«Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında»



Yüklə 3,25 Mb.
Pdf görüntüsü
səhifə208/212
tarix29.07.2018
ölçüsü3,25 Mb.
#59510
1   ...   204   205   206   207   208   209   210   211   212

FRANSUAZA SAQAN

636


son qüvvəsini də əlindən almışdı. O, Lüsilə inanırdı. Bi lir di 

ki, indi o, həqiqəti söyləyir. Amma bu belə onun qəl bi ni 

yün gülləşdirmirdi. Sadəcə, sonsuz kədər hissi için də bo-

ğu lur du. Lüsil həmişə  tənha olub, həmişə  də  tən ha ola-

caq dı. Ondan cavab ala bilmək mümkün deyildi. An tuan 

«Gö rə sən, onun xəyanət etdiyini öyrənsəydim, daha asan 

ol maz dımı?» – deyə öz-özünə düşündü… Sonra da sakit 

və yorğun səslə soruşdu:

– Lüsil, sən mənə heç etibar etmirsən?

Sual elə verilmişdi ki, Lüsil ona tərəf atılmaqdan, ya-

naq larını, alnını, gözlərini öpüşlərə qərq etməkdən özü nü 

saxlaya bilmədi. O, dayanmadan Antuanı sev di yi ni, onun 

heç nə başa düşmədiyini, ağılsız və  qəddar ol 

du ğu nu 

söy ləyirdi. Antuan tərpənmirdi. Hətta yüngülcə gü lüm sə-

yir di... Amma yenə də ümidszlik içində qovrulurdu. 

… Bu hadisədən düz bir ay ötmüşdü. Lüsil leqal və ziy-

yətə keçmişdi və demək olar ki, öz yuvasını tərk etmirdi. 

Onun üçün yaxşı idi. Axşam işdən qayıdan Antuan yenə 

də onun gündüz nə  işlə  məşğul olduğunu soruşur, o isə 

hər dəfəsində «heç nə ilə» desə  də, cavabına görə bir az 

uta nırdı. Hər halda, Antuan öz sualını qeyri-iradi, azacıq 

da olsa istehza kölgəsi salmadan verirdi. Amma hər hal-

da, soruşurdu ki... Bəzən onun baxışlarında kədər və şüb-

hə oxunurdu. Məhəbbətlə  məşğul olduqları vaxt isə son 

vaxtlar Lüsil Antuanda qəribə azğınlıq, qəzəb hiss etməyə 

baş lamışdı.

Adətən, sevişdikdən sonra o, arxası üstə uzanırdı. 

Lü sil ona tərəf  əyilərək tamaşa edir və  nədənsə, Antuan 

ona üzüb gedən gəmi, ya da küləyin apardığı bulud tə-

si ri bağışlayırdı. Daha doğrusu, nəsə qeyri-müəyyən, sü-

rü şüb əldən çıxan bir şey kimi görünürdü. Ona elə gə lir di 

ki, Antuan, həqiqətən də, sivişib  əlindən çıxmaq üz 

rə-


dir… Lüsil onu çox sevdiyini söyləyirdi. Sonra da yas tı ğın 

üstünə  yıxılır, gözlərini yumur və susurdu. İnsanlar söz-

lə rin bəzən qiymətdən düşdüyü haqda tez-tez danışırlar. 

Am ma yaddan çıxarırlar ki, sükut özü də nə qədər ağılsız 

və absurd sözləri ifadə etmək gücündədir.

Son vaxtlar uşaqlıq xatirələrinin müxtəlif parçaları tez-

tez Lüsilin yadına düşürdü… O artıq çoxdan unutduğu ki şi-

lə ri sıra ilə xatırlamağa başlamışdı. Onların sırasını isə Şar-

lın siması tamamlayırdı…



MƏĞLUBİYYƏT ZƏNGİ

637


Antuan haqlıdır: onların hara getdikləri və başlarına nə 

gələcəyi məlum deyil. Hələ bu yaxınlarda onları gözəl gə-

ləcəyə aparmaqda olan gəmi-çarpayıları indi birdən-bi rə 

köv rək bir körpücüyə, dalğaların qoynunda çırpınan mə-

na sız oyuncağa çevrilmişdi.  İndiyə  qədər doğma olan bu 

mən zil indi cəfəng dekorasiya təsiri bağışlayırdı. Antuan 

gə lə cək haqqında çox danışırdı, elə buna görə  də Lüsil 

dü şü nürdü ki, onların, ümumiyyətlə, heç bir gələcəyi ol-

ma ya caq.

Bir dəfə, yanvar günlərinin birində Lüsil ürəkbulanması 

ilə yuxudan ayıldı. Antuan artıq işə getmişdi. İndi o, tez-

tez qızı yuxudan ayıltmadan çıxıb gedirdi. Ümumiyyətlə

Lü si lə xəstə adam kimi xüsusi ehtiyatla yanaşmağa baş la-

mış dı.


Lüsil vanna otağına keçib qusdu. Balaca batareyanın 

üs tündə corabları quruyurdu – sonuncu salamat cüt. Lüsil 

onlara baxaraq nəyə görəsə mənzilin vanna otağından elə 

də böyük olmadığını fikirləşdi. Onu da düşündü ki, uşağı 

sax la maq olmaz.

Satdığı kolyenin pulundan qırx min qalmışdı və o, ha-

mi lə idi. Uzun müddət idi həyatla mübarizə aparırdı. Nə-

ha yət, həyat onu haqlamış, küncə  qısnamışdı.  Əlbəttə, 

mə su liy yət sizlik cəzaya layiqdir. Kitablar da belə öyrədir, 

onun metrodakı yol yoldaşları da belə düşünür, ancaq o 

yox... Antuan onu sevir, deməli, hamiləliyi necə qəbul et-

mə si yalnız Lüsildən asılıdır. Əgər «mənim gözəl bir xə bə-

rim var» söyləsə, o sevinəcək.

Lüsil fikirləşdi ki, uşaq onu azadlığının sonuncu par-

ça sından da məhrum edəcək, ona xoşbəxtlik gə tir mə yə-

cək. Bundan başqa, o, Antuanın məhəbbətini də doğ rult-

ma mışdı, münasibətlərini elə  həddə aparıb çıxarmışdı ki, 

adə tən, bu mərhələdə hər xırda xoşagəlməzlik iş gən cə yə 

çev rilir. O, Antuanı ya həddindən artıq çox, ya da həd din-

dən artıq az sevirdi… Əmin deyildi… Dəqiq olan yalnız bir 

şey vardı. O da bu idi ki, Lüsil uşağı istəmir. O ancaq An-

tuanı istəyir – xoşbəxt, açıqsaçlı, qızılıgözlü Antuanı… İs tə-

ni lən an onu tərk etməkdə azad olan Antuanı…

Lüsil,  ən azı, bir məsələdə sonadək səmimi idi – öz 

üzərinə heç bir məsuliyyət götürmək istəməməklə o, 

eyni zamanda, bu işi başqalarının çiyinlərinə  də qoy maq 




FRANSUAZA SAQAN

638


istəmirdi. Qumda oynayan üçyaşlı koppuş Antuan, ya da 

oğ lunun gündəliyini vərəqləyən ciddi sifətli ata-An 

tuan 

haq qında düşünməyin zamanı deyildi. Mə sə lə yə ayıq baş-



la ya naşmaq lazım idi… Bunun üçün uşaq çar pa yı sı ilə ota-

ğın öl çüsünü, Antuanın maaşı ilə da yə nin  əmək haq qı sı nı 

mü qayisə etmək bəs edərdi. Ağlasığmazdır. Çox qadınlar 

bu na uyğunlaşa bilərdilər, Lüsil isə belələrindən deyildi.

Antuan işdən qayıdanda Lüsil «pis xəbəri» ona verdi. 

O, azacıq rəngi qaçmış halda Lüsili qucaqladı, sakit, meh-

riban səslə soruşdu:

– Uşağı istəmədiyinə əminsən?

Mən ancaq səni istəyirəm, – o, Antuanı al çalt maq-

dan qorxaraq maddi problemlər haqqında danışmaq fik-

rin dən vaz keçdi. Antuan onun saçını sığallaya-sığallaya fi-

kir lə şirdi ki, Lüsil istəsəydi, o da bu uşağı çox sevə bilərdi. 

Am ma Lüsil azad külək kimi əllə tutula bilməzdi. Axı An-

tuan onu həm də buna görə sevirdi; indi necə qınaya bi-

lər di? Amma yenə də sonuncu dəfə cəhd etdi:

– Biz evlənərik, yeni mənzilə köçərik.

– Axı hara köçəcəyik? – Lüsil soruşdu. Sonra başqa bir 

fi kir ağlına gəldi, – uşağın o qədər əziyyəti var ki... Yo ru la-

ca ğam, acıqlı, çirkin olacağam…

– Amma hamı necəsə öhdəsindən gəlir…

– Biz hamı deyilik, – Lüsil dedi və üzünü yana çevirdi. 

Bu söz «hamı bizim kimi xoşbəxtlik yanğısına tutulmayıb» 

mə na sını verirdi.

Antuan susdu. Axşam onlar birlikdə sərxoş olana qə-

dər içdilər. Səhər Antuan həkim tapmağa çalışacaqdı.

XXI fəsil

Görünür, ikrah hissi heç vaxt bu əldəqayırma hə ki min 

yastı, yaraşıqsız simasından  əskik olmurdu. Başa düş mək 

ol murdu ki, bu, onun özünə görədir, yoxsa xo şa gəl məz-

lik dən azad olmağa yardım etdiyi qadınlara qarşı yönəlib. 

O artıq iki il idi bu işlə məşğul idi və öz xidmətini o qədər 

də baha qiymətə  təklif etmirdi. Cəmi səksən min frank. 

Am ma müştəriləri öz evində, bir də anesteziya olmadan 

əmə liyyat edirdi. Şərti də belə idi ki, ağırlaşma baş ve rər-

sə, ona müraciət etməsinlər.




Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   204   205   206   207   208   209   210   211   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə