəcə, ağıllı adam təsiri 

ba ğış layırdı.

Evə çatan kimi Lüsil bu yığıncağın epik təsvirini An-

tua na nəql etdi. Antuan xeyli güldü, amma sonra Lüsilin 

hər şeyi şişirtdiyini və qara rəngdə gördüyünü söylədi.

Lüsil göz önündə  əriyirdi. O dərəcədə darıxırdı ki, 

na har fasiləsi zamanı sendviçi yeməyə belə özündə güc 

tapmırdı. Yeməkxanaya ilk gediş elə son gedişi ol 

muş-


du. O, yaxınlıqda olan balaca kafedə nahar edir, am 

ma 


stol arxasında yeməkdən daha çox oxuyurdu. İş günü 

saat altıda bitirdi, bəzən isə saat səkkizə  qədər uza nır dı. 

(«Lüsil,  əzizim, bağışlayın ki, sizi saxlayıram, am ma bi ri-

gün bizim buraxılışımız çıxmalıdır».) Lüsil taksi tut 

ma ğa 

ça lı şır, sonra ümidini itirərək metroya düşürdü. Adə tən, 



ayaq üstə getməli olurdu. Oturmaq üçün mü ba ri zə apar-

maq ona alçaldıcı görünürdü. Adətən, yol yol 

daş la rı nın 

yor ğun, qayğılı, sərt sifətləri olardı. Bu sifətlərə tamaşa et-




MƏĞLUBİYYƏT ZƏNGİ

629


dik cə onun içində etiraz hissi baş qaldırırdı. Bununla belə, 

özün dən daha çox onlar haqqında düşünərdü. Bəzən də 

bu mühitə düşdükdə qəribə yuxu gördüyünü və elə in di-

cə ayılacağını güman edirdi. Təbii ki, belə olmurdu…

Antuan onu evdə gözləyirdi. Çatan kimi o, Lüsili qu-

caq la yırdı. Antuanın ağuşunda o, yenidən canlanır, özünə 

gəlirdi.

İşə çıxmasının on beşinci günü Lüsil tab gətirə bil mə-

di. Saat birdə kafeyə getdi və qarsonun təəccübünə  rəğ-

mən kokteyl sifariş verdi. Sonra ikincisini istədi.  Əvvəllər 

o, heç vaxt bu kafedə içməzdi. Amma bu dəfə içdi. Bir 

qə dər özünə  gəldikdən sonra özüylə götürdüyü dosyeni 

və rəqləyərək  əsnədi. Sonra qovluğu bağladı. Onu başa 

sal mışdılar ki, bu mövzuda bir neçə  sətir yaza bilər və 

əgər yaxşı alınarsa, yazdığı çap olunacaq. Amma bir cüm-

lə belə yazmaq gücündə deyildi. Ən azından bu gün. İn-

di o boz rəngli otağa qayıtmaq onun üçün dəhşətli gö-

rü nür dü. O artıq özlərini dahi yazıçı, yaxud işgüzar adam 

kimi göstərən insanlar qarşısında ona sırınmış ener ji li gənc 

qadın rolunu oynaya bilmirdi. Bütün bunlar iy rənc idi. Ən 

azın dan səfeh pyes təsiri bağışlayırdı. Əgər An tuan haq lı-

dır sa və onun iştirak etdiyi pyes yetərincə nor mal və xe-

yir li dirsə, deməli, onun payına yaxşı rol düşməmişdi. Ya 

da sa dəcə, oynamalı olduğu rol onun üçün yazılmamışdı.

Amma… Antuan haqlı deyildi. İndi o, buna tam əmin 

idi.  İçdiyi kokteyllər aydın bir həqiqəti yenidən ortaya çı-

xart dı: bəzən alkoqol insanın həyata baxışına amansız 

ayıq lıq gətirir.

Özünü xoşbəxt olduğuna inandırmağa çalışarkən isti-

fa də etdiyi minlərlə xırda yalan içkinin təsiri ilə indi Lü si lin 

gözləri qarşısında canlanırdı. O, bu yalanlarla özünü yu xu-

ya verməyə çalışdığını dərk etməyə başlayırdı. Əslində, o, 

bəd bəxt idi və bu, o qədər böyük haqsızlıq idi ki!..

Onun özünə yazığı  gəldi. Bu güclü hissin təsiri al tın-

da bir kokteyl də sifariş verdi. Qarson təəssüf hissi ilə so-

ruşdu: 


– Hər şey qaydasındadır? 

– Hə… – Lüsil qaşqabaqlı cavab verdi. Qarson insan 

hə ya tında pis günlərin də olduğunu söylədi və  məsləhət 

gör dü ki, sendviç sifariş versin, bir də ümumiyyətlə, daha 




Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   201   202   203   204   205   206   207   208   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə