«Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında»



Yüklə 3,25 Mb.
Pdf görüntüsü
səhifə206/212
tarix29.07.2018
ölçüsü3,25 Mb.
#59510
1   ...   202   203   204   205   206   207   208   209   ...   212

FRANSUAZA SAQAN

630


çox yesin, yoxsa onun xalası oğlu kimi vərəmə tutula bi-

lər. Qarsonun danışığından bəlli oldu ki, bu xalaoğlu artıq 

yarım ildir dağlarda müalicə alır.

Deməli, qarson onun heç nə yemədiyinin fərqinə var-

mışdı. Deməli, ona görə narahatlıq keçirirdi, halbuki onu 

təzəcə tanıyırdı. Bu isə o demək idi ki, qarson onu sevir...

Lüsilin gözləri yaşardı. Ağlına gələn fikirdən başqa iç-

di yi kokteyl də içindəki sentimentallığı oyatmışdı. Halbuki 

o, sentimental olduğunu, az qala, unutmuşdu... Lüsil 

məs lə hə tə qulaq asıb sendviç sifariş verdi və səhər tezdən 

An tuan dan götürdüyü Folknerin kitabını açaraq oxumağa 

baş ladı. Harrinin monoloqu idi:

«Ciddilik – bizim bütün bədbəxtliklərimizin səbəbi bu-

dur. Mən artıq başa düşmüşəm ki, ruhumuzda olan yaxşı 

şey lərə görə yalnız qayğısızlığımıza minnətdar olmalıyıq. 

Öz xəyalpərəstliyimizə, rəvan əhvali-ruhiyyəmizə, tən bəl-

li yi mizə «sağ ol» deməliyik; çünki məhz onların sayəsində 

ət rafımızda olan insanlara yaşamağa mane olmur, özümüz 

də həyatdan zövq ala bilirik. Yeyirik, içirik, sevişirik, gü nə-

şin altında nazlanırıq. Azad nəfəs aldığını  və yer üzündə 

bi zə bağışlanmış  qısa həyatı yaşadığını bilməkdən böyük 

se vinc yoxdur».

Lüsil kitabı bağladı, hesabı verdi və kafedən çıxdı. O, 

re daksiyaya qayıdaraq Sirenin yanına getdi, işdən çıx dı-

ğı nı söylədi və xahiş etdi ki, bu barədə Antuana bir söz 

de mə sin. O, özünü şax tutur və gülümsəyirdi. Sire heyrət 

için də idi.

Lüsil taksi tutaraq Vandom meydanındakı  qızıl ma-

ğa za sı na yollandı. Orada Şarlın Milad bayramı  hə diy yə si 

olan mirvari boyunbağını yarı qiymətinə satdı. Sa tı cı qa-

dı nın  şübhə dolu baxışlarına fikir vermədən bo 

yun ba ğı-

nın süni mirvaridən surətini sifariş verdi. Yarım saatını im-

pres sio nist lərin  şəkillərinin nümayiş edildiyi «Top oyunu 

üçün zal»da keçirdi. Sonra iki saatını da kinoda yelə ver di. 

Axşam evə çatar-çatmaz da Antuana işə alışmağa baş la-

dı ğını söylədi. Hər halda, onu aldatmaq özünü al dat maq-

dan daha yaxşı idi.

Beləcə, keçib-gedən on beş gün ərzində Lüsil yenə də 

xoşbəxt idi. O, Parisi yenidən kəşf etmişdi. Öz tənbəlliyini 

əzizləyir, onun nazını  çəkirdi.  İndi onun bu işi görmək 



MƏĞLUBİYYƏT ZƏNGİ

631


üçün vəsaiti var idi. İndi Lüsil vərdiş etdiyi kimi yaşayırdı, 

am ma gizlində. Özünü işdən səbəbsiz yerə qalan adam ki-

mi hiss edirdi. Qadağan edilmiş meyvə həmişə şirin olur. 

Bu günlərdə sol sahildəki restoranın ikinci mər tə bə sin-

də bar-kitabxana kimi bir şey aşkar etmişdi. Ora tez-tez 

baş  çəkməyə başlamışdı. Yavaş-yavaş bara gələn iş siz-

lər və  sərxoşlarla tanışlıq qururdu. Onlardan biri – özü-

nü knyaz kimi təqdim edən alicənab görünüşlü qoca bir 

dəfə onu «Pits»ə nahar etməyə dəvət etdi. Lüsil bu gö rü şə 

hazırlaşarkən  Şarlın bağışladığı kostyumların hansının da-

ha az dəbdən düşdüyünü götür-qoy edərək düz bir saat 

güz günün qabağında qaldı. Naharda, daha doğrusu, öz 

hə yatı ilə bağlı yalan danışan ciddi sifətli bu adamın dav-

ra nı şında nəsə qeyri-real və  qəribə bir şey var idi. Onun 

söh bə ti eyni zamanda həm Tolstoyu, həm də Malronu xa-

tır la dırdı.

Lüsil də  nəzakət xatirinə özü haqqında danışdı. Bu, 

Skott Fitscerald ruhunda bir əhvalat idi. Beləliklə, o rusdur, 

knyaz və tarixçidir. Lüsil – varlı amerikalılardan birinin va-

ri sidir. Adətən, belə hallarda olduğundan bir qədər artıq 

sa vad lıdır. Hər ikisinin həyatında məhəbbət də, pul da 

çox dur.


Ofisiantlar onların stollarının ətrafında ora-bu ra qa çı şır-

dı lar, onlar isə sevdikləri Prust haqqında da nı şır dı lar. Na-

har üçün ödənilən hesab, görünür, «knyaz»ın gə lə cək ay 

üçün nəzərdə tutduğu maliyyəni bütünlüklə sı ra dan çı xar-

mış dı. Saat dörddə onlar bir-birinə  məftunluq içə ri sin də 

ay rıldılar.

Axşamlar Lüsil redaksiyanın gündəlik həyatı ilə bağlı 

Antuana minlərlə maraqlı əhvalat danışırdı. O isə yıxılana 

qədər gülürdü. Lüsil onu sevdiyi üçün yalan danışırdı; ona 

gö rə ki, xoşbəxt idi və bu xoşbəxtliyi onunla bölüşmək is-

təyirdi. Ya da onu necəsə xoşbəxt etmək arzusundaydı.

Əlbəttə, gec, ya tez hər  şeyin üstü açılacaqdı. Gözəl 

gün lərin birində Marianna telefonla cavab verib deyəcəkdi 

ki, Lüsil artıq bir aydır «bircə  dəqiqəlik» işdən çıxıb. Bir 

hal da ki bu bəxtiyar xoşbəxtliyin hər günü sonuncu ola bi-

lər, deməli, o, xüsusi qiymət və xüsusi rayihə əldə edir.

Lüsil Antuana qalstuklar, vallar, kitablar alırdı. O, 

avans lar, qonorarlar, iş vaxtından artıq görülən işin haq qı 




FRANSUAZA SAQAN

632


ilə bağlı uydurmalar fikirləşib tapırdı. Şən idi və öz şad ya-

na lı ğı ilə Antuanı heyrətə salırdı. Kolyeyə görə əldə etdiyi 

pul la düz iki ay avara yaşaya bilərdi.  İkiaylıq dəbdəbə  və 

ya lan, ikiaylıq xoşbəxtlik...

Avaralıqla dolu günlər bir-birini əvəz edirdi. Boşluqla 

do lu günlər… Sakit olduğu üçün coşqun günlər...

Heç nə ilə fərqlənməyən, məqsədsiz günlər… Bu gün-

lər zamanın hüdudsuz okeanında tənbəl-tənbəl yır ğa la nır-

dı. Onlar Lüsilə tələbəlik illərini xatırladırdı. O zamanlar o, 

Sor bonnada tez-tez dərsdən qaçırdı.  İndi isə onun ye nə 

də qaçmaq və pozmaq üçün nələrisə vardı. Şarl heç vaxt 

on dan asudə vaxtını necə keçirdiyini soruşmazdı. Ona gö-

rə də onun yanında ikən Lüsilə gizlənmək lazım gəl mir di. 

An tuanla isə hər şey başqa cür idi... 

Lüsil bilirdi ki, uşaqlıqla bağlı ən yaxşı xatirələr hə mi şə 

şirin və  zərif yalanla süslənmiş olur. Adətən, belə xa ti rə-

lərdə başqalarını da aldadırsan, özünü də, gələcəyini də... 

Lüsil bilirdi ki, labüd fəlakətə  hər gün getdikcə daha 

çox yaxınlaşır. Yolun sonunda onu Antuanın qəzəbi və 

iti ril miş etibarı gözləyirdi. Amma onu da anlayırdı ki, An-

tuan reallıqla barışmalıdır. Çünki Lüsil heç vaxt onun təklif 

et diyi normal, düzgün həyatla yaşaya bilməyəcək.

Lüsil bir şeyi də dərk edir və aləmi bu cür qatdıqdan 

son ra heç nəyi yoluna qoya bilməyəcəyi ilə bağlı tez-tez 

özü nə hesabat verirdi. Çətin ki belə qarmaqarışıqlıqdan 

son ra nəyisə öz axarına salmaq olaydı.

Bütün bu şeylər haqqında fikirləşə-fikirləşə hiss edirdi 

ki, içində qəribə bir qətiyyət hissi baş qaldırır. Amma bu, 

nə yə qarşı  qətiyyət idi – anlaya bilmirdi. Onun etiraf et-

mə yə cəsarəti çatmırdı… Halbuki etiraf edib: «Xoşuma gə-

lən kimi hərəkət etmək qərarına gəlmişəm», – deyə bi lər-

di.  Əgər birini sevirsənsə, belə bir şeyi etiraf etmək asan 

olmur. Hər axşam Antuan onun yanında idi… Onun is ti si, 

gü lü şü, onun bədəni. Lüsil onun varlığına o qədər alış mış-

dı ki, bəzən, ümumiyyətlə, bu adamı aldatdığını da yad-

dan çı xa rırdı. Antuansız yaşamaq onun yanından çıxıb 

get mək qədər dözülməz olardı. Belə bir seçimin zəruriliyi 

onun üçün, sadəcə, absurd görünürdü.

Hava getdikcə soyuyurdu. Lüsil isə  qəflət yuxusuna 

ge dir di. O, Antuanla birlikdə yuxudan qalxır, yaxınlıqda 




Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   202   203   204   205   206   207   208   209   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə