«Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında»



Yüklə 3,25 Mb.
Pdf görüntüsü
səhifə207/212
tarix29.07.2018
ölçüsü3,25 Mb.
#59510
1   ...   204   205   206   207   208   209   210   211   212

MƏĞLUBİYYƏT ZƏNGİ

633


olan «bistro»da birlikdə  qəhvə içirdilər. Bəzən Antuanı 

nəş riy yata qədər ötürürdü. Sonra isə, guya ki, öz işinə 

yol la nırdı.  Əslində isə evə qayıdır, təzədən yerinə uzanır 

və günortaya qədər yatırdı. Yuxudan ayıldıqdan sonra bü-

tün gününü oxumaqla, vallara qulaq asmaqla və siqaret 

çək mək lə keçirirdi. Saat altıda yatağı  yığışdırır, burada 

ol du ğunu sübut edən izləri təmizləyir və adətən, de Lill 

kü çə sində görüşdükləri balaca bara yollanırdı. Bəzən isə 

için də sadistcəsinə qəribə bir istək baş qaldırar və o, Pon-

Ruayal küçəsindəki bara gedərdi. Düz saat səkkizə ki 

mi 

oturar, Antuanın necə narahatlıq keçirdiyini təsəvvür et-



məyə çalışardı. Evə qayıtdıqda isə bütün görkəmi ilə  iş-

də necə yorulduğunu nümayiş etdirmək üçün oyun oy-

na yır dı. Antuanın ona rəhmi gəldiyindən həmin gün 

Lü sil onun şəfqəti, nəvazişi və  mərhəməti içində üzürdü. 

Özü də azacıq belə vicdan əzabı  çəkmədən. Hər halda, 

o, doğrudan da, rəhmə layiq idi axı... Ən azından bu cür 

mü rək kəb xarakterli bir kişi ucbatından öz həyatını  sın-

dır maq məcburiyyətində qaldığı üçün. Ona elə gəlirdi ki

«Mən «Revey»dən çıxmışam. Bu komediyanı da davam 

et dir mək istəmirəm» söyləmək daha asan idi. Amma bu 

ko mediya Antuanı elə sevindirir, elə sakitləşdirirdi ki, Lü-

sil heç cür qərara gələ bilmirdi. Hətta aradabir müəl li fi ol-

du ğu komediyaya görə özünə, demək olar ki, mü qəd dəs 

adam təsiri bağışlayırdı.

Ona görə də ifşa olunması onun üçün, demək olar ki, 

qə fil və gözlənilməz zərbə oldu.

– Nahardan sonra üç dəfə  sənə  zəng etdim, – axşam 

gö rüşdükləri vaxt Antuan dedi. O, plaşını stulun üstünə 

tul ladı. Heç onu öpmədi də. Gəlib düz başının üstündə 

da yandı. Lüsil gülümsədi:

– Hə, bir müddətlik çıxmışdım. Məgər Marianna sənə 

demədi?


– Necə ki, necə ki… dedi. İşdən saat neçədə  çıx-

mışdın?


– Birə yaxın. – Onun səsində nəsə var idi və bu, Lüsili 

hə yə canlandırdı. O, baxışlarını qaldırdı, amma Antuan 

göz lərini yayındırdı.

– «Revey»  yaxınlığında işgüzar görüşüm var idi, – o, 

dodaqucu dedi, – yanına gələcəyimi söyləmək üçün sənə 



FRANSUAZA SAQAN

634


zəng etmişdim. Tapa bilmədim. Ona görə də altının yarı-

sında iş yerinə getdim. Budur.

– Budur, – qeyri-ixtiyari Lüsil təkrarladı.

– Sən, az qala, üç həftədir ki, redaksiyaya getmirsən. 

Onlar sənə bir qəpik belə pul ödəməyiblər. Mən…

Antuan çox sakit danışırdı, amma bu sözləri söy lə yər-

kən səsinin tonunu qaldırdı.  Əsəbi hərəkətlə boğazındakı 

qalstuku çıxarıb Lüsilin üstünə atdı:

– Sən bu qalstuku hansı pullarla almısan? Valları da. 

Ha rada nahar edirdin?

– Qulaq as, Antuan, sakitləş… Hər halda, mə nim özü-

mü satmaq üçün yol kənarına çıxdığımı dü 

şün mür sən… 

Bu, gülməli olardı.

Antuan ona şapalaq ilişdirdi. Lüsil elə sarsılmışdı ki, 

heç yerindən qımıldanmadı da. Amma dodağındakı  tə-

bəs süm sifətindən həmin dəqiqə silinmədi. Yanağı ya-

nır dı,  əlini üzündə  gəzdirdi. Lüsilin uşaqcasına hərəkəti 

An tua nı daha da özündən çıxardı. Adətən, qayğısız in-

san lar da olduğu kimi, onu da bürüyən qəzəb dalğaları da-

vam lı və əzabverici idi. Adətən, törətdiyi akt cəllada qur-

ban dan daha çox əzab verir.

– Bilmirəm sən nə ilə məşğul olmusan. Ancaq onu bi-

li rəm ki, üç həftədir dayanmadan mənə yalan danışırsan. 

Bundan başqa heç nə bilmirəm.

Araya lal bir sükut çökdü. Lüsil şapalaq haqqında dü-

şünürdü. İçindəki qəzəb hissinə nəsə maraqqarışıq bir şey 

də qarışmışdı. O, belə bir vəziyyətdə özünü necə apar-

malı olduğunu fikirləşirdi. Antuanın qəzəbi həmişə ona 

sə bəblə eyni əndazədə görünmürdü.

– Bu,  Şarlın işləridir, – Antuan söylədi. Amma Lüsil 

onun nə haqda danışdığını dərhal anlamadı.

– Şarl? 

– Hə, bunun hamısı  Şarlın işləridir: bu qalstuklar, bu 

val lar, sənin koftaların, sənin həyatın…

Birdən Antuanın nəyi nəzərdə tutduğu Lüsilə çatdı. O, 

az qala, güləcəkdi, amma Antuanın solğun, dəyişmiş si-

fə ti nə baxanda özünü saxladı. O, Antuanı itirməkdən çox 

qorxurdu.

– Yox,  Şarl deyil, – o, tələsik sözə başladı, – bunun 

ha mı sı Folknerin əməlləridir. Gözlə, hər  şeyi sənə izah 



MƏĞLUBİYYƏT ZƏNGİ

635


edə rəm. Mən pulu kolyeyə görə almışam, mən onu sat-

mı şam.


– Onu dünən sənin boynunda görmüşəm.

– Bu, süni mirvaridir, istənilən adam fərqinə varardı. 

Muncuğun birini dişlə, özün görəcəksən…

Muncuq dişləmək və Folkneri xatırlamaq üçün, tə bii 

ki, mənasız zaman deyildi. Yalan söyləmək Lüsildə  hə qi-

qəti söyləməkdan daha yaxşı alınırdı. Onun yanaqları od 

tu tub yanırdı.

– Mən daha o kontora gedə bilmirdim.

– Sən cəmi iki həftə idi ki işləyirdin.

– Hə, iki həftə… İşləyə bilməyəcəyimi başa düşən ki mi 

Vandom meydanındakı Dori mağazasına getdim, mir va ri ni 

satdım. Onun əvəzinə kolyenin süni surətini sifariş ver dim.

– Bəs bütün günü nə ilə məşğul olurdun?

– Gəzirdim, evdə otururdum; əvvəllər olduğu kimi.

Antuan onun üzünə elə baxdı ki, Lüsil bu gözlərdən 

qa çıb gizlənməyə yer axtardı. Amma hamı bilir ki, bu cür 

söhbətlərdə tərəflərdən biri baxışlarını gizlədirsə, onun ya-

lan danışdığından mütləq  şübhələnəcəklər. Ona gö rə  də 

Lü sil Antuanın baxışlarına tab gətirməyə çalışdı. Onun qı-

zı lı gözləri tutqunlaşmışdı. Lüsil onlara baxa-baxa fi kir  lə-

şir di ki, qəzəb hissi Antuanı gözəlləşdirir və bu, çox nadir 

ha di sədir.

– Nə üçün sənə inanmalıyam? Üç həftədir yalan da-

nış maq dan başqa bir iş görmürsən.

– Ona görə ki, mən günahkar deyiləm, – Lüsil yorğun 

səs lə cavab verdi və üzünü yana çevirdi. Alnını pəncərəyə 

söy kəyərək mənasız baxışlarla küçəni seyr etməyə baş la-

dı: həyətdə bir pişik nazla ora-bura gəzişirdi. Elə bil, şaxta 

heç vecinə  də deyildi. Lüsil bu mənzərəyə tamaşa edə-

edə səsinə barışdırıcı ahəng verməyə çalışdı:

– Bu cür işlər üçün yaranmadığımı sənə söyləmişdim… 

Mən ölə bilərdim. Ya da çirkinləşərdim. Özümü elə pis 

hiss edirdim ki, Antuan! Sən məni ancaq buna görə qı na-

ya bilərsən!

– Nə üçün mənə heç nə demirdin?

– Çünki  işləməyim, «həyatla» maraqlanmağım sənin 

elə xoşuna gəlirdi ki… Qanını qaraltmaq istəmirdim. 

Antuan çarpayıya uzandı.  İki saat əvvəl o, ümidsizlik 

və  qısqanclıq içində qovrulurdu. Ruhunu sarmış  qəzəb 



Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   204   205   206   207   208   209   210   211   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə